Şəbəkənin əsas xarakteristikaları



Yüklə 29,95 Kb.
səhifə1/8
tarix02.06.2023
ölçüsü29,95 Kb.
#122781
  1   2   3   4   5   6   7   8
Komputer sebekelerinin aparat ve proqram teminati


Şəbəkənin əsas xarakteristikaları

Kompyuter şəbəkəsi çox mürəkkəb və baha başa gələn sistemdir. Kompyuter şəbəkəsi, həmçinin, çoxsaylı istifadəçilər üçün çox vacib və məsuliyyətli məsələləri həll edən sistem kimi tanınır. Ona görə də, səbəkənin həm yüksək sürətlə, həm də yüksək keyfiyyətlə işləməsi olduqca vacibdir. Əgər istifadəçidən şəbəkənin necə işləməli olduğunu və hansı keyfiyyətlərə malik olduğunu soruşsan, bəlkə də sonsuz sayda müxtəlif cavablar almaq olar. Lakin bu sorğuya verilən cavablar arasında, yəqin ki, aşağıda qeyd edilənlər daha çox olar:


* şəbəkə surətlə və dayanmadan işləməlidir;
* trafiklərin (burada səbəkə trafiki deyəndə şəbəkə ilə müəyyən vaxt müddəti ərzində ötürülən informasiyanın həcmi nəzərdə tutulur) ötürülməsi etibarlı olmalıdır;
* xidmət 24 x 7 (həftədə 7 gün, gündə 24 saat) sxemi ilə yerinə yetirilməlidir;
* xidmətçilər sistemin yaxşı işləməsinə nəzarət etməklə bərabər, istifadəçilərə zəruri olan məsləhətlər verməli və istifadəçilərin qarşılaşdıqları çətinliklərin həll edilməsinə kömək etməlidirlər;
* sistemin işinə cavabdehlər (təchizatçılar) nəinki təkcə trafiklərin ötürülməsini, həm də ötürmənin sürətlə yerinə yetirilməsini və ötürülən məlumatların itməməsini təmin etməlidir;
* istifadəçilər də öz trafiklərinin itmədən və sürətlə ötürülməsinə nəzarət edə bilməlidirlər;
* təchizatçı genişmiqyaslı xidmətlər təklif etməlidir. Bu qrupdan olan təkliflərə nümunə kimi İnternetə ümumi xidmət növlərindən başqa, onların öz xüsusi xidmətlərini, təchizatçının özünə aid olan veb-saytı, İP telefon xidmətlərini və s. göstərmək olar.
Burada qeyd edilənlər, şübhəsiz ki, istifadəçilərin subyektiv fikirlərinin çox cüzi bir hissəsidir. Lakin nəzərə almaq lazımdır ki, komyuter şəbəkələri əslində onları quranların özləri üçün deyil, istifadəçilər üçün nəzərdə tutulur. Odur ki, istifadəçilərin subyektiv fikirləri də şəbəkənin işi ilə əlaqədar xarakteristikalara qoyulan tələblərin formalaşdırılmasına səbəb ola bilir. Məsələn, istifadəçi tələb edə bilər ki, onun şəbəkə ilə ötürdüyü informasiyanın həcmi saniyədə 2 Mbit-dən az olmasın. Belə tələb şəbəkələrdə orta ötürmə sürəti olsa da, həmin tələbi irəli sürən istifadəçi üçün bu sürət qənaətbəxşdir və yüksək servis xidməti hesab edilir.
Kompyuter şəbəkəsinin işinə istifadəçilərin tələbləri də nəzərə alınmaqla bir sıra xarakteristikalar formalaşdırılmışdır.
Şəbəkənin əsas xarakteristikalarına aşağıdakılar aid edilə bilər:
* Şəbəkənin qurulma konfiqurasiyası;
* Qarşılıqlı əlaqə protokollarının növü;
* Aralıq yaddaş lövhəsində yerləşdirilmə və onunla mübadilə;
* Şəbəkədə ötürülmələr vaxtı şəbəkə kartının müxtəlif növ kabellərlə (qoşanaqilli, qalın koaksial, optik kabellər və s.) birləşdirilməsi imkanları;
* Şəbəkədə verilənlərin ötürülmə sürətinin istifadə edilən əlaqə xətlərinin xarakteristikalarından asılılığı;
* Şəbəkə kompyuterlərinin yarımdupleks şəklində istifadə imkanları;
* Şəbəkə kartlarının istifadə edilən programlarla (Drayverlərlə) uyğunluğu;
* Şəbəkə kartının yerinə yetirdiyi ümumi funksiyalar;
* Mübadilənin idarə olunması ilə əlaqədar qəbul olunmuş xidmət növünə uyğun şəbəkəyə daxilolma;
* Paketlərin göndərilməsi zamanı abonentə nəzərən ünvanlaşdırılmış paketlərin seçilməsi;
* Şəbəkədə məntiqi siqnalların şəbəkə siqnallarına və əksinə çevrilməsinin təşkili;
* Verilənlərin təşkili ilə əlaqədar şəbəkə kartının yaddaşlara yazılması;
* Paketlərin qəbulu və ötürülməsi prosesində paketlərin sayına nəzarət. Şəbəkələrdə verilənlərin qəbulu və ötürülməsi şəbəkə düyünləri arasında yerinə yetirilir. Şəbəkə kartlarının parametrlərinin uyğunlaşdırılmasından sonra şəbəkə düyün nöqtələri arasında verilənlər mübadiləsi aparılır. Bu halda qəbul və ötürmənin parametrləri aşağıdakı göstəricilərlə ifadə olunur:
* Verilənlərin bloklarla ötürülməsinin maksimum həcmi;
* Verilənlərin ötürülməsinin və qəbulunun tam təsdiq edilməsi;
* Verilənlərin bloklarla ötürülmə tezliyi (ötürülən bloklar arasındakı vaxt);
* Qəbuledilmə vaxtının təsdiqlənməsi;
* Hər bir şəbəkə lövhəsinin qəbul edəcəyi verilənlər həcminin dəyişməməsi (artıq olmamaq şərtilə);
* Verilənlərin ötürülmə sürəti. Müəyyən hallarda istismar sahəsindən asılı olaraq burada qeyd olunan xarakteristikaların bəziləri şəbəkələrdə olmaya da bilər.

Çoxtəbəqəli” kompyuter şəbəkələri


Kompyuter şəbəkələrini çoxtəbəqəli model kimi təsvir etmək olar. Bu modelin tərkibinə aşağıda qeyd olunan proqram və aparat komponentləri daxildir:


* Fərdi kompyuter kompleksinə daxil olan müxtəlif aparat yığımları;
* Kommunikasiya qurğuları;
* Əməliyyat sistemləri;
* Şəbəkə əlavələri.

Yüklə 29,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin