SəLƏFİ saliHİN ƏQİDƏSİ qadağalardan çƏKİNMƏk bu Kitab, Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin 20 Dekabr 2008-ci İl Tarixli İcazəsi Əsasında Çap Edilmişdir №dk-169/H



Yüklə 3,12 Mb.
səhifə27/330
tarix02.01.2022
ölçüsü3,12 Mb.
#2786
1   ...   23   24   25   26   27   28   29   30   ...   330
11. ŞÜBHƏ «Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15). Əbu Abdullah ən-Numan b. Bəşir - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – in belə buyurduğunu eşitdim: «Şübhəsiz ki, halal da bəllidir, haram da. Lakin bu iksinin arasında (müştəbihat)97 bəzi xüsuslar vardır ki, insanların bir çoxu bunların (hökmünü) bilməzlər. Hər kim bu şübhəli şeylərdən qaçarsa öz dinini və şərəfini qorumuş olar. Hər kim də bu şübhəli şeylərə duşərsə, harama düşmüş olar…»98. İbn Qeyyim – rahmətullahi aleyhi – deyir ki: «Şübhə fitnəsi bəsirətin zəifliyindən və elmin azlığından meydana gəlir»99. Şübhəli şeyləri çox edən kimsənin qəlbi qaralar. Çünki elm və təqva nurunu sözndürər. Əli b. Əbu Talibin oğlu, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in (qızı Fatimə - radiyallahu anhə – nin oğlu) və xoş iyli reyhanı Əbu Muhəmməd əl-Həsən - radiyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - in belə buyurduğunu eşitdim: «Səni şübhəyə salan şeylərdən uzaq dur, səni şübhələndirməyən şeylərə tərəf isə yönəl»100. Bu fitnənin qaynağı Allahın dinini yaxşı bilməmək, şəriətini bilməmək, nəfsi arzulara uymaqdır.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   330




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin