Səlahəddin XƏLİlov məHƏBBƏT və İntellekt



Yüklə 2,08 Kb.
Pdf görüntüsü
səhifə1/5
tarix05.05.2017
ölçüsü2,08 Kb.
#16747
  1   2   3   4   5

Səlahəddin  XƏLİLOV
MƏHƏBBƏT
və İNTELLEKT
FƏLSƏFİ ESSELƏR
Bakı – 2006
1

Elmi redaktoru:  Fuad Qasımzadə 
                                          akademik
Xəlilov S.S.
Məhəbbət və intellekt. – Bakı, «Nurlan» nəşriyyatı, 
2006 – 176 səh.
Kitab dərk olunmuş və olunmamış məhəbbət  
haqqında, onun mahiyyəti, formaları, tərkib hissələri 
və sosial-mənəvi hadisələrlə əlaqəsi haqqında fəlsəfi 
esselər   toplusudur.   Əslində   elmi-fəlsəfi   tədqiqat 
səjiyyəsi   daşıyan   bu   əsər   təkcə   mütəxəssislər   üçün 
deyil, həm də geniş oxucu kütləsi, xüsusən gənclər  
üçün nəzərdə tutulmuşdur. 
  © S.S. Xəlilov
2

Ön söz 
Məhəbbət mövzusu əsrlər boyu düşünən və 
sevən  insanların  diqqət  mərkəzində  olmuşdur. 
Əlbəttə,  bu  haqda  heç  düşünmədən  sevənlər  də 
var, bu haqda çox düşünüb, amma ömrü boyu heç 
sevməyənlər  də  var.  Sevmək  səadəti  heç  də 
hamıya nəsib olmur. Həm sevib, həm də sevilmək 
isə ancaq xoşbəxtlərin qismətidir. 
Bu  kitab  öz  məhəbbətini  dərk  etməyə  ça-
lışmayanlar,  yaxud  məntiq  çərçivəsində  mə-
həbbəti  imitasiya  etməyə  çalışanlar  haqqında 
deyil,  dərk  olunmuş  məhəbbət  haqqında,  onun 
mahiyyəti,  formaları,  tərkib  hissələri  və  digər 
mənəvi  hadisələrlə  əlaqəsi  haqqında  esselər 
toplusudur. 
Lakin məhəbbətin dərk olunması prinsipcə 
mümkündürmü? 
Yaxud buna ehtiyac varmı? 
«Ağıllı  düşünənə  qədər  dəli  vurub  çayı 
keçmirmi?».  Əlbəttə,  aşiqin  özü  üçün  o  heç  də 
3

önəmli  deyil.  Lakin  cəmiyyətdə  aşiqin  statusunu 
düzgün  müəyyən  etmək,  onun  «haqqını»  özünə 
verə 
bilmək,
 ona 
adekvat 
münasibət 
formalaşdırmaq üçün  bu hadisənin sosial-mənəvi 
infrastrukturu və digər mənəvi proseslər arasında 
yeri düzgün müəyyənləşdirilməlidir. Yəni sevmək 
üçün  idrak  tələb  olunmasa  da,  ona  obyektiv 
münasibət  bəsləyə  bilmək  üçün  bu  hissin  dərk 
olunmasına böyük ehtiyac vardır. Əxlaqi dəyərlər 
sisteminin  və  hətta  sosial-hüquqi  normaların  bu 
məsələyə  münasibətdə  düzgün  yönləndirilməsi 
üçün  məhəbbətin  özünün  tədqiqat  obyektinə 
çevrilməsinə,  onun  hərəkətverici  qüvvələrinin, 
motivlərinin  araşdırılmasına  ciddii  sosial  təlabat 
vardır. 
Şairlər  bir  qayda  olaraq  məhəbbəti  tə-
rənnüm  edir,  nasirlər  onunla  bağlı  sosial  dra-
matizmi və ictimai təbəddülatları bədii vasitələrlə 
işıqlandırmağa  çalışır,  psixoloqlar  insanın 
davranışında  və  mənəvi  həyatında  məhəbbətin 
rolunu  və  motivasiyasını  araşdırmağa  çalışır, 
sosial  psixologiyada  isə  bu  problem   əsasən  ailə 
və  lokal  sosial  qruplar   kontekstində  nəzərdən 
keçirilir.  Amma  bütün  bu  yanaşmaların  heç  biri 
məhəbbətin  mahiyyətini  açmaq  iqtidarında  deyil. 
Filosoflar isə bu mövzuya həmişə böyük ehtiyatla 
toxunurlar.  Çünki  məhəbbət  insanın  mənəvi 
aləminin  ən  dərin  qatlarında  üzə  çıxdığından  və 
əsasən  qeyri-şüuri  sferaya  aid  olduğundan  onun 
4

məntiqi  təfəkkürlə  şərhi  çox  çətindir.  Amma  hər 
halda  bu  məsuliyyət  fəlsəfənin  üzərinə  düşür. 
Çünki  bu  mövzu  elmin  ümumiyyətlə  girə 
bilmədiyi,  onun  üçün  qaranlıq  olan  bir  sahədir. 
«Qəlbin  sarı  simini»  poeziya  və  musiqi  daha 
yaxşı  çala  bilir,  amma  C.Cübran  demişkən, 
«həyat  onun  qəlbini  oxumağı  bacaran  müğənni 
tapa  bilməyəndə,  onun  dərrakəsi  ilə  danışan 
filosof yaradır».
1
  
Lakin  hələ  qədim dövlərdən   nəinki, təkcə 
Şərqdə,  həm  də  Qərbdə  məhəbbət  mövzusu 
poeziyanın  inhisarında  olmuşdur.  Qərb  dün-
yasında  Homerdən  üzü  bəri  Şekspir,  Bayron, 
Göte  kimi  mütəfəkkir  şairlər  məhəbbət  aləminin 
işıqlandırılması 
sahəsində 
böyük 
uğurlar 
qazanmışlar.  Lakin  filosoflar  bu  probleminin 
öyrənilməsinə  xeyli  sonralar  cəsarət  edə  biliblər. 
Bizim  əsil  saf  məhəbbət  hesab  etdiyimiz  duyğu 
ənənəvi  olaraq  «platonik  məhəbbət»  adlandırılsa 
da,  nə  Platon,  nə  də  digər  qədim  filosoflar 
sufilərin  eşq  konsepsiyası  ilə  müqayisə  oluna 
biləcək 
hər 
hansı 
monumental 
təlim 
yaratmamışlar.
Bəli,  bu  mövzu  Qərbdə  də  uzun  müddət 
bədii  təfəkkürün  ixtiyarına  buraxılmış,  bu  pro-
blemə  həsr  olunmuş  fundamental  fəlsəfi  əsərlər 
və  essələr  ancaq  Yeni  dövrdə  yaradılmışdır.  Bu 
1
Bax: Aida İmanquluyeva. Cübran Xəlil Cübran. 
Bakı, «Elm», 2002, səh. 33-34.
5

sırada  E.  Svedenborqun  «Ailə  məhəbbəti»  ki-
tabını
1
,  Stendalın  «Məhəbbət  haqqında»  esselə-
rini
2
,  V.Solovyovun  «Məhəbbətin  mənası»
3

E.Frommun  «Sevmək  sənəti»
4
,  D.Hildebrandın 
«Məhəbbətin  metafizikası»
5
  əsərlərini  xüsusi 
qeyd  etmək  olar.  Lakin  Qərbdə  bu  cür  fun-
damental tədqiqat əsərləri boş yerdə və ya yalnız 
ədəbi-bədii  material  üzərində  yaranmamışdır. 
Platon  «Pir»  əsərində,  Plutarx  «Erot  haqqında» 
dioloqunda,  B.Spinoza  «Allah,  insan  və  onun 
səadəti  haqqında»  qısa  traktatında  məhəbbət 
mövzusuna  geniş  yer  ayırmışlar.  Bütün  başqa 
filosoflar da bu mövzuya ara-sıra toxunmuş, insan 
həyatında onun önəmli yerini qeyd etmişlər. 
Sual  oluna  bilər  ki,   çağdaş  tədqiqatçının 
bu  qədər  ənənəvi  bir  mövzuda  daha  adekvatl  bir 
təlim  işləyib-hazırlaması  mümkündürmü?  Bu 
mövzuda  Platon,  Hegel,  C.Sartr,  E.Fromm  kimi 
böyük  mütəfəkkirlərin  yazdıqlarından  sonra,  nə 
1
  Э.Сведенборг.   Супружеская   любовь.   М., 
2002, 544 с.
2
 Стендаль. О любви. – Собрание сочинений 
в 15-и томах, том 4, 1959.
3
  Соловьев  В.С.   Смысл  любви: Избранные 
прозведения/ М., Современник, 1991.
4
  Э.Фромм.   Исскуство   любить.   –   Душа 
человека. М., «Республика», 1992, стр. 109-179.
5
 Д. Гильдебранд. Метафизика любви. Санкт-
Петербург, 1999, 629 стр.
6

isə təzə bir söz demək, əlbəttə, çox çətindir. Lakin 
məhəbbət  mövzusu  ənənəvi  Şərq  mövzusudur. 
İbn  Sinadan  R.Taqora,  Nizamidən  Hafizə, 
Füzuliyə  və  Cavidə  qədər  bütün  böyük  Şərq 
şairləri  məhəbbət  mövzusuna  müraciət  etmiş  və 
böyük  sənət  abidələri  yaratmışlar.  Düzdür,  bu 
yazılanları hələ fəlsəfə dilinə tərcümə etmək tələb 
olunur,  lakin  hər  halda  müəllif  məhəbbət 
mövzusunda  Şərq  ənənələrini  nəzərə  almaqla  və 
ya  başqa  cür  desək,  iki  müxtəlif  yanaşma  tərzini 
birləşdirməklə  məsələni  xeyli  dərəcədə  fərqli 
müstəvidə nəzərdən keçirməyə çalışmışdır. 
Kitabda  nə  Şərq  ifratçılığı  və  mütləqçiliyi, 
nə  də  ifrat  Qərb  rasinoalizmi  və  proqmatizm 
mövqeyi  qəbul  edilir.  Şərq  mənbələrinə 
münasibətdə  də,  qütbləri  yox,   onlar  arasındakı 
reallığı  araşdırmağa  üstünlük  verilir.  Nə  mə-
həbbəti  yerə  endirən  «Kama-Sutra»,  nə  də  onu 
göylərə  qaldıran  «Leyli  və  Məcnun»,  Füzulinin 
eşq konsepsiyası məqbul sayılır. Fikrimizcə, ilahi 
məhəbbət  hissindən  fərqli  olaraq,  fərdi-insani 
məhəbbət  harada  isə  yer  ilə  göy  arasında 
olmalıdır. Bu baxımdan, düşünmək olardı ki, biz 
daha  çox  Qərb  təlimlərinə  üstünlük  veririk. 
Amma  XX  əsrdə  məhəbbət  mövzusu  artıq 
Şərqdə  də  xeyli  dərəcədə  rasionallaşmış  və 
filosofların  diqqətini  cəlb  etmişdir.  Bizcə,  bu 
7

sırada  böyük  türk  filosofu  Hilmi  Ziya  Ülkenin 
«Eşq əxlaqı» kitabı
1
 xüsusi qeyd edilməlidir.
Müasir  dövrdə  «kütləvi  mədəniyyətin» 
klassik ədəbi-bədii irsi sıxışdırdığı, erotik mövzu-
nun  göylərdən  yerə  endirildiyi  və  kütləvi 
informasiya  vasitələri  ilə  evlərə  daxil  olduğu  bir 
şəraitdə  gənc  nəslin  diqqətinin  bir  daha  platonik 
məhəbbətə,  onun  ülvi  mənasına  yönəldilməsi 
mənəvi  həyatımızın  aktual  vəzifələrindən  biridir. 
Həm  də  müəllif  məhəbbətin  xalis  ideya  kimi 
(Platon,  Füzuli)  və  ya  xalis  fizioloji  hadisə  kimi 
(«Kama-Sutra»,  Z.Freyd)  anlaşılmasından  fərqli 
olaraq  bu  iki  amilin  sintetik  vəhdətindən  çıxış 
edir  və  oxuculara  daha  realistik  bir  təlimin 
əsaslarını  təqdim  etməyə  çalışır.  Bu  mənada, 
əsərin  təkcə  mütəxəssislər  üçün  yox,  həm  də 
geniş oxucu kütləsi, xüsusən gənclər üçün faydalı 
olacağına ümid edirik. 
 
1
  Hilmi  Ziya  Ülken.  Aşk  Ahlakı.  İstanbul, 
«Dünya», 2004, 352 s.
8

Məhəbbət duyğusu 
Məhəbbət insanın özünü
                                                  başqasında tapmasıdır. 
                                                     Hegel
İnsanlar  arasında  ünsiyyət  hələ  heç  də 
Mən-lər arasında ünsiyyət deyil. Qəlblərin təması 
ünsiyyətin ən ali formasıdır. 
İnsan  başqaları  ilə  nitq  vasitəsilə  əlaqəyə 
girir.  Nitq  isə  ancaq  aşkar  şüurun,  təfəkkürün 
ifadəsidir. Yəni insan özü üçün sözlərlə ifadə olu-
nacaq  dərəcədə  aydınlaşmamış  bir  ruhi-mənəvi 
vəziyyəti  başqasına  da,  təbii  ki,  çatdıra  bilməz. 
Daha  doğrusu,  sözlərlə  çatdıra  bilməz.  Görünür, 
məhz bu ehtiyacdan irəli gəlir ki, insan öz qəlbini, 
mənəvi-emosional  vəziyyətini,  keçirdiyi  hissləri, 
təəssüratları qeyri-məntiqi yollarla – şeir, musiqi, 
rəqs və s. vasitəsilə ifadə etməli olur. İnsan qəlbi 
fərdi,  unikal  olduğundan  hər  bir  emosional 
vəziyyətin adekvat ifadə cəhdi – bədii yaradıcılıq, 
bu  prosesin nəticəsi  isə  sənət əsəri  hesab  olunur. 
Hər  bir  sənət  əsəri  dəyərli  olsa  da,  digər 
insanların 
uyğun 
vəziyyətlərdəki 
qəlb 
yaşantılarını  ifadə  etdiyindən,  onlar  üçün  də 
doğma  olur.  Başqa  sözlə,  insanın  xüsusi  bədii 
9

yaradıcılıq  qabiliyyəti  yoxdursa,  o  öz  duyğu-
larının 
analoqunun 
başqalarının 
yaratdığı 
əsərlərdə  axtarır  və  bunu  tapdıqda  xüsusi  bir 
doğmalıq hissi keçirir. Bədii əsər istehlakçı üçün 
öz  mənəvi-emosional  dünyasını  anlamaqda,  qəlb 
aləminə  səyahətə  çıxmaqda  yardımçı  olur,  bir 
bələdçilik edir.
Qarşılıqlı  məhəbbət  yeganə  haldır  ki,  bir 
insan  qəlbi  başqası  üçün  açılmış  olur.  Və  bunun 
üçün  nə  məntiq  və  nitq,  nə  də  hər  hansı  bir 
sənətkarın  vasitəçiliyi  lazım  gəlir.  Bir  qəlbin 
başqa qəlbin dilinə «tərcümə» olunmasına ehtiyac 
qalmır.  Çünki  onlar  genetik  olaraq,  eyni  dildə 
«danışırlarmış».  Bu  yerdə  Bayronun  məşhur 
misraları yada düşür: «Məhəbbət könül səslərinin 
harmoniyası, ürəklərin bir-birini anlamasıdır». 
  Şərqdə   məhəbbətdən  bir  qayda  olaraq 
yüksək poetik pafosla və ya həzin lirikanın dili ilə 
danışılır.  Məhəbbət  adətən  ya  şeir  və  musiqi  ilə, 
ya da dramatik səhnələrlə təqdim olunur. 
Ya  hüdudsuz  sevinc  hissi,  ya  xəfif  kədər, 
ya acı faciə!  
Bir  sözlə,  məhəbbətin  hiss  və  emosiyanın 
bütün  çalarlarında  görüntüsü  qələmə  alınır  və  ya 
nota köçürülür. Amma onun öz daxili quruluşuna 
heç kim toxunmur. Ən başlıcası isə budur ki, ona 
toxunmaq  az  qala  günah  sayılır.  O,  ancaq 
kənardan  seyr  edilməli  imiş.  Onun  öz  real 
dünyasına, iç aləminə nəzər salmaq elə bil ki, bu 
10

ülvi  duyğunun  bakirəliyinə  toxunmaq  qədər 
qəbahətli imiş. 
Bəli,  ənənəvi  Şərq  düşüncəsinə  görə,  mə-
həbbət elə bir aləmdir ki, bura ancaq aşiqlər girə 
bilər, onların da beyni dumanlı olur. Ayıq adamın 
baxışları artıq yad nəzər hesab olunur.  
Məhəbbət  ağlı  başında  olanlar  üçün  əl-
çatmaz  olub  qaranlıq  qaldığından,  sevənlər  üçün 
isə  çox  parlaq  olub  göz  qamaşdırdığından,  onu 
hələ  görən  olmamışdır,   –  deyirlər.  Və  insanlar 
şair  təxəyyülünə  güvənmək  məcburiyyətində 
qalmışlar. Şairlər də təbii ki, məhəbbətin özündə, 
ya  onun  insanı  necə  dəli-divanə  etməsindən, 
vüsala  çatmayan  aşiqlərin  eşq  yolunda  özünü 
necə  fəda  etmələrindən  bəhs  etmiş,  ya  da  vüsal 
səhnələrini,  guya  məhəbbətin  görünən  tərəfləri 
kimi  vəsf  etmişlər.  Məhəbbətin  iç  dünyası  isə 
alınmaz qala olaraq qalmış, mənəvi körpüləri ağlı 
başında  keçmək  mümkün  olmamışdır.  Bu 
baxımdan,  məhəbbət  aləmi  az  qala  «o  dünya» 
qədər  müəmmalıdır.  Sağ  olanlar  onu   görməmiş, 
gedib  görənlər  isə  ağlı  başında  geriyə 
qayıtmamış,  bizə  bir  şey  söyləyə  bilməmişlər. 
Bəs  görəsən,  eşq  xəstəliyinə  mübtəla  olanlar 
sağalandan  sonra  onu  nəql  edə  bilərlərmi? 
Ümumiyyətlə,  bu  xəstəlikdən 
 sağalmaq 
mümkündürmü?  Kimsə  sağaldısa,  onun  eşqi  nə 
dərəcədə həqiqi eşq imiş? 
11

Lakin başqa yol seçənlər, elmin, texnikanın 
imkanlarından  istifadə  etmək  istəyənlər  də  var. 
Onlar ya qaranlıq dünyaya əlində lampa ilə, ya da 
işıq  aləminə  gözündə  tünd  eynəklə  gedənlər 
kimidir.  Başqa  sözlə,  ya  əqllə  tənzimlənən 
mötədil eşq tərəfdarları, ya da öz fərdi eşqini daha 
böyük bir eşqin işığında görənlərdir. «Güclü işıq 
nisbətən zəif olanı qəhr edir» (Ş.Sührəvərdi) və o 
daha  seyirçinin  gözlərini  qamaşdıra  bilmir,  onu 
müşahidə etmək mümkün olur.  
Elmin inkişafı sayəsində maddi dünya-nın, 
təbiət   hadisələrinin   qanunauyğunluqları 
öyrənilmiş  və  riyazi  dəqiqliklə  ifadə edilmişdir. 
Amma  hiss dünyası, mənəviyyat  Şərqdə olduğu 
kimi, Qərbdə də neçə əsrlər ərzində ancaq fəlsə-
fənin və poeziyanın predmeti olaraq qaldığından, 
burada   anlayışlar   yüksək   mücərrədlik   sə-
viyyəsindən aşağı enməmiş, konkretləşməmişdir. 
İlahi eşq yolunu tutanlar, hissi təcrübəyə və hissi 
dünyaya   biganə   qalmış,   hətta   öz   daxilinə 
boylanmamış,     onu   öyrənməyə   cəhd   belə 
göstərməmişlər.
Digər hisslər kimi, məhəbbət də bütöv, səlt 
bir   fenomen   olaraq   nəzərdən   keçirilmiş, 
«məhəbbət»   adlandırdığımız   hissi   aləmin   daxili 
strukturu   açılmamış,   diferensial   şəkildə   öyrə-
nilməmişdir. Nəticədə, əslində bir-birindən xeyli 
fərqli   olan,   hətta   müxtəlif   mahiyyətli   duyğular 
eyni bir ad altında əhatə olunmuşdur. Məhəbbətin 
12

özünün fərqli növlərinə, hətta erotik məhəbbətin 
müxtəlif  mərhələləri və formalarına  da eyni  bir 
hadisə   kimi   baxıldığından   məsələyə   aydınlıq 
gətirmək mümkün olmamışdır.
Helvetsi  hələ   o   vaxt   yazırdı:   «İşıq   şüası 
əslində şüalar dəstəsindən ibarət olduğu kimi, hər 
bir   hiss   də   ayrı-ayrı   hisslərin   cəmindən   ibarət 
olmaqla,   birlikdə   bizim   qəlbimizdə   müəyyən 
istəyin   yaranmasına   və   bədənin   hərəkətə 
gəlməsinə   səbəb   olur.   Heç   də   hamı   bu   hisslər 
dəstini ayıra biləcək prizmaya  malik olmadığın-
dan insan çox vaxt onu canlandıran və hərəkətə 
gətirən hissi bu hisslər toplumu içərisində ayırd 
edə  bilmir.  Öz  hərəkətlərimizin   motivini   müəy-
yənləşdirə bilməməyimizin səbəbi də elə budur».
Ağ  işığın mürəkkəb olduğunu və müxtəlif 
rənglərin   sintezindən   yarandığını   fizika   hələ 
çoxdan   açmışdır.   Rəssamlar   da   hansı   rənglərin 
sadə,   hansıların   mürəkkəb   olduğunu,   bir   neçə 
rəngin birləşməsindən yarandığını çoxdan bilirlər. 
Lakin poeziya  təbii ki, işığı və ya  hər hansı bir 
rəngi   vəsf   edərkən   onların   quruluşunu,   tərkib 
hissələrini   araşdırmağı,   fərqləndirməyi   heç 
«ağlına» da gətirmir. Eləcə də sevinc, xoşbəxtlik, 
məhəbbət də poeziyada bütöv bir fenomen kimi 
tərənnüm olunur. Onların hansı sadə duyğuların 
kombinasiyasından yarandığını, struktur və hətta 
mahiyyət   baxımından   sevinc   hissinin   və   ya 
13

məhəbbətin bir-birindən fərqli nə qədər müxtəlif 
formaları olduğu təbii ki, şairi maraqlandırmır.
Məhz  belə bir kortəbii bütövlük, eyniyyət 
mövqeyinin,   «məhəbbət   elə   məhəbbət-dir» 
sadəlövhlüyünün nəticəsidir ki, Şərqdə fərdi mə-
həbbətlə   ilahi   eşq   fərqləndirilməmiş,   olduqca 
sinkretik  bir   «eşq   təlimi»   yaranmışdır.  Dünyəvi 
eşqi tərənnüm edən şairlər də sufilərin ilahi eşq 
konsepsiyasından,   və   tərsinə,   sufi   şairlər   fərdi 
dünyəvi   eşqi   tərənnüm   edən   obraz   və 
təşbehlərdən   istifadə   etmişlər.   Nəticədə   bu   iki 
fərqli   sahə   pis   mənada   qaynayıb-qarışmışdır. 
Ana,   vətən   məhəbbəti   və   digər   məhəbbət   for-
maları   da   həmin   bu   poetik   texnologiyalardan 
bəhrələnmişdir.
Qərbdə  isə   bizdən   fərqli   olaraq,   məhəb-
bətə də rasional təhlil  mövqeyindən  yanaşılmış, 
hətta onun müəyyən təsnifatları verilmişdir. 
Hər  hansı   bir   hissin   mütləqləşdirilməsi, 
ifrata çatdırılması Şərqdə məharət  hesab olun-sa 
da, rasional yanaşdıqda onun dağıdıcı mahiyyəti 
üzə   çıxır.   Təsadüfi   deyil   ki,   Qərbdə   bu   hadisə 
iblisanəliklə   (demonikliklə)   əlaqələndirilir. 
«Erot–demon» fikrini hələ Platon «Pir» əsərində 
irəli   sürmüşdü.   Sonralar   Qərb   fəlsəfi   və   ədəbi-
bədii düşüncəsində bu ideya davam etdirilmişdir. 
Rollo Mey özünün «Məhəbbət və iradə» əsərində 
yazır:   «Demoniklik   dedikdə   müəyyən   bir   şəxsi 
bütövlükdə   özünə   tabe   etmək   gücündə   olan 
14

istənilən təbii funksiya  nəzərdə tutulur. Seks və 
eros,   kin   və   nifrət,   hakimiyyət   ehtirası   – 
demonikliyə misal ola bilər».
1
Hər şey insanın arzularının, həyat idealının 
necə formalaşmasından asılıdır.
Lakin  ideal   anadan   gəlməmi   olur,   yoxsa 
insanın   yetişdiyi   mühitdən   və   aldığı   təhsildən 
asılı olaraqmı yaranır? Burada hər hansı bir fikrin 
xeyrinə qərar çıxarmaq düzgün olmazdı. Belə ki, 
əxlaqi-mənəvi   meyarlar   kimi,   estetik   hiss   də 
insanın ümumi dünyagörüşündən, bilik və təhsil 
səviyyəsindən   asılıdır.   Lakin   estetik   hiss   ancaq 
tərbiyənin məhsulu ola bilməz. O həm də insanın 
yaranışından,   genetik   başlan-ğıcdan   asılıdır. 
Məsələn, uşaq doğulduğu           gündən ona təlqin 
olunsa ki, əyri burun gözəldir, – doğrudanmı düz 
burunlu adamlar ona çirkin, əyri burunlular gözəl 
görünəcək?   Axı,   kənardan   təsirlə   formalaşan 
meyarlarla   yanaşı,   insana   təbiətən   verilmiş   bir 
ahəng duyğusu, qeyri-aşkar «gözəllik etalonu» da 
vardır.   İnsan   məhz   kənarda   olanın   həmin   bu 
daxili   standartlara   uyğunluğundan   həyəcanlanır. 
Daha   doğrusu,   kənar   obyekt   onun   qəlb 
dünyasında   qeyri-aşkar   şəkildə,   passiv,   cansız 
formada   olan   hansı   isə   bir   başlanğıca   adekvat 
olduqda   həmin   daxili   cizgini,   formanı,   ideyanı 
1
 Ролло Мей. Любовь и воля. М., «Рефл-бук»; 
К.: «Ваклер», 1997, стр. 127.
15

qıcıqlandırır, canlandırır. İnsan qəlbinin hansı isə 
dərin   bir   qatında   canlanma,   oyanış   baş   verir. 
İnsanı pərvazlandıran, həyəcanlandıran da məhz 
bu daxili oyanış, daxili canlanmadır.
Bununla  belə, hər şeyi  belə bəsit bir mo-
dellə izah etmək də birtərəfli olardı. Yəni burada 
söhbət heç də yalnız insana fitrən verilmiş olanla 
bu fitrətin insandan kənarda gerçək mövcudluğu 
arasında  uzlaşmadan  getmir.   Sadə   şəkildə, 
əlbəttə, bu belədir. Lakin insan dünya ilə təmasda 
olduqca,   oxuyub-mənimsədikcə   və   yaşayıb-
öyrəndikcə   onun   Mən-i   də,   qəlbinin   dərin 
guşəsindəki ilkin fərdi-mənəvi varlığı da, genetik 
kodlaşdırılmış  sistem   də   müəyyən   təkamülə 
məruz   qalır.   Əlbəttə,   qəlbin   dərinliyində   heç 
toxunulmamış, bakirə guşələr də var. Qəlbin «sarı 
simlər»i də var. Hər bir ilk təmas kimi, insanın öz 
qəlb dünyasının hər bir guşəsi ilə ilkin görüşü də 
əsrarəngiz   bir   hadisədir   –   bir   oyanış,   bir 
doğuluşdur. 
Bəli, insan hər dəfə yenidən doğulur, hər 
dəfə Yeni bir əlaməti ilə, varlığının hər hansı bir 
yeni cəhəti ilə bu dünyaya qədəm qoyur. Və həyat 
sadəcə  bir  dəfə  doğulmuş  körpənin         sonrakı 
zahiri   yaşayışından   ibarət   olmayıb,   doğulma   və 
canlanma proseslərinin bütov bir silsiləsidir.
Əlbəttə,  bu deyilənlər   heç  də  hamıya   aid 
deyil. Kim isə ancaq bioloji varlıq olaraq doğulur 
və sonra əsasən xarici təsirlərin, kənar  ideyaların 
16

icraçısı kimi mövcud olur. Bu bir qütbdür. Kim 
isə   ancaq  öz   qəlbinin  hökmü   ilə   yaşayır   və   bu 
dünyada   da   ancaq   qəlbində   olanları   görür; 
dünyanı  öz mənəvi aləminin yaşantısına çevirir. 
Bu da başqa bir qütbdür. Bütün real insanlar bu 
iki   qütb   arasında   yerləşirlər.   Sadəcə   kimidə 
birinci   taleyin,   kimidə   isə   ikinci   taleyin   izləri 
daha çox olur.
İstənilən  halda   həqiqi   böyük   sevinc   qəlb 
çırpıntısı,   oyanma,   canlanma,   doğuluş   mə-
qamlarının təzahürüdür. Əgər həyat, dünya başqa 
notda   köklənibsə,   qəlblə   heç   vaxt   rezonansa 
gəlmirsə, bu, – həqiqi insani həyat deyil, sadəcə 
bioloji   mövcudluqdur.   Həyat   məhz   hissi 
yaşantılardır.   Qəlbin   bu   və   ya   digər   guşəsinin 
işıqlanması, canlanmasıdır. 
Böyük  fransız mütəfəkkiri B.Paskal aşiqin 
öz sevdiyi adam haqqında və onu nə üçün sevdiyi 
haqqında   təsəvvürlərini   təhlil   edərək   yazır   ki, 
sevginin   məhz   nə   ilə   bağlı   olduğunu 
müəyyənləşdirmək   asan   məsələ   deyil,   kimi   isə 
sevirsənsə,   əvvəlcə   bu   kimliyin   nədən   ibarət 
olduğunu aydınlaşdırmaq lazımdır. Məsələn, sən 
gözəl   simalı   bir   afəti   sevirdin,   amma   bir   qəza, 
yanğın   və   hər   hansı   başqa   bir   səbəbdən   sifət 
dəyişirsə, sən onu daha sevməyəcəksənmi? Əgər 
o hətta xasiyyətini də dəyişirsə, əvvələr ona xas 
olmayan   yeni   maneralara   və   vərdişlərə 
yiyələnirsə, onu daha sevməyəcəksənmi?   «Kimi 
17

isə gözəlliyinə görə sevirlərsə, demək olarmı ki, 
onun   özünü   sevirlər?   Yaxud   kimi   isə   düşün-
cəsinə, hafizəsinə görə sevirlərsə, onun özünümü 
sevirlər? Yox, ona görə ki, gözəlliyi də, hafizəni 
də itirmək mümkündür. Onda bəs «mən» harada 
axtarılmalıdır?     Sevdiyin   əslində   kimdir   və   ya 
nədir?»
1
  B.Paskal mühakimələrinin sonunda belə 
qənayətə gəlir ki, əslində biz insanın özünü deyil, 
onun ayrı-ayrı xasiyyətlərini, cəhətlərini sevirik.
2
 
Lakin  məhəbbət haqqında elə bir düşüncə 
də dərin kök atıb ki, əsl məhəbbət həmişəlikdir, 
sevgi əbədidir, heç bir maneə, heç bir dəyişiklik 
onu sarsıda bilməz. Bir Şərq adamı, bir sufi belə 
düşünə   bilər   ki,   aşiq   məşuqun   sifətinə   yox, 
ruhuna   vurulur.   Əbu   Turxan   demişkən, 
«məhəbbət   ruhlar   arasında   körpüdür».   Lakin 
ruhun özünə də konkret yanaşdıqda məhəbbətin 
əslində hansı isə bir mənəvi keyfiyyətlə  bağlılığı 
üzə   çıxa   bilər.   Yox     əgər   biz   düşünsək   ki, 
məhəbbət   ayrı-ayrı   fiziki   və   ya   ruhi-mənəvi 
əlamətlərin,   cəhətlərin   deyil,   onların   bütöv 
sisteminin, yekun təəssüratın   sayəsində yaranır, 
onda   aşiq   bu   bütövlüyün,   müxtəlifliyin 
içərisindən   məhz   hansı   isə   bir   əlaməti   ayırırsa, 
məhz   bu   əlamətə   görə   sevdiyini   zənn   edirsə, 
1
  Б.Паскаль.   Мысли.   –   Мир   и   Эрос.   М., 
Политиздат, 1991, 335с.
2
 Yenə orada.
18

deməli   bu,   –   əsl   məhəbbət   deyil.   Duyğunun 
bütövlüyü və onu strukturlaşdırmaq cəhdləri… 
Məhəbbət 
digər   duyğularla   yanaşı, 
müstəqil mövcud olan sadə duyğu kimi. Altıncı 
duyğu!  Kimdə isə var, kimdə isə yox.
Məhəbbət  –   qəlb   yarımçıqlığından   doğan 
bir hiss, – tamamlanmaya ehtiyac…
Məhəbbət – yarımçığın bütövləşmək əzmi! 
Məhəbbət  –   hissənin   tama,   yarımçığın 
bütövə doğru hərəkəti!
Məhəbbət  –   vahidin   əzəmətinə,   bütövün 
gözəlliyinə, tamın harmoniyasına heyranlıq!
Məhəbbət – potensial duyğu kimi, sevmək 
əzmi  kimi!…  Və  məhəbbət  iki  tərəf  arasında 
münasibət  kimi;  ünvanını  tapmış,  konkretləşmiş 
mənəvi-estetik proses kimi!
Bütövə  daxil  olaraq  bütövləşmək,  vahiddə 
itərək  vahidləşmək!  Tamın  harmoniyasına  daxil 
olmaq,  harmonik  aləmin  sakini  olmaq.  İki 
yarımçığın 
birləşərək 
bütövləşməsi 
üçün 
yarımçıqların  əslində  nə  vaxtsa  bütövün  iki 
parçası  olması  haqqında  əsatirə  inam  (Platon 
versiyası). 
Ancaq  bütövdən  ayrılanlar  yenidən  bir-
ləşərkən bir-birini mükəmməl surətdə tamamlaya 
bilərlər!  Bu – keçmişə ekstrapolyasiyadır. Ancaq 
yaranışdan,  ilkin  ideyadan  bir  bütövün  hissəsi 
kimi  nəzərdə  tutulanlar.  Qurani-Kərimin  Rum 
19

surəsində yazıldığı kimi, taylar bizim özümüzdən 
yaradılmışdır.  Həvva  Adəmin  qabırğasından 
yaradılmaqla  artıq  qabaqcadan  onunla  genetik-
fizioloji  uyarlığa  malik  idi  (bir  bədənin  başqa 
bədənə, bir qanın başqa qana və s. uyarlığı).
İnsanlar  bir-birinin  hisslərinə  necə  bələd 
ola  bilərlər?   Hər  bir  insan  ancaq  öz  duyduqla-
rından  xəbərdardır.  Kim  isə  səndə  dərin  duyğu-
ların, ülvi hisslərin yaranmasına səbəb olubsa, bu 
hələ  onun  sənə  qarşı  duyğuları  barədə  heç  nə 
demir. 
Belə bir sadəlövh inam var ki, tamamlama 
qarşılıqlı  olmalı  olduğundan  məhəbbətin  də  iki 
tərəfi  var  və  mütləq  əks-əlaqə  yaranmalıdır. 
İngilislər  demişkən,     «məhəbbət  məhəbbətə 
cavabdır».  Başqa  sözlə,  ingilislər   qarşılıqlı  ol-
mayan məhəbbəti əsl məhəbbət hesab etmirlər. 
Amma reallıqda çox vaxt belə olmur. Kim 
isə  sənin  duyğuna  qarşı  nəinki  adekvat  reaksiya 
göstərmir, hətta ona tam biganə qalır. Sevmədiyi 
bəs  deyilmiş  kimi,  üstəlik  sənin  sevginə 
minnətdarlıq yox, narazılıq və bəzən hətta nifrətlə 
cavab verir. 
Amma  əslində  kim  kimə  minnətdar  ol-
malıdır;   sevilənmi  sevənə,  yoxsa  sevənmi  sev-
diyinə?   Birinci  mövqeyə  görə,  əlbəttə,  sevən, – 
onun qəlbini canlandırdığına, onda sevgi duyğusu 
yaratdığına  görə.  Qoy,  bu  sevgi  cavabsız  qalsın. 
20

Amma  sevgisiz  qalmaqdansa,  cavabsız  sevgi 
yaxşıdır.  İkinci  mövqeyə  görə,   «əgər  onu 
sevməsəydim,  bəlkə  bir  başqası  ilə  qarşılıqlı 
məhəbbət  yaşaya  bilərdim»  şübhəsi  ön  plana 
keçir  və  insanda  onu  rədd  edənə  qarşı  bir  na-
razılıq  yaranır.  Amma  kimdir  günahkar?  Qarşı 
tərəf səni sevməkmi zorundadır?  
Burada da iki hal fərqləndirilməlidir. Qarşı 
tərəf sənin məhəbbətindən xəbərdardır, amma ona 
etinasızlıq  göstərir.  İkinci  halda  sən  öz  böyük 
duyğularını  həqiqətdə  olduğu  səviyyədə  çatdıra 
bilmədiyindən  o  ancaq  sönük  bir  hissi,  nasiranə, 
bəzən  hətta  bayağı  bir  münasibəti  inkar  etdiyini 
düşünür. 
Əslində sənin həqiqi böyük eşqin varsa və 
onu qarşı tərəfə çatdırmaq mümkün olubsa, qarşı 
tərəf  buna  biganə  qala  bilməz.  Əslində  sənin 
sevgini  duymaq  sənə  sevgi  ilə  cavab  verməkdir. 
Hətta  o  bunu  qabaqcadan  hansı  isə  səbəblərə 
görə  istəməsə də.  
Çünki  sevgini  sevgidən  başqa  cür  duymaq 
mümkün  deyil.  Çünki  məhəbbətin  duyulması 
yenə  məhəbbətdir.  Bütün  qalan  hallarda  tərəf-
müqabil  sənin  həqiqi  böyük  sevgindən, 
hisslərinin  dərinliyindən  xəbərsizdir.  O  sənin 
münasibətini  ancaq  bir  fakt  kimi,  hadisə  kimi, – 
dərk  edir.  Amma  hiss  etmir.  Çünki     qəlbdən 
qəlbə hələ yol yoxdur. Yolun olması isə qarşılıqlı 
məhəbbət adlanır. 
21

«Məhəbbət  könüldən  könülə  körpüdür», – 
prinsipini rəhbər tutsaq, bir paradoks ortaya çıxır. 
Ancaq  bu  halda  hər  şey  aydın  olur;  hər  iki  tərəf 
bir-birini sevəndə hisslərin ötürülməsi üçün yollar 
açıqdır.  Deməli,  məhəbbət  var.  Yəni  qarşılıqlı 
məhəbbət,  hər  iki  tərəfin  bir-birini  sevməsi 
halında  heç  bir  sual  doğurmur.    Lakin  «biri  o 
birisini  sevir,  qarşı  tərəfin  isə  heç  xəbəri  də 
yoxdur», – variantında yuxarıda      göstərdiyimiz 
məhəbbət  prinsipi  işləmir  və  suallar  ortaya  çıxır. 
Birinci sual: Bəs o səni sevmədiyi halda sən onu 
necə  sevə  bilirsən?  Yəni  onun  könlü  sənin  üçün 
açılmayıbsa, sənin sevdiyin əslində kimdir, yaxud 
nədir?  Doğrudanmı  onun  özüdür,  yoxsa  söhbət 
sənin  sevgi  idealının  bir  təsadüfi  qığılcım 
müqabilində kimə isə transformasiyasından gedir. 
Yəni  sən  əslində  qarşı  tərəfin  könül  dünyasına, 
mənəviyyat  aləminə  zərrə  qədər  də  bələd 
deyilsən.
 Ancaq 
özün-özünü 
sevdiyinə 
inandırıbsan,  ancaq  bu  psevdohiss  sənə  hakim 
kəsilib.  Sənin  sevgi  aləmin  gözəldir,  amma  bu 
sənin  ancaq  öz  aləmindir.  Qarşı  tərəf  əslində 
sənin  üçün  tam     qaranlıqdır.  Amma  sən  ona  öz 
könül  evində  yer  verdiyindən,  onu  da  özün  kimi 
zənn 
edirsən.
 Sənin 
duyğuların,
 təbiətə 
münasibətin,  insanlara  münasibətin  müsbətə, 
aliyə 
doğru 
dəyişir,
 duyğular 
qapanır, 
elektriklənir, canlanır. Lakin bu  – əslində özündə 
qapanma,  qısa  qapanmadır.  Normal  elektrik 
22

cərəyanı  naqilin  əks  tərəflərindəki  gərginlik 
fərqindən  yaranır.  Cərəyan  bir  tərəfdən  başqa 
tərəfə  yönəlmiş  olur.  Qısa  qapanma  zamanı  isə, 
tənzimləyici müqavimət olmadığından yanğın baş 
verir. Eynən Kərəmlərin yandığı  kimi. 
Alimlər  qısa  qapanmadan  qaçır,  şairlər  isə 
onu  vəsf  edir.  Atomun  böyük  daxili  enercisini 
tədricən  işlətməklə  (atom  elektrik  stansiyası) 
faydalı  enerciyə  çevirənlər  də  var,  bu  ener  cinin 
«qısa  qapanmasından»  yaranan  gücə  (atom 
bombası)  pənah  aparanlar,  aləmləri  yandırıb-
yaxanlar  da  var.  Əlbəttə,  şairlər  atomun  güc-
qüdrətini  vəsf  etməli  olsalar,   onun  elə  yandırıb 
yaxmaq xislətindən başlayarlar. 
Bəli,   «sevənlərin»  böyük  əksəriyyətinin 
sevgi  zənn  etdikləri  əslində  həmin  o  böyük  mə-
həbbət deyil. Amma bəs nədir?   Digər tərəf-dən, 
bunlar  sonradan  məhəbbətə  çevrilirmi?  Nəyin 
bahasına?
Çevrilə  bilər;  ancaq  mümkün  olan  ən 
böyük  qurban  hesabına  –  ruhunu  fəda  etmək,  öz 
şəxsi  Mən-indən  keçərək  bütünlüklə  (və  ya  heç 
olmasa  qismən)  qarşı  tərəfin  Mən-inə  sığınmaq 
yolu ilə. 
Bizdə  sevgilərin  çoxu  məhz  bu  formada 
baş  verir.  Və  ruhunu  qurban  verən  çox  vaxt 
qadınlardır. 
Ruhunu qurban vermək… 
23

Qarşı  tərəfin  münasibəti  sənin  duyğula-
rından,  bu  duyğuların  böyüklüyündən,  saf-
lığından,  ülviyyətindən  yox,  onları  necə  təqdim 
etdiyindən  asılıdır.  Bu  təqdimat,  zahirilik,  görü-
nən tərəf duyğulara adekvatlıq tələb etmir. 
Bədii  əsərlərin  sevgi  qəhrəmanlarından 
götürülmüş  təmtəraqlı  sözlər  və  maneralar  şəxsi 
hiss  kimi  təqdim  oluna  bilər.  Qəlbi  boş  bir 
adamın  dilindən  dürr  tökülə  bilər.  Məhəbbət 
oduna  yanan  isə  görüntü  barədə  düşünmür.  Öz 
həqiqi  hisslərini  bəlkə  də  ifadə  etmək  istəyir; 
lakin  burada  o  min  illər  ərzində  məhəbbət  şa-
irlərinin  formalaşdırdığı  gözəl  ifadələr,  yüksək 
pafos  və  ya  hansı  isə  şablon  komplimentlərdən 
istifadə  etmədiyinə  görə  onun  məhəbbəti  açıla 
bilmir, sönük görünür. Böyük hissin sönük ifadəsi 
və  olmayan  hissin  parlaq  təqdimatı!  İkinci  halda 
təqdim olunan əslində başqa bir ruhun yaşantıları, 
daha  doğrusu,  onların  mənimsənilməsi,  öz  adına 
çıxılmasıdır.
 Ruhların 
transformasiyası! 
Psevdoməhəbbət, ruh oğurluğu!
Cəmiyyətdə 
başqasının 
var-dövlətini 
mənimsəmək,  başqasına  dissertasiya  işi  yaz-
dırmaq və yalançı alim olmaq və s. bu kimi hallar 
heç  olmasa  ictimai  rəylə  məzəmmət  olunur. 
Yalançı  aşiqlik,  hansı  isə  aşiq  obrazının 
imitasiyası  isə  bəzən  diqqətdən  qaçır.  Daha 
doğrusu,  bu  məsələ  fərdi  münasibətlə  bağlı  ol-
duğundan, onu aşkar etmək, həqiqi hisslə saxtanı 
24

fərqləndirə  bilmək  ancaq  qarşı  tərəfin  həssaslıq 
dərəcəsindən asılıdır. 
Məhəbbətə  bir  proses  kimi  baxsaq,  o,  üç 
mərhələdən  keçir.  Birincisi,  ilk  təəssürat,  hey-
ranlıq,  vurğunluq.  Bu  məhəbbətin  romantik 
çağıdır. Əgər məhəbbət vüsalla nəticələnmirsə, bu 
hal yeni mərhələyə keçmir və  axıra qədər davam 
edir.
 Evləndikdən 
sonrakı 
mərhələdə, 
birgəyaşayış  dövründə  romantika  xeyli  dərəcədə 
reallıqla  əvəz  olunur.  Bu  mərhələdə  dostluq 
münasibətləri  məhəbbətin  yeni  forması  kimi  və 
ya  ilk romantik hissləri tamamlayan əlavə duyğu 
kimi  zəruri  şərtə  çevrilir.  Əgər  dostluq 
yaranmasa,  ailə  münasibətləri  tək  bir  romantik 
hiss  üzərində  qərar  tuta  bilməz.  Bu  zərif  hiss  nə 
qədər  atəşin  olsa  da,  birgəyaşayışın  bütün  ağır 
yükünü  daşımaq  üçün  yetərli  deyil.  Əksinə, 
həyati  gerçəkliyin  hər  bir  konkret     problemi  bu 
hissin  sarsılmasına,  sevənlərin  yerə  enmələrinə 
yönəlmiş  olur.  Dostluq  isə  ilk  növbədə  ümumi 
maraqlardan,  məqsəd  birliyindən  qaynaqlanır. 
Əlbəttə,  xarakterlər  arasında  fərq  dostlaşma 
prosesini  ləngidir,  ona  məne  olur.  Məhz  bu 
məqamda  məhəbbətlə  dostluq  arasındakı  fərq 
özünü  göstərmiş  olur.  Görünür,  C.Labryuyer 
deyəndə  ki,   «məhəbbət  və  dostluq  bir-birini 
25

istisna edir»
1
, – məhz bunu nəzərdə tutur. Lakin, 
bizcə,  bu  fərqi  belə  qabartmağa  ehtiyac  yoxdur. 
Çünki  əslində  bu  ziddiyət  məhəbbətin  ilk 
mərhələsinə,  romantik  dövrə  aiddir.  Ailə 
qurulduqdan  sonra  isə  dostluq  qaçılmaz  olur. 
Daha  doğrusu,  evlilik  mərhələsində  əksliklər 
üzərində  qurulmuş  tamamlama  məhəbbətindən 
fərqli  olan  yeni  bir  duyğuya  –   ümumi  cəhətlər 
üzərində  qurulmuş  eyniyyət  məhəbbətinə  ehtiyac 
yaranır.  Sonra  isə  bu  iki  məhəbbət  növünün 
sintezindən  ailə  məhəbbəti  formalaşır  ki, 
övladlara  olan  məhəbbətin  ortaqlığı  onu  daha  da 
gücləndirmiş  olur.   «Zaman  dosluğu  gücləndirir, 
məhəbbəti  isə  zəiflədir»
2
  fikri,  görünür,  bu 
müşahidələr 
əsasında 
deyilmişdir.
 Amma 
C.Labryuyer ailə dostluğunun əslində məhəbbətin 
növbəti  mərhələsi  olduğunu  nəzərə  almır. 
Məhəbbətlə  dostluğu  qarşı-qarşıya  qoymaq 
cəhdləri də buradan yaranır. 
Eyniyyət  məhəbbətinin    formalaşmasında 
isinişmə prosesinin mühüm rolu vardır. Bu proses 
tərəf-müqabilin ailə həyatında   iştirakını mənəvi-
estetik  auranın  ayrılmaz  tərkib  hissəsi-nə  çevirir. 
Hər bir tərəfin «mən»-i yenidən formalaşır. Sanki 
qarşı  tərəfin  arzu  və  istəkləri-nə  uyğunluq 
istiqamətində  mənəvi  transforma-siya  başlanır. 
1
  Ж.Лабрюйер.   Характеры   или   Нравы 
нынешнего века. – Мир и эрос. М, 1991, стр. 92.
2
 Yenə orada.
26

Əsl  yetkin  məhəbbətdən  də  məhz  bu  mərhələdə 
söz  açmaq  mümkündür.  İlkin  mərhələ  olan 
romantik  məhəbbət  isə  əslində  məhəbbətin  özü 
yox, onun axtarışıdır. 

Yüklə 2,08 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin