Şəhərsalma kadastrı-4-5-6-7-8-9-10 4-cu movzu Şəhər ərаzisi



Yüklə 57,74 Kb.
səhifə3/28
tarix29.12.2021
ölçüsü57,74 Kb.
#48922
1   2   3   4   5   6   7   8   9   ...   28
Şəhərsalma kadastrı-mühazirə-4-5-6-7-8-9-10

Sair informasiya: tаvаnlаrın növləri; dаm örtüklərinin növləri; arаkəsmələrin (yаşаyış mənzillərdə) növləri; arаkəsmələrin (sаnitаriyа qоvşаğı və mətbəхlərdə) növləri; otаqlаrın təsnifаtı; otаqlаrın növləri; otаqlаrdа qüsurlаrın növləri; otаqlаrdа qüsurlаrın аdlаrı; mənzillərin növləri; binаlаrın аbаdlаşdırmа növləri; qızdırıcı sistеmlərin növləri; su kəmərlərinin növləri; isti su təchizаtının növləri; hаmаmхаnа növləri; liftin növləri; elеktrik şəbəkə növləri; mühəndis аvаdаnlıqlаrı üzrə qüsurlаrın аdlаrı.

Şəhər kadastrı şəhərin başqa xidmət sahələrindən fərqli olaraq dəqiqliyə, daşınmaz əmlak haqqında məlumatların tam, dolğun və aktual olmasına daha ciddi tələblər qoyur. Belə ki, istifadə zamanı şəhər torpaqlarının aşağıdakı əsas xüsusiyyətləri meydana çıxır:

-bütün şəhər tikintisini yerləşdirmək üçün ərazi-məkan bazisi rolunu oynayır.

-şəhər torpaqlarından istifadəyə məhdudiyyət qoyulması

-başqa təbii-texnoloji obyektlərlə qarşılıqlı əlaqə. Şəhər kadastrının əsas xüsusiyyətlərindən biri ərazi ilə qırılmaz əlaqədə olan daşınmaz əmlak obyektləri (binalar, qurğular, mühəndis kommunikasiyaları), əhali haqqında məlumatların əldə olunması labüdlüyüdür. Beləliklə şəhər kadastrı aşağıdakı tələblərə cavab verməlidir:


  • yaşayış sahəsinin topoqrafik və geodeziya vəziyyətinin öyrənilməsi, yeraltı qurğular haqqında məlumat

  • şəhərin texniki inventarlaşdırma və şəhər statistikası məlumatlarının

doğruluğu, tamlığı və dəqiqliyi ümumşəhər sorğu və təsnifatının vəziyyəti

  • daşınmaz əmlakların nizamlanmış ünvanlaşdırılması

  • daşınmaz əmlakın mövcud olan qiymətləndirmə metodikası

  • məlumatların mübadiləsinin hüquqi normaları

  • icarə haqqlarının və torpağın vergi miqdarının elmi-metodik əsaslandırılması.

Bələdiyyələr və şəhərin inzibаti оrqаnlаrı yaşayış yerlərinin kadastr terminalı kimi işləməlidir. Beləliklə bələdiyyə orqanlarının informasiya sistemi təminatı aşağıdakı sxem üzrə işləməlidir:

- daşınmaz əmlakla aparılan bütün əməliyyatlar yaşayış məntəqələrinin kadastr verilənləri bazası əsasında aparılmalıdır;

- şəhərin bütün inzibati, ərazi və iqtisadi bölgüsündə baş verən dəyişikliklər yaşayış məntəqələrinin kadastr verilənləri bazası əsasında aparılmalıdır;

- daşınmaz əmlakın vergisinin miqdarı yaşayış məntəqələrinin kadastr verilənləri bazası əsasında aparılmalıdır .




Yüklə 57,74 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin