SəFƏVİLƏr döVLƏTİ


SƏFƏVİLƏR DÖVLƏTİNİN SİYASİ-İNZİBATİ



Yüklə 2,18 Mb.
Pdf görüntüsü
səhifə81/96
tarix07.01.2024
ölçüsü2,18 Mb.
#211790
1   ...   77   78   79   80   81   82   83   84   ...   96
Oqtay Əfəndiyev - Səfəvilər dövləti

SƏFƏVİLƏR DÖVLƏTİNİN SİYASİ-İNZİBATİ
QURULUŞU
Mərkəzi bürokratik aparat
Səfəvilər dövləti tipik feodal monarxiyası idi. Dövlətin başında
duran Səfəvi şahları dünyəvi hökmdarlar kimi nəinki qeyri-məhdud
hakimiyyətdən istifadə edir, həm də (bunu qeyd etmək xüsusilə vacibdir)
öz simalarında Ərdəbil dərviş təriqətinin irsi başçıları kimi ali mənəvi
(ruhani) hakimiyyəti təmsil edirdilər
1
.


295
Səfəvi hökmdarları digər Şərq müstəbidləri kimi dövlət
məsələlərini təkbaşına həll edirdilər. Onların yanında məşvərətçi
hüququna malik olan ali məclis (məclisi-əla) olurdu. Alessandrinin xəbər
verdiyi kimi, I Şah Təhmasibin dövründə, məclis 2dövlət işlərində böyük
təcrübəsi olan adamlardan” – 12 nəfər üzvdən (sultanlardan) ibarət idi.
Sonra o, məclisin işini təsvir edir: “Kral yredən çox da hündür olmayan
taxtda oturur və oğulları saraydadırlarsa, onun arxasında əyləşirlər.
Xüsusən kralın müavini, Sultan Heydər Mirzə onun diqqət dairəsindən
kənarda qalmır. Vitse-krallar adlanan dörd müşavir onunla üzbəüz əyləşir.
Şah suallar qoyur, onların barəsində danışır. Sultanların fikrini soruşur və
onlardan hər biri öz fikrini söylərkən ayağa durur, şaha yaxınlaşaraq
həmkarlarının onu eşidə bilməsi üçün ucadan danışır. Əgər müzakirə
zamanı şah maraqlı bir fikir eşidərsə, bu (onun göstərişi ilə) yüksək
müşavirlər tərəfindən qeydə alınır. O, çox vaxt bunu şəxsən qeyd edir.
Beləliklə, hər kəs növbə üzrə, kralın xahişi ilə öz fikrini söyləyir.
Məsələnin mahiyyətinə kralın şübhəsi qalmırsa, həmin məsələ olk şurada
həll edilir. Əgər onun şübhəsi qalırsa, bütün şuranın fikrini dinləyir.
Sonra isə məsələni şəxsən nəzərdən keçirir və həll edir”
2
.
Yuxarıda deyldiyi kimi, Səfəvilər dövlətinin ərazisi iki hissəyə
bölünürdü: divan və xassə vilayətləri. Bu bölgüyə müvafiq olaraq onları
idarə etmək üçün iki əlahiddə idarə fəaliyyət göstərirdi: divan-i məmalik
və divan-i xassə
3
, yəni “dövlət vilayətləri divanı” və “şah vilayətləri
divanı”. Bu təşkilatlar Səfəvilər dövlətinin əsas maliyyə idarələri idi.
Divan-i xassəyə aid olan vilayətlər şəxsən şaha və Səfəvilər sülaləsinin
digər nümayəndələrinə məxsus idi. Bu vilayətlər şahın müvəkkilləri –
vəzirlər tərəfindən idarə olunurdu.
İlk Səfəvilər dövründə dövlət aparatı, inzibati sistem XVII əsrdə
müşahidə etdiyimizdən daha sadə idi. “Təzkirət əl-mülük”də verilmiş
təsvirə görə, bu sadəlik əsasən mərkəzi saray idarəsinin hesabına özünü
göstərirdi. Bu, onunla izah olunur ki, XVI əsrdə Səfəvi şahları daim
yürüşlərdə olur və paytaxtda az vaxt keçirirdilər. Yürüşlərdə onlarla


296
birlikdə bütün saray əyanları və əmirlər də iştirak edirdilər. Buna görə də
Səfəvilər daha ucuz başa gələn idarə aparatı ilə keçinirdilər.
İlk Səfəvilər dövründə rəhbər vəzifələr bunlar idi: vəkil, əmir əl-
üməra, qorçibaşı, vəzir və sədr. İndi də onlara ayrı-ayrılıqda nəzər salaq.
Vəkil
şahdan sonra ikinci şəxs sayılırdı və əslində, istər dünyəvi,
istərsə də dini işlərdə onun tam hüquqlu müavini idi. O, siyasi və dini
tədbirlərin həyata keçirilməsindəqayda yaradılması üçün şahın qarşısında
məsuliyyət daşıyırdı. Bu vəzifənin əhəmiyyəti ondan görünür ki, onu
tutan ilk şəx məhz İsmayılın tərbiyəçisi (lələsi) – Hüseyn bəy Şamlı
olmuşdur. O, İsmayılın Gilanda olduğu 4-5 il ərzində “Səfəviyyə”
təriqətinin bütün işlərini idarə etmiş “yaxın şəxslərdən” (“əhl-i ixtisas”)
biri idi. Xondəmir xəbər verir ki, İsmayıl Təbrizi ələ keçirdikdən dərhal
sonra Hüseyn bəy Lələ “vəkalət-i nəfs-i nəfis-i hümayun”, yəni
“Əlahəzrətin şəxsi müavini” vəzifəsinə təyin olunmuşdu
4
. Hüseyn bəy
lələ vəkil vəzifəsindən azad edidikdən sonra (1508) onun yerini Rəşt
əyanlarından olan Nəcməddin məsud gilani tutmuşdu. Keçmişdə mahir
zərgər olmuş (onun “zərgər” təxəllüsü də buradandır) Əmir Nəcməddin
İsmayıla Gilanda yaxınlaşmışdı. Sonra o, Biye-pəs Gilanının hakimi
Əmirə İshaqın sərkərdəsi (sipahsaları) olan Kosa Abbasın əlindən qaçmış,
Şah İsmayılın qərargahına gəlmiş, qızılbaşların Fərrux Yasara qarşı
yürüşündə iştirak etmişdi. Salnaməçilər bu fikirdə yekdildirlər ki, Əmir
Nəcməddin vəkil vəzifəsində fövqəladə dərəcədə böyük hakimiyyətə nail
olmuşdu
6
. O, hicri 915 (1509-1510)-ci ildə vəfat etdi. Əmir Yarəhməd
Xuzani vəkil təyn olundu və ona “Nəcmi-Sani” (“ikinci ulduz”) adı
verildi
7
. Öz sələfi Nəcməddin Məsudun xahişnaməsi sayəsində
Yarəhməd əvvəlcə vəzir təyin olunmuşdu və “sahib-i divan” kimi işləri
idarə edirdi
8
. O, tezliklə şahın etibarını qazandı və onun himayəsi
sayəsində dövlət işlərində böyük hakimiyyət sahibi oldu
9
. Ehtimal etmək
olar ki, təşəxxüslü Nəcmi-Sani öz hakimiyyəti ilə sələflərini ötüb
keçmişdi. O, 1512-ci ildə özbəklərə qarşı qızılbaş qoşunlarının yürüşündə
özünün hərbi başçı vəzifəsinə təyin edilməsinə nail oldu. Lakin yürüş tam
uğursuzluqla başa çatdı. Salnaməçilərin məlumatlarından aydın olur ki,


297
Şeybani xan 1510-cu ildə darmadağın edildikdən sonra Babur Kabildən
hərəkətə başladı. Məvaraünnəhrdə onun hakimiyyətini tanımaq təəhhüdü
ilə İsmayılla birlikdə özbəklərə qarşı ittifaq təklif etdi. I Şah İsmayıl
Baburun təklifini qəbul etdi. O, böyük bir qızılbaş dəstəsini Babura
köməyə göndərdi. Hər iki qoşun özbəklərin tərk etdiyi Səmərqəndə qədər
qalibiyyətlə irəlilədi. Qızılbaş əmirlərinə çoxlu hədiyyələr bağışlayan
Babur, İsmayıl üçün hədiyyələr gətirən əlavə dəstə yola saldı. Lakin vəkil
Nəcmi-Saninin xidmətçisi olan Məhəmmədcana “kifayət qədər diqqətlə”
yanaşmadı. Nəcmi-Sani Qumda olan Şah İsmayıla məlumat verdi ki,
guya Baburun düşmənçilik niyyətləri vardır. O zaman Şah İsmayıl
Nəcmi-sanini qızılbaş qoşunu ilə Məvaraünnəhrə göndərdi. Mənbələrdən
aydın olur ki, burada iki əməliyyat keçirilmişdir. Birincinin (Nəcminin
iştirakı olmadan) nəticəsində Səmərqənd və Buxara tutuldu. Nəcmin
başçılıq etdiyi ikinci əməliyyat isə sərkərdənin qəddarlığı, kütlüyü və
inadkarlığı nəticəsində (sayı 15 min nəfər olan Qərşi sakinləri Nəcminin
əmri ilə kütləvi şəkildə qılıncdan keçirildi; hətta seyidlərə də aman
verilmədi) Səfəvi qoşunlarının tamamilə darmadağın edilməsi ilə başa
çatdı. Nəcmin özü özbəklər tərəfindən əsir alındı və Übeydulla xanın
əmri ilə edam edildi
10
.
Sonrakı vəkil, o vaxta qədər sədr vəzifəsini tutmuşƏmir
Nizaməddin Əbdülbaqi Yəzdi oldu. Nəcmi-Sani qızılbaş qoşunlarını
Məvaraünnəhrə aparanda əmir Əbdülbaqi onun müavini təyin olunmuşdu.
Nəcmi-Sani həlak olduqdan sonra isə özü 1514-cü ildə Çaldıran
vuruşmasında ölənədək onun vəzifəsini tutdu
11
.
Vəkil vəzifəsində onun xələfi Mirzə Şah Hüseyn İsfahani oldu. O,
öz vəzifəsini sələflərinə nisbətən daha uzun müddət yerinə yetirdi və
1523-c ildə, onun hədsiz hakimiyyətindən narazı qalan qızılbaş
əyanlarının fitnə-fəsadları nəticəsində öldürüldü
12
. R.Seyvori qeyd edir ki,
bu dövrdə vəkilin şah müavini kimi dünyəvi və dini hakimiyyətdə
səlahiyyətləri azalır, mülki idarə və dövlət bürokratiyasının başçısı kimi
rolu artırdı
13
.


298
Şah vəkil vəzifəsinə Xacə Cəmaləddin Məhəmməd Təbrizini irəli
sürdü. “Onun qabil qamətini fəxri xələt və qızıla tutulmuş tac
bağışlamaqla bəzədi və onun əzəmət bayrağını əlçatmaz ulduzlara qədər
ucaltdı”
14
. O, I Şah İsmayılın vəfatından sonra öz vəzifəsində qaldı, lakin
tezliklə Div Sultan Rumlu tərəfindən öldürüldü
15
.
I Şah İsmayılın vəfatından sonrakı ilk onillikdə, qızılbaş tayfaları
əmirlərinin hökmranlığı zamanı vəkil vəzifəsi yenidən özünün ilkin
əhəmiyyətini və qüvvəsini əldə etdi. Tayfa başçıları gənc şahın
köməksizliyindən istifadə edərək, yüksək və gəlirli vəkil vəzifəsi uğrunda
qanlı mübarizəni davam etdirirdilər. Vəkil vəzifəsində Div Sultan Rumlu,
Çuxa Sultan Təkəli və Hüseyn xan Şamlı bir-birini əvəz etdilər. Onlar
əslində azyaşlı I Şah Təhmasibin dövründə vəkil vəzifəsinə öz sələfini
öldürməklə keçən, tam hakimiyyətli və qüdrətli səltənət naibləri idilər.
Onlardan sonra vəkil vəzifəsi haqqında mənbələrdə məlumat verilmir.

Yüklə 2,18 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin