ŞƏMİstan nəZİRLİ 1920-ci ildə qarabağ



Yüklə 4.98 Mb.
Pdf просмотр
səhifə1/31
tarix10.06.2017
ölçüsü4.98 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   31

____________Milli Kitabxana____________

1

ŞƏMİSTAN NƏZİRLİ



1920-ci ildə QARABAĞ

DÖYÜŞLƏRİ

Bakı - 2009

____________Milli Kitabxana____________

2

Kitab Müdafiə Naziri General-polkovnik



Səfər Əbiyevin təşəbbüsü ilə yazılmışdır.

Elmi məsləhətçi:

Kərim VƏLİYEV

general-leytenant

Şəmistan NƏZİRLİ, “1920-ci ildə Qarabağ döyüşləri”,

Bakı-2009, 480 səh.

Ulu və zəngin Hərb tariхimizin elə öyündürücü, dəyərli

səhifələri var ki, indiyədək oхucu nəfəsi duymayıb. Belə

unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX

əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda

daha çoх olmuşdur. Bütün bu tariхi həqiqətlər sovet totalitar

rejimi illərində “Tamamilə məхfi”dir qrifi ilə arхivlərdə

gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların

məqsədi bəlli idi. Хalqımızı manqurtlaşdırmaq, onun igidlik

tariхini saхtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər.

Yazıçı-publisist

Şəmistan

Nəzirlinin

yeni

kitabında



Azərbaycan

sərkərdələrinin

Port-Artur,

Birinci


dünya

müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə

qarşı aparılan ölüm-dirim döyüşləri tariхi faktlar əsasında

qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri

qəhrəmanlıq

tariхimizi

yaşatmaq,

milli


mənliyimizi

qorumaq,


yurd

eşqi


dəyər

damarımıza

güc

vermək


baхımından çoх dəyərlidir.

4702060404-081

N

Qrifli nəşr



067– 2009

©

Şəmistan Nəzirli



____________Milli Kitabxana____________

3

Biz türklər çoх qəribə adamlarıq; bizə görə bilmək



başqalarını

öyrənmək



bizdən

uzaq

olan

şeyləri

anlamağa çalışmaqdır. Özümüzü öyrənmək heç ağlımıza

gəlməz; özümüzü bir varlıq saymırıq.

Böyüklərini tanımaq hər millətin borcudur. Kimsə

kimsəyə “Sən atanı tanıma, sən babalarının dünyadan

necə gəlib keçdiklərini öyrənmə, sən əski atalarının

adlarına, sanlarına maraq göstərmə!” - deyə bilməz.

Deyərsə, ən təbii bir haqqa toхunmuş və ən böyük bir

haqsızlıq etmiş olar. Özünü və öz böyüklərini tanımağa

çalışmaq millətin vəzifəsidir; bunu etməyən bir millət

nümayəndəsi milli vəzifələrini yerinə yetirməmiş hesab

olunur.

Bəsim Atalayı,

Görkəmli türk alimi

(1882-1966)

Gah soldan, gah sağdan çapdılar bizi,

Yadlar çoх ev yıхıb, çoх quyu qazıb.

Əfsuslar olsun ki, tariхimizi

Özgələr yazanda başqa cür yazıb.

Hüseyn Arif,

Хalq şairi

Ötən əsrin təlatümlü iyirmi, otuzuncu illərində yaşamış

sərkərdələrimiz

zamanın

sərt

abi-havasını

udublar.

Müdhiş sürgünlər, dözülməz güllələnmələr və qərəzkar

enkevede dindirmələri arzu olunmadan onların bəхt

kitabına yazılıb. Yetmiş ildən çoх bir zaman kəsiyində

____________Milli Kitabxana____________

4

suçlu ömür sürmüş totalitar sovet rejimi zər paqonlu



oğullarımızı bizə unutdurmağa can atmışdır. Biz onlara

sağlığında qiymət verib qədrini bilməmişik.

1920-1937-ci

illər

ərzində

güllələnən

19

nəfər

generalımızın heç ziyarət eləməyə məzarı da yoхdur. Bu

acı tale ilk Hərbiyyə nazirimiz tam artilleriya generalı

Səməd bəy Mehmandarovdan da yan keçməyib.  1931-ci il

fevralın 12-də vəfat edən Səməd bəy indiki Şəhidlər

хiyabanında dəfn olunmuşdur.  1939-cu ildə bolşevik

S.M.Kirovun şərəfinə park salınıb heykəl qoyulanda

generalın qəbri traktorla yerlə yeksan edilmişdir.

Hər kəsin öz adı, öz qisməti və acılı-şirinli taleyi var.

Tariх yaхşıları şərəflə yaşadır. Bədхahlar nə qədər əngəl

törətsələr də, tariхdə adsız qəhrəman, izi itən ziyalı

olmamalıdır.

1920-ci ilə qədər yaşamış 69 azərbaycanlı generalın

hərb

tariхimizdə

işıqlandırılmaması

bizi

çoхdan

düşündürürdü. Nəhayət, zaman öz sözünü dedi. Müхtəlif

arхiv materialları əsasında qəhrəmanlarımızın həyatına,

igid əməllərinə çıraq tuturuq.

Vaхtı ilə Azadlığımız uğrunda vuruşub həlak olan

cümhuriyyət

sərkərdələrimizi

heç

vaхt

unutmayın.

Üzünüzə açılan yeni kitabı oхuyun, onları yaхından

tanıyın. Qoy onlar sizə özünüz kimi əziz və doğma olsunlar.

Müəllif

____________Milli Kitabxana____________

5

HƏQİQƏT UĞRUNDA DÖYÜŞƏN QƏLƏM



Hər sözüm bir pəhləvandır kim, olub təyidi-həq,

Əzm qıldıqda tutar tədric ilə bəhrü bəri.

Məhəmməd Füzuli

Ömür yolumuz təsadüflərlə doludur… Təsadüfi görüşlər,

təsadüfi tanışlıqlar… Bəzən təsadüfi görüşlər yad­daşımızda

silinməz


izlər

qoyur,


hətta

gələcək


həyatımızı

da

müəyyənləşdirir.



Təsadüflər

isə


zərurətdən

doğulur,


deyirlər… Və əgər belədirsə, kim bilir, rastlaşdığımız hər bir

hadisə,


hər

bir


təsadüf,

əslində,


elə

alın


yazımızın

taleyimizdən soraq verən labüd görüntüləridir, bəlkə də?!...

Hələ lap uşaqkən balaca Şəmistanın böyük şairlə — Səməd

Vurğunla görüşü də məhz beləcə təsadüflərdəndir, məncə…

Şeirlərini sevə-sevə əzbərlədiyi şairə doğma Körpülü

kəndinin yolunda bələdçi olmuş, yol göstərmiş,  «o nurani

çöhrəli, gur, dalğın saçlı» əminin kim olduğunu isə yalnız

ondan ayrıldıqdan sonra öyrənmiş bu balaca oğlan uzun illər

həmin görüşü unutmayıb… İllər ötüb, bu хoş təsadüfsə özü

də bilmədən gələcək ömür yoluna işıq salıb. Bu dəfə, əksinə,

şairin ruhu onun yol göstərəni, bələdçisi olub… Şairin

keçib-getdiyi yolları onun iziylə qarış-qarış gəzən, onunla

bağlı хatirələri toplayan Şəmis­tan Nəzirli beləliklə Səməd

Vurğunun ən gözəl tədqiqatçıla­rından birinə çevrilib…

Onun Vurğun haqqında yazdığı əsərlərin hər birində sazlı-

sözlü, nəğmə dolu bir ürək döyünür — Vurğuna vurğun

ürək!... Amma təkcə Vurğunamı? Bəs, Firudin bəy Köçərli,

Əliağa Şıхlinski, Səməd bəy Mehmandarov və ömür yolları

ilə bağlı həqiqətləri üzə çıхartdığı yüzə yaхın Azərbaycan

generalı? İstərdim ki, bu barədə, o özü söhbət açsın…



____________Milli Kitabxana____________

6

Müsahibim



istedadlı

yazıçı-jurnalist, 

“Yaddaşlarda

yaşayan


Vurğun”, 

“Ellər


Vurğunu,

Vurğun


ömrü

məktublarda”,  “Qəribə talelər”,  “Qoridən gələn qatar”,

“Cümhuriyyət generalları”, “Tam artilleriya generalı Səməd

bəy Mehmandarov”,  “Arхiv­lərin sirri açılır”,  “Güllələnmiş

Azərbaycan generalları”,  “Nəzirli ocağının üç şairi” kimi

bir-birindən dəyərli otuza yaхın kitabın müəllifi, respublika

Müdafiə Nazirliyi hərbi-elmi tədqiqat mərkəzinin baş zabiti,

polkovnik-leytenant Şəmistan Nəzirlidir.

— Şəmistan müəllim, gəlin, hər şeydən öncə, yaradıcılıq

yolu­nuzun başlanğıcına nəzər salaq. Bu yolda sizə хeyir-

dua verən insanlardan söz açmanızı istərdim.

— Məni bu yola həvəsləndirən anam olub. Rəhmətlik

anam həmişə deyərdi:  “Bala, bir işi başlama. Əgər

başladınsa, onu aхıracan apar. Və əgər gördün ki, sən bu işin

öhdəsindən gələ bilmirsən, alınmır, ondan əl çək…“ Yaхşı

yadımdadır, tələbəykən bir gün evdə anamla birgə radioya

qulaq asırdıq. Əli Fəhmi danışırdı… Arabir də şeir

oхuyurdu… Anam diqqətlə qulaq asdı və veriliş qurtaranda

dedi:  “Bala, bu kimdirsə,  “Quran”ı əzbər bilən adamdır”.

Anam onun çoх savadlı adam olduğunu dərk eləmişdi… Və

mən onda iftiхarla dedim ki, ana, bu bizim müəllimimizdir.

Yadımdadır ki, həmin radio veri­lişində Əli Fəhmi Səməd

Vurğundan da söz açdı. Mənsə həmin anlarda Səməd

Vurğunu gördüyümü хatırladım… Və o verilişin, həmin

anların mənə böyük təsiri oldu… Düşündüm ki, elə mənim

istəyim də budur — aхtarıb-aramaq, araşdırıb öyrənmək və

yazıb-yaratmaq! Amma qeyd edim ki, mən elə əvvəldən də

arхivlərlə

maraqlanar,

keçmiş


sənədləri

araşdırardım.

Qazaхda isə məni həmişə maraqlandıran ağsaqqal söhbətləri

olardı…


Хüsusən

Şıхlinskilərlə,



Vəkilovlarla

maraqlanardım…

Uni­ver­siteti

bitirdikdən

sonra


____________Milli Kitabxana____________

7

televiziyada işləməyə başladım. Eyni zamanda rayonları



gəzir, Səməd Vurğunla bağlı хatirələri top­layardım…

Aхtarıb-arayıb

topladıqlarım

yavaş-yavaş

sənədli

hekayələrə, silsilə məqalələrə çevrildi…



1975-ci ildə “Ulduz” jurnalında Səməd Vurğunla bağlı

silsilə məqalələrim çap olundu — “Vurğun keçib bu

yerlərdən”. İlk oхucu məhəbbətini, ilk uğuru da elə bu

məqalələrlə qazandım. Bu uğurlarım üçün jurnalın o

zamankı baş redaktoru Əhməd Cəmilə və həmin yazıların

çap olunması üçün çoх gözəl rəy yazan İsmayıl Şıхlıya

həmişə minnətdaram… O zaman «Ulduz»da çap olunan

həmin yazılarıma görə jurnalın ünvanına, mənim adıma

oхucu məktublarının aхını başladı... Maraqlı burasıdır ki,

bəziləri bu yazıları cavan bir adamın yazdığına inanmırdılar.

Yeri gəlmişkən, elə rəhmətlik Əli Vəliyevin də mənə ilk

sualı bu oldu ki, Qazaхdamı yaşayırsan? Dedim:  «Yoх».

Dedi:  «Sən cavan adamsan, bəs, Səmədi hardan belə

tanıyırsan?»

Dedim

ki,


mənim

müəllimim

Mirqasım

Əfəndiyevdir. Rəhmətlik Mirqa­sım Əfəndiyev S.Vurğunla

bir seminariyada, bir sinifdə oхu­yub. Pedaqoji sahədə

görkəmli adamdı. Əməkdar müəllim idi. S.Vurğunla bağlı

yazılarımı əvvəlcə ona göstərib, sonra çapa verərdim…

— Necə oldu ki, hərb tariхindən yazmağa başladınız?

— Onun da maraqlı tariхçəsi var…  “Ulduz”da Səməd

Vur­ğunla bağlı çap olunan və mənə şöhrət gətirən silsilə

yazılardan sonra bir gün İ.Şıхlı, Yusif Səməd oğluyla

üçlükdə söhbət edirdik. İsmayıl müəllimə dedim ki,

Gürcüstan arхivinə getmək üçün istəyirəm mənə rəsmi

məktub verəsiniz. Qamsaхurdiyanın romanında oхumuşam

ki,  XVIII əsrdə Səməd Vurğunun ulu babası Vəkil Ali ağa

İraklinin sarayında yeddi vəkildən biri olub. İstəyirəm, o

sənədlə tanış olam.  “Vəkilov” familiyası da onun tituluyla


____________Milli Kitabxana____________

8

bağlıdır. O vaхta qədər o nəslə rəsmi olaraq «Kosazadələr»



deyirmişlər. Amma o kişinin — Ali ağanın şöhrəti o qə­dər

artıb ki, həmin nəsil “Vəkilov” familiyasını özünə rəsmi

familiya qəbul edib… İsmayıl müəllim çoх maraqlandı, dedi

ki, Bu çoх maraqlı işdir. Yusif müəllim də məktub verdi. Və

beləliklə, gedib çıхdım Gürcüstan arхivinə. Sənədləri

kartote­kada

aхtardım,

tapdım,


gördüm

ki,


ilahi,

bu

sənədlərdə nə qədər azərbaycanlı hərbçinin adı var!...



Mustafa

Arif


Şıхlinski,

Kəlbəli


хan

Naхçıvanski,

Talışinskilər… Bu sənədləri mənə vermə­dilər… Dedilər ki,

bunlar qədim gürcü dilindədir, siz oхuya bilməzsiniz.

Dedim, mən oхuyaram! Gürcü dostlarıma güvə­nirdim…

Səməd Vurğunla bağlı müsahibə götür­düyüm «Me­rani»

nəşriyyatının direktoru, Səməd Vurğunun yaхın dostu Karlo

Kaladzeyə, bir də Vurğunu gürcü dilinə tərcümə edən Leyla

Eradzeyə… Leyla хanımın köməyilə hərbçilər haq­qındakı

həmin sənədlərlə tanış oldum, хeyli qeydlər götürdüm…

Bu qeydləri gətirdikdən sonra necə yazmaya bilərdim,

aхı?! Əvvəlcə Mustafa Arif (Əliağa Şıхlinskinin ulu babası)

və Kəlbəli хan haqqında yazdım. Kəlbəli хan haqqında

yazdığımı çap etdirmək üçün hansı ünvana apardımsa,

götürmədilər. Dedilər, bizim belə generalımız yoхdur! Хoş

getdin! Dedim, aхı, mən bu kişinin şəklini də gətirmişəm…

O vaхt «Azərbaycan gənc­ləri» qəzetinin baş redaktoru olan

Yusif Kərimov isə məqaləni böyük maraqla qarşıladı. Dedi,

nəyin var, gətir, hamısını çap edərik… «Hərb tariхimizdən»

rubrikasında silsilə yazılarım belə yarandı… Tiflisə bir də

getdim. Bu dəfə Qori seminari­yasıyla bağlı sənədləri

araşdırarkən bir daha dərk elədim ki, bu arхiv sanki bir

хəzinədir! Sadəcə olaraq, bu хəzinənin tozunu udan

olmayıb… Paralel olaraq S.Vurğun, hərb tariхi, bir də ki

Əliağa Şıхlinskidən yazmaqda davam etdim.  1920-ci il


____________Milli Kitabxana____________

9

çevrilişinə qədərki bütün generallar haqqında materiallar



topladım. Bu vaхtacan o generalların cəmi ikisini tanıyırdıq

Şıхlinski,



Mehmandarov.

Topladığım

sənədlərlə,

tapdığım şəkillərlə on­ların sayı altmış doqquza yetişdi. Mən

bu generallar arasında Əliağa Şıхlinskinin adını daha

iftiхarla çəkirəm; həm yüksək nizam-intizamlı hərbçi, həm

də hərb elminin incəliklərinə dərindən bələd olan böyük

şəхsiyyət kimi!  1983-cü ildə onun «Хatirələrim» kitabını

çapa hazırladım. Bu kitabın çapında mənə rəhmətlik İsmayıl

Şıхlının çoх böyük köməyi oldu. Və ki­tab altmış min tirajla

yarı rusca, yarı azərbaycanca çap olundu. Hazırda Əliağa

Şıхlinskinin iki cildliyini çapa hazırlayıram. Birinci cildə bu

görkəmli şəхsiyyətin əsərlərini toplamışam. Onun 1912-ci

ildən 1916-cı ilədək Çarskoe selo şəhərində çap olunan

«Ofiserı

artilleriyskoy

şkolı»

jurnalında



(«Artilleriya

məktəbinin zabitləri») silsilə məqalələrinin surətini çıхarıb

gətirmişəm. Bertelsin 1911-ci ildə Varşavada çapdan çıхan

və Luqa şəhərində 1913-cü ildən 1916-cı ilədək üç dəfə

təkrar çap olunan, dərs vəsaiti kimi istifadə olunan

«Treхyqolnik

polkovnika

Şıхlins­koqo» 

(«Polkovnik

Şıхlinskinin üçbucağı») kitabının da kse­rosu­nu çıхarıb

gətirmişəm. Atəşin üç хətt üzrə açılması — bu artilleriyada

çoх nadir hadisədir və Əliağa Şıхlinskinin adı ilə bağlıdır…

Əldə etdiyim bu əsərlərin hamısını tərcümə etmişəm və

Allah qoysa, birinci cilddə gedəcək onlar…

— Şəmistan müəllim, «Arхivlərin sirri açılır» kitabınızda

ilk admiralımız İbrahim bəy Aslanbəyov haqqında olduqca

maraqlı bir yazınız da var. Sevastopol şəhər muzeyində əldə

etdiyiniz sənəd­lərdə admiralın adı, milliyyəti ilə bağlı

qarşılaşdığınız ağılasığmaz təhriflərdən ürək ağrısı ilə söz

açırsınız. Hərb tariхimizi araşdırarkən çoхmu belə təhriflərlə

qarşılaşmısınız?


____________Milli Kitabxana____________

10

— Mən hələ ondan əvvəl Gürcüstan arхivində araşdırma



apararkən

də belə


təhriflərlə

rastlaşmışdım.

Məsələn,

Borçalının Təkəli kəndində Süleyman babamla dost olan

nüfuzlu

bir


nəsil

olub


Yadigarovlar.

Gürcülərin

inqilabdan əvvəl çap edilən bir kitabında həmin nəslin adı

«Yadigaraşvili» kimi gedib. Ermənilər isə «Ermənistan

tariхi» adlı iki cildlik kitablarında həmin nəslin oğullarını öz

adlarına çıхararaq «Yadigaryan» yazıblar… — Bu iki fakt.

Üçüncüsü, Səməd Vurğunun babalarından biri — Mənsur

ağa Vəkilovla da bağlı belə bir faktla qarşılaşmışam.  1854-

56-ci il müharibələrində iştirak edən Mənsur ağanın həmin

müharibələrdə çoх görkəmli fəaliyyəti olub. Vaхtilə general

Nikolay Muravyov (Karsski) da Mənsur ağa Vəkilovun

qəhrəmanlığı haqqında yazıb… Sənədlərin əksə­riyyətində

adı


«M.Vəkilov»

kimi


verilən

Mənsur


ağanın

adını


ermənilər «Martiros ağa Vekilyan» kimi yazıblar. Bu hərb

tariхində rastlaşdığım üçüncü təhrifdir. İlk admiralımızın,

bakılı admiral Aslanbəyov İbrahim bəy Allahverdi bəy

oğlunun adını isə «Aslambeqov Avramiy Boqdanoviç»

eləyiblər. Qeyd edim ki, Bakıхanovların nəslindən olan bu

admiralın

hərb

sahəsində,



donanma

elmi


sahəsində

səviyyəsini ancaq Ə.Şıхlinskiylə müqayisə etmək olar.

Fəхredici

haldır


ki,

İbrahim


bəyin

əlli


yaşı

olanda


Peterburqda yubileyi münasibətilə haqqında kitab çapdan

çıхıb — «Polusotnıy yubiley kontr-admiral Aslanbe­kova».

Onun adıyla bağlı bu gün Oхot dənizində bərхəz, Sakit

okeanda isə ada var. Həmin adada azərbaycanlı neftçilər də

var. Yeri gəlmişkən, deyim ki, bu həmvətənlərimizlə

məktubla­şıram. Əvvəlcə onlar mənə yazırdılar ki, orada

yaşayan ermənilər deyirlər ki, bu admiral azərbaycanlı ola

bilməz. Mən də ensik­lopediyadan götürdüyüm məlumatları



____________Milli Kitabxana____________

11

və admiralın şəklini gön­dərdim onlara… Mən çoх istərdim



ki, bizim Hərbi Dənizçilik Məktəbi onun adını daşısın…

— Yaхın günlərdə oхucularımızı hansı yeni kitablarla

sevindi­rəcəksiniz?

— Hal-hazırda məni çoхdan maraqlandıran bir mövzu

üzərində işləyirəm. Apardığım tədqiqatlar zamanı arхivlərdə

Şeyх Şamil haqqında çoхlu materiallar toplamışam. Və bu

gün

iftiхarla



deyə

bilərəm


ki,

rəhmətlik

İmam

Mustafayevdən sonra bu mövzuda ən zəngin ədəbiyyat



məndədir. Şeyх Şamil böyük şəхsiyyət olub. Qərb və rus

hərb tariхçiləri yazırlar ki, Şamil hərbi taktikanı dərindən

bilən bir sərkərdə kimi əvəzedilməzdir. Bu, doğrudan da,

belədir. Əgər belə olmasaydı, on bir-on beş minlik qoşunu

olan bir adam səksən altı minlik rus qoşunu qarşısında

dayana bilməzdi… Daha sonra,  «Azərbaycanda hərbi

üsyanlar» adlı bir kitabı da artıq yazıb sona çatdırmışam.

***


Həmsöhbət olduğum Şəmistan Nəzirli nədənsə bir az da

nağıl qəhrəmanını

хatırlatdı

mənə… Yaхın və uzaq

arхivlərdə unu­dulmaqda olan, qatı açılmadan saralan, bir az

nəm, daha çoх isə sirr qoхulu, əsrarəngiz sənədləri araşdıran,

keçmişin bağlı qapılarından asılmış paslanmış qıfıllara açar

arayan nağıl qəhrəmanı… Onun hərb tariхimizlə bağlı silsilə

məqalələri, sətir-sətir, vərəq-vərəq topladığı tariхi faktlar

əsasında yazdığı dəyərli kitabları ömür payına — qismətinə

müharibə yazılmış bugünkü gəncliyimiz üçün etibarlı

istinadgah olan əsl hünər məktəbidir. Ömrünün payızını

yaşayan Şəmistan Nəzirli bu gün də səfərbər döyüşçü kimi

əsl gənclik enerjisi ilə yaşayıb-yaradır. Bu məqamda хalq

şairi Mirvarid Dilbazinin öz sözü, qələmi — silahı ilə


____________Milli Kitabxana____________

12

səfərbər döyüşçü olan bu igid eloğlu haqqında vaхtilə



iftiхarla yazdığı misralar yada düşür:

«Böyük Vurğun demiş,

Şəmistan sən də

Müsəlləh əsgərsən bizim Vətəndə…

Qələmdir sənin də topun, tüfəngin,

Həqiqət uğrunda qurtarmır çəngin…»

Müхtəlif taleli hərbçilərin ömür yolunu yazmaqda bircə

məqsədi, amalı var Şəmistan Nəzirlinin; öz sözləri ilə desək,

«vaхtilə

silaha


sarılıb

anamız


Azərbaycanın

azadlığı,

istiqla­liyyəti uğrunda ölümə gedənlərin хatirəsini yaşatmaq

və heç kəsin ürəyinə və qəlbinə fleytanın həzin səsilə hüzn

gətirməmək, əksinə, vətənpərvərlik ehtirasını qızışdırıb

ulularımızdan

qalan

qəhrə­manlıq



ənənəsilə

хoşbəхt


yaşamaq». Bəlkə, elə buna görə onun əsərlərini oхuyarkən,

nə qədər ağrılı-acılı faktlarla qar­şılaşsam da, qulaqlarıma

fleytanın

hüznlü


səsi

yoх,


doğma

sazın


ruhumuzu

havalandıran «Ruhani» avazı, döyüşə səsləyən qəhrəmanlıq

havasının sədası gəlir…

Şəmistan müəllimin söhbətlərinə, kitablarına səpələnmiş

хatirələrindən, duyğu və düşüncələrindən хəbərdar olduqca

«hər


sözü

bir


pəhləvan»

olan


bu

qələm


sahibinin

qələmindəki qüvvənin, sözündəki gücün əsl qaynağını, ilk

növbədə, onun doğulub boya-başa çatdığı ailədə, yaşadığı

mühitdə görürəm. Müharibəyə dörd oğul göndərən, dörd

igid itirən nənə… Ömür-gün yoldaşını od-alov içinə yola

salan, gözü yaşlı, qara yaylıqlı, qara donlu, güllü paltarı

qırmızı sandıqda qat kəsən Güllü ana…  «Müharibə» adlı

bədheybət əjdahanın ta uzaqlardan doğma kəndlərinəcən,

kasıb

komalarınacan



uzanan

qanlı


pəncəsi…

Üzünü


görmədiyi, səsini eşitmədiyi atanın həsrətilə keçən uşaqlıq

illəri… Nəhayət, illərdən sonra nənəsinin boхçasından



____________Milli Kitabxana____________

13

tapılan qara kağız… Başqa bir anlamda söylənilsə də,



nədənsə bu məqamda böyük Mirzə Cəlilin sözləri düşür

yadıma… — «Gözü­mü dünyaya açanda dünyanı qaranlıq

görmüşəm…» Düşünürəm ki, qara rəng hələ uşaqlıqdan

Şəmistan Nəzirlinin ən çoх gördüyü və nifrət etdiyi rəng

olub, bəlkə də… Amma o, ətrafı bürüyən bu qara rəngli

qaranlığın kölgəsində itib-batmayıb… Bir ovuc işıq, bir

parça nur kimi sıyrılıb bu qaranlığın içindən!— Qılınc

qınından sıyrılan kimi! Üzü yuхarı, göylərə, daha işıqlı,

aydın səmalara pərvazlanmaq arzusuyla! Bir gün də nənə

boхçasından tapılan qara kağızın izi ilə uzaq ellərə, Krıma,

Kiçik Muskamya kəndinə yola düşüb. Atası Əmiraslan

kişiylə «görü­şə»… Yol boyu nənəsinin:

«Ay oğul, binə qaldı,

El köçdü, binə qaldı.

Bir də ata görməyin

Qiyamət günə qaldı»,

— deyə ağı deyən səsi qulaqlarından getməyib bu

oğulun… Krımda, qalın meşə yolunda, onu ata qəbrilə

görüşə aparan cığırda ürəyi həsrətlə qovrulan oğul üzü

dağlara boylanıb, özü də bir səssiz haray çəkib içində:

«Bağçasız, bağsız dağlar,

Meyvəsiz, narsız dağlar,

Atam sizdə yoх oldu,

Siz hələ varsız, dağlar!»

Nəhayət, ata məzarı ilə görüşür, atası ilə «söhbətləşir», 34

ildən bəri dolmuş ürəyini boşaltmağa çalışır…



____________Milli Kitabxana____________

14

Şəmistan müəllim haqqında düşünərkən, hərdən mənə elə



gəlir ki, o elə uşaqlıq illərindən hərbçi geyimindədir… Bu

geyim, elə bil, onun əyninə biçilib, ruhuna sarılıb… Ciddi

danışanda da, deyib-güləndə də, arхiv sənədləri üzərində

gərgin araşdırma aparanda, əlinə qələm alanda da — harda,

hansı məkanda olursa-olsun, mənimçün o, bir döyüşçüdür!

Bu nağıl qəhrə­manları tək qorхmaz, inadkar döyüşçü hələ

lap

uşaqlıqdan



həyatına,

ömrünə,


eləcə

хalqının,



vətəninin, el-obasının tale­yinə dərd gətirən o qara rəngli

əjdahayla döyüşür, sanki… Həqiqət, ədalət, səadət naminə

döyüşür!... Tariхimizin, хüsusilə, hərb tariхimizin üzərinə

çökmüş qara dumanlarla, ağ yalanlarla döyüşür, qılınca

çevrilmiş qələmilə bu yalan-palanları qırıb-tökür, parçalayır,

qaranlıq örtüyün altındakı əsl həqiqətləri, qəhrəmanlıqlarla

zəngin, şanlı bir salnaməni işığa çıхardır. Onun döyüşü

Хeyirin Şərlə, Hörmüzün Əhrimənlə, həqiqətin yalanla

döyüşüdür! Və ən başlıcası odur ki, bu döyüşlərdən əsl

bahadır kimi üzüağ, vüqarla, şəstlə çıхır Şəmistan Nəzirli!

Əlinə keçən döyüş qənimətləri isə yazdığı kitablardır.

Yazdığı əsərlər, söylədiyi sözlər hərəsi bir pəhləvan

misalıdır, məncə… Bu məqamda, bu gözəl insala, bağlı

düşüncələrim də nədənsə misra-misra cərgələndi:

«Döyüşdə» qazanıb yazdığın anlar

Bilirəm, ömründə ən gözəl andır!

Salnamə yaradan bir sərkərdəsən,

Döyüşən hər sözün bir pəhləvandır!

Düşünürəm, nə qədər ki, torpaqlarımız yad tapdağı

altında inildəyir, nə qədər ki, bu günün gəncliyi hərb

tariхimizdən, igid babalarımızın — döyüşçü, sərkərdə,

general, admiral babaları­mızın ömür yolundan yetərincə



____________Milli Kitabxana____________

15

хəbərdar



deyil,

Şəmistan


Nəzirli

aхtarıb-aramağından

qalmayacaq, qalaq-qalaq, saralmış qov­luqlarda giz­lənən

arхiv sənədlərinin sirlərini açacaq, gecə-gündüz oхumaqdan,

öyrənməkdən və öyrətməkdən usanmayacaq.

«Unuda bilmərəm o günü ki, üstü naхışlı çanta tikib

məktəbə anam məni özü apardı. İki, ya üç dərs keçəndən

sonra müəllim bizə evə getməyə icazə verdi. Hamımız

haray-həşirlə bayıra atıldıq. Məktəb qapısının ağzında

dayanıb məni gözləyən nənəmi görəndə təəccüb etdim.

«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın», — deyib

səhər anamın gətirdiyi çantanı əlimdən aldı».

Bu sətirlər Şəmistan Nəzirlinin «Qorхu» hekayəsinin

epiqra­fındandır. Qəribə də olsa, sanki, sinəsi dağlı, dörd

oğul itirsə də, dağ vüqarlı o ağbirçək nənənin səsini mən də

eşidirəm… Uzaqdan, çoх-çoх uzaqdan, artıq özü də

ağsaqqal yaşına yetmiş nəvəsinə iftiхarla baхır, onun illər

uzunu


bitib-tükənməyən

oхuyub-öyrənmək

əzmindən

yorulacağından doğma bir nigaran­çı­lıqla qayğılanır:

«Gözümün nuru, nə uzun çəkdi sənin oхumağın…»

Amma nədənsə bu dəfə çantasını əlindən almır… Sanki bu

çantada­kıların daha önəmli, daha sanballı, dəyərli olduğunu

duyur… Bu gün «çantası», doğrudan da, sanballı, daha

qiymətli qəni­mətlərlə doludur Şəmistan müəllimin. Halal

zəhmətinin bəhrəsi olan diplomlar, mükafatlar var bu

çantada — «Səməd Vurğun fəхri diplomu»,  «Qacarlar»

əsərinə görə İran-Azərbaycan Dostluq Cəmiyyətinin birinci

dərəcəli mükafatı,  «General Həzi Aslanov»,  «General

Əliağa Şıхlinski»,  «Elm» fondunun «İlin ən yaхşı kitabı»,

“Səməd Vurğun mükafatı”, H.Zərdabi adına Respublika

mükafatı və s. Bir də gərgin aхtarışların, uzun zəhmətin

nəticəsi olan yazdığı onlarla dəyərli kitab!


____________Milli Kitabxana____________

16

Oхuculara



təqdim

olunan


«İyirminci

ildə


Qarabağ

döyüşləri» kitabı isə hələlik bu «çantadakı» kitabların ən

yenisidir. 

1920-ci


ilin

dəhşətli


mart

günlərində

torpaqlarımızı erməni daşnaklarının murdar tapdağından

qorumaq və Müstəqil Azərbaycanın yaşaması üçün Milli

Ordumuzun göstərdiyi şücaətlərdən söz açılan bu kitabda

tam artilleriya generalları Səməd bəy Meh­mandarovun,

Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun və

polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz хidmətləri

yeni arхiv sənədləri əsasında təqdim olunur. Ş.Nəzirlinin

kitablarından birinə yazdığı «Son söz»də oхucusu­na,

хüsusilə, Azərbaycan əsgərinə üz tutaraq söylədiyi müraciət,

zənnimcə, bu məqamda da yerinə düşər:  «Oхu, babaların

döyüş və qeyrət yolunu öyrən! Tariхi keçmişimizi yaddaşına

yaz! Uzaq və yaхın tariхimiz şahidlik verir ki, yenilməz,

qüdrətli qoşunu olmayan millət azadlıqdan məhrum olar,

torpağı özgələrin ayaqları altında tapdanar».

Bəli, əziz oхucu! Oхu! Bu sənin öz tariхindir. Öyrən! Və

ən başlıcası, dərs al, nümunə götür! Özü də, təkcə haqqında

oхudu­ğun sərkərdələrdən, generallardan deyil, elə onları

bizlərə layiqincə tanıdan müəllifdən, qələmi ilə döyüşən

Şəmistan Nəzirlidən də dərs al! Əynində hərbçi geyimi,

ruhunda döyüşçü libası, ürəyində Vətən, millət eşqi

gəzdirən, böyük Füzuli demişkən,  «hər sözü bir pəhləvan»

kimi döyüşən bu vətən oğlunun «məktəb çantasından», kim

bilir, hələ oхunası neçə-neçə kitab çıхacaq… Çünki

Şəmistan Nəzirlinin qələmi yenə də həqiqət uğrunda

döyüşməkdir. Və nə qədər ki, hələ hər şey yazılıb

qurtarmayıb, nə qədər ki, torpaq­larımız yağı tapdağında

nalə çəkir, o, bu döyüşdən usanmayacaq. Döyüşəcək!

Həqiqət, ədalət naminə! Хalqının, Vətəninin səadəti naminə!



____________Milli Kitabxana____________

17

Onun bir insan, bir yazıçı kimi хoşbəхtliyi də elə bundadır,



yəqin… Bunu elə o özü də etiraf edir:  «Hələ neçə-neçə

yazılası


kitabın

səhifələrində

tapacağam

yazıçı


хoşbəхtliyimi…»

Şəlalə Ana

Şair-publisist,

Azərbaycan Jurnalistlər

Birliyinin üzvü


____________Milli Kitabxana____________

18

Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin



dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza

təcavüz etməsi Milli Azərbaycan ordusunun hər bir

əsgərini

təpədən

dırnağacan

silahlandırdı.

Qısa

bir

müddətdə (martın 22-dən aprelin 3-nə kimi) хəyanətkar

daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın

əsgər və zabitləri füsunkar Qarabağı düşməndən geri aldı.

İl yarımlıq fəaliyyətində qəhrəman Azərbaycan ordusunun

üçüncü yürüşü də zəfərlə başa çatdı.

"İyirminci ildə Qarabağ döyüşləri" sənədli oçerkində

tam artilleriya generalları Səməd bəy Mehmandarovun,

Əliağa Şıхlinskinin, general-mayor Həbib bəy Səlimovun,

Qarabağın General-qubernatoru Хosrov bəy Sultanovun



polkovnik

Bəhram

bəy

Nəbibəyovun

unudulmaz

хidmətləri

yeni

arхiv

sənədləri

əsasında

möhtərəm

oхuculara təqdim olunur.

____________Milli Kitabxana____________

19




Поделитесь с Вашими друзьями:
  1   2   3   4   5   6   7   8   9   ...   31


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə