GENERAL-MAYOR
ƏSƏDULLA BƏY YADİGAROV
İnsan üçün böyük dərslərin biri də tarixdir.
Cəlil Məmmədquluzadə
Coxsaylı Yadigaroğulları arasında ömür yolunu müfəssəl öyrəndiyimiz şəxslərdən biri də
Əsədulla bəy Yadigarovdur. Nizami orduda otuz iki illik xidmətdən sonra 1895-ci il oktyabrın
on ikisində ona general-mayor rütbəsi verilmişdir.
XIX əsrin ortalarında Peterburqun zadəgan dairələrində bəy nəslindən olan
Yadigaroğulları - general-mayor İsrafil bəy, saray müşaviri Ağa bəy Yadigarov və onların bibisi
oğlu, görkəmli şərqşünas-alim Mirzə Cəfər Topçubaşov (1784-1869) xüsusi hörmətə malik
idilər. Xüsusilə Mirzə Cəfər qohumlarının təlim-tərbiyəsinə və təhsil almalarına daha çox qayğı
göstərirdi.
1844-cü il dekabrın iyirmisində Borçalı mahalının Təkəli kəndində anadan olan Əsədulla
bəy Yadigarovu qohumu Mirzə Cəfər Topçubaşov Peterburqa aparır.
Daha sonra on altı yaşlı Əsədulla bəyi Peterburq yaxınlığındakı Pavlov kadet korpusuna
oxumağa qoyur. Hərbi məktəbi müvəffəqiyyətlə bitirən kornet Əsədulla bəy 1863-cü il iyunun
12-dən Əlahiddə Qafqaz Ordusunun piyada qoşunlarında xidmətə başlamışdır. İki il sonra -
1865-ci il fevralın 9-da 21 yaşlı Əsədulla bəy Yadigarova poruçik rütbəsi verilmişdir.
Gürcüstan Mərkəzi Dövlət Arxivindəki 1899-cu ilə məxsus “Qafqaz Hərbi Dairəsində
xidmətdə olan generalların və zabitlərin siyahısı” kitabında göstərilir ki, gənc zabit əla xidmətinə
gorə səxavətlə təltif olunmuşdur. O, 1866-cı il martın 12-də Ştab-rotmistr rütbəsinə və iki il
sonra üçüncü dərəcəli Muqəddəs Stanislav ordeni”nə layiq görülmüşdür. 1873-cü il yanvarın 16-
da şəxsi raportu ilə mülki xidmətə keçən ştab-rotmistr Ə.Yadigarov 4 ii ordudan uzaqlaşmışdır.
1877-ci ilin əvvəllərində Türkiyə ilə Rusiya arasında son dərəcə kəskin vəziyyət yarandı.
Çar Rusiyası Qara dəniz boğazlarının açılmasını Türkiyədən israrla tələb edir və üstəlik də
Balkanlarda öz nüfuzunu gücləndirmək üçün fəal siyasət yeridirdi. Nəhayət bu
qığılcımlardan alov törədi. Aprelin iyirmi dördündə Rusiya rəsmən Türkiyəyə müharibə elan
etdi.
Mayın iyirmi üçündə yenidən orduya çağrılan podpolkovnik Əsədulla bəy Yadigarov
Qafqazın Gəncə, Bakı, Zaqatala Qazax bölgələrində cəbhə üçün nizami süvari dəstələri təskil
etməyə ezam olundu. İki aydan çox cəbhə üçün araba, furqon, qoşqu atı toplanmasına çalışdı.
Gəncənin və Qarabağın bəy-xan oğullarından iki yüz nəfərlik könüllü müsəlman süvari dəstəsi
yaradıb özü ilə cəbhəyə apardı. Balkanlardakı hərbi əməliyyatlarda iştirak edən podpolkovnik
Əsədulla bəy Yadigarov döyüş qabiliyyətinə görə üçüncü dərəcəli “Müqəddəs Anna” (qılınc və
bantla birgə) və dördüncü dərəcəli “Müqəddəs Vladimir” (qılınc və bantla birgə) ordenlərilə
təltif olundu.
Müharibədən sonra da Qafqazdakı nizami orduda nümunəvi zabit kimi xidmət edən
Əsədulla bəy məsul hərbi vəzifələrdə çalışmışdır. O, 1881-ci il mayın otuzunda Qafqaz Hərbi
Teleqraf parkının komandiri, 1883-cü il aprelin 13-də isə Qafqaz sanitar batalyonunun komandiri
təyin olunmuşdur. Həmin ilin mayın 18-də qüsursuz xidmətinə görə Əsədulla bəy Yadigarova
polkovnik rütbəsi verilmişdir.
1889-cu il oktyabrın on altısında polkovnik Əsədulla bəyə daha məsul vəzifə
tapşırılmışdır. O, Əlahiddə Qafqaz Ordusu komandanının əmrilə yetmiş səkkizinci Navahı
alayının komandiri təyin olundu. 1895-ci il oktyabrın on ikisində isə polkovnik Əsədulla bəy
Yadigarova piyada qoşunları üzrə general-mayor fəxri rütbəsi verilmişdir. Omrünün otuz iki ilini
nizami orduda şərəflə xidmət edən general Əsədulla bəyin təltifat kitabçasında onun kavaler
ordenlərinə layiq olduğu göstərilir. O, “Müqəddəs Stanislav” ordeninin üç dərəcəsilə (1874,
1883, 1898-ci illərdə), “Müqəddəs Vladimir” ordeninin üçüncü və dördüncü dərəcəsi ilə (1879
və 1893-cü illərdə), “Müqəddəs Anna” ordeninin ikinci, üçüncü dərəcəsilə, qılınc və bantla
birgə (1877, 1889-cu illərdə) təltif olunmuşdur. 1884-cü ildə isə Əlahəzrət imperatorun şəxsi
təşəkkürünə layiq görülmüşdür.
Üç hərbi yürüşün - 1869, 1871 və 1877-78-ci illər - fəal iştirakçısı olan general-mayor
Əsədulla bəy Yadigarov 1897-ci ıldə Danimarkanın “Danevorq fəxri süvari xaç ordeni” ilə,
1898-ci ildə birinci dərəcəli “Buxara Qızıl Ulduzu” və 1889-cu ildə İranın ikinci dərəcəli “Şire-
Xorşid” ordeni ilə təltif olunmuşdur. Gürcüstan Mərkəzi Dövlət Arxivinin hərbi sənədlərində
general-mayor Əsədulla bəy Yadigarovun 1901-ci ildə Tiflisdə vəfat etdiyi göstərilir. 1904-cü
ildə Tiflisdə nəşr olunmuş “Qafqaz Hərbi Dairəsində generalların və yüksək rütbəli zabitlərin
siyahısı” kitabında eloğlumuz general-mayor Əsədulla bəy Yadigarovun adı ölümündən sonra da
fəxri kavaler zabiti kimi saxlanılmışdır.
Dostları ilə paylaş: |