930) Helmintozlara görə qanın müayinəsi zamanı hansı qan elementinin normadan artıq olduğu müşahidə edilir?
A) Eozinofil
B) Trombosit
C) Limfosit
D) Eritrosit
E) Monosit
- Eozinofil
Əksər helmintozlar zaman müxtəlif klinik əlamətlərlə yanaşı qanın yüksək eozinofilliyi müşahidə edilir. Bu xüsusiyyətin dianostikada çox böyük əhəmiyyəti vardır.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 238
931) Askaridozun bağırsaq stadiyasını aşkar etmək üçün hansı materialın müayinəsi aparılır?
A) Limfa mayesi
B) Nəcis
C) Qan
D) Sidik
E) Mədə möhtəviyyatı
- Nəcis
Askarid askaridoz xəstəliyini əmələ gətirir. Xəstəliyin ilk mərhələsi - ağciyər fazası adlanır.Bu zaman parazitin sürfələri ağciyərə miqrasiya edərək alveolalara daxil olur və orada O2 –lə qidalanaraq inbazion mərhələyə keçir. Inbazion sürfələr tənəffüs yolları ilə hərəkət edərək insanın udlağına çatır. Xəstə tərəfindən udularaq mədəyə, sonra bağırsağa düşür. Bu andan onun bağırsaq stadiyası başlayır. Sürfə inkişaf edərək yetkin parazitə çevrilir və yumurta qoyur.
Ədəbiyyat: D.Y.Qenis “Tibbi parazitalogiya”. Səh 106
Dostları ilə paylaş: |