113) Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi hansıdır?
A) Təmas
B) Fekal - oral
C) Parenteral
D) Aerogen
E) Transmissiv
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 122
Tənəffüs yolu infeksiyalarının yoluxma mexanizmi aerogen yolladır
114) Difteriyada infeksiya mənbəyi aşağıdakılardan hansıdır?
A) Heyvanlar
B) Qeyri - patogen törədici gəzdirənlər
C) Rekonvalessent, bakteriyagəzdiricilər
D) Difteriyalı xəstənin burun möhtəviyyatı
E) Həşəratlar
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 141
Difteriyada infeksiya mənbəyi xəstə, rekonvalessent, bakteriyagəzdiricilər sayılır.
115) Poliklinika işçilərini difteriyadan mühafizə məqsədilə həyata keçirilən ən vacib tədbir hansıdır?
A) Qidalanmanın gücləndirilməsi
B) Dezinfeksiyanın aparılması
C) Respiratordan istifadə edilməsi
D) Kabinetlərin vaxtaşırı olaraq bakteriosid lampalarla şüalanması
E) İşçilərin ADT - anatoksini ilə immunizasiyası
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 145
Poliklinika işçilərinin difteriyadan mühafizəsi üçün ən vacib tədbir respiratordan istifadə edilməsidir.
Dostları ilə paylaş: |