ABŞ və NATO ilə ziddiyyətlər. 1959-cu ildə yeni seçilmiş prezident Əcəzairdən çıxarılmış qoşunu Fransa komandanlığı altına keçirir. Bu qərar birtərəfli qəbul edildiyindən ABŞ rəhbərliyinin narazılığına səbəb olur. De Qoll dönə-dönə Fransanın istənilən qərarı ev sahibi kimi özü verməsini inad edir. 1960-cı ildə Saxara səhrasında ilk atom sınağı keçirilməsi uzun illər davam edən sınaqların başlanğıcını qoyur. De Qoll sınaq yerlərini şəxsən səyahət edir, texnologiyanın inkişafı ilə maraqlanırdı. 1965-ci il de Qollun prezidentlik fəaliyyəti dövründə hərbi bloka iki böyük zərbə vurulur. 4 fevralda general dolların beynəlxalq hesablaşmalarda tətbiqindən imtina edərək qızıla keçir. 9 sentyabrda prezident ölkəsinin NATO blokundan çıxmasını bildirir. 21 fevral 1966-cı ildə de Qollun ölkəsində yerləşmiş yadelli hərbçilərə qarşı mübarizəsi öz yüksək pilləsinə çatır. Pompidu hökumətinin göndərdiyi rəsmi notada 29 hərbi baza və 33 min hərbçinin ölkəsindən çıxarılması elan edilir.