- 57 -
nail olmaq üçün humanitar düşüncənin rolunun artı-
rılmasına böyük ehtiyac hiss olunur. Bax, noyabrın 21-də keçirilən müşavirədə akademik Ramiz Meh-
diyevin irəli sürdüyü məsələlər də bu ehtiyacın tə-
min olunmasına yönəlmişdir.
Lakin ictimai elmlərin rolu və əhəmiyyəti mə-
sələsi nəinki adi şüur səviyyəsində, hətta qabaqcıl
elm adamlarımızın baxışlarında da öz əksini çox
vaxt düzgün tapmır. Qloballaşmanın bayraqdarları
olan Qərb dairələri tərəfindən yeridilən ideologiya
şüurların daha çox rasionallaşdırılmasına, “elm” adı
altında da əsasən təbiətşünaslığın və texniki elmlə-
rin nəzərdə tutulmasına çalışır. Elmin ümumbəşəri
xarakteri, yəni bütün planet miqyasında yeganə bir
elm olması, bu qlobal elmin məhz ən güclü dövlət-
lərin maraqlarına xidmət etməsi üçün şərait yaradır.
Kiçik dövlətlər böyük dövlətlər tərəfindən idarə olu-
nan elmi proseslərə ancaq köməkçi qismində qatıla
bilir. Bəşəriyyətin bütün intellektual potensialının
vahid mərkəzdən idarə olunması bir neçə vasitələri
ilə həyata keçirilir. Bunlardan biri “beyinlərin axını”
prosesidir. Yəni mühitsizlik ucbatından bütün xalq-
ların istedadlı alimləri gözəl elmi mühit yaradılmış
ölkələrə axışır. Digər bir üsul isə istedadlı alimləri
elə öz ölkələrində işlətmək, böyük layihələrin qol-
budağını “milli elm” illüziyası yaratmaq iddiasında
olan dövlətlərin öz maddi vəsaiti və intellektual po-
tensialı hesabına həyata keçirməkdir. Onsuz da bu