724) Qrup otaqlarında havanın temperaturu neçə dərəcə olmalıdır?
A) 1 - 20
B) 13 - 14
C) 20 - 22
D) 15 - 16
E) 20 – 25
20 - 22
Qrup otaqlarında havanın temperaturu 20 - 22 dərəcə olmalıdır.
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.207
725) Qida blokunun otaq və avadanlıqlarının dezinfeksiyasının aparılma tezliyi hansıdır?
A) Ildə 1 dəfə
B) Gündə 2 dəfə
C) Ayda 1 dəfə
D) Hər gün
E) Həftədə 1 dəfə
Ayda 1 dəfə
Qida blokunun otaq və avadanlıqların dezinfeksiyası ayda 1 dəfə aparılır.
Ədəbiyyat: V.Ə.Əliyev. Uşaq və yeniyetmələr gigiyenası. Bakı 1995 səh.184
726) Qidalanma üzərində sanitar nəzarətinin məqsədi nədədir?
A) Uşaqların səmərəli qidalanmasının təşkili
B) Uşaq müəssisələrinə daxil olan ərzaq məhsullarının keyfiyyətinin yoxlanması
C) Uşaqların vaxtı - vaxtında qidalanmasının təşkili
D) Uşaq rasionların kaloriliyini hesablamaq
E) Uşaqların əldə olan ərzaqlarla vaxtında qidalanmasının təşkili
Uşaqların səmərəli qidalanmasının təşkili
Qidalanma üzərində sanitar nəzarətinin məqsədi uşaqların səmərəli qidalanmasının təşkilindən ibarətdir.
Ədəbiyyat: Г.Н.Сердюковская, Л.М.Сухарева. Гигиена детей и подростков. Медицина. Москва 1989 стр.169
Dostları ilə paylaş: |