279
birləşmələri adlandırmaq olar. Bu birləşmələr komponentlərinin
termin olub-olmamasına görə də bir-birindən fərqlənir:
Tərkib hissələrindən biri termin, digəri isə konkret ter-
minoloji məna kəsb etməyən adi sözdən ibarət termin-söz birləş-
mələri:
əsas dalğa, dəyişən amplitud, tam uzunluq, əks cərəyan,
ani güc və s.
Tərkib hissələrinin hər ikisi termin olan termin-söz bir-
ləşmələri:
elektrik yükü, səs tezliyi, cərəyan mənbəyi, rəqs gər-
ginliyi, sürtünmə bucağı, funksiya elementi, həndəsi silsilə, in-
teqrallaşma teoremi.
İkinci qrupa tərkib hissələrinə ayrılmayan terminlər daxil-
dir. Belə termin-söz birləşmələrindən komponentlərdən bəzən
biri, bəzən də ikisi öz ilkin mənasından uzaqlaşır, yəni məcazla-
şır. Belə terminləri də iki qrupa ayırmaq olar:
Dostları ilə paylaş: