BU TƏRZDƏ AĞLAMAQ OLAR - İbn Ömər - radıyallahu anhu – rəvayət edir ki, Sad b. Ubadə - radıyallahu anhu – xəstəliyi ağırlaşmışdır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər AbdurRahman b. Auf, Sad b. Əbu Vaqqas və İbn Məsud - radıyallahu anhum – olduğu halda onu ziyarətə gəldilər. Yanına girdikdə o, bayılmışdır. Peyğəmbər: «Öldümü?» deyə soruşdu. Ordakılardan: «Xeyr, Ya Rəsulullah!» dedilər. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ağladı. Səhabələr Peyğəmbər – sallallahu aleyhi və səlləm – in ağladığını gördükdə onlar da ağladılar. Peyğəmbər: «Yaxşı dinləyin! Allah göz yaşı və könül hüznüylə insanlara əzab etməz. Fəqət (dilinə işarə edərək) bunun üzündən əzab və ya rəhmət edər» deyə buyurdu679. Usamə b. Zeyd - radıyallahu anhu – rəvayət edir ki, biz Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında olduğumuz zaman qızlarında biri (Zeynəb) Peyğəmbər – sallallahu aleyhi və səlləm – i çağırmaq üçün bir xəbərçi göndərdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə öğlunun ölüm üzərə olduğunu xəbər verdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – qızının göndərdiyi elçiyə: «Onun (Zeynəbin) yanına qayıt və xəbər ver ki, Allahın aldığı, verdiyi hər bir şey də Allaha aiddir. Hər şey Allah qatında müəyyən bir qədər ilədir. Səbr etsin və savabını Allahdan umsun. Elçi geri qayıdaraq xəbəri çatdırdı. Bu dəfə (Zeynəb) Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə xəbər göndərərək yenidən gəlməsini təmənna etdi. Bu xəbərdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – qalxdı və onunla birlikdə Sad b. Ubadə, Muaz b. Cəbəl - radıyallahu anhum – da qalxdılar. (Zeynəbin) evinə gəldilər. Uşaq peyğəmbərə verildi. Körpə artıq can verirdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in gözü yaşla doldu. Sad b. Ubdə: «Ya Rəsulullah! Bu (ağlamaq) nədir?» deyə soruşdu. Peyğəmbər: «Bu göz yaşı Allahın qullarının qəlblərində qoyduğu bir rəhmətdir. Allah qullarından ancaq mərhəmətli olanlara mərhəmət edər» deyə buyurdu680.