213
Salman qızılbaş əmirlərini xəyanətdə və mühasirəyə alınmış
qiyamçılarla əlbir olmaqda günahlandırmışdı. İskəndər bəy Münşi
göstərir ki, Mirzə Salman həmişə Həmzə Mirzəni qızılbaş
əmirlərinə, xüsusilə də Qulu bəy Əfşara, Şahrux xan Zülqədərə və
Məhəmməd xan Türkmana qarşı qaldırmağa çalışırdı. O şahzadəni
inandırırdı ki, “bu üç xadim sağ olduqca, şahın canişininin
gülüstanı ətir saçmayacaq və çiçək açmayacaq”.
Qızılbaş əmirləri vəzirin onlara qarşı fitnələrindən xəbərdar
idilər və onu öldürmək qərarına gəlmişdilər. Bu hadisə 1583-cü ildə,
Heratda baş verdi. Bir gün Mirzə Salman öz məiyyəti ilə şəhər
ətrafına gəzintiyə çıxmışdı. Aralarında Qulu bəy Əfşarın oğlu
Yusifxanın, Məhəmməd xan Türkmanın oğlu Vəlican xanın,
Şahrux xanın qardaşı oğlu Xəlil Sultanın və başqalarının olduğu
qızılbaş gənclər dəstəsi əmirlərin göstərişi ilə onların arxasınca
düşdü. Yolda təqib edənlər barədə məlumat alan Mirzə Salman
tələsik geri qayıtdı. O, sığınacaq tapmaq ümidilə dövlətxanaya –
şahın və Həmzə Mirzənin yanına gəldi. Belə olduqda qızılbaş
əmirləri şah sarayının yerləşdiyi Sultan Hüseyn Mirzə mədrəsəsinə
gələrək vəzirin onlara verilməsini tələb etdilər. Onlar açıq surətdə
bildirdilər ki, Mirzə Salman qızılbaşların düşmənidir, tayfalar
arasında ədavət və düşmənçiliyin səsəbkarıdır. Xorasan əmirləri
arasında itaətsizliyin və qiyamın günahkarıdır və o sağ olduqca
əmirlər arasında birlikdən söhbət gedə bilməz. Şahın və Həmzə
Mirzənin vəziri əmirlərə təslim etməkdən başqa çarəsi qalmadı.
Çünki əmirlər şahı əks təqdirdə Abbas Mirzə ilə birləşəcəkləri ilə
hədələyirdilər. Əmirlər əvvəlcə vəzirin bütün əmlakını qarət etdilər.
Bir neçə gündən sonra isə Mirzə Salmanı qətlə yetirdilər
210
.
Dostları ilə paylaş: