855) Brüselyoz törədicisi hansı morfoloji quruluşa malikdir?
A) Sancaq şəkillidir
B) Təbil çubuğuna oxşar
C) Ucları dairələnmişdir
D) Xırda, kokabənzər bakteriyalardır
E) Ucları kəsilmiş
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”. Bakı.1995. Səh. 248
856) Brüselyozda infeksiya mənbəyi nədir?
A) Milçəklər
B) Gəmiricilər
C) İri və xırda buynuzlu mallar
D) Pişiklər
E) İnsan
Ədəbiyyat: H.H.İbrahimov “Tibbi mikrobiologiya”.Bakı.1995. Səh. 249
857) Brüselyozun diaqnozunda hansı reaksiya qoyulur?
A) Vasserman
B) Pirke
C) Vidal
D) Askoli
E) Rayt
Ədəbiyyat: H.H.İbrahimov,S.Q. Orucov, A.B. Şükürov, K.İ. Əhmədova, L.H. İsmayılova. “Mikrobiologiya və mikrobioloji müayinə üsulları. Bakı .2003. Səh. 282
858) Brüselyoz zamanı hansı sınaqlar qoyulur?
A) Pizu
B) Dik
C) Şik
D) Mantu
E) Bürne
Ədəbiyyat: H.İbrahimov, S. Zeynalova, İ.Əhmədov, A. Bayramov. “Tibbi mikrobiologiyadan tərcübə məşğələlərinə dair” Bakı. 1998. Səh. 205
Dostları ilə paylaş: |