72) Dizenteriya xəstəliyinə daha çox hansı yaş qrupuna aid insanlar yoluxur?
A) Məktəblilər
B) Yeniyetmələr
C) 3 yaşına qədər uşaqlar
D) Qocalar
E) 25- 30 yaşlı şəxslər
Dizenteriya xəstəliyinə daha çox 3 yaşına qədər uşaqlar tutulur.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 174
73) Eşerixiozlarla ən çox kimlər xəstələnir?
A) 3 yaşından 7 yaşına qədər olan uşaqlar
B) Yaşlı adamlar
C) Orta yaşlılar
D) 3 yaşına qədər uşaqlar
E) Məktəblilər
Eşerixiozlarla ən çox 3 yaşına qədər uşaqlar xəstələnir.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 176
Dostları ilə paylaş: |