- 32 -
vəsait ayrılır. Akademiya çərçivəsində təcrübi-kons-
truktor işləri, demək olar ki, yox dərəcəsindədir.
Əyanilik üçün bəzi qabaqcıl ölkələrdə bu üç
komponentin nisbətinə baxaq: Yaponiyada bu nisbət
14% - 26% - 60%; ABŞ-da: 12% - 22% - 66%-dir.
Yəni fundamental elmə nə qədər xərclənirsə, ondan
təqribən 2 dəfə çox tətbiqi elmlərə və 4-5 dəfə çox
təcrübi-konstruktor işlərinə sərf olunur. Sonuncu
halqa bilavasitə istehsalın, iqtisadiyyatın daxili tələ-
batına uyğunlaşdırılmış və tətbiqi elmlərin bazasın-
da görülən mühəndis-konstruktor işlərini əhatə edir.
Buraya yeni texnika istehsalına olan məsrəflər də
daxil deyil. Çünki bu mərhələyə texnikanın kütləvi
istehsalı yox, təcrübi nümunənin düzəldilməsi aid-
dir. Əgər bu nümunə sınaqdan uğurla çıxarsa, onda
həmin texnikanın (istehsal vasitəsinin) istehsalına
başlanır ki, bu da əsasən maşınqayırma sənayesinə
aiddir.
Ancaq yeni texnikanın kütləvi istehsalından
sonra onun nisbətən yüngül sənaye sahəsində isti-
fadə olunması başlanır və əgər bu yeniliyin tətbiqi
iqtisadi cəhətdən daha səmərəli olarsa, alınan gəlir
elmin tətbiqi sayəsində əldə olunmuş sayılır. Və
yalnız bu zaman elm həqiqətən səmərə vermiş olur.
Düzdür, elmin maliyyələşməsi üçün onun nəticələri-
nin iqtisadi səmərəsini gözləməyə bəzən heç ehtiyac
qalmır. Çünki müvafiq sənaye sahəsinin ekspertləri
mümkün gəliri qabaqcadan hesablayaraq, elmi-tex-