Sarımsaqlı badımcan kürüsü Tələb olunan ərzaqlar



Yüklə 4 Kb.
Pdf просмотр
tarix26.05.2017
ölçüsü4 Kb.

Sarımsaqlı badımcan ikrası (kürüsü)

  

Sarımsaqlı badımcan kürüsü



Tələb olunan ərzaqlar:

badımcan - 2 ədəd 

 bolqar bibəri - 1 ədəd 

 pomidor - 3 ədəd

 soğan - 1 baş

 cəfəri - zövqə görə 

 sarımsaq - 3 diş 

Hazırlanma qaydası:    

1. Badımcanları deşib sobada 180*C-də yumşalana kimi (1-1,5 saat ölçüsündən asılı olaraq)

bişirin. Eyni temperaturda bibərləri yarım saat, pomidorları 10 dəqiqə bişirin. Bütün tərəvəzlərin

qabığını soyub bir yerdə iri-iri doğrayın. 

 2. Soğanı bitki yağında qızardın. Tərəvəzləri əlavə edib vam alovda suyu buxarlanana kimi

qarışdıra-qarışdıra qızardın. Duz, doğranmış göyərti və sarımsaq əlavə edin.

 3. Hamısını bir yerdə blenderdə əzib yenidən tavaya qaytarın və bir neçə dəqiqə

qarışdıra-qarışdıra qızardın.



  

Nuş olsun!



 1 / 1


Поделитесь с Вашими друзьями:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə