532) Bu xəstəliklərdən hansı endemik xəstəliklərə aid deyil?
A) Endemik zob
B) Flüoroz
C) Silikoz
D) Methemoqlobulinemiya
E) Molibdenoz
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммунальная гигиена. Москва. Медицина .1985
533) Endemik zob xəstəliyinin əsas baş vermə səbəbi nədir?
A) Suda yodun miqdarının çox olması
B) Suda yodun miqdarının çatmamzlığı
C) Suda radioaktiv maddələrin miqdarının çox olması
D) Suda flüorun miqdarının çox olması
E) Suda flüorun miqdarının az olması
Ədəbiyyat: Н.Ф.Измеров .Общая и коммунальная гигиена. Москва. Медицина .1985
534) İnsanın yoda olan gündəlik tələbatı nə qədərdir?
A) 100 – 200 mkq
B) 60 – 70 mkq
C) 80 – 90 mkq
D) 70 – 80 mkq
E) 50 – 60 mkq
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммунальная гигиена. Москва. Медицина .1985
535) Endemik zob xəstəliyinin profilaktikasında hansı tədbir daha effektlidir?
A) İstifadə olunan xörək duzuna yod qatılması
B) Dərman maddələrindən istifadə edilməsi
C) Qalxanabənzər vəzidə əməliyyat aparılması
D) İçilən suyun yodlaşdırılması
E) Tərkibində yod olan qidaların qəbulu
Ədəbiyyat: Н.Ф.Измеров. Общая и коммунальная гигиена. Москва. Медицина .1985
Dostları ilə paylaş: |