Sənəd Kodu Yeniləmə No Hazırl. Tarixi



Yüklə 112.79 Kb.
tarix29.07.2017
ölçüsü112.79 Kb.

Doktorant və dissertantlar üçün



Yaddaş kitabçası

Sənəd Kodu

Yeniləmə No

Hazırl. Tarixi

Səhifə No

: ST\02

: 00


: /






1. ÜMUMİ MÜDDƏALAR
1.1. Bu Qaydalar Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydalarının təsdiq olunması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 129№-li 2010-cu il 01 iyul tarixli qərarı ilə tənzimlənir.

1.2. Bu Qaydalar Azərbaycan Respublikasının doktorantura təhsilinin məzmun və təşkilini əks etdirən ümumi normalar məcmusudur.

1.3. Doktorantura hazırlığı ali təhsilin üçüncü səviyyəsidir və Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş doktorantura ixtisaslarının (proqramlarının) təsnifatına uyğun müvafiq ixtisaslar üzrə geniş profilli alim və mütəxəssis hazırlığının həyata keçirilməsini təmin edir.

1.4. Doktoranturada təhsil fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə həyata keçirilir.

1.5. Doktoranturada təhsilalma əyani (istehsalatdan ayrılmaqla) və qiyabi (istehsalatdan ayrılmamaqla) formalar üzrə həyata keçirilir.

1.6. Doktorantura təhsilini həyata keçirən ali təhsil müəssisələri və elmi təşkilatlar elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır.

1.7. Doktoranturada təhsil dövlət hesabına və ya ödənişli əsaslarla həyata keçirilir.

1.8. Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 il, dissertantlıq yolu ilə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq yolu ilə 5 ildir.

1.9. Doktorantura təhsilinin əsas məqsədi təhsil sahəsində dövlət siyasətinə uyğun olaraq, eləcə də cəmiyyətin və əmək bazarının tələbi nəzərə alınaraq, müxtəlif elm sahələri üzrə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanmasıdır.
2. DOKTORANTLARIN HAZIRLIĞI (Fəlsəfə doktoru proqramı üzrə)
2.1. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:


  • ərizə (rektorun adına);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;

  • tərcümeyi-hal;

  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

  • iş yerindən xasiyyətnamə;

  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;

  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;

  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması haqqında şəhadətnamə);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

2.2. Doktoranturanın (keçmiş aspiranturanın) tam kursunu bitirən şəxs eyni ixtisas üzrə təkrarən doktoranturaya qəbul oluna bilməz.

2.3. Sənədlərin qəbulu forması, qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində qəbulu həyata keçirən müəssisə tərəfindən müvafiq elan verilir.

2.4. Doktoranturaya qəbul ali təhsil müəssisələri tərəfindən müəyyən edilən müddətlərdə hər il keçirilir.

2.5. Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin (və ya elmi işlər üzrə müavininin) sədrliyi ilə qəbul komissiyası yaradılır. Qəbul komissiyası fakültə, kafedra, şöbə, bölmə, laboratoriya rəhbərlərindən, aparıcı əməkdaşlardan və bir qayda olaraq, doktorantların nəzərdə tutulan rəhbərlərindən təşkil olunmalıdır.

2.6. Doktoranturaya qəbul olmaq istəyən şəxslərin ixtisas uyğunluğu qəbul komissiyası tərəfindən müəyyən edilir.

2.7. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və rəhbərliyi həyata keçirmək barədə razılıq və ya imtina qərarını yazılı surətdə qəbul komissiyasına təqdim edir. İmtina olunduğu halda digər elmi rəhbər təklif edilir.

2.8. Qəbul komissiyası nəzərdə tutulan rəhbərin rəyi və təqdim edilən digər sənədlər əsasında imtahanlara buraxılmaq haqqında qərar qəbul edir və bu barədə bir həftədən gec olmayaraq iddiaçıya bildiriş göndərir. Bildiriş doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsi və elmi təşkilat rəhbərləri tərəfindən imzalanır və bu bildiriş iş yerindən məzuniyyət almaq hüququ verir.

2.9. Doktoranturaya qəbul olmaq istəyənlər aşağıdakı fənlər üzrə qəbul imtahanları verirlər:



  • İxtisas fənni,

  • Xarici dili (rus dili istisna olmaqla, seçim sərbəstdir);

  • Fəlsəfə (magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində)

2.10. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır.

2.11. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin rektoru tərəfindən yaradılan komissiya həyata keçirir. Komissiyanın tərkibində müvafiq ixtisas üzrə ən azı iki elmlər doktoru və ya professor olmalıdır. Nəzərdə tutulan rəhbərlər də komissiyanın üzvü ola bilərlər.

2.13. Bərabər ballar toplandığı halda, müsabiqədə ixtisas fənnindən daha yüksək qiymət alan və çap edilmiş elmi əsərləri olan şəxslərə üstünlük verilir.
Dissertasiya mövzuları və elmi rəhbərlər haqqında qərar

2.14. Ali təhsil müəssisələri və elmi təşkilatların elmi şuraları doktorantların dissertasiya mövzularını və elmi rəhbərlərini onların qəbul komissiyaları tərəfindən doktoranturaya qəbul olunmaları haqqında qərar qəbul etdikləri gündən 1 aydan gec olmamaq şərtilə təsdiq edir.


2.15. Doktoranturaya qəbul haqqında qərarın (əmrin) surəti doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunmuş şəxs ilə işəgötürən arasında olan əmək müqaviləsinə xitam vermək üçün əsasdır.

2.16. Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçası doktoranturaya qəbul olunduğu müəssisəyə və ya elmi təşkilata təqdim edilir.

2.17. Müxtəlif ixtisasları əhatə edən mövzular üzrə elmi tədqiqatlar apararkən doktoranta iki elmi rəhbər, yaxud rəhbər və məsləhətçi təyin oluna bilər. Onlardan biri fəlsəfə doktoru (elmlər namizədi) ola bilər.

2.18. Elmlər doktoru olan bir elmi rəhbərə təhkim olunan doktorantların sayı 5 nəfərdən artıq olmamaq şərtilə, ali təhsil müəssisəsi və elmi təşkilatların elmi şuraları tərəfindən müəyyən olunur və rəsmiləşdirilir.

2.19. Doktoranturada təhsil müddətində doktorant ali təhsil müəssisəsinin elmi şurası tərəfindən təsdiq edilmiş fərdi iş planı əsasında fəaliyyət göstərir.


Doktorantın təhsil müddətində vəzifələri:
2.20. Doktorant təhsil müddətində:

  • Peşə biliklərinə dərindən yiyələnməli;

  • Müstəqil elmi tədqiqat işi aparmaq vərdişləri əldə etməli;

  • Elmi tədqiqatlar aparmaq metodologiyasını mənimsəməli;

  • Fərdi iş planını tam yerinə yetirməli;

  • İxtisas fənnindən (həmçinin ixtisas uyğunluğu nəzərə alınmaqla, digər fəndən), informatikadan və xarici dildən doktorluq imtahanlarını verməli;

  • Elmi tədqiqatlarının nəticələrini əks etdirən məqalələr dərc etdirməli;

  • Elmi tədqiqatlarının nəticələrini aprobasiya etdirməli;

  • Elmi tədqiqat işini bitirməlidir.

2.21. Doktorant fərdi iş planının yerinə yetirilməsi barədə vaxtaşırı şöbə, bölmə, kafedra, laboratoriya iclaslarında hesabat verir.

2.22. Doktorantlar dissertasiya mövzusu üzrə tədqiqat işi aparmaq üçün ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi işçiləri ilə bərabər kitabxanadan, laboratoriyadan, mövcud avadanlıqlardan istifadə etmək, ezamiyyətlərə, o cümlədən, xarici ölkələrə getmək, ekspedisiyalarda iştirak etmək hüququna malikdirlər.


Doktorantların və dissertantların attestasiyası
2.23. Doktorantlar və dissertantlar ildə bir dəfədən az olmamaq şərtilə, ali təhsil müəssisələri və elmi təşkilatlar tərəfindən təsdiq olunmuş attestasiya haqqında əsasnamələrə uyğun olaraq, attestasiyadan keçməlidirlər. Attestasiyanın keçirilmə müddəti ali təhsil müəssisəsi və elmi təşkilatların rəhbərləri tərəfindən müəyyən edilir. Doktorantın növbəti tədris ilində təhsilini davam etdirməsi attestasiyanın nəticəsinə əsasən müəyyən edilir.

2.24. Ali təhsil müəssisələrinin və elmi təşkilatların elmi şuralarında doktorantların elmi rəhbərlərinin vaxtaşırı hesabatları dinlənilir.

2.25. Doktoranturada fərdi iş planını yerinə yetirən və elmi-tədqiqat işini bitirən şəxslər “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq üçün dissertasiya işinin müdafiəsinə buraxılırlar.

2.26. Doktoranturada təhsil doktorantın (dissertantın) fərdi iş planı əsasında həyata keçirilir. Bu planın nümunəsi Doktorantura şöbəsi tərəfindən verilir və üç aydan gec olmayan müddət ərzində doktorant (dissertant) və onun elmi rəhbəri tərəfindən bütöv təhsil müddəti üçün tərtib edilir və lazımi imzalar təmin edilərək Doktorantura şöbəsinə verilir.

2.27. Doktorant və dissertantların attestasiyası ildə bir dəfə dekabr ayında keçirilir. Attestasiyanın keçirilməsində məqsəd doktorant və dissertantın fərdi iş planında cari il üçün nəzərdə tutulmuş fəaliyyətinin dəyərləndirilməsidir.

2.28. Attestasiyanın keçirilməsi üçün doktorant (dissertant) Doktorantura şöbəsindən Fərdi iş planını götürür, attestasiya olunan il üçün yerinə yetirdiyi işlər haqqında lazımi qeydləri aparır və kafedraya təqdim edir. İllik təhsil haqqını ödəməyən doktorant və dissertantlar attestasiyaya buraxılmır. Bu haqqda kafedralar doktorantura şöbəsi tərəfindən məlumatlandırılır.

2.29. Doktorant (dissertant) elmi rəhbərinin də iştirak etdiyi kafedra iclasında cari il ərzində yerinə yetirdiyi işlər haqqında hesabat verir və fərdi iş planında nəzərdə tutulan işlərin nəticələrini təqdim edir. Doktorant (dissertant) eyni zamanda sonrakı il üçün iş planı haqqında məlumat verir. Elmi rəhbər isə hesabat müddəti ərzində doktorantın (dissertantın) fəaliyyətinə qiymət verməlidir. Attestasiya keçirildikdən sonra fərdi iş planı imzalanır və kafedranın müzakirə protokolundan çıxarışla birlikdə Doktorantura şöbəsinə təqdim edilir. Kafedra tərəfindən attestasiya aşağıdakı kimi qəbul edilir:


  • Attestasiya olunsun (nəzərdə tutulan işlər tam həcmdə yerinə yetirilib və növbəti ildə təhsilini davam etdirməsi tövsiyə olunur).

  • Şərti olaraq attestasiya olunsun (nəzərdə tutulan işlərin müəyyən hissəsi yerinə yetirilib və kafedra tərəfindən müəyyən edilmiş müddət ərzində tam həcmdə yerinə yetirilməsi tələb edilir).

  • Attestasiya olunmasın (üzürlü olmayan səbəbdən nəzərdə tutulan işlər yerinə yetirilməmişdir).

 2.30. Doktorantın (dissertantın) fərdi iş planının yerinə yetrilməsinə kafedra tərəfindən müntəzəm olaraq nəzarət edilir. Attestasiyanın keçirilmə qrafiki kafedra rəhbərliyi ilə razılaşdırılaraq doktorantura şöbəsi tərəfindən hazırlanır və doktorant və dissertantlara qabaqcadan bildirilir.

2.31. Ali təhsil müəssisələrinin və elmi təşkilatların rəhbərləri doktorantlara fərdi iş planının yerinə yetirilməsində, zəruri avadanlığın, həmçinin elmi tədqiqat işinin mövzusu ilə bağlı materialların əldə edilməsində yardım göstərməlidirlər.



Qeyd: Attestasiya adətən hər il dekabr ayında keçirilir. Attestasiya doktorantın (dissertantın)  təhkim olunduğu kafedrada keçirilir. Doktorant (dissertant)  və onun elmi rəhbəri cari il üçün nəzərdə tutulan planın yerinə yetirilməsi haqqında hesabat verir və növbəti il üçün nəzərdə tutulan elmi fəaliyyəti haqqında iclas iştirakçılarına məlumat verir. Attestasiyanın nəticəsi kafedranın

iclas protokolunda əksini tapmalıdır. Kafedranın iclas protokolundan çıxarış və doktorantın hesabatı doktorantura şöbəsinə təqdim olunmalıdır.

Üzürsüz səbəblərə görə fərdi iş planını yerinə yetirməyən, təhkim olunduğu kafedra ilə əlaqə saxlamayan şəxs attestasiyadan keçməmiş hesab olunur və doktoranturadan xaric olunur.

Doktorantların mükafatlandırılması və elmi-pedaqoji işlərə cəlb olunması
2.27. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir. Fərdi iş planını müvəffəqiyyətlə yerinə yetirən doktorantlara müxtəlif adlı təqaüdlər və ya ali təhsil müəssisələrinin və elmi təşkilatların daxili imkanları hesabına əlavə ödənişlər təyin oluna bilər.

2.28. Əyani təhsil alan doktorantlar elmi rəhbərin razılığı ilə təhsil aldıqları ali təhsil müəssisəsi və elmi təşkilatda 0,5 ştat vahidi ilə müvafiq elmi və ya elmi-pedaqoji işlərə cəlb oluna bilərlər.


3. DOKTORANTLARIN HAZIRLIĞI (Elmlər doktoru proqramı üzrə)
3.1. Elmlər doktoru proqramı üzrə doktoranturaya seçdikləri sahədə elmi və ya elmi-pedaqoji nailiyyəti olan, fundamental tədqiqatları yüksək səviyyədə aparmağa qadir və “Fəlsəfə doktoru” (elmlər namizədi) elmi (alimlik) dərəcəsi olan Azərbaycan Respublikasının vətəndaşları qəbul edilirlər.

3.2. Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:



  • ərizə (doktoranturanın fəaliyyət göstərdiyi müəssisənin və yaxud təşkilatın rəhbərinin adına);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;

  • tərcümeyi-hal;

  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

  • iş yerindən xasiyyətnamə;

  • əmək kitabçasından çıxarış;

  • çap olunmuş elmi işlərin siyahısı;

  • “Fəlsəfə doktoru” və ya “Elmlər namizədi” elmi (alimlik) dərəcəsi diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

3.3. Ali təhsil müəssisəsinin, elmi təşkilatın elmi şurası “Elmlər doktoru” elmi dərəcəsinə iddiaçı haqqında müvafiq şöbə, bölmə, kafedra və ya laboratoriyanın təqdimatı əsasında

doktoranturaya qəbul, dissertasiyanın mövzusu, fərdi iş planı və elmi məsləhətçisi (məsləhətçilər) haqqında qərar qəbul edir. Həmin qərar ali təhsil müəssisələrinin və elmi təşkilatların fəaliyyətini tənzimləyən nizamnaməyə (əsasnaməyə) uyğun olaraq rəsmiləşdirilir.

3.4. Elmi məsləhətçiyə qanunvericiliklə müəyyən edilmiş qaydada əməkhaqqı ödənilir.
3.5. Zəruri hallarda doktorantlar aparıcı elmi mərkəzlərə (o cümlədən, xaricdə yerləşən) ezam oluna bilərlər. Ezamiyyət xərcləri qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilir.

3.6. Doktorantlar hər il ali təhsil müəssisəsi və elmi təşkilatın elmi şurasına fərdi iş planının yerinə yetirilməsi haqqında hesabat verir və həmin hesabat əsasında onun doktoranturada təhsilini davam etdirməsi barədə qərar qəbul olunur.

3.7. Doktorant təhsil müddəti ərzində dissertasiya işini başa çatdırmalı, aprobasiyasını keçirməli və müəyyən olunmuş qaydada onu müdafiəyə təqdim etməlidir.

3.8. Dövlət hesabına əyani təhsil alan doktorantlara qanunvericiliklə müəyyən olunmuş məbləğdə təqaüd ödənilir və hər il məzuniyyət verilir.




4. DİSSERTANTLIQ YOLU İLƏ YÜKSƏKİXTİSASLI ELMİ VƏ ELMİ-PEDAQOJİ KADRLARIN HAZIRLANMASI
4.1.Dissertantlıq yolu ilə yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsil müəssisələrində, elmi və digər təşkilatlarda çalışan mütəxəssislərin istehsalatdan ayrılmamaqla elmi dərəcənin alınması üçün təhkim olunmaqla dissertasiya işinin yerinə yeti­ril­məsini təmin edir.

4.2.Dissertantlıq yolu ilə “Fəlsəfə doktoru” elmi dərəcəsi almaq hüququna ali təhsilli (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutu­lan, tibbi təhsildə isə həkim və həkim-mütəxəssis), müvafiq tədqiqat sahəsində müəyyən müvəffəqiyyətləri olan ali təhsil müəssisələ­rinin, elmi və digər təşkilatların elmi və elmi-pedaqoji kadrları malikdirlər.

4.3. «Elmlər doktoru» elmi dərəcəsinin dissertantlıq yolu ilə alınması üçün «Fəlsəfə doktoru» (elmlər namizədi) elmi dərəcəsinin olması əsas şərtdir. 

4.4. Dissertantlıq yolu ilə təhsil müddətini başa vuran şəxslər eyni ixtisas üzrə təkrar dissertant olmaq hüququna malik deyillər.

4.5. Doktoranturada tam təhsil müddətini başa vurmuş şəxslər eyni ixtisas üzrə dissertantlıq yolu ilə təhsil almaq hü­qu­quna malik deyillər.

4.6. Dissertant kimi təhkim olunmaq istəyən şəxslər, bir qayda olaraq, elmi və elmi-pedaqoji iş stajına malik olmalıdırlar.

4.7. Dissertantlıq yolu ilə təhsil almaq üçün aşağıdakı sənəd­lər təqdim edilir:


  • ərizə (dissertantura təhsilini həyata keçirən müəssisənin və yaxud təşkilatın rəhbərinin adı­na);

  • kadrların şəxsi-qeydiyyat vərəqi;

  • tərcümeyi-hal;

  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);

  • iş yerindən xasiyyətnamə;

  • əmək kitabçasından çıxarış;

  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat (fəlsəfə doktoru hazırlığı üzrə);



  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərinin tanınması haqqında şəhadətnamə);

  • «Elmlər doktoru» elmi dərəcəsi iddiaçısı üçün fəlsəfə doktoru (elmlər namizədi) diplomunun müvafiq qaydada təsdiq edilmiş surəti;

  • çap olunmuş elmi əsərlərin siyahısı (elmlər doktoru hazırlığı üzrə);

  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

4.8.Ali təhsil müəssisəsinin və elmi təşkilatın elmi şurası müvafiq şöbə, bölmə, ka­fedra və ya laborato­ri­yanın təqdimatı əsasında iddiaçının dissertant təhkim olunması, onun dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi) haqqında qə­rar qəbul edir. Rektorun razılığı əsasında al itəhsil müəssisəsi və ya elmi təş­kila­tın rəhbəri iddiaçının təhkim olunması haqqında əmr verir.

4.9 «Fəlsəfə doktoru» və «Elmlər doktoru» elmi dərəcəsi üzrə dokto­ran­turada təh­sil alan şəxslərin hüquq və vəzifələri dissertantlıq yoluilə təhsilalan şəxslərə (doktorantlara) də şamiledilir.

4.10 «Fəlsəfə doktoru» elmi dərəcəsi üzrə disser­tantlıq yolu ilə təhsil alan şəxslər müəyyən olunmuş qaydada ixtisas fənnindən, fəlsəfə, in­­for­matika və xarici dildən, həmçinin ixtisas uyğunluğu nəzərə alın­maqla, digər fəndəndə doktorluq im­ta­han­ları verirlər.

4.11.Dissertantlıq yolu ilə təhsilalan hər bir şəxsin elmi rəhbərlərinə və məsləhətçilərinə qanunvericiliklə müəyyənedilmiş qaydada əmək haqqı ödənilir.

4.12.Dissertasiya işini tamamlamaq məqsədi ilə fəlsəfə doktoru və elmlər doktoru proqramları üzrə dissertant təhkim olunmuş şəxslərə Elmi Şuranın qərarına əsasən iş yerindən qanunvericilikdə müəyyən edilmiş müddətə yaradıcılıq məzuniyyəti verilir.

 

5. FƏLSƏFƏ DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM EDİLMİŞ DİSSERTASİYA İŞLƏRİNƏ QOYULAN TƏLƏBLƏR
Fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş dissertasiya iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:


  • Dissertasiyada müvafiq elm sahəsi üçün böyük əhəmiyyət kəsb edən hər hansı məsələnin yeni həlli təklif olunur;

  • Böyük tətbiqi əhəmiyyəti olan iqtisadi, texniki və texnoloji işləmələrin təkmilləşdirilmiş elmi şərhi verilir.


6. ELMLƏR DOKTORU ELMİ DƏRƏCƏSİ ALMAQ ÜÇÜN TƏQDİM EDİLMİŞ DİSSERTASİYA İŞLƏRİNƏ QOYULAN TƏLƏBLƏR
Elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim edilmiş elmlər doktoru dissertasiyası iddiaçının müstəqil elmi işi olaraq aşağıdakı tələblərdən birinə cavab verməlidir:


  • İddiaçının apardığı elmi-tədqiqatlar və araşdırmalar mühüm sosial-mədəni və ya iqtisadi əhəmiyyət kəsb edən yeni və böyük elmi problemin həllini təmin edir;

  • Dissertasiya işində müvafiq elmi sahənin perspektiv inkişafı üçün böyük nailiyyət hesab edilə bilən yeni nəzəri müddəalar işlənib hazırlanır;




  • Elmi-texniki tərəqqini sürətləndirməyə əhəmiyyətli töhfə verən, elmi cəhətdən əsaslandırılmış iqtisadi, texniki və texnoloji işləmələr həll olunur;

  • İddiaçı fəlsəfə doktoru dissertasiyasının müdafiəsinə çıxardığı elmi müddəaları və nəticələri elmlər doktoru dissertasiyasının müdafiəsinə çıxara bilməz.


7. DİSSERTASİYALARIN ƏSAS ELMİ NƏTİCƏLƏRİNİN NƏŞRİ

Dissertasiyaların əsas elmi nəticələri onun ilkin ekspertizasına qədər Azərbaycan Respublikasının elmi nəşrlərində və xarici ölkələrin nüfuzlu (beynəlxalq elmi ictimaiyyət tərəfindən birmənalı olaraq qəbul olunmuş elmi- praktiki) elmi nəşrlərində dərc olunmalıdır.

İddiaçıların fəlsəfə doktoru dissertasiyalarının nəticələrinə dair ən azı beş, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda bir, elmlər doktoru dissertasiyalarının nəticələrinə dair isə ən azı iyirmi, o cümlədən xarici ölkələrdə nəşr olunan nüfuzlu jurnallarda humanitar və ictimai elmlər üzrə üç, təbiət elmləri üzrə isə altı məqaləsi dərc edilməlidir. Elmlər doktoru dissertasiyalarının müdafiəsi üçün iddiaçıların ümumiləşdirici işlərinin, humanitar və ictimai elmlər üzrə isə monoqrafiyanın olması zəruridir.

Dissertasiyanın əsas elmi nəticələrini əks etdirən dərc olunmuş işlərə, əlavə olaraq ixtiralar haqqında müəlliflik şəhadətnamələri, sənaye nümunələri və patentlər, ümumrespublika və beynəlxalq konfrans və simpoziumların nəticələri üzrə dərc olunmuş məruzə və tezislər, elektronelmi nəşrlər də aiddir.Ümumrespublika konfrans və simpoziumlarının nəticələri üzrə dərc olunmuş məruzə və tezislərə, habelə elektron nəşrlərə dair tələblər komissiya tərəfindən müəyyən edilir.


8. DİSSERTASİYALARIN TƏRTİBİ QAYDALARI


  • Dissertasiyanın strukturu:

  • Üz vərəqi;

  • Mündəricat;

  • İxtisarların siyahısı (dissertasiyada varsa);

  • Giriş;

  • Əsas hissə (dissertasiyanın məzmunu);



  • Nəticə;

  • İstifadə edilmiş ədəbiyyat;

  • Əlavələr;

Dissertasiya çap olunarkən qeyd olunan ardıcıllıq gözlənilməlidir. Kompyuterdə dissertasiyaların mətni Times New Roman -14 şriftləri ilə çap olunmalıdır. Dissertasiyanın mətni
boş sahələrin göstərilən ölçüləri gözlənilməklə çap edilir: sol boş sahə – 30 mm, sağ – 10 mm, yuxarı və aşağı –20 mm. Elmlər doktoru dissertasiyasının həcmi 200-250 səhifə, fəlsəfə doktoru dissertasiyasının həcmi 100-150 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr və ədəbiyyat siyahısı istisna olmaqla) olmalıdır. Humanitar elmlər üzrə dissertasiyanın həcmi 20-30% artıq ola bilər.

9. DİSSERTASİYANIN AVTOREFERATI
Avtoreferatda dissertasiyanın əsas ideyaları və nəticələri şərh olunmalı, onun yenilik dərəcəsi və tədqiqatın nəticələrinin elmi və praktiki əhəmiyyəti, aparılan tədqiqatlarda müəllifin şəxsi töhfəsi göstərilməlidir.

Elmlər doktoru dissertasiyasının avtoreferatı iki çap vərəqi (32 səhifə), fəlsəfə doktoru dissertasiyasının avtoreferatı isə bir çap vərəqi (16 səhifə) həcmində (əsərlərin siyahısı və xülasələr istisna olmaqla), mətni A5 formatda (210x148 mm) boş sahələrin ölçüləri gözlənilməklə çap edilir: sol, sağ, yuxarı – 15 mm, aşağı boş sahə – 20 mm; sətirlərarası interval – 1, şriftin ölçüsü – 11 olmalıdır. Avtoreferatın çapı zamanı “Dissertasiyaların tərtibi qaydaları”nda nəzərdə tutulmuş şriftlərdən istifadə olunmalıdır.


10. AZƏRBAYCAN RESPUBLİKASINDA DİSSERTASİYALARIN

ƏSAS NƏTİCƏLƏRİNİN DƏRC OLUNMASI TÖVSİYƏ EDİLƏN
Dövri elmi nəşrlərin siyahısı(İqtisad elmləri üzrə):
1. AMEA-nın Məruzələri - AMEA

2. AMEA-nın Xəbərləri. Iqtisadiyyat elmləri seriyası-AMEA

3. AMEA İqtisadiyyat İnstitutunun Elmi Əsərlər Toplusu-AMEA İqtisadiyyat İnstitutu

4 Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun Elmi Əsərləri- Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutu

5 Bakı Universitetinin Xəbərləri. Sosial-siyasi elmlər seriyası- Bakı Dövlət Universiteti

6 Naxçıvan Dövlət Universiteti. Elmi Əsərlər. İctimai elmlər seriyası/ Naxçıvan Dövlət Universiteti

7 Azərbaycan Aqrar Elmi-Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi

8 The Journal of Economic Sciences: theory and practice (ingilis dilində)- Azərbaycan Dövlət

İqtisad Universiteti

9 Dirçəliş –XXI əsr Azərbaycan Dövlət Quruculuğu və Beynəlxalq Münasibətlər İnstitutu

10 AMEA-nın Xəbərləri. Elm və innovasiya seriyası- AMEA

11 Audit / Bakı Biznes Universiteti

12 Əmək və Sosial Problemlər Azərbaycan Respublikası/ Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək və Sosial Problemlər üzrə Elmi Tədqiqat və Tədris Mərkəzi

13 Odlar Yurdu Universitetinin Elmi və Pedaqoji Xəbərləri Odlar Yurdu Universiteti

14 Azərbaycanın Vergi Jurnalı Azərbaycan Vergilər Nazirliyi

15 İpək Yolu / Azərbaycan Universiteti

16 Journal of Qafqaz University. Economics and Administration Qafqaz Universiteti

17 Azərbaycan Neft Təsərrüfatı// Azərbaycan Respublikası Dövlət Neft Şirkəti

18 AMEA Naxçıvan Bölməsinin Xəbərləri. İctimai və humanitar elmlər seriyası// AMEA Naxçıvan Bölməsi

19 Beynəlxalq hüquq və inteqrasiya problemləri// Bakı Dövlət Universiteti. Geostrategiya “Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi

21 Maliyyə və uçot Аzərbaycan Рespublikası Maliyyə Nazirliyi və Redaksiyanın əmək kollektivi

22 Kooperasiya // Azərbaycan Kooperasiya Universiteti

23 Gənc Alimlərin Əsərləri AMEA Gənclərin İntellektual İnkişaf Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər

Cəmiyyəti.

24.Gənc tədqiqatçıların AMEA və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş respublika elmi konfranslarının materialları.

25.Beynəlxalq və respublika miqyaslı simpozium, elmi konfrans və digər mühüm elmi tədbirlərin materialları.



Dövri elmi nəşrin redaksiyasına doktorant və dissertantlardan həmin elmi nəşrdə məqalələrin dərc olunması üçün rüsum alınmasına icazə verilmir (Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlər qarşısında qoyulan tələblər).
Qeyd: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Web of Science bazasının (www.thomsonreuters.com) üç sitatgətirmə sistemindən hər hansı birinə daxil olan jurnalları birmənalı şəkildə nüfuzlu xarici elmi jurnallar hesab edir:

  • Science Citation Index Expanded (dəqiq, təbiət və texniki elmlər üzrə baza);

  • Social Science Citation Index (sosial elmlər üzrə baza);

  • Arts and Humanities Citation Index (incəsənət və humanitar elmlər üzrə baza).



Alqoritm




YOL XƏRİTƏSİ

İcraçılar

Tənzimləyən sənəd

Qeydlər

Məsul

Icraçı

Məlumatlandırılan

Şəxs

2

3

5

6

7

1.Doktoranturaya və dissertanturaya sənədlərin qəbulu qaydaları, qəbul planı və imtahanların keçirilmə müddəti haqqında kütləvi informasiya vasitələrində elanın verilməsi



İ.Ə.Ş

TN tərəfindən təsdiq olunmuş layihə




2.Sənədlərin qəbulu və müsabiqənin keçirilməsi üçün rektorun əmri ilə qəbul komissiyasının yaradılması



Rektor

Əmr




3.Doktoranturaya və dissertanturaya müraciət edənlərin sənədlərinin araşdırılması və ixtisas uyğunluğunun müəyyənləşdirilməsi

QK

------

Protokol




4.Təqdim edilən sənədlərin əsasında qəbul komissiyasının imtahanlara buraxılmaq haqqında qərarının iddiaçılara bildirilməsi



İddiaçı

Protokol




5.Müvafiq ixtisaslar üzrə imtahan komissiyalarını yaradılması



Kafedra müdirləri

Əmr




6.Doktoranturaya qəbul imtahanlarının keçirilməsi və nəticələrin qəbul komissiyasına bildirilməsi



-------

Əmr




7.Keçirilmiş müsabiqənin nəticələri və nəzərdə tutulan elmi rəhbərin rəyi əsasında qəbul komissiyasının qərarının rektorluğa bildirilməsi



Rektor

İmtahan

Protokol





8.Doktoranturaya qəbul olunanlar haqqında rektor tərəfindən əmrin verilməsi və Doktoranturaya istehsalatdan ayrılmaqla qəbul olunan şəxslərin əmək kitabçasında doktoranturaya qəbul olunması haqqında əmrin qeyd edilməsi

ÜŞ və DŞ

İddiaçı

Əmr




9. İddiaçıların müvafiq kafedrlara təhkim olunması, onların dissertasiya mövzusu, fərdi iş planı və elmi rəhbəri (məsləhətçisi)haqqında qərarın qəbul edilməsi 

DŞ və İRD

MD

Təqaud

Əmri





10. Qəbul olunan doktorant və dissertantlar haqqında məlumatların rektorluq tərəfindən Təhsil Nazirliyinə göndərilməsi

DŞ və Kafedralar

Doktorant\ dissertant

Protokol çıxarışı

və təstiq






11. Təsdiq edilmiş dissertasiya mövzularının AMEA Kordinasiya Şurası tərəfindən təsdiqinin təmin edilməsi



Rektor

Hesabat (TN)




12. Doktorantlar üçün kafedralar tərəfindən həftəlik dərs proqramının hazırlanması və təsdiqlənməsi



Prorektor

Siyahı




13. Doktorantlar üçün informatikadan və xarici dildən doktorluq (minimum) imtahanlarının verilməsi



Müəllimlər

Dərs jurnalı








Komisiya

Rektor

Əmr




: application -> uploads -> 2015
2015 -> 4 İstehlakçıların davranışının modelləşdirilməsi Son istehlakçıların davranışının modelləşdirilməsi
2015 -> MİkrobiologiYA, sanitariya və GİGİyena fəNNİ azərbaycan böLMƏSİ
2015 -> Magistrantların dissertasiya mövzusunun yazılması, müzakirəsi və müdafiəsi üçün yaddaş qeydi Birinci tədris ILI üzrə
2015 -> AZƏrbaycan respublikasinin təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti
2015 -> План: Məqsəd auditoriyasının elementləri və mövqeləşdirmənin prinsipləri
2015 -> АзярбайжАН РЕСПУБЛИКАСЫ ТЯЩСИЛ НАЗИРЛИЙИ азярбайжан дювлят игтисад университети
2015 -> MÖvzu giriş. Materiya. Kimya, yaranması, inkişaf tarixi, əsas kimya qanunları
2015 -> Bazarların cəlbediciliyi plan bazarın mütləq və cari potensialı
2015 -> İqtisad elminin tarixi və metodologiyasы “
2015 -> Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"nin və "Azərbaycan Respublikası Nazirlər Kabinetinin dəyişiklik edilmiş bəzi qərarlarının siyahısı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarı




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə