vilayət qorçibaşılarının
adları çəkilməsə də,
vilayətlərdə qorçilərin mövcudluğu şübhə doğurmur. Məsələn, hicri 984
(1576-1577)-cü ildə əvvəlki əzəömətli Hüseynqulu Xüləfa Rumlu II Şah
İsmayılın qəzəbinə düçar olaraq, rumlu tayfasının başçısı vəzifəsindən
kənar olunmuş və Məşhəd qorçilərinin qorçibaşısı təyin edilmişdi
144
.
320
Hicri 974 (1566-1567)-cü ildə Səfəvilər xeyli çətinliklərdən sonra
nəhayət, Gilanı ələ keçirdilər. Gilan hakimi Xan Əhməd son nəticədə
İmamqulu Mirzənin qorçibaşısı olmuş Əmir Hüseyn bəy Qaramanlı
(Bayram bəyin oğlu) tərəfindən izlənilərək tutuldu
145
. Mənbədə 1538-ci
ildə Şirvandan I Şah Təhmasibin sarayına gəlmiş və Şirvanın istilası
zamanı qızılbaş qoşununu müşayiət etmiş
146
qorçibaşı Padarın adı çəkilir.
Lakin onun həqiqətən kim olduğunu müəyyən etmək çətindir.
Sədr
– Səfəvilərin Qaraqoyunlu və Ağqoyunlu dövlətlərindən irsən
mənimsədikləri əyalət bürokratiyası vəzifələrindən biridir. Qiyasəddin
Məhəmməd bin Əmir Yusifi vilayət sədrinə nümunə olaraq göstərmək
olar. I Şah İsmayıl hicri 916 (1510)-cı ildə Xorasanı tutduqdan sonra
Əmir Qiyasəddini “şəriətin bütün işlərində vahid və müstəqil
hakimiyyətlə”
147
Xorasana qazi təyin etdi. Hicri 922 (1516)-ci ildə
Təhmasib Mirzə Xorasan hakimi təyin edilərək oraya göndəriləndə, onun
lələsi olan Əmir sultan (Əmir xan Türkman) əməli hakim oldu. Əmir
Qiyasəddin isə şahzadəyə sədr təyin edildi
148
.
Yuxarıda qeyd etdiklərimiz dövlət, divan vilayətlərinə də aiddir.
Bununla belə, torpaqların böyük sahəsi Səfəvi şahlarının xassəsinə
daxil idi və mülki inzibati hakimiyyətə malik idi. Xassə torpaqları şahın
təyin etdiyi, həmçinin xidmətçilər ştatına malik olan məmurlar, vəzirlər
tərəfindən idarə olunurdu
149
. Ərdəbil mahalı Səfəvilər sülaləsinin xassəsi
idi. İskəndər bəy Münşi məlumat verir ki, İsfahan vilayətində torpaq
yerlərinin və mülklərinin əksəriyyəti I Şah Təhmasibə məxsus idi və taxt-
tacın varisi Həmzə Mirzənin xassəsi sayılırdı. Həmzə Mirzə öz xassəsini
idarə etməyi (daruğəgi) Şah Məhəmməd Xudabəndənin arvadı Məhdi
Ülyanın qardaşı oğlu Mir Hüseyn xan Mazandaraniyə tapşırmışdı
150
.
Mirzə Nurulla Kufrani İsfahaninin oğlu Mirzə Əhməd I Şah Təhmasibin
Farsda olan şəxsi mülklərinin vəziri (vəzir-i sərkar-i xassey-i şərifey-i
Fars) idi. Mir Seyid Hüseyn Xətib Qaini Heratda xassey-i şərifənin bəzi
mahallarının vəziri idi, “həmin ölkədə böyük hakimiyyət və hörmət
qazanmışdı”
151
. Qorçibaşı Əhməd bəy Əfşarın vəziri olmuş Mirzə
Məhəmməd Kirmani Ərdəbil vəziri təyin edilmişdi
152
.
|