98
Azərbaycanın sonuncu müstəqil xanlığının - Şəkinin süqutu
da bu dövrə təsadüf edir
Həsən bətin oğlu və varisi Dərviş Məhəmməd xanın vaxtında
Şəki xanlığının Səfəvilərlə münasibətləri pisləşdi. 1538-ci
ildə I
Şah Təhmasib qızılbqş qoşunlarını Şirvanı zəbt etmək üçün
göndərəndə, Dərviş Məhəmməd xan Şəki qoşunları ilə Buğurd
qalasında mühasirədə olan Şirvanşah Şahruxun köməyinə gəldi və
qızılbaşlara gecə həmləsi təşkil etdi
83
.
1538-ci ildə hakimiyyətdən məhrum edilmiş Şirvanşahların
simasında müttəfiqlərini itirmiş Şəki hakimliyi müstəqilliyini
saxlamaq ümidi ilə I Şah Təhmasiblə yaxınlaşmaq yolunu tutdu.
Məsələn, Dərviş Məhəmməd xan Şirvanşahlar devrildikdən cəmisi
bir il sonra – hicri 946 (1539-1540)-cı ildə Səfəvilərlə qohum oldu.
O, Şah Təhmasibin bacısı, Şirvanşah II Xəlilüllahın dul qalmış
qadını Pərixan xanıml evləndi
84
.
Lakin onun ölümündən
85
sonra
münasibətlər yenidən pisləşdi.
Yuxarıda deyildiyi kimi, Dərviş Məhəmməd xan Əlqas
Mirzənin Səfəvilərdən ayrılmaq
cəhdini müdafiə etmiş və öz
qardaşı Şahnəzəri qoşunla onun yanına göndərərək ona hərbi
yardım göstərmişdi. Buna görə də Sultan Süleyman Azərbaycandan
geri çəkilən kimi, Şah Təhmasib Kiş qalasına sığınmış Dərviş
Məhəmməd xanı “cəzalandırmaq”
üçün Qarabağdan Sevindik bəy
Əfaşarı 2500 qorçi ilə Şəkiyə göndərdi. Qızılbaşlar Şəkini viran
qoyub qənimət ələ keçirdikdən sonra geri döndülər
86
.
Nəhayət, hicri 958 (1551)-ci ildə I Şah Təhmasib Şəkinin
müstəqilliyinə son qoymaq qərarına gəldi. Qızılbaş qoşunları
Ərəşdə dayandılar. Burada onlara Səfəvilərin vassalı olan Kaxetiya
çarı Levan qoşuldu. Dərviş Məhəmməd xan nəinki onları
qarşılamağa çıxmadı, hətta qızılbaşların şahın yanına gəlmək
tələbinə də rədd cavabı verdi. Bu, qızılbaşların Şəkiyə hücuma
başlaması üçün bəhanə oldu. Şəkililər belə hərəkət edərkən
99
özlərinin güclü qalaları olan Kiş və xüsusilə də Şəki xanının
əyanlarla birlikdə sığınmış olduğu,demək olar ki, alınmaz
“Gələsən-Görösən” qalasına arxayın idilər. Şəkililərin
bir hissəsi
Sıqnaxda – dağ yamacındakı sığınacaqda möhkəmlənmişdilər.
Qızılbaşlar eyni vaxtda şəkililərin hət üç müqavimət məkanına
qarşı hücuma başladılar. Qorçibaşı Sevindik bəy, Bədr xan və
Şahqulu Sultan Ustaclı Kiş qalasının üzərinə göndərililər. “Gələsən
– Görəsən” qalasını ələ keçirmək Abdulla xan Ustaclıya və
kaxetiya çarı Levana tapşırıldı. Şahqulu xəlifə möhrdar qızılbaş
dəstəsi ilə Sıqnaxdakı şəkililərin üzərinə hərəkət etdi.
Şəkililər öz düşmənlərinin böyük üstünlüyünə baxmayaraq,
qızılbaşların bütün hücumlarını dəf edərək inadlı müqavimət
göstərirdilər. Məsələn, Şahqulu Xəlifə Sıqnaxa hücum etdikdə,
şəkililərin tüfəng atəşi ilə geriyə oturduldu. Qızılbaşlar topları və
2qalalarla mübarizə aparmaq üçün başqa vasitələri” işə saldılar. 20
gündən sonra Kişin qala divarları və bürcləri dağıdıldı. Qalanın
rəisi Mahmud bəy mübarizənin davam etdirməyi faydasız hesab
edərək qapı açarlarını şaha təqdim etdi və təslim oldu. Kişin
süqutundan xəbər tutan Sıqnax
müdafiəçiləri də tədricən
mübarizəni dayandırıb şaha təslim oldular. Çıxılmaz vəziyyətə
düşdüyünü görən Dərviş Məhəmməd xan gecə “Gələsən –
Görəsən” qalasından çıxdı və özünün dörd yüz nəfərlik dəstəsi ilə
qalanı mühasirəyə alməş qızılbaşların xəttini yarıb
keçməyə cəhd
göstərdi. Lakin Abdulla xanın və çar Levanın dəstələri qaçqınları
yaxaladılar və qılıncdan keçirdilər.
Beləliklə, Şəki xanlığı ləğv edildi və onun ərazisi Səfəvilər
dövlətinin tərkibinə qatıldı. Toygün bəy Qacar Şəkinin ilk qızılbaş
hakimi təyin olundu
87.
Dostları ilə paylaş: