Müharibədən sonrakı illər. Artıq 16 may 1945-ci ildə de Qoll Fransanın Beynəlxalq təhlükəsizlik şurasına qəbul edilməsi üçün ərizə verir. O müharibədən sonra, 13 noyabr 1945-ci ildə müvəqqəti hökümətin başçısı təyin edilir. Parlamentdə kommunistlər və sosial demokratlar arasında olan ziddiyətlərə görə o, 20 yanvar 1946-cı ildə istefa verir. De Qoll dövlət konstitusiyasında prezidentin rolunun möhkəmləndirilməsinə cəhd etsə də, parlamentdə çoxluq hakimiyyətin onların əlində qalmasını istəyirdilər. De Qoll öz ideyalarını həyata keçirmək üçün 1947-ci ildə yeni siyasi hərəkat RPF (Fransız xalqının birləşməsi ilə) yaradır. Bu yolla o yeni konstitusiyanın qəbul edilməsinə nail olmaq istəyirdi. Bu alınmadığından o 1953-cü ildə Kolombe-le-dez-Eqliz (Colombey-les-Deux-Églises) şəhərinə köçür. Buradan o Fransada baş verən siyasi hadisələri müşahidə edir.