Şək İnsanın təsərrüfat fəaliyyətinin yayılması


Iri kənd yaşayış məntəqələri; Kiçik



Yüklə 8,33 Mb.
səhifə11/51
tarix28.12.2021
ölçüsü8,33 Mb.
#17018
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
Iri kənd yaşayış məntəqələri;

Kiçik məskənlər.
Mövzu 4
Ərazi planlaşdırılması (rayon planlaşdırılması).

Ərazi planlaşdırılmasının obyekti və predmeti.

Əsas ideyalar və konsepsiyalar, şəhərsalma futurologiyası. Layihələndirilmə nümunələri və reallaşmalar.
Artıq XIX əsrdə sürətli şəhərsalma fəallığı fonunda iri ərazilərinə və məskunlaşma sistemlərinin planlaşdırılmasına ehtiyac yarandı. Iri əraziləri əhatə edən və xaraktercə ərazi planlaşdırılmasına (rayon planlaşdırılmasına) yaxın ilk layihələr – Çikaqonun şəhərətrafı zonasının inkişaf layihəsi və Vena və Budapeştin meşəpark zonasının planlaşdırılması layihəsi oldu.

Bir çox müəlliflər cəmiyyətin həyat fəaliyyətinin mühitinin formalaşması üzrə təkliflərində və konsepsiyalarında məskunlaşma yerlərinin qarşlıqlı əlaqəli sistemlər şəklində formalaşdırmağı təklif edirdilər.

XIX əsrin sonunda ispan Soria-i-Mata iki şəhəri birləşdirən xətti strukturlu sxem təklif etdi. (şək.18). E.Hovard “şəhər-bağ” konsepsiyasında nəqliyyat kommunikasiyaları ilə əlaqələndirilən şəhər-bağlardan bir assosiasiya formalaşdırmaq təklif edirdi (şək. 17). R.Unvik 1907-ci ildə şəhər-bağ ideyasını Hempsted şəhərinin (London ətrafı) tikintisində tətbiq etməyə qərara gəlir.

XX əsrin başlanğıcında iri şəhərlərdə əhalisi sıxlığının çox olması probleminin həlli məqsədilə onun ətrafında şəhər-peyklərin tikintisi ideyası meydana gəlir (şək. 19).









Şək.17. E.Hovard, şəhər-bağ qrupu, 1898-ci il.

Şək.18. A.Soria-i-Mata, Madridin xətti strukturu, 1884-cü il.

Şək.19.R.Uitten, Şəhər-Peyklər sistemi, 1923-cü il

XX əsrin I rübündə tədricən məskunlaşma ilə məşğul olan yeni sərbəst layihə fənni -- ərazi planlaşdırılması (sov. Məkanında rayon planlaşdırılması) formalaşır.




Yüklə 8,33 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin