Şəhər və biota



Yüklə 16,62 Kb.
tarix31.01.2017
ölçüsü16,62 Kb.
#6939
Şəhər və biota

Canlı maddə biosferdə əhəmiyyəti böyükdür.Biosferin təkamülündə qurunun və okeanın yaşıl avtotrof bitkiləri,günəş şüalarının təsiri altında ,mineral maddələr,karbihidratların əmələ gəlməsində, xüsusi rol oynayırlar.

Heyvanalar aləmi enerji və maddələr dövranında stimulyator və biosfer proseslərini sürətləndirici vacib yer tutur. Baxmayaraq ki, yerdəki canlıların sayı çoxluq təşkil etmir ( biosferin canlı aleminin cəmi 0,25 %-i ), onların rolu xüsusən böyükdür,heyvanların enerji proseslər yüksək mobillik və müxtəlifliyi ilə izah olunur, biosferin maddələr və enerjinin biotik dövranının etibarlı həyata keçirilməsi üçün vacibdir.

Biosferin funksiyaları – heyvanların təkamül prosesində çox əhəmiyyətlidir.Bundan başqa, həmdə utilitarlıq və estetik baxımından da, heyvanlar aləmi insanlar üçün lazımdır.Heyvanların faydalılğı – onların böyük iqtisadi əhəmiyyətinin olmasıdır.Əgər bu problemə daha geniş mənada yanaşsaq,onda heyvanlar gələcəkdə təbiəti gözlənilməyən istiqamətdə tədqiqi üçün lazımdır.

Bitkilər. Xüsusən meşə bitkiləri biosferdə böyük rol oynayır. Meşə ətraf mühitin komponenti kimi,onun digər komponentləri ilə sıx qarşılıqlı əlaqədədir (su ,hava,torpaq və s.), bütün sistemin tarazlığının saxlanmasında iştirak edir,təbiətdə maddələr dövranında aktiv rol oynayır. Canlı aləmin ən böyük akkumulyatoru olan meşə - planetin balansında karbon və oksigenin səviyyəsini müəyyən edir, bir sıra kimyəvi elementlərin dövr etməsinə təsir göstərir. Meşələr torpağı eroziyadan, quru və isti küləkdən qoruyur,yeraltı axımı tənzimliyir, havanı çirklənmədən təmizliyir.1 ha şam meşəsi, məsələn, 32 il udur və 30 insanı tənəffüsünü təmi edir.

Meşənin yüksək istehlak dəyəri ona gətirib çıxardı ki, hal- hazırda planetin meşələrinin 2/3 məhv edilib. Bu məhvedici proses hələ də davam edir. Meşələrin ekoloji əhəmiyyəti.Hər gün planetdə 11 mln.ha meşə məhv edilir. Asiyada meşənin 2/3, Afrikada ½ ,latın amerikasında 1/3 hissəsi kəsilib.

Şəhər ilə bitkilər arasında qarşılıqlı əlaqə olduqca çətindir.Məlumdur ki, şəhər bitkilərə mənfi təsir edir və xüsusilə də meşəyə, bitkilər isə əksinə şəhərdə sağlam canlı mühitin yaradılmasına kömək edir. “Yaşıl” siyasət tapşırığı birinci qrup faktorlarının təsirini azaltmaq və ikinci qrup faktorların təsirini maksimal dərəcədə artırmaqdan ibarətdir. Bu tapşırığı həll etməyin yolu urbanizasiyalaşmış ərazilərdə bitkilərin mühafizə dərəcəsini artırmaqdan ibarətdir.

Urbanizasiyalaşmış ərazilər bitkilərə daha çox məhvedici təsiri 3 əsas faktorla göstərir – urbanizasiyalaşmış mühitin kompleks təsiri, havanın mühitinin və torpağın çirklənməsi,rekreasiya üçün ərazilərin çox olması ilə.

Şəhər ərazilərini sürətli artımı,meşə sahələrinin də şəhərsalmaya şəhərdaxil edilməsinə gətirib çıxarır. Prinsip etibarilə bu proqressiya qəbul edilir,amma mexaniki olaraq ona müraciət etmək olmaz,çünki təbii meşələr şəhər ilə çox çətinliklə yola gedir.

Sənaye müəssisələrinin Zərərli tullantıları - ona gətirib çıxarırlar ki, metallurgiya və kimya kombinatları 6-7 radiusda bitkiləri tamamilə məhv edir. Bitkilərin maksimal dərəcədə zədələnməsi sahələr boyunca,çay,şəhər hüdudlarında,həmçinin meşələrin küləkdöyən hissəsinsə müşahidə olunur.Xüsusən sulfid qazlarının bitkilərə təsiri çox zərərlidir.

Şəhərlərin Təbii landşafta antropogen təzyiqi – şəhərlər sakinlərinin kütləvi istirahəti ilə əlaqədardır. Asudə vaxtın artması, əhalinin aktivliyinin və sağlamlığının yüksəldilməsi, onların şəhər mühitindən yorğunluğu şəhərətrafı ərazilərdə istirahət edənlərinin sayının hər il artmasına gətirib çıxarır.

Rekreasiya yükləri ilk baxışda cox da əhəmiyyət kəsb etmir.Onu da qeyd etmək lazımdır ki, 3-4 il intensiv olaraq meşə sahələrindən istifadə nəticəsində,onların bərpası üçün 5-6 il tələb olunur,1 ha üçün gələnlərin sayı 100 nəfər və daha çox olduqda təbii meşə bərpası tamamilə pozulur, 99 % meşə yanğınlarının səbəbkarı insanlardır.



Xüsusi təhlükə bütün canlı aləm üçün şəxsi avtomobillərin sayının artması,meşə massivlərinə icazə verilməmiş gedişlər,çay sahillərinə, su hövzələrinə və s.
Yüklə 16,62 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin