SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə215/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   211   212   213   214   215   216   217   218   ...   330
İCAZƏ VERİLƏN QEYBƏT - 1. Zülmə məruz qaldıqda. Zülmə uğrayan məlzlumun dövlət başçısına, qazıya və ya zalımdan haqqını ala biləcək bir güc sahibinə müraciyət edərək: «Filankəs mənə zülm etdi» deməsi icazəlidir.

2. Günahı aradan qaldırmaq və üsyankarı yola gətirmək üçün yardım diləmək. Münkəri aradan qaldırmaq gücünə mailk olan bir kimsəyə: «Filankəs filan günahı edir. Ona nəsihət et və ya onu bu əməldən çəkindir» deyilə bilir. Heç şübhəsiz ki, bunu da dedikdə münkəri aradan qaldırmaq olmalıdır məqsədi. Məqsədi bu olmazsa o, zaman bu davranış haram olur.

3. Fətva istədikdə. Qazıya: «Atam, qardaşım, qonşum, dostum və s. mənə zülm edir. Bunu etməyə haqları varmı? Onlardan qurtulmaq üçün, zülmlərini dəf etmək üçün əlacım nədir?» deyilə bilər. Əbu Sufyan - radıyallahu anhu – un zövcəsi Hind Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək: «Əbu Sufyan çox simic bir insandır. Mənə və uşağıma yetərincə (pul, mal) vermir. Onun xəbəri olmadan ondan nə götürürəmsə ancaq odur» dedi. Peyğəmbər: «Sənə və uşağına yetəcək qədər götürə bilərsən» deyə buyurdu1042.

4. Günah və bidət əhli üçün. Bir kimsənin (əqidə) fiqhi məsələlri öyrənmək üçün bir bidətçinin və ya fasiq bir kimsənin yanına gedib-gəldiyini, ondan elm aldığını gördükdə (elm tələbəsinə) gözəl nəsihət vermək və bidətçinin yanına elm almağa getməkdən onu çəkindirmək lazımdır. Bu hallda qəsdi yalnız o, kimsəyə xeyirli nəsihət vermək, dinə zərər olduğu üçün o, bidətçinin yanından çəkindirmək olmalıdır. Həsəddən, paxıllıqdan bunu etməməlidir. Peyğəmbər – sallallahu aleyhi və səlləm – in xidmətçisi Əbu Həmzə Ənəs b. Malik - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər– sallallahu aleyhi və səlləm – buyurdu: «Sizdən hər hansı bir kimsə özünə arzu etdiyini, qardaşı üçün arzu etmədikcə iman etmiş olmaz (Yəni: «Sizdən hər hansı bir kimsə nəfsi (istədiyini) sevdiyini qardaşı üçün (istəmədikcə) sevmədikcə iman etmiş olmaz)»1043. Aişə - radiyallahu anhə – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Mən filankəs və filankəsin dinimizdən bir şeylər bildiklərini zənn etmirəm»1044. Zeyd b. Ərqəm - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə bərabər səfərə çıxmışdıq. Bu səfərimiz çox ağır keçmişdi. (Münafiqlərin başçısı) Abdullah b. Ubeyy: «Peyğəmbərin yanında olanlara yemək-içmək verməyin ki, ətrafından tez dağılsınlar» dedi. Sözünə davam edərək: «Mədinəyə çatdıqda ən güclü olanımız, ən zəif və fəqir olanları oradan çıxaracaqdır». Mən həmən bu xəbərləri eşitdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına gələrək ona xəbər verdim». Peyğəmbər – sallallahu aleyhi və səlləm – Abdullah b. Ubeyə xəbər göndərdi. Belə bir sözlər demədiyini israrla and içdi. Oradakılar: «Zeyd, Peyğəmbərimizə yalan söylədin» dedilər. Onların bu sözləri mənə çox pis təsir etdi. Allah məni doğrulamaq üçün: «Münafiqlər sənin yanına gəldikləri zaman biz sənin doğurdan da Allahın Peyğəmbəri olduğuna şəhadət veririk deyirlər. Allah da sənin onun həqiqi Peyğəmbəri olduğunu bilir. Allah həm də münafiqləri xalis yalançı olduqlarına şəhadət verir». (əl-Münafiqun 1) bu ayəni nazil etdi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – onları yanına çağıraraq Allahdan onlar üçün bağışlanma diləməyi istədi. Lakin onlar üz döndərdilər1045.

5. Tanımaq məqsədilə ləqəbdən istifadə etmək. Topal, sarışın, kor və s. Burada da üç şərtə riayət etmək lazımdır 1) Əgər onu başqa adla tanıtmaq olmursa. 2) Qəsdi qeybət yox tanıtmaq olmalıdır. 3) O, şəxs də bu (ləqəbdən) razı olmalıdır. Fatimə b. Qeys - radiyallahu anhə – rəvayət edir ki, bir gün: «Ya Rəsulullah! Əbu Cəhm və Muaviyə mənə elçi göndəriblər (bu haqda nə deyə bilərsən?)». Peyğəmbər: «Muaviyəyə gəldikdə o, malı olmayan bir fəqirdir. Əbu Cəhm isə dəyənəyini çiynindən endirməz (çox səyahət edər). (Başqa rəvayətdə: Qadınları çox döyər)» deyə buyurdu1046.

6. Müsəlmanları şərdən qorumaq üçün onlra bir çox xeyirli nəsihətlər vermək. Evlənmək istədikdə evləndiyin şəxs haqqında məlumat toplamaq, ticarət əlaqələri qurmaq istədiyin kimsə haqqında: «Filan kimsə ilə ticarət əlaqələri qurmaq istəyirəm necə insandır?» deyilə bilər. Əmənəti filan kimsəyə əmanət edə bilərəmmi? və s. bu kimi suallarla nəsihət istənilən bir kimsəyə müraciyət edildikdə o, heç bir şeyi gizlətməyərək (soruşulan haqqında) məlumat verməli, nəsihət niyyətilə onun pis sifətlərini söyləməlidir. Həmçinin hədis raviləri haqqında məlumat vermək ki, insanlar zəif hədislərə əsaslanaraq əməl etməsinlər. Bu müsəlman alimlərinin icması ilə caiz və vacibdir. Çünki İslam alimləri hədislərdə olan ravilər haqqında bir çox əsərlərdə yazmışlar. Aişə - radiyallahu anhə – rəvayət edir ki, bir nəfər Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olmaq üçün izn istədi. Peyğəmbər: «Nə pis yoldaşdır!» dedi. O, kimsə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanına daxil olduqda Peyğəmbər – sallallahu aleyhi və səlləm – ona qarşı yumşaq sözlər söylədi. Aişə: «Ya Rəsulullah! Bir az öncə onun barəsində bu cür sözlər söylədin. Sonra isə onunla yumşaq danışdın. Peyğəmbər: «Ey Aişə! Qiyamət günü insanların Allah qatında ən şərlisi (şərindən) alçaq hərəkətlərindən qorunmaq üçün insanların tərk etdikləri kimsədir» deyə buyurdu1047. Əbu Hureyrə - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Nə gözəl kişidir Əbu bəkr, nə gözəl kişidir Ömər, nə gözəl kişidir Əbu Ubeydə. nə gözəl kişidir Useyd b. Hudeyr, nə gözəl kişidir Sabit b. Qeys b. Şəmmas, nə gözəl kişidir Muaz b. Amr b. Cəmuh, nə gözəl kişidir Muaz b. Cəbəl». Sonra da: «Nə pis kişidir filankəs, nə pis kişidir filankəs» deyə yeddi nəfərin adını çəkdi1048.

Qeybət etdikdə bu dörd şərtə riayət etmək lazımdır: 1. Səmimi qəlblə Allah rizası üçün etmək. Alçaltmaq. gözdən salmaq məqsədilə olmamalıdır. 2. Qeybət etdiyin şəxs o, günahı açıq-aydın etməlidir. 3. Qeybətini etdiyin şəxs sağ olmalıdır. 4. Adil olmalısan, yalnız etdiyini deməlisən (məsələni şişirtmək, böyütmək, əlavələr etmək olmaz).


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin