Semantik strukturu vә paradiqmalar



Yüklə 15.14 Mb.
Pdf просмотр
səhifə1/17
tarix10.07.2017
ölçüsü15.14 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   17

HİKMӘT  QULİYEV
HİKMӘT  QULİYEV
MÜDRİK QOCA ARXETİPİNİN 
SEMANTİK STRUKTURU VӘ 
PARADİQMALARI
M
üdrik qoca arxetipinin
 semantik
 
strukturu vә paradiqmalar
ı

 

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
FOLKLOR İNSTİTUTU 
_______________________________________________
 
 
 
HİKMƏT QULİYEV 
 
 
 
 
 
 
 
 
MÜDRİK QOCA ARXETİPİNİN  
SEMANTİK STRUKTURU VƏ  
PARADİQMALARI 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
BAKI – 2016 
 

 

 
 
Elmi redaktor: 
 
 
          Muxtar KAZIMOĞLU 
 AMEA-nın müxbir üzvü  
 
 
Rəyçilər:   
 
 
   
   Seyfəddin RZASOY 
 filologiya üzrə elmlər doktoru 
 
 Xatirə BƏŞİRLİ 
 filologiya üzrə elmlər doktoru 
 
 Etibar TALIBLI 
 filologiya üzrə fəlsəfə doktoru 
 
 
 
Hikmət  Valeh  oğlu  Quliyev.  Müdrik  Qoca  arxetipinin  semantik 
strukturu və paradiqmaları. Bakı: “Elm və təhsil”, 2016, 

 216 səh. 
 
Monoqrafiyada  Azərbaycan  folklorunda Müdrik  Qoca  arxetipinin 
semantik  strukturu  və  paradiqmaları  müasir  nəzəri-metodoloji  yanaş-
malar kontekstində öyrənilmişdir. Tədqiqatda Müdrik Qoca arxetipinin 
təzahür səviyyələri (mədəni qəhrəman və trikster), obraz paradiqmaları 
(Dədə Qorqud, Koroğlu, Molla Nəsrəddin, Hacı dayı və s.), sosiokultu-
roloji aspektləri (seyidlik, dərvişlik, aşıqlıq, el ağsaqqallığı), emosional 
özünüifadə  modelləri  (gülüş,  axmaqlıq,  səfehlik,  dəlilik,  səbr)  müəy-
yənləşdirilmişdir.  
 
İSBN – 9-789952-810899 
  
folklorinstitutu.com 
quliyevh@mail.ru 
 

4603000000 
Qrifli nəşr
  
    
N-098-2016 
   
 
 
  
  © Folklor İnstitutu, 2016 
   
 
 
  
  © Hikmət Quliyev, 2016 
 

 

MÜNDƏRİCAT 
 
ÖN SÖZ  .................................................................................... 5 
 
GİRİŞ  ........................................................................................ 8 
 
BİRİNCİ FƏSİL 
MÜDRİK QOCA ARXETİPİNİN  
SEMANTİK STRUKTURU 
 
Arxetip anlayışı və Müdrik Qoca arxetipi  .......................... 14 
 
Müdrik Qoca arxetipi və kosmoqoniya  .............................. 29 
 
Müdrik Qoca arxetipi: qəhrəman və trikster ....................... 57 
 
Müdrik Qoca arxetipi: müdriklik və axmaqlıq  ................... 68 
 
İKİNCİ FƏSİL 
MÜDRİK QOCA ARXETİPİNİN  
MƏDƏNİ QƏHRƏMAN PARADİQMALARI 
 
Müdrik Qoca arxetipinin Dədə Qorqud paradiqması  ......... 78 
 
Müdrik Qoca arxetipinin dərviş paradiqması  ................... 108  
 
Müdrik Qoca arxetipinin seyid paradiqması  .................... 122 
 
ÜÇÜNCÜ FƏSİL 
MÜDRİK QOCA ARXETİPİNİN 
TRİKSTER PARADİQMASI 
 
Molla Nəsrəddin obrazı və Müdrik Qoca arxetipi:  
problemin tarixi və konseptləşdirilməsi ............................ 137  
 
Molla Nəsrəddin trikster kimi: müdrikliyin və  
mədəni qəhrəmanın parodiyası .......................................... 157 
 
Molla Nəsrəddin dünyanın mifopoetik  
strukturunu obrazlaşdıran model kimi ............................... 171 
 
Triksterik düşüncənin əsas formulu: “tərsinə  
hərəkət”  ............................................................................ 189 
 
NƏTİCƏ  ............................................................................... 195 
ƏDƏBİYYAT  ....................................................................... 200 
Резюме  .................................................................................. 212 
Summary  ............................................................................... 214 

 

 
 
 
 
 
ÖN SÖZ 
 
Gənc  folklorşünas  Hikmət  Quliyevin  oxuculara  təqdim  olu-
nan "Müdrik Qoca arxetipinin semantik strukturu və paradiqma-
ları" adlı monoqrafik tədqiqat əsəri Azərbaycan folklor mətnləri-
nin  psixoanalitik  metodla  təhlili,  "universal,  təkrarlanan  model" 
kimi arxetiplərin milli mətn korpusu üzrə araşdırılması və konkret 
olaraq  Müdrik  Qoca  arxetipinin  folklor  təzahürlərinin  müəyyən-
ləşdirilməsi  baxımından  folklorşünaslığımız  üçün  mühüm  əhə-
miyyət kəsb edir. 
Məlumdur  ki,  XX  əsrdə  insanın  yaradıcılıq  və  özünüifadə 
potensialının, onun daxili imkan və emosiyalarının, şüur və şüur-
altı səviyyələrinin öyrənilməsi sahəsində analitik psixologiya fun-
damental  kəşflərə  nail  olmuşdur.  Karl  Qustav  Yunq  tərəfindən 
əsası  qoyulan  arxetiplər  nəzəriyyəsi  isə  insan  psixologiyasının 
müxtəlif qatlarına nəzər salmağa imkan verməklə yanaşı, ayrı-ay-
rı mədəniyyətlərdə təkrarlanan universal faktların araşdırılmasına 
da şərait yaratmışdır. Psixologiya elmindən qaynaqlanan bu nəzə-
riyyə  filologiya,  mədəniyyətşünaslıq  və  digər  humanitar  sahələr-
də  çoxsaylı  sanballı  əsərlərin  meydana  gəlməsinə  rəvac  vermiş-
dir. Bu mənada müasir dövrdə fənlərarası  araşdırma və tədqiqat-
ların prioritet  təşkil etdiyi, multidissiplinar  yanaşmaların mühüm 
elmi nəticələrin əldə olunmasına şərait yaratdığı bir zamanda psi-
xoanalitik metodla folklora yanaşma təhlil üçün yeni imkanlar ya-
radır.  
H.Quliyevin bu əsəri təkcə Karl Qustav Yunq tərəfindən mü-
əyyənləşdirilmiş elmi baza əsasında yazılmamış, tədqiqat zamanı 
arxetiplər  nəzəriyyəsinin  Jozef  Kempbel,  Erik  Noymann  kimi 
nümayəndələrinin,  həmçinin  Miriçe  Eliade,  Karl  Kerenyi,  Alan 
Dandes, Vladimir Toporov kimi sanballı müəlliflərin elmi müla-

 

hizələrindən  də  əsaslı  şəkildə  istifadə  edilmişdir.  Təqdirəlayiq 
haldır ki, müəllif əsaslandığı, istinad etdiyi bu və ya digər mənbə-
lərin heç birinə mexaniki şəkildə  yanaşmamış, hər bir nəzəri gö-
rüşü milli mətn təhlillərindən çıxan özünəməxsus fikir və mülahi-
zələrlə zənginləşdirmişdir.  
Müəllifin dünya folklorşünaslığının müasir nəzəri qənaətləri 
əsasında irəli sürdüyü yanaşmanın elmi yeniliyi ondadır ki, bura-
da  çoxprofilli  elmi  işlənmə  arenasına  malik  “arxetip"in  təyini 
kimi götürülən Müdrik Qocadan ənənəvi folklorşünaslıqda obraz 
semantikasında  təqdim  olunan  mahiyyətdə  deyil,  psixoanalitika-
nın fundamental-kateqorial anlayışlarından olan və folklor mətn-
lərində müdrik qoca obrazlarının yaranmasında həlledici rola ma-
lik  emosional  enerji  kimi  bəhs  edilmişdir.  Beləliklə,  tədqiqatda 
Azərbaycan folklor mətnlərində rast gəlinən yaşlı, müdrik, ağsaq-
qal obrazları, eləcə də bu semantikanı özündə ifadə edən müxtəlif 
obraz  və  situasiyalar  Müdrik  Qoca  arxetipinin  təzahürləri  kimi 
təhlil olunmuşdur. 
Monoqrafiyanın  strukturu,  problem  istiqamətləri  və  onlara 
yanaşma aspektləri xüsusilə maraqlıdır. Kitabda problemlər adın-
dan da göründüyü kimi Müdrik Qoca arxetipinin semantik struk-
turu və paradiqmaları üzrə öyrənilmişdir. Müəllif tədqiqatını xal-
qın kollektiv yaddaşını özündə ehtiva edən mifoloji mətnlər, ata-
lar  sözləri  və  deyimlər,  əfsanə,  rəvayət,  lətifə,  memuar,  nağıl, 
dastan,  epos  və  sairə  üzərində  aparmaqla  Müdrik  Qoca  arxetipi-
nin  təzahür  səviyyələrini,  obraz  paradiqmalarını,  sosiokulturoloji 
aspektlərini,  eləcə  də  emosional  özünüifadə  modellərini  geniş 
araşdırmışdır.  Problemə  bu  aspektlərdən  yanaşma  Müdrik  Qoca 
arxetipinin hərtərəfli təhlili və öyrənilməsi üçün geniş imkan  ya-
ratmışdır.   
Monoqrafiyada  ilk  öncə  Müdrik  Qoca  arxetipinin  semantik 
strukturu diqqət mərkəzinə gətirilmiş, arxetip anlayışı və Müdrik 
Qoca arxetipinin ümumnəzəri aspektləri təhlil edilmişdir. Burada, 
bütövlükdə  monoqrafiyada  araşdırılması  qarşıya  qoyulan  prob-
lemlərin müxtəlif istiqamətləri, o cümlədən Müdrik Qoca arxetipi 
və  kosmoqoniya,  qəhrəman  və  trikster,  müdriklik  və  axmaqlıq 

 

mövzuları təhlil olunmuş, elmi-nəzəri tezislər konkret faktlar əsa-
sında irəli sürülmüşdür.  
Kitabda  Müdrik  Qoca  arxetipinin  paradiqmatik  strukturu 
əsasən iki istiqamət üzrə tədqiq olunmuşdur. Müəllifin yanaşma-
sına  görə,  Müdrik  Qoca  arxetipi  mədəniyyətdə,  konkret  desək, 
folklor yaradıcılığında həm mədəni qəhrəman, həm də trikster pa-
radiqmaları şəklində təzahür edir. Əsərdə müdriklik anlayışı  yal-
nız müsbət təmayüllü fəaliyyətlər çərçivəsində deyil, eyni zaman-
da neqativ məzmunlu davranışlar istiqamətində də öyrənilmişdir. 
Buna əsasən Müdrik Qoca arxetipinin mədəni qəhrəman paradiq-
maları olan Dədə Qorqud, dərviş və seyid obrazları tədqiqata cəlb 
olunmuşdur.  Müəllif  Dədə  Qorqud  obrazının  mahiyyətindəki 
müdriklik,  ağsaqqallıq  semantikasını  və  mediator,  ritual  rəhbəri 
funksiyalarını  faktlar  əsasında  müəyyənləşdirmişdir.  Eləcə  də 
Müdrik Qoca arxetipinin mədəni qəhrəman paradiqması kimi dər-
viş  obrazının funksiyaları  və mətnlərdə  aktuallaşma situasiyaları 
K.Q.Yunqun "psixoavtomatizm" modeli əsasında diqqət mərkəzi-
nə çəkilmişdir.  
Kitabda təhlil olunan problemlərdən biri də Müdrik Qoca ar-
xetipinin sosiokulturoloji təzahür səviyyəsini özündə ehtiva edən 
seyidliklə bağlıdır. Əvvəla onu deyək ki, burada seyidlik məsələ-
sinə ilk dəfə olaraq Müdrik Qoca arxetipi kontekstində baxılmış, 
seyidlərlə bağlı xalq arasında mövcud olan mətnlər əsasında ma-
raqlı və yeni fikirlər irəli sürülmüşdür. Bu yanaşma ilə seyidliyin 
islami  konteksti  arxasında  dayanan  müdriklik  və  ağsaqqallıq  se-
mantikası konkret mətn təhlilləri əsasında müəyyənləşdirilmişdir.  
Kitabın ən mühüm cəhətlərindən biri də Müdrik Qoca arxeti-
pinə trikster paradiqması üzrə nəzər yetirilməsidir. Belə ki, müəl-
lif  türk  dünyasının  ortaq  mədəni  dəyəri  səviyyəsinə  yüksələn 
Molla Nəsrəddin obrazına Müdrik Qoca arxetipinin trikster para-
diqması  kimi  yanaşır.  Təqdirəlayiq  haldır  ki,  tədqiqatçı  Molla 
Nəsrəddin  lətifələrinə  psixoanalitik  metodun  gözü  ilə  baxmaqla 
obrazın təbiətindəki müdriklik və axmaqlıq, qəhrəmanlıq və triks-
terlik keyfiyyətlərini müəyyənləşdirmişdir. Problemi bu cür təhlil 
edən  tədqiqatçı  Molla  Nəsrəddin  obrazının  simasında  mədəni 

 

qəhrəmanı  parodiya  etmə  xüsusiyyətlərini,  qəhrəman  və  trikster 
oppozisiyalar silsiləsini aydın şəkildə müəyyənləşdirməyə nail ol-
muşdur.  Eyni  zamanda  burada  Müdrik  Qoca  arxetipinin  trikster 
paradiqması  kimi Molla Nəsrəddin  obrazı  konkret  olaraq  “Molla 
Nəsrəddin  obrazı  və  Müdrik  Qoca  arxetipi:  problemin  tarixi  və 
konseptləşdirilməsi”, “Molla Nəsrəddin trikster kimi: müdrikliyin 
və  mədəni  qəhrəmanın  parodiyası”,  “Molla  Nəsrəddin  dünyanın 
mifopoetik  strukturunu  obrazlaşdıran  model  kimi”,  “Triksterik 
düşüncənin  əsas  formulu:  tərsinə  hərəkət”  mövzuları  üzrə  geniş 
şəkildə  incələnmiş  və  müdrikliyin  mədəni  qəhrəman  və  trikster-
lərin  fəaliyyətində  aktuallaşan  davranış  olduğu  qənaətinə  gəlin-
mişdir.  
Beləliklə, gənc tədqiqatçı H.Quliyevin "Müdrik Qoca arxeti-
pinin  semantik  strukturu  və  paradiqmaları"  adlı  tədqiqat  əsəri 
Azərbaycan  folklor  mətnlərində  psixoanalitik  metodun  tətbiqi, 
mədəniyyətdə  müdriklik  konsepsiyasının  müəyyənləşdirilməsi, 
həmçinin mədəni qəhrəman və trikster münasibətləri kontekstində 
həmin konsepsiyanın spesifik cəhətlərinin aydınlaşdırılması baxı-
mından folklorşünaslığımız üçün əhəmiyyət kəsb edir.  
 
Muxtar Kazımoğlu  
AMEA-nın müxbir üzvü  
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

 
 
 
 
 
GİRİŞ 
 
Folklorşünaslıq  sahəsində  aparılan  müasir  tədqiqatların  ən 
aparıcı  istiqamətlərindən  birini  arxetiplər  nəzəriyyəsinin  tətbiqi 
təşkil edir. Bu nəzəriyyədə insan yalnız xarici dünyanın təsiri ilə 
formalaşan  varlıq  kimi  deyil,  daxili  imkan  və  psixoreallığı  ilə 
özünüifadə edən fenomen kimi dəyərləndirilir. Karl Qustav Yunq 
tərəfindən əsası qoyulan bu istiqamət insanın hissi-emosional ger-
çəkliyinin  metaforik-simvolik  dillə  izah  olunmasında  xüsusi  bir 
yanaşma idi. Belə ki, K.Q.Yunqun baxışına görə, insanın özünü-
realizəsinin əsasında bioloji imkanları ilə birlikdə doğulan növda-
xili  psixoloji  imkanları  dayanır.  Başqa  sözlə,  insanın  özünüifadə 
simvollarının əsasında onunla bərabər doğulan ilkin obrazlar mü-
hüm yer tutur ki, bu da yaradıcılığın bütün məqamlarında aparıcı 
mövqeyə malik  olur. Beləliklə, harada  yaşamasından asılı  olma-
yaraq insanın dünya duyumu və psixoloji imkanları bir-birinə ox-
şar obrazlar vasitəsi ilə təcəssüm olunur və K.Q.Yunq bunları ar-
xetiplərin təzahürü hesab edirdi. 
Müasir  dünya  folklorşünaslığına  nəzər  yetirəndə  aydın  olur 
ki,  folklorun  simvol  dilinin,  semantikasının  izahında  arxetiplər 
metodunun tətbiqi ən aparıcı yeri tutur. Azərbaycan folklorşünas-
lığında  arxetip  metodun  tətbiqi  geniş  təzahür  imkanlarına  malik 
obrazların aid olduğu semantik yuvanın, obrazların funksionallaş-
ma  situasiyalarının  psixoloji  ehtiyacla  əlaqəsi,  eləcə  də  mif  və 
folklor mətnlərində müşahidə olunan oxşarlıqların daha konseptu-
al  şəkildə  izahına  imkan  verə  bilər.  Bundan  savayı,  bu  nəzəriy-
yənin  tətbiqi  ilə  zamandan  və  xarici  təsirlərdən  asılı  olmayaraq 
yaşayan  mifoloji  obrazların  həyat  gücünün  fundamental  şərhinə 
nail  olmaq  mümkündür.  Bəlli  olduğu  kimi,  mifoloji  gerçəklikdə 
dünyanı dərk etmənin əsas vasitəsi olan hissi-emosional, simvolik 

 

duyum dərin elmi bilik və texnoloji vasitələrə yiyələnmiş insanın 
yaddaşından  silinib  getməmiş,  öz  təsirini  bu  və  ya  digər  şəkildə 
saxlamaqdadır. Azərbaycan folkloruna arxetiplər metodunun tət-
biqi  həm  də  müasir  insanın  içərisində  yaşayan  arxetip  obraz  və 
modellərin elmi izahına geniş imkanlar aça bilər.  
K.Q.Yunqun müəyyənləşdirdiyi arxetiplər içərisində insanla-
rın qorunmaq, dünya haqqında sınaqdan keçmiş biliklərə yiyələn-
mək  emosiyasının  təzahürü  olan  Müdrik  Qoca  arxetipi  kritik  si-
tuasiyalarda  çıxış  yolunu  göstərən,  cəmiyyətin  müşküllərini  həll 
edən, cəmiyyətin və fərdin mövcudluğunun norma və prinsipləri-
ni müəyyən edən, keçmiş, indi və gələcəyə dair bilikləri və onlar 
əsasında  qərar  verməni  təmin  edən,  yuxular  vasitəsi  ilə  fərdləri 
kosmik  nizamla  əlaqələndirən  obrazlar  timsalında  özünü  aktual-
laşdırır. Azərbaycan folklorunda Müdrik Qoca arxetipinin araşdı-
rılması  bu  kontekstdə  aktuallaşan  mədəni  qəhrəman  və  trikster 
münasibətlərinin, çoxsaylı obraz paradiqmalarının daha dərindən 
öyrənilməsi baxımından xüsusi aktuallıq kəsb edir. 
Tədqiqatın obyektini xalqın kollektiv yaddaşını özündə ehti-
va edən mifoloji mətnlər, atalar sözləri və deyimlər, əfsanə, rəva-
yət, lətifə, memuar, nağıl, dastan, epos və s. təşkil edir.  
Tədqiqat  işinin  predmeti  isə  Müdrik  Qoca  arxetipinin  təza-
hür səviyyələri (mədəni qəhrəman və trikster), obraz paradiqma-
ları  (Dədə  Qorqud,  Koroğlu,  Molla  Nəsrəddin,  Hacı  dayı  və  s.), 
sosiokulturoloji  aspektləri  (seyidlik,  dərvişlik,  aşıqlıq,  el  ağsaq-
qallığı), emosional özünüifadə modelləri (gülüş, axmaqlıq, səfeh-
lik, dəlilik, səbr) təşkil edir. 
Müdrik  Qoca  arxetipinin  obraz  paradiqmaları  mədəniyyətin 
ən müxtəlif səviyyələrinə yayılmaqla  yanaşı, özünəməxsus aktu-
allaşma  situasiyalarına  malikdir.  İlk  baxışdan  bir-birindən  tama-
milə  fərqli  olan  obrazlar  arxetip  yanaşma  kontekstində  bütövün 
ayrı-ayrı  hissələri  xarakterini  daşıyır.  Bu  baxımdan  tədqiqatın 
məqsədini müxtəlif obrazlar timsalında özünü büruzə verən müd-
riklik semantikasının obrazlaşma spesifikasının araşdırılması təş-
kil edir. Odur ki, hissə və bütövün müxtəlif səviyyələrdə biri-biri-

 
10 
nə münasibəti modelində dərk olunan arxetip emosiyanın təzahü-
rünün öyrənilməsi üçün qarşıya aşağıdakı vəzifələr qoyulmuşdur: 
Arxetip anlayışı və Müdrik Qoca arxetipinin öyrənilməsi təc-
rübəsini, ona verilən izah və yanaşmaları sistemləşdirərək konkret 
folklor mətnlərinə tətbiq etmək. 
Tədqiqat  zamanı  müasir  nəzəri-metodoloji  yanaşmalardan 
səmərəli şəkildə istifadə etmək. 
Azərbaycan  folklorunda  Müdrik  Qoca  arxetipinə  daxil  olan 
müxtəlif obrazların geniş şəkildə araşdırılmasına baxmayaraq, hə-
min obrazlara Müdrik  Qoca arxetipi kontekstində  yanaşma təcrü-
bəsi  olmamışdır.  Tədqiqatda  problemin  müxtəlif  aspektlərinə  aid 
olan  mövcud  araşdırmaların  elmi  nəticələrindən  nəzəri  baza  kimi 
geniş istifadə olunmuşdur. Xüsusilə, Müdrik Qoca arxetipinin ob-
raz paradiqmaları olan Dədə Qorqud, Xızır, Koroğlu, Molla Nəs-
rəddin, seyid, dərviş, aşıq və s. ilə bağlı tədqiqat aparan M.H.Təh-
masib,  M.Seyidov,  T.Fərzəliyev,  T.Hacıyev,  A.Nəbiyev,  N.Cəfə-
rov,  K.Vəliyev,  C.Bəydili,  F.Bayat,  M.Kazımoğlu,  H.İsmayılov, 
R.Qafarlı,  S.Rzasoy,  R.Əliyev,  A.Acalov,  A.Hacılı,  R.Kamal, 
İ.Vəliyev,  A.Xəlil,  A.Əmrahoğlu,  M.Məmmədov,  E.Abbasov, 
Ş.Albalıyev, N.Qurbanov, R.Allahverdiyev, A.İslamzadə və digər 
tədqiqatçıların  təcrübəsindən  səmərəli  şəkildə  bəhrələnilmişdir. 
Lakin  bu  araşdırmaların  tədqiqat  predmetindən  asılı  olaraq  prob-
lemin  müxtəlif  aspektləri  öyrənilsə  də,  Müdrik  Qoca  arxetipinin 
monoqrafik tədqiqat səviyyəsində, müasir elmi qənaət və nəticələr 
kontekstində  öyrənilməsi  zərurəti  mövcuddur.  Tədqiqat  işi  bu  sa-
hədəki  boşluğu  aradan  qaldırmaq  və  məsələyə  arxetiplər  nəzəriy-
yəsi kontekstində yanaşmaq zərurətindən ortaya çıxmışdır.  
Azərbaycan  folklorunda  Müdrik  Qoca  arxetipinin  araşdırıl-
ması zamanı müasir Avropa və Amerika folklorşünaslığının nəzə-
ri-metodoloji təcrübəsindən istifadə olunmuş və folklor mətnləri-
nin yeni baxış bucağından təhlili həyata keçirilmişdir.  
Kitabın I fəslində Müdrik Qoca arxetipinin semantik struktu-
ru araşdırılmış və bura daxil olan obrazlar sisteminin izahı üçün 
zəruri anlayışlara aydınlıq gətirilmişdir. Müdrik Qoca arxetipinin 
mədəni  qəhrəman  paradiqmalarının  öyrənilməsi  isə  Dədə  Qor-

 
11 
qud, dərviş və seyid paradiqmaları üzrə aparılmış tədqiqatlar üzə-
rində qurulmuşdur. Azərbaycan və bütövlükdə türk dünyası üçün 
xarakterik olan Molla Nəsrəddin obrazının tədqiqi ilə Müdrik Qo-
ca arxetipinin trikster keyfiyyətləri üzə çıxarılmışdır. Bütövlükdə, 
bu istiqamətlər üzrə aparılmış  araşdırmalar nəticəsində aşağıdakı 
elmi yeniliklər irəli sürülmüşdür:  
a.
 
Müdrik  Qoca  arxetipi  mədəni  mühitdə  kişi  başlanğıcını 
təcəssüm etdirən məkanların (dağ, qaya, ağac və s.) transformativ 
paradiqmaları kimi də təzahür edir.  
b.
 
Müdrik Qoca arxetipi ağsaqqallıq, müdriklik, seyidlik tim-
salında  sosial  münasibətlərdə  müəyyənləşdirici,  yönləndirici  və 
nəzarətedici keyfiyyətə malikdir. Müdrik Qoca arxetipindən qay-
naqlanan  və  kişi  başlanğıcını  ifadə  edən  bu  obrazlar  cəmiyyətdə 
müdriklik kultunun yaradıcısına çevrilmişdir; 
c.
 
Müdrik Qoca arxetipinin obraz paradiqmaları kosmoener-
getik nöqtələrdə dayanmaqla informasiya yaddaşı rolunu oynayır. 
Mədəniyyətdə  informasiya  yaddaşı  funksiyasını  həyata  keçirən 
müdrik  qoca  obrazları  həmin  informasiyanı  qorumaq,  ötürmək, 
əldə etmək, nəticə çıxarmaq bütövlükdə onunla davranmaq üsul-
larını özündə ehtiva edir.  
d.
 
Ənənədə  müdriklik//ağsaqqallıq//dərvişlik//seyidlik  keçid 
situasiyalarında (inisiasiya prosesində) aktuallaşan müvəqqəti sta-
tus kimi də özünü göstərir. Başqa sözlə, müdriklik semantik para-
diqmasına  daxil  olan  obrazlar  özündə  müəyyən  informativ  qabi-
liyyət və keyfiyyətləri birləşdirən maskalardır ki, bu sferaya daxil 
olan  obraz  yeni  informasiya  mühitinə  qoşulur  (Şah  Abbasın  na-
ğıllarda “təğyiri-libas” olaraq qeyri-adi situasiyalarla qarşılaşma-
sı, hər hansısa bir nağıl qəhrəmanının digər bir mühitdən informa-
siya almaq üçün dərviş donuna girməsi və s.);  
e.
 
Atalar sözləri timsalında Müdrik Qoca arxetipinin norma 
müəyyənləşdirici, nizamlayıcı və nəzarət edici keyfiyyəti təzahür 
edir. Atalar sözlərinin arxasında dayanan subyekt məhz kollektiv 
şüurun məhsulu olan müdrik ata//baba//dədə obrazıdır; 
f.
 
Müdrik Qoca arxetipinin ciddi planı ağsaqqal kultu timsa-
lında  özünü  göstərsə  də,  anormal  və  dağıdıcı  davranışlara  malik 

 
12 
obrazlar  timsalında  onun  triksterik  keyfiyyəti  ortaya  çıxır  (müd-
rikliyin və qəhrəmanlığın parodiyası nümunəsində);  
g.
 
Mədəniyyətdə qəhrəmanlıqla yanaşı, müdriklik də keçmiş 
zamanın idealizə olunma modellərindən biri kimi özünü göstərir. 
Güclü qəhrəmanlarla bərabər, sözü keçən ağsaqqallar da daha çox 
keçmiş  zamanlarla  əlaqələndirilirlər.  Bu  isə  bütövlükdə  Müdrik 
Qoca  arxetipinə  daxil  olan  obrazların  “keçmiş  zaman”,  “ol  za-
man”la assosiativ əlaqəsinin olmasından irəli gəlir. 
h.
 
Molla Nəsrəddin obrazının bütün səviyyələrdə təhlili gös-
tərir ki, Müdrik Qoca arxetipinin trikster paradiqması kimi o gü-
lüş kontekstində dünyaya başqa bir nöqtədən baxmaq təcrübəsini, 
davranış imkanlarını, düşüncə məntiqini təcəssüm etdirir. Bu ob-
raz timsalında mədəni qəhrəman və triksterlik vahid bir mərkəzdə 
cəmlənir. Başqa sözlə, onun dünyasında xaos və kosmos eyni an-
da təzahür edə bilir. Məhz bununla əlaqədardır ki, Molla Nəsrəd-
din  ənənəni,  özünü,  bütövlükdə  kosmik  məntiqi  inkar  edir,  ona 
qarşı xaosun davranış normalarını parodik və imitativ planda təq-
dim edir.  
Araşdırmanın  nəzəri-metodoloji  əsaslarına  gəldikdə  qarşı-
ya qoyulan problemin öyrənilməsi zamanı muxtəlif nəzəri – me-
todoloji  yanaşma  təcrübələrindən  istifadə  olunmuşdur.  Problemə 
arxetiplər  nəzəriyyəsi  kontekstində  yanaşılmışdır.  Lakin  tədqiqat 
prosesində psixoanalitik metoddan, struktur-semiotik yanaşmanın 
nəzəri-metodoloji  bazasından,  bəzən  isə  müqayisəli-tarixi  meto-
dun  təcrübəsindən  məqsədyönlü  şəkildə  istifadə  olunmuşdur.  Bu 
isə  öz  növbəsində  tədqiqatda  qarşıya  qoyulan  məqsəd  və  vəzi-
fələrin həyata keçirilməsinə,  yeni  qənaət  və  nəticələrin üzə  çıxa-
rılmasına şərait yaratmışdır.  
Kitabın  nəzəri  əhəmiyyəti  Müdrik  Qoca  arxetipinin  mədə-
niyyətdə  geniş  yayılmış  paradiqmalarının  arxetiplər  nəzəriyyəsi 
kontekstində  öyrənilməsi  ilə  müəyyənləşir.  Müdrik  Qoca  arxe-
tipinin  mədəniyyət,  cəmiyyət,  təbiət  münasibətləri  kontekstində 
öyrənilməsi  bu  obrazların  mifoloji  layının  daha  sistemli  və  fun-
damental şəkildə araşdırılmasına şərait yarada bilər. Mədəniyyət-
də müdriklik semantikasının sistemli şəkildə öyrənilməsini nəzər-

 
13 
də  tutan  araşdırmalar  üçün  bu  tədqiqat  nəzəri-metodoloji  baza 
kimi öz töhfəsini verə bilər.  
Kitabın  praktik  əhəmiyyəti  isə  problemin  müxtəlif  tərəfləri 
ilə  bağlı  tədris  olunan  fənn  və  kurslarda  istifadəsi  imkanları  ilə 
müəyyənləşir.  Belə  ki,  monoqrafiyadan  ali  məktəblərdə  tədris 
olunan “Mifologiya”, “Azərbaycan şifahi xalq ədəbiyyatı”, “Mə-
dəniyyətşünaslıq”, “Psixologiya” kurslarının tədrisi zamanı, həm-
çinin mədəniyyətdə müdriklik semantikasının öyrənilməsinə həsr 
olunmuş tədqiqatlarda elmi mənbə kimi istifadə oluna bilər.
  

Каталог: arasdirmalar
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu vəLİ xuluflu – 120
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu təRTƏr rayon icra hakiMİYYƏTİ
arasdirmalar -> Xiii respublika elmi konfransının mater I allari (Bakı, 24 may, 2013) Bakı – “Elm və təhsil” – 2013 azərbaycan miLLİ elmlər akademiyasi
arasdirmalar -> Amea-nın Nəsimi adına Dilçilik İnstitutunun nəşrləri (2010-2016) Kazımov Q
arasdirmalar -> Rəyçi və ön sözün müəllifi: Əziz ƏLƏKBƏRLİ
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu rza xəLİlov- 70 baki – 2015
arasdirmalar -> Created by Neevia Personal Converter trial version ялимярдан бяй топчубашов
arasdirmalar -> AZƏrbaycan elmlər akademiyasi I. NƏSİMİ adina diLÇİLİK İnstitutu
arasdirmalar -> AZƏrbaycan miLLİ elmlər akademiyasi folklor institutu


Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   17


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə