QƏLB XƏSTƏLİKLƏRİ VƏ ONLARIN MÜALİCƏSİ - Ey müsəlman qardaşım! Sən bilirsənmi ki, biz çox vaxtımızı zahiri görünüşümüzlə maraqlanmaqda keçiririk. Biz heç qəlb xəstəlikləri barəsində düşündükmü? Hansı ki, təhlükəsi zahiri xəstəliklərdən daha da şiddətlidir. Qəlb xəstəlikləri sahibini özü də bilmədən həlaka aparır. Beləliklə o, qəlb qara qəlbə çevrilir, bundan sonra nə yaxşını bilir, nə də münkəri inkar edir. Bunun üçün lazımı ehtiyatları edirikmi? Bunun üçün tədarük görürükmü? Allah qəlbləri təmizləməyi, paklaşdırmağı əmr etmiş və həmçinin də qəlbləri təmizləmək Muhəmməd risalətinin əsas qayələrindəndir. Allah Qurani Kərimdə kitabı və həmçinin də hikməti öyrənməkdən öncə bunun gətirmiş və nə qədər əhəmiyyətli olmasını bizə bəyan etmişdir. «Ummi ərəblərə özlərindən Peyğəmbər göndərən Odur. Bu Peyğəmbər əvvəllər haqq yoldan açıq-aydın azsalar da onlara Allahın ayələrini oxuyar, onları təmizləyər, onlara kitabı və hikməti (Quranı və şəriəti) öyrədər». (əl-Cumuə 2). Qəlb xəstəlikləri insanlar arasında geniş yayılmışdır. Kin-kudurət, həsəd, təkəbbürlük, xor baxmaq, istehza etmək, dünya və dünya şəhvətlərinə bağlanmaq, dünyanın insanların əsas dərdi olması, həmçinin qəlb xəstəliklərinin təzahüründən qəlbə namazın ağır gəlməsi, namaza daxil olduqda orada, xuşunu, mütiliyi hiss etməməsi, gizlidə, tək olduğu zaman Allahdan qorxunun zəifləməsi və gözlərdə quraqlığın yaranması (Allah qorxusundan gözdən yaşın çıxmaması), Quranı tərk etmək, hətta Quranı oxusa da belə qəlbin yumşalmaması, günah işlədiyi zaman günahına görə kədərlənməməsi. Həmçinin də qəlb insanın həyatında əsas yönəldici və qərar verəndir. Qərar verən qəlbdir və orqanlarda o, qərarı yerinə yetirirlər. Əgər qəlb xəstəliklərdən təmizlənərsə insan Rəbbinə haqqı ilə ibadət edər. Onun əxlaqı gözəlləşər və halı düzələr. O, insan səadət içində olar və başqalarını da səadətə aparar. Qulun istiqamət üzərə (doğru yolda) olması üçün ən böyük orqanizim qəlbdir. Çünkü bütün orqanların hökmüdarı odur və qəlbin istiqamət üzərə olmasıyla digər bütün orqanlar da istiqamət tapır. Qəlbin pozulması ilə birlikdə digər orqanlar da pozulur. İbn Həcər – rahmətullahi aleyhi – deyir ki: «Qəlbin bu cür olması onun bədənin padşahı olmasına görədir. Padşahın düzəlməsi ilə ətrafdakılar da düzəlir. Padşahın pozulması ilə ətrafdakıların da pozulması üzə çıxır»79. Əgər qəlb xəstə olarsa o, istiqamətdən də yayınar. Qəlblərin xəstə olması onları şirk, küfr, münafiqlik, həsəd, riya və s. ilə dolu olmasına görədir. «Onların ürəyində nifaq və həsəd mərəzi vardır. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar».(əl-Bəqərə 10). «Onların qəlbində xəstəlikmi vardır?». (ən-Nur 50). «Yoxsa qəlblərində mərəz olanlar elə güman etdilər ki, Allah onların (ürəklərindəki) kin-kudurətini zahirə çıxartmayacaqdır». (Məhəmməd 29). Həmçinin əməllərin qəbul olunması, əcrinin böyük olması əməllərin çoxluğuna, onda baş verən yorğunluq və məşəqqətə görə deyildir. Yalnız qəlbdə olan ixlasa görədir. Qəlb nə qədər ixlaslı və təmiz olarsa o, insanın Rəbbi qatında dərəcəsi ucalar və Cənnətdəki dərəcəsi də yüksələr. «O, gün ki, nə mal-dövlət, nə də övlad bir fayda verər! Ancaq sağlam, təmiz bir qəlblə Allahın hüzuruna gələn kimsədən başqa».(əş-Şuəra 88-89).