SƏADƏt davud qizi məMMƏdova



Yüklə 1.7 Mb.
Pdf просмотр
səhifə1/31
tarix10.07.2017
ölçüsü1.7 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31

 
SƏADƏT  DAVUD  QIZI  MƏMMƏDOVA 
 
 
 
 
 
 
 
 
SOSİAL  PROQNOZLAŞDIRMA  
VƏ  LAYİHƏLƏŞDİRMƏ 
(dərs  vəsaiti) 
 
 
 
 
 
 
 
 
Azərbaycan  Respublikası  Təhsil 
Nazirliyinin  10  iyun  2009-cu  il 
tarixli 653 №-li əmri ilə dərs vəsaiti 
kimi təsdiq olunub. 
 
 
 
 
 
 
 
 
 
 
                                            «ELM» nəşriyyatı  
B A K I – 2 0 0 9 
 

 
 

Elmi  redaktor:             fəlsəfə elmləri doktoru, professor  
 
 
                          İzzət Rüstəmov 
 
Rəyçilər: 
 
əməkdar elm xadimi, fəlsəfə 
 
 
 
 
elmləri doktoru,  professor  
 
 
Cəmil Əhmədli 
 
 
fəlsəfə elmləri namizədi, dosent  
 
 
       Tahir Ağayev 
 
                      
 
sosiologiya elmləri namizədi 
                         
Yaqut Əliyeva 
 
 
 
Səadət  Davud  q.  Məmmədova.  Sosial  proqnozlaşdırma  və  layihələşdirmə 
(dərs vəsaiti). Bakı: «Elm», 2009. – 292s.  
 
ISBN 978-9952-453-18-8 
 
Təqdim  olunan  dərs  vəsaiti  sosial  proqnozlaşdırma  və  sosial 
layihələşdirmə  ilə  bağlı  tədqiqatlar  əsasında  tərtib  olunsa  da,  burada 
Azərbaycanda  gələcək  haqqında  ideyaların  inkişaf  tarixi,  müasir  dövrdə 
Azərbaycanda  baş  verən  sosial  dəyişikliklər  prosesinin  proqnozlaşdırılması 
istiqamətləri və bir sıra digər mövzulara diqqət ayrılır.  
Dərs  vəsaitinin  hazırlanmasında  əsasən  İ.V.Bestujev-Lada  ilə 
A.Q.Namestnikovanın  «Sosial  proqnozlaşdırma»  və  İ.V.Kurbatov  ilə 
O.V.Kurbatovanın birgə müəllifləri olduqları «Sosial layihələşdirmə» kitabları 
istifadə  edilib.  Dərs  vəsaiti  tələbələr,  aspirantlar,  müəllimlər,  elmi  işçilər  və 
mövzu ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulur.      
 
 
 M     0302000000 
    655(07)-2009 
 
                      
              
© Məmmədova S.D. 2009 
 

 
 

 
MÜNDƏRİCAT 
Redaktordan ---------------------------------------------------------------------------5 
SOSİAL PROQNOZLAŞDIRMA 
Mövzu 1. Sosial proqnozlaşdırmanın tarixi əsasları----------------------------6 
1.1 Sosial proqnozlaşdırmanın əmələgəlmə və inkişaf şəraiti-----------------6 
1.2 XIX – XX əsrlərdə sosial proqnozlaşdırma--------------------------------12  
1.3  Proqnozlaşdırma  ilə  bağlı  müasir  tədqiqatlar.  Qlobalistika  və 
alternativistika------------------------------------------------------------------------16 
1.4 Antifuturoloji istiqamət--------------------------------------------------------20 
1.5Gələcəyə futurosinergetik yanaşma-------------------------------------------27 
1.6 Azərbaycanda gələcək haqqında fikirlərin inkişaf istiqamətləri--------31 
Mövzu 2. Texnoloji proqnozlaşdırmanın metodologiyası (proqnozların forma 
və tipləri)-----------------------------------------------------------------------37 
Mövzu 3. Sosial proqnozlaşdırmanın obyekti, prinsipləri--------------------48 
Mövzu  4.  Tədqiqat  proqramlarının  hazırlanması  (proqnozdan  əvvəlki 
yönəlmə)--------------------------------------------------------------------------------51 
Mövzu 5.  İlkin  modelin qurulması və onun analizi. Proqnoz fonu modelinin 
qurulması-----------------------------------------------------------------56 
Mövzu 6. Kəşfiyyat proqnoz-------------------------------------------------------71 
Mövzu  7.  Normativ  proqnoz.  Proqnozun  verifikasiyası.  İdarəetmə  üçün 
tövsiyyələr------------------------------------------------------------------------------78 
Mövzu 8. Proqnozlaşdırma metodları--------------------------------------------89 
Mövzu 9. Sosial proseslərin proqnozlaşdırılması------------------------------97 
9.1 Sosial siyasi  proseslərin proqnozlaşdırılması xüsusiyyətləri------------97 
9.2 Sosial iqtisadi proseslərin proqnozlaşdırılması xüsusiyyətləri---------110 
9.3 Mənəvi-mədəni  proseslərin proqnozlaşdırılması xüsusiyyətləri------127 
9.4 Müasir sosial proqnozlaşdırma----------------------------------------------139 
 
SOSİAL LAYİHƏLƏŞDİRMƏ  
Mövzu 10. Sosial layihələşdirmənin inkişaf tarixinə dair-------------------143 
Mövzu 11. Sosial layihələşdirmə: təbiəti, mahiyyəti, metodologiyası----152 
Mövzu 12. Sosial layihələşdirmə nəzəriyyəsinin əsasları--------------------160 
Mövzu 13. Sosial layihələşdirmənin strategiyası və alətlər kompleksi----167 
Mövzu 14. Sosial layihələşdirmənin formaları--------------------------------176 
Mövzu 15. Planlaşdırma sosial layihələşdirmənin formalarından biri kimi------
-------------------------------------------------------------------------------------183 
Mövzu 16. Sosial layihələşdirmənin sosial texnoloji metodları------------198 

 
 

Mövzu  17.  Sosial  layihələşdirmənin  avtomatlaşdırılması  və  riyazi 
modelləşdirilməsi--------------------------------------------------------------------204 
Mövzu 18. Sosial proseslərin layihələşdirilməsi-------------------------------215 
18.1 Sosial layihələşdirmə və sosial yeniliklər---------------------------------215  
18.2 Sosial mədəni layihələşdirmə-----------------------------------------------224 
18.3 Sosial münasibətlər və sosial davranışın layihələşdirilməsi-----------238 
18.4 Normativ – hüquqi  layihələşdirmənin əsasları-------------------------251 
18.5 Miqrasiya davranışın layihələşdirilməsi prinsipləri--------------------255 
18.6 Seçici  davranışının layihələşdirilməsi------------------------------------261 
18.7 Sosial təhsil: təhsil prosesinin layihələşdirilməsi------------------------265 
18.8 Həyat tərzi sosial layihələşdirmənin obyekti kimi----------------------271 
Mövzu 19. Fərdi layihənin hazırlanması---------------------------------------276 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
 

REDAKTORDAN 
 
Bəşəriyyət yarandığı gündən dəyişikliklər və yeniləşmə kimi fundamental 
inkişaf  meylləri  onu  müşayiət  etmişdir.  XX  əsrin  son  on  illikləri  dünyanın, 
bəşəriyyətin  iqtisadi,  siyasi,  mədəni  inkişafına  prinsipcə  yeni  xüsusiyyətlər 
gətirmişdir.  Müasir  bəşəriyyəti  səciyyələndirən  əsas  xüsusiyyət  onun  köklü 
transformasiyalar  mərhələsini  yaşaması,  bütün  sahələrdə  fasiləsiz 
dəyişikliklərin  təsirinə  məruz  qalmasıdır.  Cəmiyyət  və  insan  demək  olar  ki, 
hər gün «yenilik – qeyri-müəyyənlik - seçim» şəraitində mövcuddur, fasiləsiz 
transformasiyalar prosesi hər birimizi müşayiət edir. Səbəb isə mövcud inkişaf 
modellərinin  labüd  dəyişikliyə  uğramasıdır.  Bu  inkişafın  müxtəlif 
məqamlarının  tədqiqi,  real  proseslərin  dinamikasının,  sosial  potensialın 
müəyyən  edilməsi  tələbatı  və  s.  proqnozlaşdırmanın  bir  elm  kimi  inkişafını 
zəruri  edir.  Müasir  bəşəriyyətin  təzadlı  inkişafı,  gələcək  qarşısında  təhlükə 
hissi  proqnozlaşdırma  fenomenini  aktuallaşdırır,  bütün  sahələrdə  inkişafın 
elmi  əsaslandırılmış  proqnozlar  əsasında  məqsədəuyğun  yönəldilməsini, 
gələcəyin  istiqamətləndirilməsi  sahəsində  proqnoz  və  layihəli  tədqiqatların 
genişləndirilməsini və uyğun ixtisaslı kadrların hazırlanmasını zərurətə çevirir. 
Bu baxımdan, «Sosial proqnozlaşdırma və layihələşdirmə» kursunun tədrisi və 
bu sahədə kadrların hazırlanması günün vacib tələbi kimi xüsusi aktuallıq kəsb 
edir.  
S.D.Məmmədovanın 
«Sosial 
proqnozlaşdırma» 
və 
«Sosial 
layihələşdirmə»  başlıqlı  iki  hissədən  ibarət  olan  və  proqnozlaşdırmanın 
əmələgəlmə  və  inkişaf  şəraiti,  proqnozlaşdırma  ilə  bağlı  müasir  tədqiqatlar, 
texnoloji  proqnozlaşdırmanın  metodologiyası,  proqnozların  forma  və  tipləri, 
sosial  proqnozlaşdırmanın  obyekti,  prinsipləri  və  s.,  o  cümlədən  sosial 
layihələşdirmənin  metodoloji  əsasları,  sosial  layihələşdirmənin  təbiəti, 
mahiyyəti,  sosial  layihələşdirmənin  strategiyası  və  alətlər  kompleksi, 
formaları, texnoloji metodları, avtomatlaşdırılması və riyazi modelləşdirilməsi 
xüsusiyyətləri  və  s.  özündə  əks  etdirən  «Sosial  proqnozlaşdırma  və 
layihələşdirmə» mövzusunda təqdim etdiyi dərs vəsaiti bu baxımdan aktuallıq 
kəsb  edir.  Dərs  vəsaitində  diqqətəlayiq  tərəflərdən  biri  də  Azərbaycanda 
gələcək  haqqında  fikirlərin    formalaşması  tarixinin,  müasir  qloballaşma 
şəraitində  Azərbaycanda  sosial,  siyasi,  iqtisadi  inkişaf  istiqamətlərinin  təhlili 
ilə bağlıdır.  
 
fəlsəfə elmləri doktoru, professor   İzzət Rüstəmov 
 
 

 
 

SOSİAL PROQNOZLAŞDIRMA 
 
Mövzu 1. SOSİAL PROQNOZLAŞDIRMANIN TARİXİ ƏSASLARI 
 
1.1 SOSİAL PROQNOZLAŞDIRMANIN ƏMƏLƏGƏLMƏ VƏ 
İNKİŞAF ŞƏRAİTİ  
 
İnsanlar  fərqli  zaman  və  fərqli  məkan  haqqında  düşünməyə  başladıqdan 
sonra gələcək haqqında dini, utopik və fəlsəfi-tarixi istiqamətlər inkişaf etdi.    
Arxeoloji  və  etnoqrafik  mənbələr  göstərir  ki,  ibtidai  şüur  uzun  müddətli 
inkişaf  mərhələsindən  sonra  keçmiş  və  gələcək  haqqına  düşünməyə 
başlamışdı. İbtidai dövrdə yalnız indiki zaman mövcud idi, keçmiş və gələcək 
indiki zamana çox yaxın vaxt müddəti kimi qəbul edilirdi, yəni uzaq gələcək 
haqqında  düşünmək  bacarığı  inkişaf  etməmişdi.  Gələcək  haqqında  məlumat 
vermək və gələcəyə təsir etmək üçün cadugərlərə müraciət olunurdu.     
İnsanlar uzun müddət indiki və gələcək zamanı eyniləşdirirdilər, yəni hər 
hansı  gələcək  heç  bir  dəyişikliklər  gözlənilməyən  sonsuz  davamlı  indiki 
zaman  idi.  Gələcək  haqqında  ilkin  mifoloji  təsəvvürlərdə  sadə  təbiət 
hadisələrilə  bağlı  fantastik  məlumatlar  verilirdi.  Dünya  haqqında  mifik 
modellərdə  tarixi  prosesin  dövrü  inkişaf  xətti  izlənilir:  doğuluş  (törəmə)  – 
inkişaf (artım) – tənəzzül (azalma) – ölüm (yox olma).  
Misir  miflərində  «ilkin  zaman»  dünyanın  yaradılışı  ilə  başlayır.  Əvvəlcə 
allah  Xepri  dünyaya  gəldi,  «ilkin  materiyadan  özünü  yaratdı»,  sonra  isə 
dünyada  olanları  yaratdı.  Misir  miflərində  inkişaf  və  tənəzzül  allahların 
fəaliyyətinin  nəticəsi  kimi  izah  olunurdu.  «Ölkə  tənəzzül  dövründə  idi. 
Allahlar bu ölkədən üz döndərmişdilər». 
Şumerlər isə tarixi – firavanlıq və sülh mərhələsi olan ibtidai icma dövrünə 
və  tənəzzül  və  aşınma  mərhələsi  olan  mövcud  inkişaf  mərhələlərinə 
bölürdülər.  Şumerlər  bütün  təbiət  və  sosial  dəyişiklikləri  ayrı-ayrı  allahların 
fəaliyyətlərilə əlaqələndirirdilər.  
Hind miflərində bəşəriyyətin yaradılışının dörd mərhələsi fərqləndirilirdi: 
Qızıl  dövrü  (Kritayuqa),  Gümüş  dövrü  (Tretayuqa),  Miss  dövrü 
(Dvaparayuqa),  Dəmir  dövrü  (Kaliyuqa).  Hər  bir  dövr  inkişaf  və  tənəzzül 
mərhələlərinə bölünür. 
Çin  miflərində  də  tarixi  inkişaf  prosesinin  dövrü  (tsiklik)  inkişaf  xətti 
izlənilir. Varlıq  yaranma –  inkişaf  –  tərəqqi  – tənəzzül  –  böhran  –  məhv 
olma  mərhələlərini  yaşayır.  Bu  miflərədə  göstərilir  ki,  inkişaf  və  xaos 
müvəqqəti  vəziyyət  kimi  daimi  mövcud  ola  bilməz,  onlar  daim  bir-birinə 

 
 

müqavimət  göstərir  və  bu  tərəqqinin  hərəkətverici  qüvvəsinə  çevrilir. 
Ziddiyyətlərin vəhdəti harmoniya yaradır.   
Yunanlar əmin idilər ki, işığın yaranması zamanı yaratmışdır. Yunanlar da 
bəşəriyyətin qızıl dövrünün təsvirini verirdilər.  
Türklərdə  də  universumun  yaranışı,  allahların  fəaliyyəti  ilə 
əlaqələndirilirdi.  «Bəyaz  yaradıcı» torpağı, havanı və insanları yaratmışdı və 
onların yaşamağına kömək etmişdi.    
Miflərdə  ilkin əşyalar, ilkin fəaliyyətlər və ilkin yaradılışın tsiklik təsviri  
veriilirdi.  
Mifik  dünyagörüşü  əsasında  gələcək  haqqında  dini  konsepsiyalar 
formalaşmışdı.  Dünyəvi  dinlərdə  gələcəklə  bağlı  təsəvvürlərin  formalaşması 
iki mərhələyə bölünür: 
1)e.ə. 1 minillikdə formalaşmış dinlərdə gələcək haqqında məlumatlar; 
2)eramızın  I  minilliyində  formalaşmış  dinlərdə  gələcək  haqqında 
təsəvvürlər. 
Buddizmdə  tarixi  inkişaf  mərhələsinin  qızıl,  gümüş  və  dəmir  dövrləri 
fərqləndirilir,  bu  prosesdə  yeni  əxlaqi  dəyərlər  və  qaydaların  tənzimləyicisi 
olan  tarixi  şəxsiyyətin,  siyasi  liderin  rolu  vurğulanır  və  sosial  dəyişikliklər 
mənəviyyatda  baş  verən  durğunluqla  əlaqələndirilir.  Burada  boşluq,  yaxud 
xaos  dövrü  həm  tənəzzülün  son  mərhələsi,  həm  də  inkişafın  başlanğıcı  kimi 
təsvir edilir. 
Yahudilərin müqəddəs kitabı olan «Talmud» müəyyən tarixi dövrdə (e.ə. I 
minillikdə)  sosial  məkan  və  sosial  zaman  münasibətlərinin,  həmçinin 
tənzimlənən sosial münasibətlərin tarixi inkişaf prosesinə təsirinin öyrənilməsi 
baxımından  çox  qiymətli  dini  mənbədir.  Dini  kitablarda  təsvir  edilən  sosial 
zaman  adətən  keçmişdən  gələcəyə  doğru  yönəlir,  dünyanın  yaranması  ilə 
başlanan  zaman  dünyanın  dağılmasına,  yəni  qiyamət  gününə  qədər  davam 
edir.  
Xristianlıqda  da  dünyanın  varlığın  əvvəli  və  sonu  olan  Allah  tərəfindən 
yaradıldığı  qəbul  edilir.  Yaradılanadək  dünya  formasız  və  boş  idi,  yəni 
dünyada  xaos  hökm  sürürdü:  «Allah  əvvəlcə  səmanı  və  torpağı  yaratdı… 
Torpaq formasız və boş idi, uçurum üzərində qaranlıqlar» (Əhdi-ədiq. Varlıq. 
I  Fəsil).  «Hər  şey  tozdan  yarandı  və  hər  şey  toza  çevriləcək»  (Eklesiatın, 
yaxud vaizin kitabı). 
Quranda  kainatın,  makro  və  mikro  dünyaların  sonsuz  vakuumdan 
yaranması fikri irəli sürülür. Bu vakuum yaradıcı başlanğıca malik olan xaos 
kimi müəyyənləşdirilə bilər. Allah bu xaosdan üstün olub, bütün mövcudatı, o 
cümlədən vakuum və xaotik başlanğıcı idarə edir. Sivilizasiyaların yaranması, 
inkişafı  və  süqutu  Allah  tərəfindən  müəyyənləşdirirlir.  Bütün  mövcudatın 

 
 

məkanı və zamanı nəsilləri ardıcıl olaraq bir-birilə əvəzləyən Allah tərəfindən 
müəyyən və idarə edilir. Quranda canlı həyatın dövri (tsiklik) inkişafı təsvir və 
təhlil edilir: «Allah ölüdən diri, diridən də ölü çıxardır, öləndən sonra torpağı 
dirildir»  (S.30,  19).  Allah bəşəriyyəti  yaratmışdır  və  onun  məhv  olma  vaxtı, 
yəni  qiyamət,  yaxud  mühakimə  günü  yalnız  Allaha  məlumdur,  qiyamət 
günündən  sonra  yer  üzündə  əmin-amanlıq  hakim  olacaq.  Mövcud  dünyada 
Allah cəmiyyətlərin tənəzzülünü və inkişafını tənzimləyir. 
Dini  təsəvvürlər  gələcək  haqqında  utopik  istiqamətlərin  və  tarixi-fəlsəfi 
konsepsiyaların inkişafının əsası oldu. Utopik konsepsiyalar e.ə. 1 minillikdə 
formalaşmağa başlamışdı. Utopik konsepsiyalar dini konsepsiyalardan «fərqli 
gələcək»,  fövqəlbəşər  qüvvələrin  təyin  etdiyi  deyil,  insanların  özlərinin 
qurduğu,  onların  dünyagörüşü  və  fəaliyyət  səviyyəsinə  uyğun  formalaşırdı. 
Utopiyaların əksəriyyəti gələcək cəmiyyət quruluşu, elm, texnika, səhiyyə və 
s. inkişafı ilə bağlı məsələləri əks etdirir. Hələ qədim Çində «Datun», yaxud 
Böyük  vəhdət,  Böyük  harmoniya  və  «Taypin»,  yaxud  Böyük  tarazlıq 
anlayışları  yaranmışdı.  Texniki  utopiyalar  hələ  XIII  əsrdə  R.Bekonun 
əsərlərində öz əksini tapmışdı və XVII əsrdə bu fikirlər F.Bekonun əsərlərində 
inkişaf etdirilmişdi.   
Mahiyyətinə görə ibtidai icma və quldarlıq dövrləri, feodalizm, kapitalizm, 
sosializmlə  bağlı  utopiyalar  fərqləndirilir.  «Fərqli  dünya»  haqqında  utopik 
təsəvvürlər hələ e.ə. 1 minillikdə Qədim Yunanıstan və Çində, Misirdə, İranda 
və  Hindistanda  formalaşmışdı.  Burada  nəsli  quruluş  ideallaşdrılır,  yaxud 
quldarlıq, sonralar isə feodalizm «rasionallaşdırılırdı».  
Gələcək  haqqında  utopik  təsəvvürlərin  ikinci  inkişaf  mərhələsi  XI-XIII 
əsrlərə aiddir. Bu dövrdə Yaxın və Orta Şərqdə Əl-Fərabi, Nizami, Füzuli və 
başqalarının  əsərlərində  gələcək  və  ya  daha  yaxşı  cəmiyyət  haqqında 
təsəvvürlər öz əksini tapmışdı. Sonradan bu inkişaf XIX-XX əsrin əvvəlinədək 
nəzərəçarpmayacaq forma almışdı.  
Üçüncü  mərhələdə  XVI–XVII  əsrin  əvvəllərində  İntibah  və  Maarifçilik 
dövrlərində  Qərbdə  sosial  inkişaf  haqqında  utopik  fikirlər  geniş  yayıldı.  Bu 
T.Morun «Utopiya» əsərindən Melyenin «Vəsiyyətnamə» və Volterin «Fəlsəfi 
məktublar»  əsərlərinə  qədər  davam  etmişdi.  Məhz  utopiyalar  XVI-XVII 
əsrlərdəki burjua inqilablarının ideologiyasına çevrilmişdi.  
Dördüncü mərhələ XVIII əsri əhatə edir. Yeni dövr fəlsəfəsinin görkəmli 
nümayəndləri  olan  F.Bekon,  Hobss,  Dekart,  Spinoza,  Lokk  və  başqaları  və 
maarifçilik dövrünün görkəmli nümayəndələri olan Volter, Russo, Monteskyö, 
Holbax,  Helvetsi,  Didro,  Lessinq,  Şiller,  Cefferson,  Franklin,  Novikov, 
Radişev  və  digərlərinin  əsərlərində  gələcək  haqqında  düşüncələr  öz  əksini 
tapmışdır.   

 
 

Beşinci mərhələ XIX əsrin birinci yarısını əhatə edir. Bu dövrün görkəmli 
nümayəndələri  olan  Sen-Simon,  Furye,  L.Blan,  Kaabe,  Dnzami,  Veytlinq  və 
başqaları  utopik  sosialistlər  idi.  Bu  dövrdə  Böyük  Fransa  inqilabı  tənqidi 
analiz edilirdi və utopizmin tənəzzülü aydın nəzərə çarpırdı. Rusiya və bir sıra 
Şərq  ölkələrində  XX  əsrin  birinci  yarısınadək  utopik  sosializm  ideyaları 
qalmaqda  idi.  XX  əsrdə  utopik  sosializmin  Morris,  Bellami,  Zolya,  Frans, 
Uells, C. London və s. kimi nümayəndələri meydana çıxmışdı. 
Altıncı mərhələ XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərini əhatə edir və 
marksist və anarxist utopiya arasında mübarizə dövrü kimi xarakterizə olunur. 
Marksizm  inqilabi  hərəkata  çevrilib  «sosializm  utopiyasının»  reallaşmasına 
gətirib çıxarmışdı. Anarxizmin kökləri XVII-XVIII əsrlərin utopik fikirlərinə 
söykənirdi  və  patriarxal  icma  münasibətlərinin  ideallaşdırılması  ilə  bağlı  idi. 
XIX əsr anarxizmi Qodvin, Prudon Ştirner, Bakunin, Kropotkin, Reklö, Qrav, 
Karelin, Forun əsərlərində inkişaf etdirilmişdi və «azad federasiya» qurulması 
fikrinə əsaslanırdı.  
Yeddinci  mərhələ  1917-ci  ildən  –  bu  günə  qədərki  dövrü  əhatə  edir.  Bu 
dövrdə marksizm-leninizm utopiyasının reallaşması və süqutü baş vermişdi.  
Qeyd  etmək  lazımdır  ki,  utopizmdə  gələcəyin  detallı  təsviri,  ideal  sxemi 
yaradılır,  gələcək  nəsilin  «davranış  qaydaları»  müəyyənləşdirilirdi. 
Bəşəriyyətin  gələcək  inkişafı  ilə  bağlı  utopik  baxışlar  sırasına  liberal 
reformizmin  müxtəlif  istiqamətləri  də  daxildir.  Qarrinqtonun  «Okeaniya» 
əsəri, Bentam, Q.Corc, Qertski və başqalarının əsərləri bu tiplidir.  
Karleyl,  Dizrali,  Reskin  və  başqalarının  feodal  sosializm  nəzəriyyəsində 
utopistlər ideallaşdırılmış orta əsrlərə qayıdışı təsvir edirdilər. Bu nəzəriyyənin 
əsasında  Lamenne  və  başqalarının  xristian  sosializmi  konsepsiyası  dururdu. 
XIX  əsrin  əvvəllərində  bu  cərəyan  müstəqil  xüsusiyyət  kəsb  edərək,  burjua 
utopizminə  çevrilmişdi.  Quldarlıq  və  feodalizm  dövrü  utopiyaları 
ictimaiyyətin antiutopizm kimi qiymətləndirdiyi faşizmlə əvəz olunmuşdu. 
Qərbdə  və  ABŞ-da  texnokratik  və  reformist  utopizm  ideyalarının 
reallaşdırılması ilə bağlı bir sıra klublar yaranmışdı. XX əsrin 20-ci illərində 
Sialkovskinin  «Bəşəriyyətin  ictimai  təşkili»  adlı  əsərində  Yer  kürəsinin 
yenidən qurulması və kosmik məkanın məskunlaşması ideyaları, elmi-texniki 
tərəqqinin  müsbət  keyfiyyətləri  öz  əksini  tapırdı.  Sonrakı  dövrlərdə  ideya 
baxımından zəifləyən utopiyalar elmlə rəqabət apara bilmədiyi üçün tənəzzülə 
uğrayırdı.    
Keyns  və  onun  tərəfdarları  olan  keynsiançılar  və  yeni  keynsiançıların 
utopik ideayaları isə iqtisadi inkişafla bağlı idi.  Müasir dövrdə Asiya, Afrika, 
Amerika  sosalizmi  ideyaları  da  utopizmin  xüsusi  forması  kimi  qəbul  edilir. 

 
 
10 
Həmçinin  marksizm,  leninizm,  maosizm  və  s.  sosial  utopiyanın  müxtəlif 
formaları kimi qəbul edilir.     
  Tarixi  inkişaf  prosesi,  bəşəriyyətin  gələcəyi  ilə  bağlı  fəlsəfi-tarixi 
konsepsiyaların inkişafı e.ə. 1 minilliyə aiddir. Fəlsəfi-tarixi proqnozlaşdırma 
konsepsiyalarında «qızıl dövrdən» başlanan tənəzzül, mədəniyyətlərin sonsuz 
dövrü  yüksəlişi  və  süqutu,  sadədən  mürəkkəbə  doğru  inkişaf  və  s.  ideyalar 
üstünlük təşkil edir. Qədim Hind (Çarvaka və Sankxya məktəbləri), Çin (Men 
tszı,  Çjuan  tszı)  və  Qədim  Yunan  fəlsəfəində  (Hesiod,  Platon,  Aristotel) 
dünyanın  keçmişi,  mövcud  vəziyyəti  və  gələcəyi  ilə  bağlı  əbədi  təkamül 
mərhələlərinə  dair  hadisələr  təsvir  olunurdu.  Sonralar  «qızıl  dövr» 
konsepsiyası  əsasında  Kiniklər  və  stoiklərin  «təbii  vəziyyət»  nəzəriyyəsi 
inkişaf  etmişdi.    Sofistlər,  sonralar  Demokrit  və  Epikür  tərəqqi  ideyasını  bu 
fikrə  qarşı  qoyurdular.  Həm  stoiklər,  həm  də  epikürçülər  tarixi  prosesdə 
determinizm  ideyasını  irəli  sürürdülər  və  «ictimai  razılıq»  nəzəriyyəsini 
inkişaf etdirmişdilər. E.ə. II əsrdə Polibi tsikillər nəzəriyyəsini işləmişdi və bir 
çox  tarixçilər  Qumploviç,  Pareto,  Şpenqler,  Sorokin,  Toynbinin  anoloji 
konsepsiyalarını  məhz  Polibinin  fikirərinin  inkişafı  kimi  qiymətləndirirlər. 
Seneka,  Siseron, Vergili, Tibul,  Ovidi  və başqaları «qızıl  dövrdən»  başlanan 
tənəzzül konsepsiyasına qarşı Lukretsinin tərəqqi konsepsiyası qoyulmuşdu. 
   Orta  əsrlərdə  dini  təşkilatların  siyasi  həyatdakı  üstünlük  uğrunda 
mübarizə aparan döyüşkən klerikalizm tənəzzül konsepsiyasından başqa digər 
konsepsiyaları  inkar  edirdi.  Orta  əsrlərin  sonlarına  doğru  yenidən  tərəqqi 
konsepsiyaları  inkişaf  etməyə  başlamışdı.  Bu  dövrdə  R.Bekonun  texniki 
tərəqqi və İbn Haldunun tsiklik nəzəriyyələri işlənmişdi.  
İntibah  və  Maarifçilik  dövrlərində  tsikllər  və  tərəqqi  nəzəriyyələri  yeni 
inkişaf mərhələsinə qədəm qoyur. Boden, Leybnist və Lessinq kimi filosoflar 
tərəqqini  ilahi  əsaslarla,  Monten,  F.Bekon  və  Spinoza  isə  maddi  əsaslarla 
bağlayırdılar.  Volterdən  başlayaraq  tarixin  fəlsəfəsi  yeni  inkişaf  mərhələsinə 
qədəm qoymuşdu. Tyurqo, Kondorse, Qodvin tərəqqini əqlin kamilləşməsi və 
xarici  amillərin  təsiri  əsasında  izah  edirdilər.  Qerder  tarixi  inkişafın 
qanunauyğunluqlarını  coğrafi  amillərlə  bağlasa  da  bəşəriyyətin  taleyində 
Allahın  həlledici  rolunu  da  qəbul  edirdi.  Kantın  tərəqqi  ideyaları  teoloji 
ideyalarla  qarışırdı.  Fixte  tərəqqini  sosial-siyasi  prinsiplərlə  əlaqələndirirdi. 
Heqel tarixi «dünya ruhunun ali təzahür» forması kimi izah edirdi və keçmiş 
tərəqqini qəbul etsə də, gələcək tərəqqini inkar edirdi.   



Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə