519) İnsanın yoda olan sutkalıq tələbatı nə qədərdir?
A) 50 – 60mkq
B) 100 – 200 mkq
C) 70 – 80mkq
D) 80 – 90mkq
E) 60 – 70mkq
100 - 200 mkq
Endemik zob xəstəliyinin baş verməməsi, qalxanabəz vəzinin normal vəziyyəti və funksiyası üçün insan orqanizminə sutkada 100 - 200 mkq yod daxil olmalıdır.
Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69
520) Endemik ur xəstəliyinin profilaktikasında hansı tədbir daha effektlidir?
A) Qalxanabənzər vəzidə əməliyyat aparılması
B) İçməli suyun yodlaşdırılması
C) Dərman maddələrindən istifadə edilməsi
D) İstifadə olunan xörək duzuna yod qatılması
E) Tərkibində yod olan qidaların qəbulu
- İstifadə olunan xörək duzuna yod qatılması
Müəyyən bir ərazidə torpaqda suda yodun miqdarı az olduqda həm də yerli kənd təsərrüfatı məhsullarında da onun miqdarında az olmasına səbəb olur. Ona görə də yod defisitinı aradan qaldırmaq üçün ən effektli üsul xörək duzunun yodlaşdırılma - sıdır.
Ədəbiyyat: Н. Ф. Измеров. Общая и коммунальная гигиена. Москва Медицина 1985 стр 69 - 71
Dostları ilə paylaş: |