132) Qızılca zamanı əsas profilaktik tədbir nədir?
A) Keyfiyyətli içməli sudan istifadə edilməsi
B) Rasional qidalanma
C) Keyfiyyətli əksepidemik xidmət
D) Sanitar - maarifi işi
E) Vaksinoprofilaktika
Qızılca xəstəliyində əsas profilaktik tədbir vaksinoprofilaktikadır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 132
133) Qızılcanın yayılma yolu hansıdır?
A) Hava - toz
B) Məişət - təmas
C) Hava - damcı
D) Transmissiv
E) Fekal – oral
Qızılca xəstəliyi hava - damcı yolla yayılır.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 128
134) Qızılca zamanı uşaq müəssisələrində karantinin müddəti nə qədərdir?
A) 7 gün
B) 27 gün
C) 45 gün
D) 21 gün
E) 14 gün
Qızılca xəstəliyi zamanı uşaq müəssisələrində karantinin müddəti 21 gündür.
Ədəbiyyat: İ.Ə.Ağayev, X.N.Xələfli, F.Ş.Tağıyeva. Epidemiologiya. 2011, səh 131
Dostları ilə paylaş: |