793) Hansı xəstəlikdə qeyri steril immunitet müşahidə olunur? A) Vərəm
B) Taun
C) Qızılça
D) Vəba
E) Qrip
Vərəm
Steril imunitetdən fərqli olaraq bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayiət edilir. Yəni mikrob orqanizmdə olduğu zaman ona qarşı immunitet yaranır. Əksinə mikrobun bədəni tərk etməsilə ona qarşı immunitet də yox olur. Bir sıra yoluxucu xəstəliklər tamamilə keçib getdikdən sonra onlara qarşı steril immunitet müşahidə olunmur və ikinci dəfə yoluxmadan həmin xəstəliyə tutulmaq olur. Bəzi xəstəliklərdə immunitet patogen mikrobun bədəndə olması ilə müşayət edilir. Mikrob bədəni tərk etdikdə ona qarşı immunitet də yox olur. Vərəm xəstəliyində olduğu kimi.