14
Journal of Azerbaijani Studies
FƏRHAD AĞAZADƏ VƏ LATIN ƏLĠFBASINA KEÇĠD
Ġsaxan Ġsaxanlı
Xəzər Universiteti
Ərəb əlifbasının islahı və latın əlifbası ideyasının yaranması
Vaxtilə islamlaşan, Xəlifəliyin bir vilayətinə çevrilən və İslam
sivilizasiyasının üzvü olan Azərbaycanda ərəb əlifbasından istifadə
olunması təbii olmuşdur. Alimlər, şair və yazıçılar, səlnaməçilər bu
əlifbadan istifadə edərək əsərlərini ərəb (dövrün əsas elm dili), fars
(dövrün əsas poeziya dili) və 13-cü yüzillikdən başlayaraq, həm də
türk (dövrün əsas ünsiyyət dili) dilində yazmışlar.
19-cu əsrin ortalarından başlayaraq Avropanın və Rusiyanın
elmi-mədəni təsirinə məruz qalan Azərbaycan mütəfəkkirləri və ziya-
lılarının bir qismi ərəb əlifbasının əhalinin savadlanmasında və dilimi-
zin inkişafında ciddi maneəyə çevrildiyi fikrinə düşmüş, onun islahı
yolunda çalışmış, mübarizə aparmışlar. Bu məsələdə ilk təşəbbüs
M.F.Axundova (1812-1878) məxsusdur.
M.F.Axundovun ərəb əlifbasının islahatı haqqında düşündüyünü
onun 1854-cü ildə yazdığı bəzi məktublarında görmək olar. Bu yolda
planlı, sistemli fəaliyyətə isə M.F.Axundov 1857-ci ildən başlayır. O,
özünün tərcümeyi halında yazır:
“
1857-
ci
il
miladidə
islam
əlifbasını
dəyişdirmək
(islah etmək –
İ.İsaxanlı)
üçün
fars
dilində
bir
kitabça
yazıb
,
əlifbanı
dəyişdirməyin
vacib
məsələ
olduğunu
həmin
kitabçada
göstərdim”
.
M.F.Axundovun əlifba yolunda mübarizəsinin ciddi təhlili bu
yazının məqsədinə aid olmadığı üçün burada, sadəcə, bəzi prinsipial
məqamları qeyd etməklə kifayətlənəcəyik. Əlifbanın islahı yolunda
M.F.Axundov əvvəlcə, əsasən aşağıdakı müddəaları irəli sürmüşdür:
Fərhad Ağazadə və latin əlifbasina keçid
15
Мирзя Фятяли Ахундов
(1812-1878)
1.
Sait
hərflər
sözün
tərkibində
samit
hərflərin
yanında
yazılmalıdır
.
2.
Nöqtələr
bütövlükdə
hərflərdən
atıl-
malıdır
.
3.
Sözlər
bitişməyən
,
ayrı
-
ayrı
hərflər-
dən
əmələ
gəlməlidir
.
Məhz bu şərtlər daxilində M.F.Axundov
ərəb əlifbasının islahı yolunda 10 ildən çox
ciddi mübarizə aparmışdır.
60-cı illərin sonuna yaxın bəzi başqa
xalqlar arasında da əlifba məsələsi müzakirə
obyektinə çevrilmiş və hətta 1868-69-cu il-
lərdə avar, çeçen və çərkəz dilləri üçün latın əlifbasına oxşayan və
soldan-sağa yazılan bir əlifba tərtib edilmişdi. Təxminən elə bu illərdə
M.F.Axundov əlifba məsələsində daha 2 müddəa
(
hər
bir
hərf
ancaq
bir
şəklə
malik
olmalıdır
;
yazı
soldan
-
sağa
yazılmalıdır
)
irəli sürərək,
ərəb əlifbasının dəyişdirilməsi mümkünlüyünü qeyd edir. 1870-ci ildə
o, ərəb əlifbasının latın hərfləri əsasında dəyişdirilməsi ilə bağlı ilk la-
yihəsini tərtib edir və layihəni, bu məsələlərlə ciddi maraqlanan gənc
Məhəmməd Ağa Şaxtaxtlıya (1846-1931) göndərir. Bundan sonra o,
öz layihəsində bəzi hərflərin şəkillərini dəyişir və 1873 ildə özünün
latın əlifbası layihəsinin son variantını hazırlayır. Bəzi mənbələrdə bu
layihənin əlyazmasının bir vaxtlar Əbdürrəhim bəy Haqverdiyevdə
olduğu qeyd olunsa da, təəssüf ki, bu tarixi sənədi nə Əbdürrəhim bəy
Haqverdiyevin fondunda, nə M.F.Axundovun özünün fondunda, nə də
başqa arxiv materialları arasında tapmaq mümkün olmadı.
Artıq bu illərdə M.F.Axundovun əlində 2 tip layihə vardı.
O, 1873-cü ilin iyun ayının 18-də Tiflisdəki Osmanlı konsulunun
müavini Ömər Səbri vasitəsilə İstanbulda çıxan “Həqayiq” qəzetinin
redaktoruna göndərdiyi məktubunda yazırdı: “Mən
iki
cür
əlifba
dü-
şünmüşəm
.
Onlardan
biri
latın
əlifbası
hərflərindən
seçilərək
tərtib
edilməlidir
ki
,
onu
soldan
sağa
yazmaq
lazım
gələcəkdir
.
İkincisi
isə
,
hazırki
əlifbamız
əsasında
qurulmalıdır
ki
,
onu
hazırda
olduğu
kimi
sağdan
sola
yazmaq
olar”
.
16
İsaxan İSaxanlı
Yuxarıdakı müddəaların ən vaciblərindən biri hərflərin vahid
şəklə malik olması fikridır. Hərflərin şəkillərinin latın hərflərindən gö-
türülməsi fikri də, məhz bu məsələdə M.F.Axundov tərəfindən təklif
olunan variantlardan biri və onun fikrincə, ən uyğunu olaraq irəli sü-
rülmüşdür. O, 1875-ci ildə Fərhad Mirzəyə məktubunda yazır: “Bu
üç
fikirdən
,
mənim
zənnimcə
,
üçüncü
fikir (hərflərin şəkillərinin latın
hərfləri şəkilləri ilə əvəz edilməsi- İ.İsaxanlı) daha
üstün
və
məqsədə
daha
yaxındır
.
Çünki
onunla
oxumaq
,
yazmaq
və
çap
etmək
işləri
asanlaşmış
olur
”.
Bu illərdə, M.F.Axundov artıq ərəb əlifbasının islahı ideyasından
tam əl çəkir və onun latın əlifbası ilə dəyişdirilməsindən başqa bir va-
riantı qəbul etmədiyini yazırdı: “Soldan
-
sağa
yazılıb
oxunan
,
sözlərin
tərkibində
bütün
sait
hərfləri
samitlər
sırasına
daxil
olan
və
bütün
nöqtələri
atılmış
alfabeti
əlifbadan
başqa
heç
bir
xəttin
hərflərini
qəbul
etmirəm
və
heç
vaxt
da
qəbul
etməyəcəyəm
.”
Üzünmüddətli səylərinə baxmayaraq M.F.Axundov nəinki əlif-
banın dəyişdirilməsinə, onun islah olunmasına da nail ola bilmədi. Bu-
nun əsas səbəbləri barədə Fərhad Ağazadənin fondunda maraqlı arxiv
materiallarına rast gəldik və onun bəzi fikirlərini, heç bir yerdə çap
olunmadığını nəzərə alaraq, burada olduğu kimi verməyi qərara aldıq.
“Nəyə
görə
o
qədər
islahatçı
,
o
qədər
təklif
olduğu
halda
ölkələ-
rin
heç
birində
–
nə
Türkiyədə
,
nə
İranda
,
nə
də
o
vaxtın
Rusiyasında
bir
dənə
də
olsun
müsbət
hökumət
reaksiyası
olmayıb
?
Doğrudur
,
ayrı
-
ayrı
şəxslər
tərəfindən
hər
belə
bir
təklifə
və
ya
onun
əleyhinə
bəzən
səslər
ucalırdı
;
bəzən
bu
və
ya
digər
islahatın
xeyrinə
xeyli
geniş
ictimai
hərəkat
meydana
gəlirdi
və
aylarla
və
hətta
illərlə
dövri
mətbuat
səhifələrində
müzakirə
olunurdu
.
Lakin
nəhayət
hər
şey
unudulurdu
,
hər
şey
arxivə
təhvil
verilirdi
.
Axı
burada
xalq
tə-
şəbbüsü
yox
,
görünür
ki
,
əllərində
bu
kimi
ictimai
sualların
həll
olun-
ma
taleyi
olan
başqa
siniflərin
qarışması
lazım
idi
.
Bu
siniflər
isə
Tür-
kiyədə
,
eyni
zamanda
xəlifələr
olan
sultanların
hökuməti
,
İranda
özlə-
rinə
“
zillillah”
(
Allahın
kölgəsi
)
deyən
şahların
hökuməti
,
keçmiş
Ru-
siyada
isə
çarların
despot
hökuməti
idi
.
Çoxmilyonlu
türk
-
tatar
əhali-
sinin
mədəniyyət
suallarının
taleyi
bax
bu
üç
hökumətin
əlində
idi
.
Fərhad Ağazadə və latin əlifbasina keçid
17
İslahatçılar
çox
yaxşı
bilirdilər
ki
,
müvafiq
hökumətin
iştirakı
olmadan
belə
məsələlər
həll
oluna
bilməzdi
.
Bu
vəziyyəti
hamıdan
əvvəl
M
.
F
.
Axundov
nəzərə
almışdı
.
Bax-
mayaraq
ki
,
türk
-
tatar
kütləsinin
əksəriyyəti
keçmiş
Rusiya
imperiyası-
nın
ərazisində
yaşayırdı
,
M
.
F
.
Axundov
,
ilk
növbədə
,
İran
və
Türkiyə
hökumətinə
müraciəti
lazım
bilmişdi
.
Əlbəttə
ki
,
o
,
bu
əməli
əsassız
etməmişdi
.
Çar
mütləqiyyəti
öz
türk
-
tatar
vilayətlərində
tam
başqa
məqsədi
güdürdü
:
o
,
bu
yerlərdə
pravoslavlığı
yaymaq
istəyirdi
.
Orada
türk
-
tatarların
ana
dilində
bir
dənə
də
olsun
hökumət
məktəbi
olmayıb
;
kitab
,
qəzet
və
jurnal
olmayıb
.
Onların
nəşrinə
icazə
verilirdisə
,
onda
bu
icazə
xüsusi
şərtlərlə
və
məhdudlaşdırmalarla
verilirdi
.
Məsələn
:
“
Tərcüman”
qəzetinin
(krım tatarı İsmail bəy Qasprinski (1851-1914)
tərəfindən 1883 cü ildə təsis edilmişdir-İ.İsaxanlı)
nəşrinə
yarısı
rus
dilində
buraxılmaq
şərtilə
icazə
verilmişdi
.
Bəli
,
belə
bir
dövrdə
rus
hökumətindən
yerli
əhalinin
mədəni
-
maarif
işlərinə
qarışmaq
haqqında
xahiş
etmək
ağlasığmaz
idi
.
Ondan
missioner
yardımı
,
kilsə
tikilməsi
və
istənilən
başqa
bir
şey
haqqında
xahiş
etmək
olardı
,
lakin
türk
-
tatar
vilayətlərində
ərəb
əlifbası
islaha-
tının
həyata
keçirilməsi
işində
yardım
göstərmək
haqqında
xahiş
et-
mək
mümkün
deyildi
.
Onda
yalnız
tək
ruslaşdırma
siyasəti
aparılırdı
.
M
.
F
.
Axundov
yardım
haqqında
rus
hökumətinə
müraciət
etmə-
məyi
ağlabatan
bilir
və
buna
görə
o
,
tez
və
müsbət
nəticələr
əldə
edə-
cəyinə
ümid
edərək
,
fəaliyyət
sahəsini
Konstantinopola
keçirir
.
O
,
düşünürdü
ki
,
dindar
sultan
(
ya
onun
hökuməti
)
milyonlarla
savadsız
müsəlmanların
vəziyyətini
başa
düşəcək
,
ərəb
əlifbasının
islahı
və
ya
dəyişdirilməsi
haqqında
əmr
verəcək
və
Sultanın
belə
bir
əmri
elan
edilən
kimi
,
bütün
müsəlmanlar
,
o
cümlədən
Rusiyanın
türk
-
tatarları
,
xəlifənin
(
türk
sultanları
eyni
zamanda
xəlifələr
sayılırdı
)
əmrini
dərhal
icra
edəcəklər
.
Çoxmilyonlu
müsəlmanların
xəlifəsi
sayılan
Sultan
heç
vaxt
Qu-
ranın
yazıldığı
əlifbadan
imtina
etmək
haqqında
qərar
verməzdi
!
Hətta
onun
islahı
haqqında
da
söhbət
gedə
bilməzdi
!
Xəlifə
Şəriətin
və
Quranın
tələblərinin
himayəçisidir
.
O
,
Quranın
yazıldığı
əlifbanı
ləğv
18
İsaxan İSaxanlı
etməyə
və
ya
dəyişdirməyə
yox
,
onun
isti-
fadəsini
həvəsləndirməyə
borclu
idi
.
Bax
bu
vəziyyəti
M
.
F
.
Axundov
nəzə-
rindən
qaçırtmışdı
.
Bəli
,
onun
Konstantinopol
və
Tehran
əyanlarına
bu
müraciətləri
nahaq
idi
.
Başqa
tədbirlər
lazım
idi
.
Başqa
dövr
lazım
idi
.
Hər
xalqın
özünü
dərk
et-
məsinə
,
xalqların
öz
məktəblərinə
malik
olub
,
orada
uşaqlarını
öz
ana
dilində
və
dilinin
konstruksiyasına
(
quruluşuna
)
daha
uyğun
gələn
əlifba
ilə
öyrətməsinə
şərait
yaradan
quruluş
lazım
idi
.
Bu
şəraitləri
isə
nə
çar
mütləqiyyəti
,
nə
sultan
istibdadı
,
nə
də
şah
rejimi
verə
bilərdi
.
”
Beləliklə, əlifba məsələsində heç bir dəyişikliyə nail ola bilməsə
də, ərəb əlifbasında hərflərin şəkillərinin latın hərfləri ilə əvəz edilmə-
si ideyası ilk dəfə M.F.Axundovdan gəlmişdir. Bu ideyanın həyata ke-
çirilməsi missiyası isə təxminən yarım əsr sonra, başqa insanların üzə-
rinə düşəcəkdi.
Yeni əlifba uğrunda mübarizədən danışanda, M.F.Axundovun
müasiri və dostluq münasibətləri olan Mirzə Melkum Xan (1833-
1908) haqqında da bir qədər danışmaq lazım gəlir.
Milliyyətcə erməni olan Mirzə Melkum Xan (o, müsəlmanlığı
qəbul etmişdi) fars dilində əlifba məsələsinə həsr edilmiş 2 fundamen-
tal əsər «Şeyx və Vəzir», «Məbdəi tərəqqi» (inkişafın başlanğıcı) əsər-
lərini yazmışdır. Bu kitabların hər ikisinin tərcüməsi (ərəb əlifbası ilə
türk dilində) 1905-ci ildə Bakıda, 1907-ci ildə Tiflisdə nəşr etdirilmiş-
dir.
M.F.Axundov yeni əlifba uğrunda Mirzə Melkum Xanın fəaliy-
yətini çox yüksək qiymətləndirirdi. O, Mirzə Melkum Xanın London-
da İranın səfiri təyin olunmasından təəssüflənərək, 1875-ci ilin noyabr
ayının 8-də Mirzə Yusif Xana məktubunda yazırdı: “İranda
tək
bircə
nəfər
hikmət
sahibi
yazıçı
meydana
gəlmişdi
,
təəssüf
ki
,
onun
da
qəd-
Мирзя Мелкум Хан
(1833-1908)
Fərhad Ağazadə və latin əlifbasina keçid
19
rini
bilməyib
Londonda
həbs
etdilər
.
Onun
vəzifəsi
məgər
səfirlikdir
?
Onun
vəzifəsi
öz
bilik
və
arzularını
qələmə
almaqdır
.
Əgər
o
,
Tehran-
da
qalsaydı
,
ehtimal
etmək
olardı
ki
,
onun
səyi
nəticəsində
bəlkə
də
is-
lam
əlifbasını
dəyişdirmək
mümkün
olardı”.
“Xristianlar
arasında
İslamın
ən
sədaqət
k
ar
dostlarından
biri
,
hətta
birincisi” kimi qiymətləndirilən Mirzə Melkum Xan ərəb əlifba-
sının islahı yolunda
xüsusi layihələr hazırlamış və M.F.Axundova
məktublarından bəzilərini öz əlifbası ilə yazmışdır.
Yeni əlifba uğrunda mübarizədə, haqqında mütləq danışılması
lazım gələn şəxsiyyətlərdən biri də M.F.Axundovun davamçılarından
olan, 1889-ildə İranın Qafqazda Baş Konsulu olmuş Mirzə Riza Xan-
dır (1853-1935).
19-cu əsrin 70-ci illərində, ərəb əlifbasının islahı yolunda fikirlə-
rin yüksək vüsət aldığı bir dövrdə “Muşaq” adlı erməni qəzeti və
“Qolos” adlı rus qəzeti ərəb əlifbasının çətinliklərindən yazır və bunu
bəhanə gətirərək müsəlman uşaqlarının erməni və rus məktəblərində
oxuması təkliflərini irəli sürmüşdülər. Bu məsələdən təsirlənən Mirzə
Riza Xan, 1879-cu ildə latın hərfləri ilə “Risaleyi-Rüşdiyə” (Alphabet
Ruchdie) adlı əlifba kitabçası çap
etdirmişdir. Lakin hərflərin sayının
çox olması (əlifbada 49 hərf var
idi), sətirüstü işarələrə həddindən
artıq yer verilməsi, eləcə də bir sıra
hərflərin şəklinin bir-birinə çox ya-
xın olması və s. məqamlar bu əlif-
banın tətbiqinə və uğur qazanması-
na imkan verməsə də, latın əlifbası-
na praktik keçid baxımından bu əlif-
ba tarixi əhəmiyyətə malik idi. Bu,
Yaxın və Orta Şərqdə latın əlifbası
ilə çap olunan ilk əlifba kitabıdır.
Azərbaycan dilində olan mən-
bələrdə Mirzə Riza Xan barəsində
tərcümeyi-hal xarakterli heç bir
Mirzə Riza Xan
(1853-1935)
20
İsaxan İSaxanlı
məlumata rast gəlmədiyimizdən burada onun haqqında bir qədər
danışmağı lazım bildik.
Mirzə Riza Xan 1853-cü ildə Təbrizdə anadan olub. Hələ gənc
yaşlarında türk, fars, ərəb dillərini yüksək səviyyədə öyrənərək, ədə-
biyyat, riyaziyyat kimi elmlərə yiyələnən Mirzə Riza Xan xarici dilləri
öyrənmək məqsədilə İstanbula gəlir. İki il ərzində fransız, yunan, ingi-
lis və alman dillərini öyrənərək İstanbuldan Tiflisə gəlir. Burada rus
dilini də öyrənir və 1877-ci ildə İranın Tiflisdəki Baş Konsulluğunda
tərcüməçi, sonra isə baş tərcüməçi işləyir. 1880-ci ildə Tiflisdə yaşa-
yan iranlılardan ibarət «Maarif» məclisi yaradır və yuxarıda adı çəki-
lən əlifba kitabını fransız dilinə tərcümə edərək bu məclisin gəliri he-
sabına çap etdirir. 1882-ci ildə «Xan» ləqəbi alır və 1886-cı ildə Ru-
siyada İran səfirinin müşaviri təyin edilir. 3 ilə yaxın burada işləyir və
1889-cu ildə Mirzə Rıza xan Baş General rütbəsi alır və elə həmin il
İranın Qafqazda Baş Konsulu vəzifəsinə təyin edilir. 1890-cı ildə Tif-
lisdə kasıblar, imkansızlar və müəllimlərə yardım məqsədilə xeyriyyə
cəmiyyəti yaradır.
Bundan sonra da, davamlı olaraq, müxtəlif ölkələrdə dövlət vəzi-
fələrində çalışan Mirzə Rıza Xan müxtəlif vaxtlarda İran, Türkiyə, Ru-
siya, İtaliya, Fransa və bir sıra başqa Avropa dövlətlərinin müxtəlif
dərəcəli orden və nişanları ilə təltif edilib.
20-yə yaxın kitabın müəllifi olan Mirzə Rıza Xan, eyni zamanda,
“Daneş” ləqəbi ilə fars və fransız dillərində şirin şerlər və hekayələr
yazmışdır. O, fars dilində olan şer və hekayələrini bir yerə toplayaraq
“Müntəxəbe Daneş” adlı kitab halında çap etdirmişdir. Mirzə Rıza
Xanın həyatı ilə bağlı bu məlumat da elə onun “Müntəxəbe Daneş”
kitabından götürülmüşdür.
Ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi ideyası bir variant
olaraq M.F. Axundovdan gəlsə də bu məsələ uğrunda heç kim ciddi və
planlı iş görməmişdi. Düşünmək olar ki, M.F. Axundovdan sonra ərəb
əlifbasının latın əlifbası ilə əvəz edilməsi yolunda mübarizə yeni vüsət
almalı idi. Çünki, ortada M.F. Axundov tərəfindən irəli atılan latın
əlifbası ideyası və konkret layihə artıq mövcud idi. Lakin bu baş ver-
mədi. Əlifba uğrunda əsas mübarizə yenə də ərəb əlifbasının ciddi is-
Fərhad Ağazadə və latin əlifbasina keçid
21
lahı üzərində qurulurdu və latın əlifbası ideyası sanki unudulmuşdu.
Faktik olaraq bundan sonra heç kim yeni latın hərfli layihələr irəli
sürməmiş (Mirzə Riza Xanın yuxarıda deyilən əlifba kitabçası istisna
olmaqla) və bunu ciddi müzakirə obyektinə çevirməmişdir.
Dostları ilə paylaş: |