SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə54/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   50   51   52   53   54   55   56   57   ...   330
KÜFRÜN ŞİRK, ZÜLM, FİSQ KİMİ İŞLƏDİLMƏSİ - Əgər küfr, zülm, fasiqlik iki qismə ayrılırsa Qurani Kərimdə küfr sözü həm şirk, həm zülm, həm fasiqlik kimi də gələ bilər. Burada olan küfr həm İslamdan çıxardan şirk, zülm, fisq ola bilər, həm də İslamdan çıxardmayan şirk, zülm, fisq ola bilər.

BİRİNCİ - Qurani Kərimdə küfrə şirk deyilməsi. Bu şirk dindən çıxaran şirkdir. Allah Kəhf surəsinin 32-42 ayərində biri mömin, digəri kafir iki kimsə barəsində danışır. «Kafir kimsə özünə zülm etdiyi halda bağına girib: Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm Onunla söhbət edən (mömin) yoldaşı belə dedi: Əvvəlcə səni (atan Adəm) torpaqdan, sonra bir qətrə sudan (mənidən) yaratmış, daha sonra səni adam şəklinə salmış Allaha küfr (inkar) edirsən Beləliklə (gecə göydən gələn bir ildırım vasitəsilə) onun (bağının) meyvəsi (bütün var-dövləti) tələf edildi. (Səhər o, kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb) bağa qoyduğu xərcə görə (peşmançılıqdan) əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. (əl-Kəhf 32-42). Bu kimsə inanmırdı ki, onun bağı dağıla, yerlə yeksan ola, Qiyamət nə vaxtsa qopa. Bütün bunlarda şəkk edirdi. Allah onun bu küfrünü şirk olaraq adlandırdı. Təbəri, Qurtubi – rahmətullahi aleyhi – bu ayənin təfsirində deyirlər ki: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» deyirdi. Lakin dostu ona küfür etdin demişdi». Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bizimlə onların arasında (vuruşmağımıza mane olan) əhd (saziş) namazdır. Kim namazı tərk edərsə kafir olar»237. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Kişi (qul) ilə şirk və küfr arasında namazı tərk etməkdən başqa bir şey yoxdur. Qul namazı buraxdığı zaman heç şübhəsiz ki, şirkə (küfrə) düşmüş olur»238. Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Küfr ilə iman arasında namazı buraxmaq vardır»239. İmam Nəvəvi – rahmətullahi aleyhi – bu hədislərin şərhidə deyir ki: «Hərdən şirk və küfr bir mənaya itlaq oluna bilər. Həmçinin onların arasında fərq də olur».


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin