511) 3,0 litr suda 20 bağırsaq çöpü tapılıbsa, bu suyun Koli–indeksi neçədir?
A) 5
B) 10
C) 7
D) 3
E) 8
7
Koli - indeks 1 l suda olan bağırsaq çöplərinin miqdarını göstərir. 3 l suda 20 bağırsaq çöpü olduqda l L suda 7 bağırsaq çöpü olar, yəni bu suyun koli - indeksi 7 - dir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 174
512) 0,5 litr suda 10 bağırsaq çöpü tapılıbsa, bu suyunKoli-titri nə qədərdir?
A) 50 ml
B) 200 ml
C) 500 ml
D) 100 ml
E) 300 ml
50 ml
Koli - titr 1 bağırsaq çöpü tapılan suyun ən az miqdarını göstərir. 0,5 l(500ml) suda 10 bağırsaq çöpü olarsa‚onda 50ml suda 1 bağırsaq çöpü olar, yəni bu suyun koli - titri 50 ml - dir.
Ədəbiyyat: M. A. Kazımov. Ümumi gigiyena. Bakı 1999 səh 173 - 174
Dostları ilə paylaş: |