«Diliniz yalana vərdiş etdiyi üçün bu halaldır, bu haramdır deməyin. Çünki Allaha iftira yaxmış olursunuz. Allah iftira yaxanlar nicat tapmazlar». (ən-Nəhl 116). «Yalan sözlərdən də çəkinin». (əl-Həcc 30). Əbu Hureyrə - radıyallahu anhu –rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişinin yalançı olmasına hər eşitdiyini danışması kifayət edər»843. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər eşitdiyini rəvayət etməsi kişiyə yalançı olaraq kifayət edər»844. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Hər kim yalan olduğunu bildiyi halda bir sözü mənim sözüm kimi rəvayət edərsə yalançıların biri də özüdür»845.