Satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktiv və xaric edilən aktivlər qrupunun təqdim edilməsi. (40-42-ci maddələr)
40-cı maddəyə görə satış üçün nəzərdə tutulmuş uzunmüddətli aktivlər, balansda göstərilən bütün digər aktivlərdən ayrı göstərilməlidir. Buna bənzər olaraq, silinmə qrupunun öhdəlikləri bütün digər öhdəliklərdən ayrı göstərilməlidir və aktiv və öhdəliklər qarşılıqlı əvəzləşdirilməlidir və vahid məbləğ şəklində göstərilməlidir. Müəssisə satış üçün nəzərdə tutulmuş kimi təsnif edilən uzunmüddətli aktiv (silinmə qrupu) ilə bağlı birbaşa kapitalda tanınmış hər hansı məcmu gəlir və ya xərci ayrıca göstərməlidir. Nəticə etibarı ilə, uzunmüddətli aktivlərə və ya silinmə qruplarına aid edilən istənilən məbləğlər digər aktivlərdən həmişə ayrı göstərilməlidir.
Məsələn, “Turan” şirkətinin 31.12.2007 tarixində uzunmüddətli aktivlərin cəmi aşağıdakı kimi idi:
Həmin tarixdə, “Turan” şirkəti bəzi uzunmüddətli aktivləri satış üçün nəzərdə tutulmuş aktivlər kimi təsnifləşdirdi. Satış xərcləri çıxılmaqla ədalətli dəyər və balans dəyəri aşağıdakı kimi idi: