Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi



Yüklə 269.98 Kb.
səhifə1/3
tarix13.06.2017
ölçüsü269.98 Kb.
  1   2   3
Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə



Həmrəylik və birlik günümüz

(metodik vəsait)



Şəki-2016

Tərtib edən: Əhmədova Nəzakət – Metodika və biblioqrafiya şöbəsinin baş biblioqrafı

Redaktor: Məhyəddinova Gülər–MKS-nin Metodika və biblioqrafiya şöbəsinin baş kitabxanaçısı.

Suverenliyimizi daim yaşatmaq, dövlət müstəqilliyimizi əbədi etmək üçün harada yaşamasından aslı olmayaraq bu gün hər bir azərbaycanlıdan müstəqil Azərbaycan dövləti ətrafında əməl və əqidə birliyi, sarsılmaz həmrəylik tələb olunur.



Ümummilli lider H.Əliyev

I.Bölmə: Dünya Azərbaycanlılarının Həmrəylik Günü.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü-Azərbaycan millətinin birlik şurasının simvolik günüdür.

Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Dünya Azərbaycanlılarının Həmrəylik Gününün qeyd edilməsi dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca çevrilmişdir.

Azərbaycanlıların yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı Azərbaycan diaspora təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu ayrı-ayrı cəmiyyət üzvüləri üçün bir araya gəlmək, cəmiyyət və qurumlar halında birləşmək baxımından dünyanın sivil nöqtələrindən biri olan Avropada mühüm əhəmiyyət kəsb edir.

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmiş, Yeni il isə ikinci plana keçmişdir. Həmrəylik gününü hətta milliyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.

Azərbaycanlılar minilliklər boyu özlərini doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibələr, inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən ayrı düşmüşdür. İş tapmaq, təhsil almaq məqsədilə doğma yurdu tərk edərək başqa ölkələrdə, qərar tutub yaşayan azərbaycanlılar da vardır. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından bütün dünyaya yayılmışlar. Hazırda onlar dünyanın bir çox ölkələrində yaşayırlar. Rusiyada, Ukraynada, MDB-nin digər ölkələrində, Baltikyanı ölkələrdə, Avropada , Amerikada, Şərq ölkələrində iri azərbaycanlı icmaları yaranmışdır.

SSRİ-nin son günləri, Azərbaycan millətinin , Arazın hər iki sahilində sərhəd yürüşü, dəmir tikanlı məftilləri qırması, özünü saya vurub öz doğma qardaş bacısına qovuşmaları iki totalitar dövlətin ciddi təzyiqlərinə baxmayaraq, o taylı-bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı, azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırdı. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nişanıdır.

Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda, sərhədlərin(SSRİ-nin İran sərhədləri) dağılması zamanı qoyulmuş Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılmışdır. Bu vaxt İstanbulda türkdilli xalqların konfransı keçirildi. Konfransda dünya azərbaycanlılarının həmrəyliyinin qeyd olunmasına qərar verilmişdi.

1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etmiş, beləliklə bütün azərbaycanlılar üçün əziz olan bu gün bütün dünyada bayram edilir.

Dünyada yaşayan Azərbaycan diasporu ilə dövlət səviyyəsində iş aparılması üçün ümummilli lider Heydər Əliyevin fərmanı ilə, 2012-ci il iyulun 5-də xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsi yaradılmışdır. Hazırda dünyanın əksər ölkəsində ümumilikdə 300-dən çox Azərbaycan icması fəaliyyət göstərir. Dünyada yaşayan azərbaycanlıların sayı ilə bağlı isə fərqli məlumatlar mövcuddur. Dövlət Komitəsindən alınan məlumatda dünyanın 43 ölkəsində yaşayan azərbaycanlıların statistikası verilib. Azərbaycan Respublikası istisna olmaqla 43 ölkədə azərbaycanlıların ümumi sayı rəsmi məlumatlara əsasən 23 milyon, qeyri-rəsmi məlumatlara görə 36 milyon 425 min nəfərdir.

Azərbaycanlıların sayı barədə statistika YUNESKO-nun hesabatı, xarici ölkələrdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin apardığı araşdırmalar, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin verdiyi məlumatlar və Dünya Azərbaycanlılarının I Qurultayının hesabat məruzəsi əsasında hazırlanmışdır. Bəzi beynəlxalq təşkilatların və xarici ölkələrdə fəaliyyət göstərən qeyri-hökümət təşkilatlarının hesabatlarında İrandan köçmüş miqrantların bir hissəsinin digər millətləri təmsil etmələrinə baxmayaraq azərbaycanlı kimi qeydə alınması azərbaycanlıların dəqi sayını müəyyənləşdirməkdə çətinlik yaradır.

Buna baxmayaraq, Dövlət Komitəsi hazırda Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə birgə dünyada yaşayan azərbaycanlılarının sayının dəqiqləşdirilməsi istiqamətində iş aparır.

Dünya Azərbaycanlıları Konqresinin təqdim etdiyi statistik məlumatlar isə fərqlidir. DAK 67 ölkənin təsnifatını aparıb və onun məlumatına görə dünya azərbaycanlılarının sayı 50 milyonu keçib.
II.Bölmə: Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə keçiriləcək tədbirlər:

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə bir sıra tədbirlərin keçirilməsi vacibdir. Kitabxanada kitab sərgilərinin, oxucu konfranslarının, ədəbi-bədii gecələrin keçirilməsi vacibdir. Beləki, kitabxanalarda hər il Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sərgi təşkil olunmalıdır. Sərgilər müxtəlif başlıqlarda təşkil oluna bilər. Sərginin aşağıdakı sxem üzrə hazırlamaq olar.

_____1_____

_______ _____2_____ _________

______ _____3_____ ___________

________ _____4_____ ___________


1. Başlıq: Ulu xalqın həmrəylik sədaları.

2. Sitat.

3. Kitablar

4. Şeir parçası.

1. Hər bir azərbaycanlı fəxr etməlidir ki, onun böyük tarixə, qədim və zəngin mədəniyyətə malik olan Azərbaycan kimi Vətəni vardır.

2. Dünya azərbaycanlılarının müstəqilliyinin möhkəmlənməsi, soydaşlarımızın milli birlik və həmrəyliyinin, sözün həqiqi mənasında təmin edilməsi ümummilli liderimiz Heydər Əliyevin ən böyük arzularından biridir.



İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

3. Kitablar:

1. Dəmirli D. Vətən imtahan verir

2. Əhmədov Y. Torpağa tökülən qan.

3. Pənahoğlu F. Bura Vətəndir.

4. Pənah G. Haran ağrıyır Vətən!

5. Parçalanmış millətin harayı.

Şeir parçası

Pozulsun sərhədlər, silinsin xətlər,

Qarışsın bir-birinə şəhərlər, kəndlər

Çəpərli sərhədlər dağılıb itsin

İnsanlar qəlbində gül-çiçək bitsin.

Bu bayram münasibətilə keçiriləcək tədbirlərdən biri də kitab icmalıdır. Kitabxanaçı “Parçalanmış millətin harayı” kitabının icmalını keçirə bilər. Bu kitab təkcə şeir, bayatılar və həsrət poeziyamızdan “yarpaqlar” deyil, həm də bu iki müstəbid dövlətin əli ilə ikiyə parçalanmış, bir-birindən ayrı salınmış bir millətin-Azərbaycan xalqının harayı, kədəri, ürək döyüntüləridir. Kitabdakı seçmələr vaxtilə ərazisi Dəmirqapı Dərbənddən başlayıb Həmədan-Qəzvin-Əzan-Qumadək uzanan Azərbaycan türklərinin ayrılıq dərdi, həsrəti, bir-birinə qovuşmaq arzusu və istək harayının poeziya dili ilə verilmiş nümunələridir. Həmçinin kitabda o taylı-bu taylı 100-dən çox şairlərimizin həsrət, hicran nisgili və vüsal arzusu ilə bağlı şeirlərindən nümunələr verilmişdir. Keçiriləcək tədbirlərdən biri də ədəbi-bədii gecədir. Ədəbi-bədii gecəyə, “Ulu xalqın həmrəylik sədaları” adı vermək olar.

Həmçinin kitbxanada “Millət bayramı-özünə qaydış günü”, “Ulu xalqın həmrəylik sədaları” başlıqlı mövzu kartotekası təşkil olunmalıdır.

İstifadə edilmiş ədəbiyyat:


  1. Parçalanmış millətin harayı.-Bakı:Nurlar,2007.-656s.

  2. Azərbaycanın həmrəylik günü haqqında Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı//Azərbaycan.-1997.-24 dekabr.-s.1.

  3. Əliyev İ. Dünya Azərbaycanlılarının Həmrəylik Günü //Azərbaycan.-2011.-1 yanvar.-s.1.

  4. Vəfa Z. Azərbaycanımız və azərbaycançılığımız //Azərbaycan.-2010.-1yanvar.-s.2.


Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana sistemi

Metodika və biblioqrafiya şöbəsi

9 Noyabr Dövlət Bayrağı Günü münasibəti ilə



Ay-ulduzlu bayrağım

(metodiki vəsait)



Şəki-2016


  1. Azərbaycan Respublikası Dövlət Bayrağı Günü

Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında ilk hökumət qərarı 1918-ci il iyunun 24-də verilmişdir. Həmin qərara görə Azərbaycan bayrağını qırmızı materialdan,üstündə ağ aypara və qırmızı fonda ağ səkkiz guşəli ulduzun təsviri verilmiş bayraq kimi qəbul etmək nəzərdə tutulmuşdu. Bu qərar qəbul edilərkən Azərbaycan hökuməti hələ Gəncə şəhərində yerləşirdi.Hökumət Bakıda yalnız 15 sentyabr-şəhər türk qoşunlarının köməyi ilə düşmən qüvvələrdən təmizləndiyindən sonra fəaliyyət göstərə bilmişdi.Azərbaycan Xalq Cümhuriyyətinin Bakıda fəaliyyətə başlamasından az sonra bayraq haqqında ikinci qərar qəbul edilmişdi.

1918-ci il noyabr ayının 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası milli bayraq haqqında qərar vermişdir.Nazirlər Şurasının sədri Fətəli xan Xoyskinin imzaladığı həmin qərarda deyilir: “Milli bayraq kimi yaşıl, qırmızı, mavi rənglərdən, ağ aypara və səkkizguşəli ulduzlardan ibarət olan bayraq qəbul edilsin!”

1920-ci il aprel 28-də Xalq Cümhuriyyəti süqut etdikdən və Sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanda bu bayraqdan imtina edilmişdir.

İkinci dəfə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bu bayraq bərpa edilmiş və Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsadət qaldırmışdır.

1991-ci il fevral ayının 5-də Azərbaycan Respublikası Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsadətinə baxmış və üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar vermişdir.

Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfiqi zolaqdan ibarətdir.Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir.Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasının, qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng-islam sivilizasiyasına mənsubluğunu ifadə edir.Qırmızı zolağın ortasında bayrağını hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

Azərbaycan bayrağının dalğalandığı dirək dünyada ən hündür bayraq dirəyi hesab olunur. “Ginnes”in dünya rekordları təşkilatı Azərbaycan dövlət bayrağı dirəyini dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

Qeyd edək ki, bayrağın çəkisi 350 kq-dır. İnşa olunmuş dayağın hündürlüyü isə 162, bünövrəsinin diametri 3,2, bünövrəsinin üst hissəsinin diametri isə 1,09 metrdir.Qurğunun ümumi çəkisi 220 tondur.

Prezident İ.Əliyev 2009-cu il 17 noyabr tarixli sərəncamla noyabr ayının 9-nu Azərbaycanda Dövlət Bayrağı günü elan etmiş və bu bayram ölkədə qeyri iş günü olan bayramların siyahısına daxil edilmişdi.


  1. 9 Noyabr Bayraq Günü ilə əlaqədar keçiriləcək tədbirlər.

Azərbaycan Respublikasının 9 noyabr Bayraq Günü münasibətilə respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, lisey və gimnaziyalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Bayraq günü ilə bağlı kitabxanalarda sərgi, kitab icmalları, oxucu konfransları, inşa, şeir müsabiqələri, ədəbi-bədii kompozisiyalar və sair təşkil etmək olar. İlk növbədə kitabxanalarda Bayraq Günü ilə bağlı sərginin tərtib olunması vacibdir.Sərgidə 9 noyabr Bayraq günü ilə bağlı nəşr olunan kitabları, proşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. Sərgilərə müxtəlif başlıqlar vermək olar.

“9 Noyabr Dövlət Bayrağı Günü”, “9Noyabr-Qürur günümüz”, “Bayrağımız qürurumuzdu” və sair.

İndi isə “Bayrağımız qürurumuzdu” adlı sərgini sxemini nümunə üçün veririk:

1)Başlıq.

2)Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3)Bayraq günü ilə bağlı nəşr olunan kitabların nümayişi.

4)Dövrü mətbuatdan materiallar.

5)Şeir parçası.

Bayraq günü ilə bağlı kiçik yaşlı oxucular üçün bayraqla bağlı yazıçı və şairlərin əsərlərindən ucadan oxular, səhərciklər hazırlamaq olar. Bununla əlaqədar MKS-nin kitabxana filiallarında keçirilən tədbirlərdən biri də sual-cavab gecələri, viktorinalar, oxucular arasında bilik yarışmalarıdır.

Kitabxanalarda keçirilən kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir:

1)Niyə 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd olunur.

2)Dövlət Bayrağı günü nə vaxtdan elan olub?

3)Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir?

4)Azadlıq sözünü necə başa düşürsünüz ?

5)Azərbaycan gerbi haqqında nə bilirsiniz ?

6)Azərbaycan Respublikasın Dövlət bayrağının üzərində hansı təsvirlər vardı?

7)Azərbaycan bayrağı ilk dəfə neçənci ildə yaradılıb?

8)Bu il ölkəmizdə Dövlət Bayrağının neçənci ili tamam olur?

Sərgiyə qoyulacaq şeir parçası:

Bayrağını endirdilər,

Ancaq özün əyilmədin.

Alqış bu gün o ucalan

Bayrağına Azərbaycan.

Şeir müsabiqəsinin keçirilməsi də təqdirə layiq olardı. Şeir müsabiqəsi uşaqların ən çox sevdiyi tədbirlərdən biridir. Çünki uşaqlar belə tədbirlərdə özlərinin şeir demək bacarıqlarını nümayiş etdirirlər.Bu tədbir yaxşı olardı ki, yuxarı yaş qrup oxucular arasında keçirilsin.Şeir müsabiqəsində aşağıdakı şeirləri oxuculara təqdim etmək olar.

1)Xalqın öndəri; 2) Azərbaycan marşı; 3)Bir dəfə yüksələn bayraq və sairə.

Görkəmli Azərbaycan yazıçısı və dramaturqu Cəfər Cabbarlı, zəmanəsinin böyük şairləri Məmməd Hadi, Əhməd Cavad və başqaları şeirlərində üçrəngli bayrağı böyük sevgiylə öymüş, onu ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzətmişlər. C.Cabbarlının 29 iyul 1919-cu ildə “Azərbaycan qəzetində dərc etdirdiyi “Azərbaycan bayrağına”şeirində deyilir:

Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,

Şu sevimli, üç boyalı, üç mənalı bayrağı!

Mələklərin qanadının üzərinə kölgə salan?

Nə imiş bu? Aman allah! Od yurdumun yarpağı.

Göy yapraqlar, alçiçəklər, yaşıl otlar tanışmı?

Xayır, xayır! Çiçək solur, otlar yerdə tapdanır,

Fəqət bizim bayrağımız yucaları pək seviyor,

Yıldızlardan, hilaldan da yüksəklərdə firlanır...

Bu ay, yıldız boyaların qurultayı nə demək?

Bircə şöylə söyləmən:

Bu göy boya göy moğoldan qalmış bir türk nişanı,

Bir türk oğlu olmalı!

Yaşıl boya islamlığın sarsılmayan inamı,

Yürəklərə dolmalı!

Şu al boya azadlığın, təcəddüdün fərmanı,

Mədəniyyət bulmalı!

Səkkiz uclu şu yıldız da səkkiz hərfli “Od yurdu”

Səhərlərə uçmuşdur...

Şu hilal da türk bilgisi düzgün sevgi nişanı...

Bu gün Azərbaycan boyu dalğalanan üç rəngli bayrağımızın tarixi elə milli dövlətçiliyimizin keçdiyi sınaqların tarixi kimi dəyərləndirilməlidir.

Böyük iftixarla öpüb altından keçdiyimiz dövlət bayrağımızın müqəddəsliyini və zərb-məsələ çevrilmiş bu sözləri heç vaxt unutmamalıyıq: “Bayraqları bayraq edən üstündəki qandır,

Torpaq əgər uğrunda ölən varsa, Vətəndir”

Bayraq bir millətin özünüdərki,

Qeyrəti, məsləki, əqidəsidir.

İliyimdən keçib, canımdan gələn,

Dilimdə göyərən haqqın səsidir.

Xətai idrakı, Babək qılıncı,

Koroğlu sazının öz simidir o,

Babam Füzulinin qöərib məzarı,

Hələbdə soyulan Nəsimidir o,

Dik saxla başını, dik tut, bayrağım!

Qəddin əyilməsin heç vaxt bir daha

Hələ qarşıdadır sənin xoş çağın,

Gedək o günləri doğan sabaha!

Bütün sevimli oxucularımızı bu münasibətlə təbrik edirik və şəhid qanı ilə yoğrulmuş bu nurani Bayrağımızın hər zaman ucalmasını Rəbbimizdən diləyirik. Dünyanın hər guşəsində qəlbi vətən eşqi ilə çırpınan bütün azərbaycanlıları, respublikamızın gələcəyə nikbin baxan vətəndaşlarını Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, hamıya vahid ideya ətrafında birləşmək, qarşıda duran işlərdə uğurlar arzulayırıq!

Yaşasın Milli Bayrağımız!

Oxucularımızın 9 Noyabr Dövlət Bayrağı haqqında olan fikirlərini öyrənmək məqsədi ilə anket sorğularının keçirilməsi məqsədəuyğundur . Bunu nəzərə alaraq hazırlayacağımız sorğunu sizə təqdim edirik.

1.Dövlət Bayrğı gününün yaranma tarixi haqqında məlumatınız varmı?

 Bəli

 Xeyr


2.Dövlət Bayrağı günü haqqında şeir bilirsinizmi?

 Bəli


Xeyr

3.Azərbaycanı necə görmək istərdiniz?

_________________________________

4.Vətən mövzusunda yazan şairlərdən kimləri tanıyırsınız?

_________________________________

5.Vətən haqqında bayatı, atalar sözü bilirsinizmi?

 Bəli

Xeyr


6.Azərbaycan Respublikasının Dövlət Rəmzlərini söylə?

_________________________________

7.Dövlət bayrağı günü nə vaxtdan elan olunub?

_________________________________

Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Məktəblilər üçün “Azərbaycan Respublikasının Dövlət rəmzləri” adlı kitabın icmalını keçirmək olar. Bu kitabda ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli-rəmzlərin bərpası və qəbulu yolunda ümummilli lider Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya məzmunu xüsusiyyətləri tarixi planda təhlil edilir, nəhayət dövlət rəmzlərimiz Azərbaycan Xalq Cumhuriyyətindən (1918-1920) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, mədəniyyət işçiləri, müəllimlər, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəsislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

İstifadə olunan ədəbiyyat siyahısı:


1.Kəhrizli Vaqif . Azərbaycan bayrağı.-Bakı,Yazıçı, 2011.-192s.

2.Mərdanov Misir, Quliyev Əsgər. Azərbaycan Respublikasının Dövlət Rəmzləri :-Bakı, Çaşıoğlu,2010.-287s.

3.Əliyev İ.Azərbayca Respublikasının Dövlət Rəmzləri.-Bakı: Nurlan, 2008.-56 s.

4.Əhmədov S. Azərbaycan Respublikasının Dövlət Bayrağı.-Bakı: Megabasım, 2010.-153 s.



Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodika və biblioqrafiya şöbəsi

18 oktyabr-Tariximizin şərəfli səhifəsi

(Dövlət Müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunur)

(metodik vəsait)



Şəki-2016

Tərtib edən: Əhmədova Nəzakət –Metodika və

biblioqrafiya şöbəsinin baş biblioqrafı.
Redaktor: Məhyəddinova Gülər-–MKS-nin Metodika

və biblioqrafiya şöbəsinin baş kitabxanaçısı.



Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir.

Ümummilli lider Heydər Əliyev

I bölmə. Dövlət Müstəqilliyinin bərpası

Müstəqillik hər bir xalqın tarixində onun özünümüdafiəsinin və özünütəsdiqinin ən ümdə əlaməti kimi səciyyələndirilir. 28 may 1918-ci ildə Şərqdə ilk dəfə olaraq Demokratik Azərbaycanın–Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının elan edilməsi- Azərbaycan xalqının müstəqilliyə, milli azadlığa və istiqlaliyyətə qovuşması uğrunda apardığı gərgin mübarizənin məntiqi nəticəsi olmuşdur. Lakin Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərmişdir. Fəaliyyətdə olduğu müddətdə Azərbaycan Demokratik Respublikasının Milli Hökuməti iqtisadi, siyasi, sosial, mədəni, təhsil və bir çox digər sahələrdə ciddi irəliləyişlər əldə etmişdir. Azərbaycanın dövlət atributları qəbul edilmiş, ilk parlament fəaliyyətə başlamış, milli valyuta olan manat dövriyyəyə buraxılmışdır.

XX əsrin sonlarından 1991-ci ildə sovet imperyasının süquta uğraması nəticəsində digər müttəfiq respublikalar kimi Azərbaycan da özünün dövlət müstəqilliyinə nail oldu. Amma digər ölkələrdən fərqli olaraq respublikamızı bu müstəqilliyə, azadlığa aparan yollarda qanlar töküldü, şəhidlər verildi. 1990-cı ilin 22-də xalqımızın dahi oğlu, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması və 1990-cı il noyabrın 17-də Heydər Əliyevin sədrliyi ilə öz işinə başlayan Naxçıvan Ali Məclisinin sessiyasında tariximizdə Azərbaycan dövlətçiliyinin dirçəlişi prosesinin həyata keçirilməsi ilə bağlı bir çox məsələlər müzakirə olundu. 1990-cı ilin noyabrında Naxçıvan Ali Məclisi müstəqilliyimizi əsas atributlarından olan üçrəngli bayrağımızın Naxçıvan MR-in dövlət bayrağı olması barədə qərar qəbul etdi. Qərarda həmçinin Azərbaycan Respublikasının ali qanunvericilik orqanına Azərbaycanın dövlət rəmzləri haqqında məsələyə baxması, respublikamızın milli tarixi ənənələrə uyğun olaraq yeni dövlət rəmzlərinin-bayrağın, gerbin, himnin qəbul olunması təklif edilmişdir.

1991-ci ilin avqustun 30-da ali qanunverici orqanın xalqın tələbi ilə çağrılmış növbədənkənar sessiyasında Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında bəyannamə qəbul edildi. Azərbaycan Respublikasının Ali Sovetinin həmin ilin 18 oktyabr tarixi sessiyasında “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul edildi.

Lakin 1991-1993-cü illərdə hakimiyyətdə olanların hakimiyyət çəkişmələrinin məntiqi nəticəsi kimi cəbhədəki uyğunsuzluqlar və daxildə separatçı meyllərin güclənməsi dövlətçiliyimizin və müstəqilliyimizin məhvini qaçılmaz edirdi.

Belə bir ağır vəziyyətdə 1993-cü ilin iyunundan dövlətimizin idarəçilik sükanının arxasına keçən Heydər Əliyev xilaskarlıq missiyasını müdrikliklə, yenilməz iradə, qətiyyət və böyük uzaqgörənliklə yerinə yetirməyə başladı. Heydər Əliyev ölkəni gözləyən bütün təhlükələri dəf etməklə Azərbaycanın müstəqilliyinin möhkəm təməlini qoydu. İlk növbədə hakimiyyət böşluğu aradan qaldırıldı, separatçı qüvvələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinin qarşısı alındı. Azərbaycanın dövlətinə, müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər hazırlayan cinayətkar dəstələr cəmiyyətdən təcrid edildi.

Ölkənin nizami silahlı qüvvələrinin yaradılması ilə bağlı tədbirlər həyata keçirildi.

Xalqın istək və arzusu ilə Heydər Əliyevin hakimiyyətə qaydışından sonra həyata keçirilən siyasət Azərbaycanın müstəqil dövlət kimi dünya birliyi sıralarına öz adını yazmasını təmin etdi. Əsl müstəqil, demokratik, hüquqi və dünyəvi dövlət quruldu. Bütün bunlar isə böyük tarixi naliyyətdir.

1994-cü ilin 15 oktyabr tarixindən etibarən

Azərbaycan Respublikasının Prezidentinin

Fərmanı ilə 18 oktyabr tarixi Dövlət

Müstəqilliyi Günü kimi qeyd edilir.


II.bölmə. Müstəqillik günü ilə əlaqədar keçirilən tədbirlər.

Bildiyimiz kimi hər il oktyabrın 18-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin ildönümü qeyd edilir.Bu münasibətlə respublikamızın hər yerində olduğu kimi kitabxanalarda, ümumtəhsil məktəblərində, klublarda və sair yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur. Müstəqillik Günü münasibətilə sərginin tərtib olunması vacibdir. Sərgidə Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitablar, praşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. “Müstəqilliyimiz əbədidir” adlı sərginin sxemini nümunə üçün veririk:

1.Başlıq “Müstəqilliyimiz əbədidir”

2.Azərbaycan Respublikasının üçrəngli bayrağı.

3.Müstəqilliyimizlə bağlı görkəmli şəxsiyyətlərin söylədikləri sitatlar.

4.Müstəqilliyimizlə bağlı nəşr olunmuş kitabların nümayişi .

5.Şeir parçası.

Kitablar


1.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild

2.Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. IIcild

3.Azərbaycanı XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.

4.Azərbaycan Demokratik Respublikası

dövründə ədəbiyyat.

5.Müstəqil Dövlətimiz və Parlamentimiz.

Şeir parçası:

Gəl, əziz bayram, Böyükdür adın,

Görüşək yenə. Böyükdür sanın.

Gül-çiçək səpim, Sənsən bağbanı

Qədəmlərinə. Bu gülüstanın.

Sitalar:


1.Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək.

H.Əliyev.

2.Bizim dövlətçilik tariximiz, dövlətçilik ənənələrimiz çox qədim və zəngindir. Bu ənənələr bu gün Azərbaycanda yaşadılır, təkmilləşdirir və inkişaf etdirilir.

Seyfəddin Qəndilov

Tarix elmlər doktoru, professor.

Kitabxanalarda keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. Ədəbi-bədii gecə əsasən iki hissədən ibarət olur. Birinci hissədə tədbirdə iştirak edən qonaqların çıxış və məruzələri dinlənilir. II hissədə isə müstəqilliyimizlə bağlı bir çox vidiolentlər nümayiş olunur. Həmçinin tədbirin bədii hissəsində müxtəlif şeir və musiqilər səslənir. İndi isə “Ən böyük nailiyyətimiz əbədi müstəqilliyimizdir” adlı ssenarini sizə təqdim edirik.Tədbir Azərbaycanın Dövlət Himni ilə başlayır. Səhnəyə üçrəngli bayrağımız gətirilir. Bir çox sitatlar səhnənin divarlarından asılır. Məs: “Müstəqilliyimiz əbədidir”, “İnsanlara hüriyyət, millətlərə istiqlal”, “Haqq verilməz, alınar”, Bir kərə yüksələn bayraq, bir daha enməz” və sair.Tədbir “Azərbaycan” mahnısı ilə başlanır. Aparıcılar səhnəyə daxil olur.

I aparıcı: Oxu dodağım mənim !!!

Alış ocağım mənim !!!

İstiqlal havasını,

xöşbəxtlik nəğməsini

Ürəkdə yanan işıq,

damarda qan oxusun!

Ölməz Əhməd Cavadın

“Azərbaycan”şeirini

Azərbaycan oxusun!!!

Azərbaycan oxusun!!!

Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş gördük. Bildiyimiz kimi, xalqımız keşməkeşli, mübarizələr dolu tarixi bir yol keçmişdir.Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq,müstəqillik, söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.

II aparıcı: Ermənistan tərəfindən elan edilməmiş müharibə nəticəsində ərazimizin 20 faizinin işğal olunması, bir milyona yaxın qaçqın və məcburi köçkünlər, işsizlər ordusu, ölkə daxilindəki ölkəni parçalamağa çalışan xarici və daxili düşmənlərin məkrli niyyətləri müstəqillik yolunda kövrək addımlarını atan gənc dövlətimizi hər an məhv olmaq təhlükəsi qarşısında qarşısında qoyurdu. (Səhnəyə oxucular daxil olur. Onlar M.Arazın “Bizi vətən çağırır” adlı şerini söyləyirlər.)

I oxucu: İndi bizim ölümlə,

Çarpışan çağımızdı.

Ölümün boğazından,

Yapışan çağımızdı.

Ölümlə tərcümansız

Danışan çağımızdı,

Qılınc qap,vətən oğlu,

Bizi vətən çağırır!

Bu ölüm, qan yoludur,

Ölümdən, qandan keçir.

Bir qolu da qıvrılıb

Azərbaycandan keçir.

Dövran bizdən bac alır,

Şöhrət bizdən yan keçir,

Qılınc qap, vətən oğlu,

Bizi vətən cağırır!

II oxucu:

Bu yolda əyilənə:

“Ölüm haqdı”, deyirik.

Əbədi məzarımız,

Bu torpaqdı, deyirik.

Vətən göyü dəyişməz

Göy bayraqdı, deyirik

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

Bu, səhra məhkəməsi,

Bu, onun qərarıdır:

“Bircə addım arxada

Son ümid divarıdı!

Bu yurdda yaşamağa

Haqqı yox qərarıdı!

Qılınc qap, vətən oğlu,

Bizi vətən çağırır!

III oxucu:

Gücünə qəzəbini,

Zəhmətini də qata bil,

Düşmənin marığında

Pələng kimi yata.

Bu dağları baba bil.

Oxucular müstəqilliyimizin müqəddəs simvolu olan üçrəngl, ay ulduzlu bayrağı ortaya gətirirlər və Ə.Cavadın “Milli bayrağımıza” adlı şeirini söyləyirlər.

I oxucu: Türküstan elləri öpüb alnını,

Söyləyir dərdini sənə, bayrağım!

Üç rəngin əksini Quzğun dənizdən

Ərmağan yolla sən yara, bayrağım!

Gedərkən Turana, çıxdın qarşıma.

Kölgən dövlət quşu, qondu başına.

İzin ver gözümdə coşan yaşıma,

Dinlətsin dərdini aha, bayrağım!


Qəli xan soyundan aldığın rəngi,

Qocamış İl xanla müsəlman bəyi.

Elxanın övladı dinin dirəyi,

Gətirdin könlümə səfa bayrağım!

Köksümdə tufanlar gəldim irəli,

Öpdüm kölgən düşən mübarək yeri.

Allahın ulduzu, o gözəl pəri

Sığınmış qoynunda aya, bayrağı


SON


Ədəbiyyat siyahısı:
1.Seyidzadə D. Azərbaycan XX əsrin əvvəllərində müstəqilliyə aparan yollar.-B.:2004.-348s.

2.Müstəqillik yolunda yanan işıqlar.-B.: Təhsil, 2004.-342s.

3.Mehdiyev R. XXI əsrdə milli dövlətçilik.-B.: “XXI”-Yeni Nəşrlər evi, 2003.-248s.

4.Müstəqilliyimizin memarı I kitab.-B.:Yazıçı, 2010.-296s.

5.Müstəqilliyin H. Əliyev yolu //Azərbaycan.-2006.-24 iyun.-6s.


: front -> files -> libraries -> 2472 -> documents
libraries -> Nəsillərə nümunə Vətən eşqi məktəbində can verməyi öyrənmişik, Ustadımız deyib, heçdir vətənsiz can, Azərbaycan!
documents -> Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı
2472 -> Nizami xudiyev qəDİm türk yazili
2472 -> Nəsiman Yaqublu MƏHƏMMƏD ƏMİn rəsulzadə
2472 -> 1 ƏLİ HƏSƏnov azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri
2472 -> Sumqayıt Dövlət Universiteti Folklorşönaslıq Elrni-Tədqiqat laboratoriyası Aslan Bayramov
documents -> Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Mərkəzləşdirilmiş Kitabxana sistemi Metodika və biblioqrafiya şöbəsi
2472 -> AZƏrbaycan respublikasinin miLLİ MƏCLİSİ


Поделитесь с Вашими друзьями:
  1   2   3


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə