97
hallarda ayrı-ayrı fars sözlərinin türkcə qarşılıqlarını təsviri üsul-
la, yəni onların mənasını açıqlama yolu ilə bir neçə sözlə ver-
mişdir ki, bu da xüsusi maraq doğurur. Məsələn:
Pəjğul
– yeri
1
dökülmüş buğdaydan bişən aş,
Lok
– kəndözini bəzəyib kişilənmək;
Məğuşək
– oda tapanlar keşişi və s.
Qeyd edək ki, bu birləşmələrdən heç birinin farsca qarşılıq-
larına müasir farsca izahlı lüğətlərdə rast gəlmədik. Bu fakt isə
H.Naxçıvaninin lüğətinin fars dilinin əski qatını öyrənmək baxı-
mından da dəyərli bir qaynaq olduğunu sübut edir. İndi isə
H.Naxçıvaninin lüğətdə tərcümə zamanı ədəbi dilin zənginləş-
məsi istiqamətində söz yaradıcılığı sahəsindəki fəaliyyətinə dair
nümunələrlə tanış olaq.
Öncə lüğətdəki morfoloji üsul əsasında yaranmış türkcə
leksik vahidlərə nəzər salaq. Bu qəbildən olan leksik vahidlər,
təbii ki, quruluşca düzəltmə sözlərdir və daha çox isim və sifət-
lərdən ibarətdir.
Lüğətdə adlardan ad (isim və sifət) düzəldən aşağıdakı söz-
düzəldici şəkilçiləri qeydə almışıq:
Dostları ilə paylaş: