Seçilmiş əsərləri



Yüklə 2,94 Mb.
Pdf görüntüsü
səhifə45/147
tarix30.12.2021
ölçüsü2,94 Mb.
#22211
1   ...   41   42   43   44   45   46   47   48   ...   147
 

* * * 

 


 

269


Fatma arvad bu dünyada daha elə bir xəbər gözləmirdi ki, həmin xəbərin 

ağırlığına dözə bilməsin, həmin xəbər bütün içini təzədən yesin – başına gələn o 

müsibətlərə ki, dözmüşdü və indi də oturub evdə bu cürə çay-çörək yeyirdi, deməli, 

dözümlüydü, hələ dözümlüdən də o tərəfəydi, pisiydi, pis – hər halda, Fatma arvad 

özü bu barədə belə fikirləşirdi və belə bir aqibətinin ki, müqabilində hələ yaşayırdı, 

nəfəs alırdı, acırdı, susuzlayırdı, bu, Fatma arvadın özünün xoşuna gəlmirdi, özü 

beləcə yaşamağından utanırdı; amma çəkməçi Ağagül ki, Allah onun valideynlərinə 

rəhmət eləsin, özü də gül kimi bir oğlandı, deyəndə ki, Stalin xəstələnib, elə bil, 

Fatma arvadın bütün içindən bir titrəmə keçdi, ağzını açıb bir kəlmə  də söz deyə 

bilmədi və  çəkməçi Ağagül qapını ardınca örtüb çıxıb gedəndən sonra arvad bir 

müddət elə-eləcə bağlı qapıya baxdı, birdən-birə ürəyini elə sıxdılar ki, imdad yeri 

qalmadı, arvada elə gəldi ki, bu qapılar bir də heç vaxt acılmayacaq, həmişə beləcə 

bağlı qalacaq. Fitma arvadın  əri  Əşrəf papaqçı idi və 1939-cu ilin bir yaz gecəsi 

papaqçı  Əşrəfi gəlib, bax, bu evdən aparmışdılar və o gedən olmuşdu, getmişdi

papaqçı  Əşrəf bir daha bu evə, bu həyətə, bu məhəlləyə, Içəri  Şəhərin Qoşa Qala 

Qapısı yanındakı papaqçı dükanına qayıtmamışdı. Papaqçı  Əşrəfin ittihamı bu 

olmuşdu ki, guya, kimlərsə onun papaqçı dükanında oturub yoldaş Stalinin əleyhinə 

danışıb və o «kimlərin» kim olduğu da məlum olmadı, bu xəbəri enkevediyə kimin 

verdiyi də məlum olmadı (onda Pravadnik Əbdülkərim hələ bu məhəllədə yaşamırdı, 

yəni ki, xəbər verən o deyildi) və papaqçı  Əşrəfi də bundan sonra gördüm deyən 

olmadı, söz çıxdı ki, kişini Bulla adasında güllələyiblər, kimi də dedi ki, guya, 

papaqçı  Əşrəfi Fatma arvadın (və  yəqin ki, o rəhmətlik kişinin özünün!) ömründə 

eşitmədiyi Tomsk vilayətinin Kolpaşevo deyilən bir yerində görüblər, orada 

yatalaqdan ölüb... Fatma arvad iki oğluyla – böyüyü Ağaniyaz, kiçiyi Balaniyaz – bu 

evdə  tək qaldı, sonra müharibə başlandı, Ağaniyaz müharibəyə getdi (Balaniyazın 

yaşı çatmadı) və 1943-cü ilin bir bəlalı fevral günü poçtalyon Müzəffər əlindəki qara 

kağızda Fatma arvadın da qapısını döydü və o qara kağızda yazmışdılar ki, 

Ağaniyaz Fatma arvadın ömründə  eşitmədiyi Beketovka deyilən bir yerdə 

(Stalinqradın yaxınlığında) Stalin uğrunda hücuma keçəndə  qəhrəmancasına həlak 

olub. Məhəllənin baxdığı  Mənzil Istismar Idarəsinin rəisi Upravdom Qəribli 

müharibədən sonra idarəsinin qabağında «STALIN UĞRUNDA» adlı böyük bir 

şərəf lövhəsi düzəltdirmişdi və xalq düşməninin oğlu olduğuna baxmayaraq, 

Ağaniyazın da şəklini o şərəf lövhəsinə vurdurmuşdu. O şəkili oradan iki il bundan 

qabaq – 1951-ci ilin sentyabrında çıxartdılar, çünki həmin sentyabrda Balaniyazı 

gəlib günün günorta çağı elə çəkməçi köşkündən götürüb aparmışdılar: bu dəfə də, 

guya, kimlərsə gəlib bu balaca köşkdə oturub yoldaş Stalinin əleyhinə danışıb (və bu 

dəfə  məhəllədə belə bir gizli şayiə  gəzirdi ki, həmin xəbəri enkevediyə Pravadnik 

Əbdülkərim çatdırıb!), xalq düşməninin oğlu da atasının yolu ilə gedib və düz iki il 

idi ki, Balaniyazdan da bir xəbər yox idi, məhəllədə kimi deyirdi ki, Balaniyaz 

Sibirdədi, kimi deyirdi ki, Qazaxıstandadı, kimi də Fatma arvadın qulağına çatmasın 

deyə, lap gizli bir sirr kimi, deyirdi ki, Balaniyazı güllələyiblər. Fatma arvad 

bilmirdi ki, kimin qapısına getsin, kimdən soruşsun oğlunun aqibətini, Balaniyazı 

Allaha tapşırıb saatlarla həyətdəki taxta pilləkənin üstündə otururdu, səsini 

çıxartmırdı ki, daha nə ağlaya bilirdi, nə də qarğış eləyirdi (kimə qarğış eləyəydi?) 

və Upravdom Qəribli də,  əlbəttə, belə bir hadisədən sonra, lap gözünün işığı da 

olsaydı, Ağaniyazın  şəklini  şərəf lövhəsində saxlaya bilməzdi və saxlamadı da, 

Fatma arvad ki, o cümə axşamı səhər-səhər Ağagülün ardınca o bağlı qapıya baxırdı, 

elə bil, indicə eşitdiyi bu dəhşətli xəbərdən sonra (« – Stalin xəstələnib!... Qəzetdə 




 

270


yazıblar!..»), təkcə özü, yəni Fatma arvad yox, bütün dünya bu cürə bağlı qapı 

arxasında idi. 

 


Yüklə 2,94 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   147




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin