Şeirlər, poemalar, dramlar qanun nəŞRİyyati baki-2015 IV ciLD



Yüklə 2.14 Kb.
Pdf просмотр
səhifə1/18
tarix19.07.2017
ölçüsü2.14 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   18

 
(Şeirlər, poemalar, dramlar )
QANUN  NƏŞRİYYATI
BAKI-2015
IV CİLD

4722110018
                      грифли няшр  
121 - 2015                          
© “QANUN”, 2015
Kitaba maddi və mənəvi dəstək göstərdiyinə görə həyat
 Yoldaşıma Abdullov Əli Əli oğluna minnətdaram.
Redaktor:  
 
Abdullov Əli Əli oğlu
Tərtib edən:  
 
Abdullov Əli Əli oğlu
Qeyd: Ünvansız şeirlər Neft Daşlarında yazılıb
Kitab müəllifin çapdan çıxmış kitablarının əsasında tərtib 
olunub.  Şeirlərin  ruhu  dünyəvi,  milli,  vətənpərvərlik,  təbiət, 
məhəbbət mövzuları ilə cilalanıb. Dünyanın ağrı-acılarını öz 
ürəyində daşıyan müəllifə yeni-yeni yaradıcılıq uğurları arzu-
layırıq.
Şirin xanım Kərimbəyli Şadiman
Seçmələr (Şeirlər, poemalar, dramlar) IV cild
«QANUN» nəşriyyatı, Bakı - 2015, 360 səh.
www.shirinxanim-shadiman.net

3
Сечмяляр (шеирляр)
MÜƏLLİF HAQQINDA
Şirinxanım  Ağabala  qızı  Kərimbəyli  (ədəbi  təxəllüsü 
ŞADİMAN) 2 sentyabr 1955-ci ildə Siyazən (keçmiş Dəvəçi, 
indiki Şabran) bölgəsinin Tağay kəndində anadan olub. Do-
ğulduğu  kənddə  səkkizillik  məktəbi,  sonra  Siyəzən  şəhər 
2  saylı  orta  məktəbi  bitirib.  1973-75-ci  illərdə  Yenikənd 
üzümçülük sovxozunda fəhlə,1975-76-ci  illərdə Volodars-
ki  adına  tikiş  fabrikında  tikişçi  işləyib.1977-ci  il-də  ADU-
nun (indiki BDU) hazırlıq şöbəsində dinləyiçi,  1978-83-cu 
illərdə  Kitabxanaçılıq  (indiki  informatika  fakul-  təsinin) 
əyani  şöbəsini  bitirib.  1992-ci  ildə  Azərbaycan  jurnalist 
Sənətkarlığı İnstitutun məzunu olub. 1984-cu ildə Dəvəçi 
rayonun (indiki Şabran), hal-hazırda   Siyəzən  rayonun inzi-
batı ərazisi sayılan Gilgilçay qəsəbəsində kitabxana müdiri 
vəzifəsində çalışıb.  1985-2007-ci   illərdə  ADNŞ-nın Mədən- 
geofizik idarəsinin «Neft Daşları» geofizik ekspedisiyasında 
cizgiçi, texnik, mühəndis peşələrində çalışıb. 2007-ci ildən 
həmin  idarədən  əmək  təqaüdünə  çıxıb.  Əmək  fəaliyyəti 
ilə  bərabər  bədii  yaradıcılığını  davam  etdirib.  Dövrü 
mətbuatın mətbu orqanları olan «Neft Daşları», «Ədalət», 
«Çənlibel», «Azərbaycan müəllimi», «Bütöv Azərbaycan», 
«Kredo», «Mütərcim», «Məhsəti» və sair qəzet-jurnallarda   
çapolunub.   «Məcməüs-şüəra» (Şairlər məclisi), «Füzuli» 
ədəbi  məclislərin  üzvü  olub.  AYB-nın  və    CASCFEN(Orta 
Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi)nin üzvüdür. 
Hal-hazırda ədəbi fəaliyyətlə   məşğuldur.     «Modern.az», 
«Yalquzaq. com», «Davam.az»   «Lit.parad», «Dayaq.az» və 
sair internet portallarla yaradıcılıq əlaqələri saxlayır. «Azp-
ressin» və «Kredo» qəzetinin əməkdaşıdır. Şəxsi saytı aktiv 
faliyyətdədir.

4
Ширин Ханым Кяримбяйли Шадиман

5
Сечмяляр (шеирляр)
NİYƏ ŞAİRLƏRİ YARATDIN, ALLAH?
Dünya ağrısıyla yoğurub məni,
Ruhumu göylərdən qopartdın, Allah.
Ana bətinindən doğurub təni,
Niyə şairləri yaratdın, Allah?
Zamanın acısı sinəyə yağı,
Süzülür ürəkdən dodağa ağı,
Həyat da, dövran da, gün də bayağı,
Niyə şairləri yaratdın, Allah?
Biz Tanrı deyilik boğaq dərdləri,
Yıxaq sərhədləri, qıraq sədləri,
Namərdlər cəngindən alaq mərdləri,
Niyə şairləri yaratdın, Allah?
Ağlayan gözlərdə yaş inilləyir,
Hər şeyi düşünən baş inilləyir,
Torpaq əsir düşür, daş inilləyir,
Niyə şairləri yaratdın, Allah?
Qandallı dillərin sorğusumu var?
Yalan kəlmələrin doğrusumu var?
Fitnənin, fəsadın oğrusumu var?
Niyə şairləri yaratdın, Allah?
Dərdlərdən sinəyə tonqal qalanır,
Haqq şişə çəkilir, manqal qalanır,
Yollara, izlərə qanqal qalanır,
Niyə şairləri yaratdın, Allah?
Milli çəkişmələr, dini bölümlər,
Şahların taxtında sultan zülümlər,
Danışsaq, boğazdan tutar ölümlər,
Niyə şairləri yaratdın, Allah?

6
Ширин Ханым Кяримбяйли Шадиман
Canımıza yağı hər düz sözümüz,
Zindan sinəmizə dustaq özümüz,
Bir yol ölənədək gülmür üzümüz…  
Niyə şairləri yaratdın, Allah?
Madam ki, kəlməmiz boğazda qalır,
Hər dilin üsyanı ağızda qalır,
Hər yazılan misra kağızda qalır…
Niyə şairləri yaratdın, Allah?
03.08.1996
                   
QADIN DUASI 
İlahi, dünyada bəndələr naşı,
Axır anaların gözünün yaşı,
Tökülür hər yana güllə yağışı,
Bəşərin cahana budur baxışı.
Bir parça torpağı qucan bir bədən,
Qan tökmək, ev yıxmaq yolunda nədən?
Can alan adilin hökmu bir yana,
Yerdə qəsd edirlər bəndələr cana.
Bəşəri böyüdən biçarə qadın,
Batırır içində ahın, fəryadın.
Yeri ram eləyib kişinin başı,
Savaş, müharibə könül sirdaşı.
Onlar ata, qardaş, ərdilər bizə,
Fəqət qan tökürlər bu evimizə.
Axır körpə qanı yerin bağrına,
Çevrilir, İlahi, acı, ağrına.
Al sən beyinlərdən fitnəni, fe‘li,
Qan-qırğın görməsin dünyanın eli.
Çıxart idraklardan iblis diləyi,
Qoy bir yol dincəlsin yerin ürəyi.
Ana gözlərindən axmasın yaşlar,
Sülhlə zövqülənsin düşünən başlar.
Hamının ümidi sənsən, Yaradan,
Həyatdan kam alsın insanlıq adan.
Dünyada ananın qöy üzü gülsün,

7
Сечмяляр (шеирляр)
Bəşərin gecəsi, gündüzü gülsün.
Hamı can söyləsin biri-birinə,
Son qoy bu dünyanın dərdi-sərinə.
Körpə diksinməsin güllə səsindən,
Qurtar bu dünyanı od qəfəsindən.
Nadanın idrakın işığlat bir az,
Sən özün yaratdın qışdan sonra yaz.
Bütün yer üzündə anadır qadın,
Eşit, ey Yaradan, onun fəryadın.
Ərzi ram eyləyən kişi ağılı,
Yerə oxumasın savaş nağılı.
Raketdən, nüvədən yaranan silah,
Ana sinəsində qoparmasın ah!
Əbədi gəlmədik biz ki, dünyaya,
Fəqət günahımız gəlməyir saya.
Çıxart zülmətlərdən işığa bizi,
Bükülsün iblisin qəlblərdə dizi.
Gözdə gurşad olsun sevinc yaşları,
İlahi, ağıla gətir başları.
Körpə ağlamasın güllə səsindən,
Xoş qığıltı qopsun qoy nəfəsindən.
Sevinci çağlasın ulu bəşərin,
Qapısı bağlansın iblisin, şərin.
Aşsın üfüqləri qoy mədəniyyət,
Hər qəlbdən dikəlsin ilahi niyyət.
Heç millət özünü sanmasın uca,
Yalnız Allah layiq şərəfə, taca.
Hamımız dünyada adilin qulu,
Onun mərtəbəsi müqəddəs, ulu.
Bunu dərk eyləyib duysaydı insan,
Cahanda yaşamaq olardı asan.
 
 
16.07.2001

8
Ширин Ханым Кяримбяйли Шадиман
XUDAYA, ALIŞIB YANDI ÜRƏYİM 
Xudaya, alışıb yandı ürəyim,
Bir kimsə dadıma yetmədi, neylim? 
Qaldı aralıqda min bir diləyim,
Cəfakeş həyatım bitmədi, neylim?
Dünya ağırlıqda həsrət sinəmdə,
Quruyur ağrıdan gözümdə nəm də,
Zaman zildə gedir, arzular bəmdə,
Bu hicran qapımdan getmədi, neylim?
Xudaya, sən özün yaratdın məni,
Özün də üstümə tökmüsən qəmi,
Gecəli-gündüzlü çağırdım səni,
Fəryadım bir əsər etmədi, neylim?
Ömür bağçasında çiçəklər əkdim, 
Min bir zəhmət ilə cəfasın çəkdim,
Onu suvarmaqçın ağlar fələkdim,
Üstün xəzan aldı bitmədi, neylim?
Xudaya, Şadiman dərddən boğuldu,
İçində neçə min sitəm doğuldu,
Mənim də xəmirim belə yoğruldu,
Acılar gözümdən itmədi, neylim?
 21.10.1991
  

9
Сечмяляр (шеирляр)
 ƏBƏDİ DEYİLSƏN 
Əbədi deyilsən dünyada, bəşər,
Bədənin torpağın altda yerləşər,
Bəs sən nə görmüsən qanda, savaşda?
İblis əsir edib əqlini başda,
Hey rəvac verirsən siyasətlərə,
Hey rövnəq verirsən bəd niyyətlərə.
Yerdə artırdıqca bu savaşları,
Çoxaltdın gözlərdə qanlı yaşları.
Öldü davalarda min-min körpələr,
Yarandı cismindən şəhid təpələr.
Bu acı sitəmdən daşlar ağladı,
Göydə qanad açan quşlar ağladı.
Toplar gurladıqca, öldü heyvanat,
Əlinlə ölümə gedir bu həyat.
Yanır meşə, cığır, otlar sitəmdən,
Fələk də göz yaşı tökür matəmdən.
Nə vaxt sülh olacaq bu Yer üzündə?
Allahın şəfəqi yoxmu gözündə?
Elə qan, qan deyib cövlan edirsən,
İçində şeytanla dövran edirsən.
Əbədi deyilsən dünyada, bəşər,
Bəs niyə əqlini alıb ələ şər?
Tutaq ki, yaşadın cahanda yüz il,
Sonda torpaq altda qalacaqsan bil.
Gətir son saatı, son anı gözə,
Fəlakət bəxş etmə gecə-gündüzə.
Qanlar içindədir ana təbiət,
Bu gülə, çiçəyə, eşqə xəyanət!
Məzara gömüldür məhəbbətini,
İblisə bağlayır səadətini.
Siyasət qurbanı olandan bəri,
Şeytanı eylədin könlünün əri.
Hiylələr içində çırpınan bəşər,
Nə vaxt Tanrı nuru qəlbinə düşər?!
Satmısan ruhunu sərvətə, vara,
Odur ki, bədənin, canın avara.

10
Ширин Ханым Кяримбяйли Шадиман
Öldürüb, qırırsan həmcinisini,
Törətdin cahanda sən haqq həbsini
Allah hüzurunda nədir dəyərin?
Onsuz da axırda məzardır yerin.
Nədir yaratdığın bu top, tüfənglər?
Min illər etdiyin savaşlar, cənglər?
Qəbirlər içində yatanlar bizik,
Tanrı barmağında bəşər bir üzük.
İstədiyi zaman çıxarıb atar,
Bədənin darıtək torpağa çatar.
Bizimlə basdırar savaşımızı,
Boğar torpaq altda göz yaşımızı!
Min illər, «kim güclü?», davası gedir,
Millətlər, tayfalar bir-birin didir.
Allahın gözündə biz ki, zərrəyik,
Dəryalar üstündə gəzən bərəyik.
Adi bir tufanla məhv edər bizi,
Batırar sulara bu kürrəmizi.
Ey bəşər, tökdüyün o qanlar, yetər,
Demə ki, etdiyin günahlar ötər.
Allah hüzurunda imtahanın var,
Hansı səvabların günahı yuvar?
Qanlara batırma ibadətini,
İblisə tapşırma səadətini...
Qıyma körpələrin axan qanına,
Yükləmə günahı böylə canına.
Lənətin qadası səndən böyükdür,
Varlığın, Tanrının əlində tükdür.
İstədiyi zaman qırıb atacaq,
Cəsədin torpaqlar altda yatacaq!
Dünən qurduğunu bu gün yıxırsan,
Öz axırına ki, özün çıxırsan.
İçdə mürgüləyən vicdanı səslə,
Allaha həqiqi sevgilər bəslə.
Özünü kəşf edə bilməyincə sən,
Çəkilməz içini bürüyən o çən.
Sən həmcinisinə güllə atdıqca,

11
Сечмяляр (шеирляр)
Əllərin bu qədər qana batdıqca,
Üzün gülməyəcək dünyada heç vaxt,
Ayaqlar altında inləyəcək baxt.
Allahın qəzəbi tutacaq bizi,
Qırıb qutarırıq bir-birimizi.
Bizim heyvanlardan fərqimiz nədir?
Onlar da bizimtək bir-birin didir.
Fəqət, qarın üstə savaşır heyvan,
Tutar öz yeminə bir acı divan.
Bizim savaşımız bəs nədir görən?
Ey bəşər övladı, ey ər, ey ərən.
İçdə mürgüləyən vicdanı qaldır,
O iç iblisinin üstünə saldır.
De ki, qoy tanıyaq Allahımızı,
Qana batırmayaq sabahımızı.
Dil tapa bilsəydik dünyada əgər,
Nemətlər bizimki deyilmi məgər?!
Bu qədər qanlara mübtəla bəşər,
Alandan əqlini, idrakını şər,
Sən ayrı düşmüsən öz vicdanından,
Şeytan qopmayacaq heç vaxt canından.
Bu sərvət, bu torpaq, bu var savaşı,
Dəli eyləyibdi düşünən başı,
Ey bəşər, düşdüyün bu yoldan qayıt!
Ruhunu, əqlini, beynini ayılt.
Can almaq o uca Allahın işi,
Sənə tapşırmayıb o bu vərdişi.
Həvvanın, Adəmin ruhu qan ağlar...
Doğduğun, əkdiyin bir gün ayaqlar.
Vicdana həsr eylə ibadətini,
Axtar vicdanında səadətini.
Vicdanın gözüylə baxsan cahana,
Onda son qoyular tökülən qana.
Bir kiçik daşın da burnu qanamaz,
Böyük, uca Tanrı bizi qınamaz.
Gülər taleyində həyat bəşərin,
Evi məzarlıqlar olar o şərin!

12
Ширин Ханым Кяримбяйли Шадиман
Tanrıya yetişər ibadətimiz,
Pak olar yolunda itaətimiz!...
Hər dilin duası yerinə düşər,
Dinlərdən ucada Allahdı, bəşər!...
 
 
 
25.12.1999
 
 QORU, ALLAHIM 
Sənin tufanın da, küləyin də nur,
Sənin dünya adlı ürəyin də nur,
Göylərdən sütunlu dirəyin də nur,
Bizi izimizdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.
Sənin dairəndə bu dünya üzük,
Sənə tövbə edib, suç edən bizik,
Sənin atəşinin oduna közük,
Bizi közümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.
Bizi əyri yoldan əyləyən də sən,
Adəmi imtahan eyləyən də sən,
Nizam tərəzidən söyləyən də sən…
Bizi gözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.
İblisi içində bizləyir bəşər,
Haqqı, ədaləti dizləyir bəşər,
Üzünü min rənglə gizləyir bəşər,
Bizi üzümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım. 
Dodaqlar əsirdi Haqq duasına,
Qaytar bu dünyanı öz yuvasına,
Şadiman qul olub söz havasına,
Bizi sözümüzdən qoru, Allahım,
Bizi özümüzdən qoru, Allahım.
 08.12.1997

13
Сечмяляр (шеирляр)
 İLAHİ, DÜNYANI QORU 
İlahi, dünyanı şeytan, iblisdən,
Vicdanın paraya satandan qoru.
Beyni zəhərləyən min cürə hissdən,
Hər qəlbdə, ürəkdə yatandan qoru. 
Gücsüzün göz yaşı dəryadı, çaydı,
Haqsızlıq basılmaz min-min alaydı,
Dörd yanım hıçqırıq, nalədi, vaydı,
Haqqı ayaqlara atandan qoru.
Alıb-aldatmaqdı bəndənin işi,
Haramı halaltək doğrayır dişi, 
Savaşı, qırğını, gethagedişi…
Əcəlin belinə çatandan qoru.
Kökündən qırılır gündə min ürək,
Dolur bulud təki, dağılır dilək,
Pislik çox ürəkdə min donlu mələk,
Yamanı yaxşıya qatandan qoru.
İlahi, Şadiman sənə daməndə,
Mat qalıb addımda feilə, fəndə,
Nicat axtaranın ümidi səndə,
Onu çirkablara atandan qoru. 
 10. 01. 1991

14
Ширин Ханым Кяримбяйли Шадиман
QALİB OLA BİLMƏZ 
Tanrı mənim içimdədi,
Şeytan yolun sala bilməz.
Görünməyən biçimdədi,
Heç kim məndən ala bilməz.
Hara getsəm yanımdadı,
Damarımda, qanımdadı,
Sanki özü canımdadı,
Mən solsam, o sola bilməz. 
İblislərlə savaşdadı,
Qəlb içində lap başdadı,
Günahları çox daşdadı, 
Şeytan orda qala bilməz.
Həm göydə, həm yerdə hakim,
Kainata odur həkim,
Sirrindən baş açdı de kim?
Canı tənə qala bilməz.
Həm açdıran, həm solduran,
Ölüsünə saç yolduran,
Bu dünyaya dərd dolduran...
Özü dərdlə dola bilməz.
Tanrıdan baş açan varmı?
Dərgahına uçan varmı?
Əlindən bir qaçan varmı?
Dünya onsuz dola bilməz.
Bəs nədir ki, böylə savaş?
Gurşad olub gözlərdə yaş,
Əvvəl, axır enəcək baş
Rəbtək qılınc çala bilməz.
O ki, bizdən yuxardadı,
Həm Tanrı, həm Allah adı,

15
Сечмяляр (шеирляр)
Sual-cavab axırdadı...
Heç kim qalib ola bilməz?
 
 
 
01.12.2000
 
 İKİ QAPI 
 Türkiyəli-Sivaslı şair Refik Kutlunun 
 «İki qapısından keçməyən varmı?»  şeirinə nəzirə
Bu dünyada iki qapı,
Biri gələr, biri gedər.
Qırılanda qəlbin sapı,
Ölüm təni məzar edər.
Var azara tutulanlar,
Belinə şər çatılanlar,
Cəhənnəmə atılanlar.
Yer-göy şərdən həzar edər.
Çox bilənin başı ağrar,
Bəbəkdə göz yaşı ağrar,
Ürəyi dərd, ələm doğrar,
Öz-özündən ah-zar edər.
İki qapı sahibi var,
Sonsuzluğun göy dibi var,
İki dünya qalibi var.
Can yiyəsin, O, var edər.
Bizə dinlə öyüd edən,
Bədənləri meyid edən,
Bilən bilir gəlmir gedən,
Qulağın kar niyə edər ? 
Şadimanla ömür kaşda,
Harayı var dağda, daşda,
Doğulanla can təlaşda,
Gördüyünə çox ar edər.
 05.01.2013

16
Ширин Ханым Кяримбяйли Шадиман
ZİRVƏLƏRDƏ OLAN TANRI 
Zirvələrdə olan Tanrı,
Dərmanımız səndən gəldi.
Mehrin könlə salan Tanrı,
Ünvanımız səndən gəldi.
Qanad verdin mələklərə,  
Könül açdın diləklərə,
Elə düşdün ürəklərə –
Peymanımız səndən gəldi. 
Hər can içrə çıraq oldun, 
Paklıqlardan soraq oldun,
İnsanlığa yaraq oldun,
Ümmanımız səndən gəldi.
Bəşər əhlin tox etməkçin, 
 
Sevincini çox etməkçin,
Vəhşiliyi yox etməkçin, 
Kamanımız səndən gəldi.
Hey titrətdin yer üzünü,
Həm gecə, həm gündüzünü, 
Göstərmədin heç üzünü,
Qatladıqca şər dizini, 
Amanımız səndən gəldi.
Eşqi cana amal etdin,
Başda necə kamal etdin?
İnsanı xoşcamal etdin, 
Loğmanımız səndən gəldi.
Ömrə qurdun vaxtımızı,
Çox laxlatdın taxtımızı,
Sınadıqca baxtımızı,
Zamanımız səndən gəldi. 

17
Сечмяляр (шеирляр)
Sünbülümüz dənə keçdi,
Can ağrısı tənə keçdi,
Kitabımız önə keçdi,
İmanımız səndən gəldi.
Şadimanı nə çalxatdın?
Könlünə od, atəş atdın,
İlhamıyla qəm yaratdın,
Divanımız səndən gəldi. 
09. 01. 2003
EY XUDA 
Mum etdin hər sirini,
Açmadın heç birini,  
Həm ölü, həm dirini,
Qoydun qəflət yuxuda,
  
 
Ey Xuda.
Bizi Məcnun eylədin,
Eşqə cunun eylədin,
Təni unun eylədin,
Sındı dünya oxu da,
  
 
Ey Xuda.
Hökmündə bəşər ömrü,
Dilində haqq əmiri,
Yuğurursan xəmiri,
Qalıb əldə çoxu da,
  
 
Ey Xuda.
 
Hər bədən açmış gülün,
Aləm gözünə tülün,
Oxur həyat bülbülün,
Burnu min bir qoxuda,  Ey Xuda.
İtirib bəşər özün,
Boyayıb şərlə üzün,

18
Ширин Ханым Кяримбяйли Шадиман
Qapına dizin-dizin… 
Gələr qara-qorxuda,
  
 
Ey Xuda.  
Gecəmi şam eylədin,
Təbimlə kam eylədin,
Əhdi ilham eylədin,
Əqlimi tam eylədin,
Ərşə qaçıb yuxu da,
  
 
Ey Xuda.
Şadimanı var etdin,
Canın qəmə zar etdin,
İlhamıyla yar etdin,
Bu aləmə car etdin,
Eşqin könlümə qida,
  
 
Ey Xuda…
 19.02.2003
 
 ƏNCAM ET 
Daş-qənbər ürəklərə,
Ey Tanrım, sərancam et!
Puç olan istəklərə,
Ay Allah, bir əncam et!
Minüzlü sifətlərə,
Hiyləgər niyyətlərə,
O vəhşi silqətlərə,
Ay Allah, bir əncam et!
Axıdılan qanlara, 
Yandırılmış canlara,
Köməksiz insanlara,
Ay Allah, bir əncam et!
Hissi boğmalayırlar,
Haqqı damğalayırlar,

19
Сечмяляр (шеирляр)
Eli yağmalayırlar,
Ay Allah, bir əncam et!
Qan ağlayan ellərə,
Ağı deyən dillərə,
Bu bəlalı illərə,
Ay Allah, bir əncam et!
Bu sinəsi daşlara,
Bu üzülmüş başlara,
Bu şəhid olmuşlara,
Ay Allah, bir əncam et! 
Dərddən qovrulanlara,
Ömrü sovrulanlara,
Yanıb qovrulanlara,
Ay Allah, bir əncam et!
Bu fitnə-fəsadlara,
O qana həsadlara,
Ağıldan kəsadlara,
Ay Allah, bir əncam et!
Qandallanmış qollara,
Səd çəkilmiş yollara,
Darda mərd oğullara, 
Ay Allah, bir əncam et!
Qaralmış gündüzlərə,
Bu ağlayan gözlərə,
Qaysaqlanmış közlərə,
Ay Allah, bir əncam et!
Bu matəmli çağlara,
Bu sinəsi dağlara,
Şirin Xanım ağlara,
Ay Allah, bir əncam et!
 08.04.1990

20
Ширин Ханым Кяримбяйли Шадиман
ŞÜKÜR SƏNƏ, ALLAHIM 
Zülmətin qoluzorlu,
Sübhün gözləri nurlu,
Aləm necə qürurlu?
Günəşdən zər saçılır,
Qaranlıqlar qaçılır,
Yenə səhər açılır,
Göydə, yerdə tək şahım,
Şükür sənə, Allahım. 
***
Sevda dolu ürəyim,
Coşur min bir diləyim.
Hara büküm bələyim?
Yandırıb nəfəsimi,
Qırıram qəfəsimi,
Təbdən qopan səsimi,
Etmədin sinə ahım,
Şükür sənə, Allahım.
***
Ağlımın can yuvası,
Başda sevgi havası,
Ürəyimin duası,
Tikir haqqa qəsiri,
Dərgaha bəlli sirri,
Bədən can üstə diri.
Açılır xoş sabahım,
Şükür sənə, Allahım.
 ***
Bu dünya, dolu dünya,
Yarıdan çoxu röya,
Kim doymaya, kim doya?
Dərd-bəlanı aşıram,
Təblə coşub-daşıram,
Yollar uzun, çaşıram…
Ey hər şeydə pənahım,
Şükür sənə, Allahım. 

21
Сечмяляр (шеирляр)
***
Bu zaman sürətdədir,
Ömür amanətdədir,
Şadiman heyrətdədir,
O böyük qüdrətinə,
O sevmək adətinə,
Bəşər səadətinə,
Səvabdan az günahım,
Şükür sənə, Allahım,
Şükür sənə, Allahım.
 29.05.2008
 MƏN İLAHİ TƏŞNƏSİYƏM 
Mən ilahi təşnəsiyəm,
Adama səcdə etmirəm.
Doğulandan bu günədək
Onunla yola getmirəm.
Çalışdım ki, dəyişməyəm,
Ağlım ilə döyüşməyəm,
Çaşıb çirkaba düşməyəm,
Atılan yala getmirəm.
Amacım haqqa qovuşmaq,
Şərdən, xətadan sovuşmaq,
Canla bədənə yovuşmaq,
Min cürə hala getmirəm.
Mən İlahi təşnəsiyəm,
Ruhun bədən irşəsiyəm,
Göy içinə düşəsiyəm,
Hissimlə dala getmirəm.
 11.10.2013

22
Ширин Ханым Кяримбяйли Шадиман
MƏZHƏB ACISINDAN QOP, AY MÜSƏLMAN
Ya Rəsulum! Şübhəsiz ki, sənin firqə-firqə olub
dinini parçalayanlarla heç bir əlaqən yoxdur.
Onların işi Allaha qalmışdır. 
Allah sonra (qiyamətdə) onlara 
nə etdiklərini xəbər verəcəkdir!
 Quran, 6 Surə, 159-cu ayə
Haqqına qurtuluş tap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Müsəlman elləri qanlar içində,
Ağrılar taxt qurub canlar içində,
Dilləri hıçqırır niyə-neçində.
Özün bu sitəmdən sap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Bizə hava təki birlik gərəksə,
Haqqın varlığına inam dirəksə,
Qurana səcdəyə gələn ürəksə…
Birliyə pak qala yap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Allah sevdalılar bir-birin qırır,
Xaça inanclılar bizə tor qurur,
Min bir hiyləsiylə arxadan vurur…
Bizi yerə soxur lap ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Yalnız xilasımız birliyə bağlı,
Hissi yox, qaldıraq ayağa ağlı,
İslam ölkələri lal, qolubağlı,
Aslan ol, şərini qap, ay müsəlman,
Məzhəb acısından qop, ay müsəlman.
Məhəmməd də bizim, Əli də bizim,
Qurbanam imana, paklığa özüm,

Каталог: front -> files -> libraries -> 1125
libraries -> AZƏrbaycan respublikasinin məDƏNİYYƏt və turizm naziRLİYİ
libraries -> Qax rayon Mədəniyyət və Turizm Şöbəsi Qax mks c. Cabbarlı adına Mərkəzi kitabxana Metodiki-biblioqrafiya şöbəsi Qax yazarı Qalibə İlisulunun əsərlərindən ibarət biblioqrafik məlumat Qalibə İlisulu. “Vətən səni, vətən məni gözləyir”
libraries -> Tapmacalar az8rbaycan restmblikast prezjdenrrİNİN İ Ş L ə r I d a r ə s I n I n k I t a b X a n a s I
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
1125 -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi Metodika V ə biblioqrafiya şöbə si
1125 -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi metodika-biBLİoqrafiya şÖBƏSİ
1125 -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi
1125 -> XAÇmaz rayon məRKƏZLƏŞDİRİLMİŞ Kİtabxana sistemi


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   18


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə