Şəngülüm, Şüngülüm, Məngülüm



Yüklə 0.56 Mb.
Pdf просмотр
səhifə2/5
tarix13.04.2017
ölçüsü0.56 Mb.
1   2   3   4   5

Səhənd 

 

Balaca qara balıq 

 

 



Çillə axşamı idi. Qoca Balıq dəryanın dibində nəvə-nəticələrini ətrafına toplayıb 

onlara nağıl danışırdı: 

–Biri var idi, biri yox idi, bir Balaca Qara Balıq var idi. O anası ilə birlikdə kiçik 

bir arxda yaşayırdı. Arxın suyu dərəyə axırdı. Balaca Qara Balıqla anasının bir 

qara daşın dalında, yosunların arasında evləri var idi. Ana və bala səhərdən axşama 

qədər bir-birinin dalına düşüb üzür, hərdən başqa balıqlara qoşulub sür’ətlə balaca 

bir yerdə gəzişir və geri qayıdırdılar. Qara Baliq anasının bircəsi idi. 

Bir neçə gün idi ki, o, fikrə dalır , az danışırdı. könülsüz və tənbəl- tənbəl o tərəf-

bu-tərəfə gedir, geri qayıdırdı. Çox vaxt anasından xeyli geri qalırdı. Anası əvvəlcə 

elə bilirdi ki, sadəcə olaraq balasının kefi yoxdur, bu kefsizlik tezliklə keçib 

gedəcəkdir. Lakin... Demə, Balaca Balığın dərdi varımış...  

Bir gün səhər tezdən, günəş doğmamış, Balaca Balıq anasını yuxudan oyadıb: 

–Anacan, –dedi, sənə bir neçə kələmə sözüm var. 

–Eh, sən də vaxt tapdın! Danışmağı sonraya saxla. Yaxşı olar ki,gəzməyə çixaq, –

deyə AnaBaliq gözlərini ovuşdurdu və əsnədi. 

–Yox, anacan, mən daha belə gəzməyi istəmirəm. Gərək burdan gedəm, –deyə 

Balaca Balıq e’tiraz etdi. 

Anası heyrətlə ona baxıb soruşdu: 

–Doğurdan getmək istəyirsən? 

–Bəli, anacan, hökmən getməliyəm! 

–Axı, alaqaranlıqda hara getmək istəyirsən? 

–Istəyirəm, gedim görüm, arx harada qurtarır.Bilirsənmi, anacan,uzun müddətdir 

ki, fikirləşirəm, görəsən arx harada qurtarır? Amma indiyə qədər bir nəticəyə gələ 

bilməmişəm. 

Dünən gecədən gözümü yummayıb hər şeyi götür- qoy etmişəm. belə qərarə 

gəlmişəm ki, özüm gedib arxın qurtaracağını tapım. Bilmək istəyirəm başqa 

yerlərdə nə var, nə yox... 

–Mən də uşaq olanda belə fikirlərə düşmüşəm, balacan! Arxın nə əvvəli var , nə 

axırı. Elə gördüyün nə varsa odur. Arx həmişə axır və qurtarmır. 

–Yox anacan, belə deyil. Hər şeyin axırı var. 

Məsələn, gecə sona çatır, həftə, ay, il... Məgər bunların sonu olmur? 

Balaca Qara Balığın qızışdığını və dil ağıza qoymayıb danışdıqını görən ana Balıq 

dedi: 

–Boş-boş sözləri bir kənara qoy, dur gəzməyə çıxaq. Indi danışmaq yox , gəzib 



dolanmaq vaxtıdır. 

–Yox, ana, mən belə gəzintilərdən yorulmuşam. Burdan uzaqlaşmaq və başqa 

yerlərdə nələr olduğunu bilmək istəyirəm. Birdən elə bilərsən ki, bunları mənə 

kimsə öyrədib, yox, ana, çoxdan bu fikrə düşmüşəm. Əlbəttə, ondan-bundan çox 

şeylər öyrənmişəm. Məsələn, bunu başa düşmüşəm ki, balıqların çoxu həyatlarını 

boş-boşuna keçirdiklərindən gileylənirlər. Daim ah-nalə edir, hər şeydən 

 

15


şikayətlənirlər. Bilmək istəyirəm görüm həyat elə bir qarış yerdə o yan-bu yana 

gedib qayıtmaqdanmı, qocalıb heç nə görməməkdənmi ibarətdir, yoxsa başqa 

dünya da mövcuddur? 

–Balaca, dəli olubsan? Dünya! Dünya! O başqa dünya nə deməkdir? Dünya elə 

həmin dünyadir ki, biz yaşyırıq, həyat da ki, elə gördüyün yaşayışdan ibarətdir! 

Bu zaman iri bir balıq onların evinə yaxınlaşdı : 

–Qonşu, –dedi,–uşaqla nəyin üstündə belə höcətləşirsən? Deyəsən, bu gün gəzmək 

fikriniz yoxdur? 

Ana Balıq qonşunun səsini eşidib cavab verdi: 

–Gör, zəmanə necə dəyişib?! Uşaqlar öz analarına cib-cib öyrətməyə başlayıblar.  

–Necə məgər? –deyə qonşu iri Balıq soruşdu.  

–Gör bu cırtdan haralara getmək istəyir?! Hey deyir ki, istəyirəm gedim görüm 

dünyada nələr olur? nə bilim, axmaq - axmaq sözlər!  

Qonşu iri Balıq:  

–Balaca,–dedi,–de görüm sən nə vaxtan belə filosof və alim olubsan ki, bizim 

xəbərimiz yoxdur? 

Balaca Balıq dedi: 

–Xanım mən bilmirəm siz alim, filosof nəyə deyirsiniz? Hərgün təkrar olunan 

cansıxıcı gəzintilərdən cana doymüşam. Belə yorucu həyatı daha davam etdirmək 

istəmirəm. Istəmirəm ki, bir də gözümü açanda görüm sizin kimi qocalmışam, özü 

də göz qulaqları bağlı balıqlar kimi qalmışam. 

Qonşu Balıq: 

–Vay,–dedi,–gör bu nələr danışır ?! 

Ana Balıq dilləndi : 

–Heç düşünməzdim ki, bir dənə uşağım ola, o da belə çıxa! Bilmirəm, balamın 

qulağını kim doldurub... 

Balca Balıq dedi: 

–Heç kəs mənim qulağımı doldurmayıb.Anlamaq üçün mənim özümün ağlım, 

görmək üçün də gözüm var! 

Qonşu Balıq Balaca Balığın anasına dedi: 

–Bacı o pıç-pıç danışan Ilbız yadındadırmı?–Yaxşı yadıma saldın, yadımdadır! 

Tez-tez uşağımın yanına gələrdi. Görüm onu gorbagor olsun! 

Balca Balıq dedi: 

–Bəsdir, ana! O, mənim dostom idi! 

–Balıqla Ilbizin dostluğunu eşidməmişdik, bunu da eşitdik! 

Balca Balıq :  

–Mən də balıqlarla Ilbizin düşmənçiliyini eşidməmişdim! Amma siz o biçarənin 

başını yediniz!–dedi. 

Qonşu dilləndi: 

–Bu, keçmişin söhbətidir 

–Keçmişi siz özünüz yada saldınız! 

Anası dedi: 

Elə ölməli idi! Məger oturub-durub nələr danışdıqları yadından çıxıb?! 

–Onda məni də öldürün! Çunki mən də onun dediklərini deyirəm,–deyə Balca 

Balıq gileyləndi. 

 

16



Axır ki, nə başinizi ağrıdım, səs-küyün sədası başqa balıqları da oraya çəkib 

gətirdi. Balca Balığın sözləri hamını əsəbiləşdirmişdi. Qoca balıqlar bir-bir söhbətə 

qarışıb Balca Balığa acıqlandılar: 

–Elə düşünürsən ki, sənə rəhm edərik?! 

–Bir qulaqburması bəsdir! 

Balca Qara Balığın anası onlara müqavimət göstərdi: 

–Kənara çəkilin! Uşağıma toxunmayın! 

Bu zaman balıqlardan bir başqası Balca Balığın anasına dedi: 

–Xanım, uşağını lazımınca tərbiyələndirmədiyin üçün əzab çəkməlisən! 

Qonşu Balıq sözə başladı: 

–Sizinlə qonşu olduğuma xəcalət çəkirəm! 

  

Başqa bir balıq dilləndi:  



–Nə qədər ki, bu məl’unun işi... Göndərək qoca Ilbizin yanına. 

Balıqlar Balca Balığı tutmaq istədilər. Dostları onu təhlükədən uzaqlaşdırdılar. 

Anası baş gözünə döyür, ağlayır və deyirdi: 

–Allah, sən saxla! Uşağım əlimdən gedir. nə edim?Başıma haranın daşını salım.? 

Balca Balıq dedi: 

–Anacan, mənim üçün ağlama, geridə galmış bu qoca balıqların halına ağla. 

Balıqlar yerbəyerdən çığırdılar: 

–Təhqir eləmə! 

–Get! sonra peşman olsan, daha bizdən incimə! 

–Bunlar cavanlıq əlamətidir. Getmə! 

–Buraların nəyi pisdir?!  

–Başqa dünya yoxdur! Dünya elə gördüyün bu dünyadan ibarətdir. Qayıt! 

–Ağlını başına yığıb getməkdən imtina etsən, onda bilərik ki, doğurdan da başa 

düşən bir balıqsan! 

–Biz sənə öyrəşmişik, getmə! 

Ana Balıq doluxsunaraq dilləndi: 

Mənə rəhmin gəlsin, bala! getmə! 

Balca Balıq onların dediklərinə e’tina etmədən uzaqlaşdı. Həmyaşıdlarından bir 

neçəsi onu arxın gölməçəyə tökülən yerinə qədər ötürüb geri döndülər. Balaca 

Balıq dostlarından ayrılarkən dedi: 

–Görüşənə qədər, dostlar! məni unutmayın! 

Dostlar: 

–Heç unudarıqmı? sən bizi qəflət yuxusundan oyatdın. Bizə elə şeylər öyrətdin ki, 

heç yuxumuza da girməzdi. Görüşünə qədər, ağılı və cəsur dost!–dedilər. 

Balca Balıq şırrınnan aşağı sürüşüb arxa nisbətən suyu çox olan gölməçəyə düşdü. 

Əvvəlcə özünü itirdi. Sonra üzməyə və gölməçədə dolanmağa başladı. Balca Balıq 

bu vaxtadək bu qədər suyun bir yerə yığışdıqını görməmişdi. Suda minlərlə 

çömçəquyruq gəzirşirdi. Balca Balığı görən kimi onu məsxərəyə goydular: 

–Bir bunun təhər-tövrünə bax! Sən nə məxluqsan?! 

Balca Balıq ani olaraq fikirləşib: 

–Xahiş edirəm təhqir etməyin,–dedi,–mənim adım Balca Balıqdır. Siz də adınızı 

deyin, tanış olaq! 

 

17


Çömçəbalıqlardan biri dedi: 

–Biz bir-birrimizi " Çömçəquyruq " çağırırııq. 

O biriləri yerdən dedilər: 

–Əslimiz, nəcabətimiz var. 

–Dünyada bizdən gözəli tapılmaz! 

Sənin kimi yöndəmsiz deyilik! 

Balaca Balıq onlara belə cavab verdi: 

–Sizin bu qədər xudpəsənd olduğunuzu bilmirdim. Amma nadanlıq üzündən belə 

danışdığınız üçün sizi bağışlayıram. 

Çömçəquyruqlar səsləndilər: 

–Deməli biz nadanıq? 

–Nadan olmasaydınız başa düşərdiniz ki, hər kəs üçün öz təhər-tövrü xoşdur. 

Allaha şükür, sizin heç adınız da özünüzünkü deyil. 

Çömçəquyruqlar əvvəl əsəbiləşdilər. Sonra Balaca Balığın haqlı olduğunu görüb 

sözlərini dəyişdilər. 

–Sən özünü nahaq yerə yorusan,–dedilər,–biz səhərdən axşama qədər dünyanı 

gəzirik, amma özümüzdən, ata və anamızdan, saysız-hesabsız balaca qurdlardan, 

böcəklərdən başqa heç kəsi görmürük. 

Balaca Balıq soruşdu: 

–Siz ki, gölməçədən qıraqa çıxa bilmirsiniz, dünyanı gəzib dolanmakdan necə dəm 

vura bilərsiniz? 

Çömçəquyruqlar təəccübləndilər: 

–Məgər gölməçədən başqa da özgə dünya var? 

Bəs necə? özünüz fikirləşin, görün yaşadıqınız su hardan axıb və sudan kənarda 

nələr var? 

–Sudan qıraqda da yer olar? Biz indiyə qədər sudan başqa heç yeri görməmişik. 

Ha, ha, ha! sən dəli olubsan, nədir?! 

Balaca Qara Balığı da gülmək tutdu. Fikirləşdi ki, çömçəquyruqları başa salmadan 

çıxıb getsin . Sonra belə qərarə gəldi ki, onların anaları ilə də bir-iki kələmə 

danışsın. 

–Ananız haradadır? 

Bu zaman Qurbağanın gur səsi onu diksindirdi. Qurbağa gölməçənin qırağındakı, 

iri daşın üstündə ötürmüşdü. Suya baş vurdu, gəlib Balığın qarşısında dayandı: 

–Mən buradayam, –dedi, –qulluq?! 

–Möhtərəm xanım salam! 

–Ey əsl–nəcabətsiz vücud! Nə əllaməlik edirsən? Bunları uşaq görüb axmaq-

axmaq danışırsan? Bir belə ömr eləmişəm, görmüşəm ki, dünya elə bu gölməçədən 

ibarətdir. 

Yaxşı olar ki, işinin dalısınca gedəsən, mənim uşaqlarımı yoldan çıxarmayasan. 

–Yuz ildə ömr eləsən, yenə geri qalmış, nadan qurbağa kimi qalacaqsan! 

Qurbağa hirsləndi və Balaca Qara Balığın üstünə cumdu. Bu zaman gölməçənin 

dibi bir-birinə qarışdı. Balaca Balıq aldığı təkandan dığırlandı, özünü dərədən axan 

enli arxda gördü. Dərə əyri-üyrü idi. Dağın başından baxanda dərənin suyunu enli, 

ağ ipə oxşatmaq olardı. Dərənin bir yerində dağdan qopub arxa düşmüş iri bir daş 

suyu iki yerə bölürdü. Iri bir kərtənkələ də qarnını daşa söykəmişdi. Günəşin 

 

18



hərarətindən ləzzət alır, suyun təkində ovladığı qurbağanı yeyən iri, yumuru 

Xərçəngə tamaşa edirdi. Elə bu an oradan üzüb keçmək istəyən Balaca Balığın 

gözləri xərçəngə sataşdı. O, bərk qorxdu və uzaqdan xərçəngə salam verdi. xərçəng 

Balaca Balığı görüncə: 

–Nə ədəbli Balıqsan, –dedi, –gəl qabağa. Balaca, gabağa gəl! 

Balaca Balıq: 

–mən dünyanı gəzməyə gedirəm,–deyə xərçəngə cavab verdi, canabınızın yeminə 

çevirilmək istəmirəm! 

–Niyə belə bədbinsən, qorxaqsan, Balaca Balıq? 

–Nə bədbinəm, nə də qorxaq. Gördüklərimi deyirəm. 

Çox yaxşı, indi de görüm gözlərin nə gördü və əqlin nə kəsdi ki, səni ovlayacağımı 

xəyalına gətirdin? 

–Özünü bilməməzliyə vurma! 

–Bilirəm, Qurbağanın hərəkətlərinə işarə edirsən. Lap uşaqsanmış ki, baba! 

Qurbağalarla aram olmadığı üçün onları ovlayıram. Onlar elə xəyal edirlər ki, 

dünyanın yeganə məxluqlarıdılar və hamıdan xoşbəxtdilər. Istəyirəm onları başa 

salam ki, dünya kimin əlindədir. Sən isə qorxma, qadası! Gəl qabağa. Qorxma, gəl! 

Xərçəng bu sözləri deyib yanlarını basa-basa Balaca Balığa tərəf yeridi. 

Xərçəng elə gülməli yeriyirdi ki, Balığı ixtiyarsiz olaraq gülmək tutdu. 

–Ay yazıq,–dedi,–sən heç yeriməyi də bacarmırsan. Hardan bilirsən dünya kimin 

əlindədir?! 

Balaca Balıq xərçəngdən aralandı. Bu zaman suyun üzərinə kölgə düşdü. 

Gözlənilməz zərbədən xərçəng səndələyə-səndələyə suyun dibinə batdı. Xərçəngi 

bu halını görən Kərtənkələni gülmək elə tutdu ki, az qaldı sürüşüb suya düşsün. 

Xərçəng isə artıq suyun üzünə çıxa bilmədi. 

Balaca Balıq gördü ki, suyun kənarında balaca bir çoban dayanıb ona və Xərçəngə 

tamaşa edir. Qoyun-keçi sürüsü də suya yaxınlaşdı. "Mə-mə! Bə-bə!" səsləri dərəni 

başlarına götürdü. 

Balaca Balıq sürünü su içib qurtarana qədər gözlədi. Sürü gedəndən sonra 

kərtənkələni səsləyin: 

–Kərtənkələcan,–dedi,–mən arxın qurtaracağını axtarmağa gedən Balaca Qara 

Balığam. Sən bilikli, zəkalı heyvasan. Buna görə də səndən bə’zi şeyləri soruşmaq 

istəyirim. 

–Xətrin hər nə istəyir, soruş. 

–Yolda məni nərə balıqla, saqqa quşu ilə, Balıqudan quşla çox qorxudublar. Bunlar 

haqqında bir şey bilirsənsə mənə de! 

Kərtənkələ dedi: 

–Nərə balıqlar və Balıqudanlar bu tərəflərdə tapılmazlar. Xüsüsilə Nərə balıqlar. 

Çünki onlar dənnizdə yaşayırlar. Amma saqqa quşuna elə bu həndəvərdə rast 

gəlmək olar. Məbada aldanıb kisəsinin içərisinə girərsən. 

Kisə nədir? –Balaca Balıq onun sözünü kəsib soruşdu. 

–Saqqa quşunun boğazının altında xeyli sututan kisə var. Bə’zən təcrübəsiz, xam 

balıqlar suda üzən quşun kisəsinə girib birbaşa qarnına gedirlər. Saqqa quşu tox 

olanda balıqları kisəsində ehtiyat saxlayır. 

–Deməli, onun qarnına gedəndən sonra xilas olmaq üçün çarə yolu yoxdur? 

 

19



–Yoxdur. kisəni parçalamaqdan başqa heç bir yol yoxdur. Sənə bir xəncər verərəm. 

Saqqa quşunun çənginə düşən dediyim kimi edərsən. 

Kərtənkələ qayadakı yarığa sürünüb xəncərlə qayıdı. Balaca Balıq xəncəri alıb 

dedi: 


–Kərtənkələ, sən çox mehribansan, bilmirəm sənə necə təşəkkür edim? 

–Canım təşəkkür nəyə lazımdır, mənim belə xəncərim çoxdur, sənin kimi ağıllı 

balıqlara bağışlayıram. 

–Məgər məndən qabaq da buradan keçən olub? 

––Çoxları keçib. Indi onlar özləri üçün böyük dəstə düzəldiblər... 

Kərtənkələ bunları deyib qulağını daşdakı yarığa dayadı: 

–Di, sağ ol,–dedi,–balalarım yuxudan ayıldığı üçün getməliyəm. 

Kərtənkələ yarığa girdi. Balaca Balaca Balıq isə çarəsiz qalıb yola düşdü. Hey öz-

özünə sual verirdi: "Doğurdanmı arx dənizə tökülür? Saqqa quşun gücü elə mənə 

çatsın?! Balıqudan quşun bizimlə nə düşmənçiliki var? " 

Balaca Balıq üzə-üzə gedir və fikirləşirdi. Yolboyu taza şeylər görür, öyrənirdi. 

şəlalənin başı üstə axmasından həzz alır, yenidən üzürdü. Kürəyində günəşin 

hərarətini hiss edir və möhkəmlənirdi. 

O, sonra elə bir yerə çatdı ki, burada dərə enlənir, su isə kolluqların arasından axıb 

gedirdi. Balaca Balıq suyun çoxlamasından ləzzət alırdı. Xeyli gedəndən sonra o, 

çoxlu balığa rast gəldi. Anasından ayrılandan bəri balıq görməmişdi. Bir neçə Rizə 

balıq onu dövrəyə aldı və soruşdu: 

–Elə bil qəribsiniz? 

  

–Bəli, qəribəm. Uzaq yerdən gəlirəm. 



Rizə balıqlar dedilər: 

Hara getmək fikrindəsən? 

–Arxın qurtardığı yeri tapmağa gedirəm. 

Hansı arxın? 

–Biz buna arx yox, çay deyirik. 

Balaca Balıq heç nə demədi. Rizə balıqlardan biri dilləndi: 

–Xəbərin var ki, Saqqa quşu yolu kəsib? 

–Xəbərim var bilirəm... 

Başqa bir rizə balıq soruşdu: 

–Onu da bilirsən ki, Saqqa quşunun nə geniş kissəsi var? 

–Onu da bilirəm. 

–Bunları bilə-bilə yenə getmək fikrindəsən? 

–Bəli, bütün bunları bilirəm və getməliyəm. 

Balıqlar arasında səs yayıldı ki, uzaq yollardan gəlmiş Balaca Qara Baliq çayın 

qurtaracağını tapmaq istəyir və Saqqa quşundan da qorxmur. 

Rizə balıqlardan bir neçəsi Balaca Qara Balıqla getmək istədi, lakin böyüklərin 

qorxusundan səslərini çıxartmadılar. Hətta onların bir neçəsi Balaca Qara balığa 

yanaşıb qımıldandı. 

–Saqqa quşu olmasaydı biz də səninlə gedərdik... 

Çayın qırağında bir kənd var idi. Kəndin qadınları və qızları çayın içində qab-

qacaq və paltar yuyurdular. Balaca Balıq onların səs-küyünə bir xeyli qulaq asdi və 

 

20



uşaqların islanmışbədənlərinə tamaşa etdi, sonra yola düzəldi. O qədər getdi ki, 

axşam oldu. Balaca bir daşın altına girib yatdi. Gecəyarı ayıldı və gördü ki, Ay 

suya düşüb, hər yeri işıqlandırır. 

Balaca Balıq ayı çox istəyirdi. Gecələr Ay suya düşəndə yuvadan çıxıb onunla bir 

neçə kələmə danışmaq həsrətindəydi. Amma hər dəfə anası ayılıb onu yuvasına 

dartar və yenidən yatırdardı.Bu dəfə Balaca Balıq Ayın qarşısına çıxdı: 

–Salam, ey mənim göyçək ayım! 

Ay da Balaca Qara Balığı mehribanlıqla qarşıladı: 

–Salam, mənim Balaca Qara Balığım! Sən hara, bura hara? 

–Dünyanı səyahətə çıxmışam. 

–Dünya çox böyükdür, sən hər yeri gəzə bilməsən. 

–Eybi yoxdur, bacardığım yerə qədər gedəcəyəm. 

–ürəyim çox istəyirdi ki, səhərə qədər yanında qalam, amma böyük bir qara bulud 

mənə tərəf gəlir. Qorxuram işığımın qabağını kəssin. 

–Ey qəşəng Ay, sənin işığını çox sevirəm. ürəyim istəyir ki, nurun həmişə yoluma 

işıq saçsın. 

–Mənim Balığım, düzünü axtarsan mənim işığım yoxdur, işığı mənə Günəş verir, 

Mən də onu yerə Saçıram. 

Bilirsənmi ki, adamlar yaxın gələcəkdə uçmaq, gəlib mənim üzərimə düşmək 

arzusundadırlar? 

–Bu mümkün deyil! 

–Düzdür, bu çox çətin işdir, ancaq insan öz istədiyinə... 

Ay sözünü qurtara bilmədi. Qara bulud gəlib onun üzünü örtdü, yerə qaranlıq 

çökdü. Qara balıq yenə də tək-tənha qaldı. Bir neçə dəqiqə heyrət içərisinə 

qaranlığa baxdı. Sonra daşın altına çəkilib yatdı...Sub tezdən ayılanda başının 

üstündə piç-piçla danışan bir neçə Rizə balıq gördü. Onlar Qara Balığın yuxudan 

ayıldığını görüb dedilər: 

–Sabahın xeyir! 

Qara Balıq onları tanıdı: 

–Sabahınız xeyir olsun!–dedi. Nəhayət, ardımca gəlib, mən diyən yola düşdünüz? 

Rizə balıqlardan biri: 

–Bəli,–dedi,–ancaq hələ də qorxu canımızdan çıxmayıb.  

Bir başqa balıq : 

–Saqqa quşunun fikri bizi rahat buraxmır,–deyə diləndi. 

Balaca Qara Balıq: 

Siz çox fikirləşirsiniz. Hər şeyə fikirləşmək, özü də bir dəfəyə fikirləşmək düz 

deyil. Yola düşən kimi qorxu bizi tərk edəcəkdir,–deyə cavab verdi.  

Birlikdə yola düşmək istədilər. Gördülər ki, dövrələrindəki su yuxarı qaxdı, başları 

üzərinə örtük çəkildi. Hər yer qaranlıqlaşdı, qaçmaqa imkan qalmadı. Balaca Qara 

Balıq o saat başa düşdü ki, Saqqa quşunun kissəsinə düşübdür. 

Balaca Qara Balıq dedi: 

–Dostlar, biz Saqqa quşunun kissəsinə düşmüşük, lakın xilas olmaq üçün yol var.  

Rizə balıqlar ağlayıb ah-zar etməkə başladılar.  

Artıq bizm qaçmaqa yolumuz yoxdur! Təqsir səndədir. Bizi yoldan çıxardın!  

–Indi bizim hamımızı " qurt " eləyib udacaq.  

 

21



Qorxunc bir qəhqəhə səsi eşidildi. Bu Saqqa quşu idi, gülürdü və gülə-gülə deyirdi: 

Rizə balıqlar necə də girimə geçib! Ha! Ha! Ha! Ha! Sizin halınıza yanıram, heç 

ürəyim gəlmir, sizi " qurt " eləyib udum. Ha! Ha! Ha! Ha! 

Rizə balıqlar yalvarmaqa başladılar: 

–Həzrəti-ağayi Saqqa quşu, sənin tə’rifini çoxdan eşidmişik, lütf edib mübark 

dimdiyinizi bir qədər aralasaydınız buradan xilas olub mübark vucudunuza duaçı 

olardıq. 

Saqqa quşu dedi:  

–Mən hələ bu satt sizi " qurt " eləyib udmaq fikrində dəyiləm. Kisəmdə ehtiyat 

balıqlar var, bir qarnımın altına baxın.  

Kisənin aşaqı hissəsində iylənmiş bir neçə Rizə balıq var idi.  

Rizə balıqlar bir səslə dedylər: 

–Həzrət-ağayi Saqqa quşu, bizim günahimiz yoxdur, bu Balaca Qara Balıq bizi 

yoldan çıxardıb... 

Balaca Balıq: 

–Qorxaqlar!–dedi. –Siz elə xiyal edirsiniz ki, yalvarmaqla bu hiyləgər rəhmdilik 

edib sizi buraxacaq?  

Rizə balıqlar qorxuya düşüb dedilər: 

–Heç, nə danşdığını da bilmirsən. Indi görəsən ki, həzrəti-ağayi Saqqa quşu bizi 

necə bağışlayacaq və səni necə " qurt " eləyəcəkdir! 

Saqqa quşu dilləndi: 

–Doğurdur, sizi bağışlayram, ancaq bir şərtlə! 

–şərtinizi buyurun, qurban! 

–Azadlığınızı bu boşboğaz balıqı öldürməklə əldə edə bilərsiniz. 

Balaca Qara Balıq bir qədər dalı çəkilib Rizə balıqlara: 

–Innanmayın,–dedi,–bu hiləgər bizi bir-birimizin canına salmaq istəyi, mənim 

başqa fikrim var!... 

Rizə balıqlar azadlığa çıxmaq istəyi ilə Balaca Qara Balığın dediklərinə qulaq 

asmadılar, qalxıb onun üstünə düşdülər. Balaca Balıq yavaş-yavaş arxaya çəkilib: 

–Qorxaqlar!–dedi,–Hər halda girə düşmüsünüz, qaçmağa da yolunuz yoxdur. Mənə 

də ki, gügünüz çatmaz!  

–Biz azadlıqa çıxmaq istəyirik, onun üçün də səni öldürməliyik!  

–Ağlınızı başınıza yığın! Məni öldürsəniz də qaçmaq üçün yol tapa 

bilmiyəcəksiniz. Hiləgər quşa inanmayın! 

–Sən əsla bizim fikrimizi çəkmirsən, bu sözləri öz canını qurtarmaq ücün deyirsən! 

–Elə isə qulaq asın, sizə nəcat yolu göstərim. Mən özümü ölülüyə vurub ölü 

balıqların içərisində gizlənəcəyəm. Görək Saqqa quşu sizi azad edəcəkdirmi?! 

Əgər sözümə qulaq asmasanız bu xəncərlə hamınızı qıraraq, quşun da kissəsini 

parçalayıb çıxaram. Siz isə ... 

Rizə balıqlardan biri onun sözün kəsib: 

–Daha bəsdir!–dedi,–mən bu sözlərə inanmaq istəmirəm. –O, bu sözləri deyə-deyə 

ağlamağa başladı.  

Balaca Qara Balıq onun ağladığını görüb dedi: 

–Bu anasının naz-naz balasını niyə yanınıza salıb gətiribsiniz? 

 

22


O, xəncərini çıxarıb balıqların üstünə cumdu. Rizə balıqlar çarəsiz qalıb Balaca 

Qara Balığın təklifini qəbul etdilər. Yalandan bir-birləri ilə dalaşmağa başladılar. 

Balaca Qara Balıq özünü ölülüyə vurub uzandıqda onlar yuxarı qalxdılar: 

–Həzrəti-ağayi Saqqa quşu,–dedilər,–füzül Qara Balığı öldürdük. 

Quş güldü: 

–Çox yaxşı iş gördünüz,–dedi,–bunun əvəzinə sizin hamınızı diri-diri udacağam, 

qarnımda istədiyiniz qədər gəzərsiniz. 

Rizə balıqlar macal tapmamış bir andaca Saqqa quşu onları uddu. Qara Balıq istə 

cəld xəncərini çəkib mökəm zərbə ilə quşun kisəsini yırtıdı və deşikdən çıxıb 

qaçdı. 


Saqqa quşu aldığı zərbənin ağrısından fəryad qopardı, başını suya salıb Balaca 

Qara Balığı yenidən tutmaq istədi. Lakin gücü çatmadı... 

Günorta idi. Artıg nə dağ görünürdü, nə dərə . Çay axıb gebiş düzənikdən keçirdi. 

Çayın sağ-solundan tökülən kiçik çaylar onun suyunu qat-qat artırıdı. Balaca Qara 

Balıq suyun çoxluğundan ləzət alırdı. Birdən ayılıb gördü ki, suyun dibi görünmür. 

O yan-bu yana baş vurdu, heç yana çıxa bilmədi. Az qala qərq olmuşdu. ürəyi 

istədiyi qədər üzəndən sonra da əli bir yana çatmadı. Birdən gördü ki, burnunda 

mirvari dişləri olan uzun bir heyvan ildırım sür’ət ilə ona hücum edir. Balaca Qara 

Balıq hiss etdi ki, heyvan o satt onu parça-parça edəcəkdir. Çapalayıb tez suyun 

üzərinə qalxdı . Bir mütdətdən sonra suyun altına endi. Yolun yarısında minlərə 

balıq dəstəsinə rast gəldi. Onlardan birini saxlayıb soruşdu: 

–Qardaş, qəribəm , uzaq-uzaq yerlərdən gəlirəm. Deyin görüm bura haradır? 

O dönüb Balaca Qara Balığa dedi :–Qardaş bizim dənizə xoş gəlibsən! 

Balıqlardan biri dedi:  

–Bütün çaylar və arxlar bura tökülür.  

Başqa bir balıq isə:  

–Indi get bir az gəz. Suyun üzünə çıxmaq istəsən Balıqudandan ehtiyatlı ol. Bu 

günlər o heç kəsdən qorxmur. Hər gün dörd-beş balıq ovlanmasa yaxamızdan əl 

çəkmir,–dedi. 

Balaca Balıq dəniz balıqlarının dəstəsindən aralanıb təklikdə üzməyə başladı. Az 

sonra dənizin üstünə çıxdı. Indi o, qızmar günəşin yandırıcı hərarətini öz kürəyində 

hiss edir, bundan ləzzət alırdı. Aramla üzür, öz-özünə deyirdi: << Bu saat ölüm çox 

asanlıqla mənim sorağıma gələ bilər. Yaşamağa qadir olduğum halda onu özümə 

yaxın buraxmamalıyam >>  

Balaca Qara Balıq fikir və düşüncələrini sona çatdıra bilmədi. Balıqudan gəldi, onu 

götürüb apardı. Balaca Balıq Balıqudanın uzun dimdikləri arasında çapalasa da 

özünü xilas edə bilmədi. Balıqudan dimdiyi ilə onun belini elə bərk sıxırdı ki, az 

qala canı çıxacaqdı. Digər tərəfdən də Balaca Qara Balıq sudan qıraqda nə qədər 

sağ qala bilərdi? Ölümün qabağını almaq üçün lap Balıqudanın qarnına getməyə 

razı idi, axı, orada ki, nəmişlikdən istifadə edə bilərdi. Buna görə Balıqudana dedi: 

–Nə ücün məni sağ-sağ udmursan? Mən o, balıqlardanam ki, öləndən sonra bütün 

bədənim zəhərə dönər. 

Balıudan heç nə deməyib fikrə getdi:  

<< Ay hoqqabaz, istəyirsən məni dilləndirib aradan çıxasan? >> 

 

23



Sahil getdikcə yaxınlaşırdır. Balaca Qara Balıq << quruya çatsaq daha iş bitdi>> 

deyə düşündü və nəhayət Balıqudana dedi: 

–Bilirəm məni balaların üçün aparırsan. Amma sahilə çatana qədər öləcəyəm, 

bədənim zəhər kisəsinə dönəcək, balalarına niyə rəhmin gəlmir?! 

Balıqudan bir anlıq fikrə getdi: << Ehtiyat yaxşı şeydir. Hər ehtimala qarşı onu 

özüm yerim, balalarım üçün isə başqa balıq tutum... Birdən bu, bir kələk işlədər... 

Yox, canım, heç bir kələk işlədə bilməz >>. Sora gördü ki, Qara Balıq sustalıb 

candan düşür. Öz-özünə dedi: 



<< Deyəsən öldü, artıq onu özüm də yeyə bilmərəm >>. Zərif və yumuşaq balığı 

yeməkdən ehtiyat elədi. Ancaq yenə Qara Balığı səsləyib ölüb-ölmədiyini 

müəyyən etmək istədi. Düşündü ki, yarımcandırsa yesin, ölübsə ... Dimdiklərini 

aralayan kimi Qara Balıq onun ağzından xilas oldu. Balıqudan aldandığını görüb, 

Balaca Qara Balığı tə’qib etdi. Balaca Qara Balıq havada ildırım kimi şığıyıb aşağı 

düşür, ağzını açıb dənizin rütübətli havasını udurdu. Nəhayət suya düşdü. Köksünə 

yeni nəfəs doldu. Balıqudan da ildırım sür’əti ilə şığıyıb arxasınca suya baş vurdu, 

aman verməyib yenə də Balığı uddu. Balaca Qara Balıq bir xeyli vaxt başına nə 

gəldiyini hiss etmədi. Bircə onu hiss etdi ki, hər yer qaranlıq və rütübətlidir, çıxış 

yolu isə yoxdur. Elə ki, gözləri qaranlığa alışdı, ağlayıb anasını istəyən bir Rizə 

balıq gördü. Yaxınlaşıb ona nəsihət verdi: 

–Qalx ayağa, ay balaca ! Başına çarə qılmaq haqqında fikirləş, ağlamaqdan, ananı 

çağırmaqdan bir şey çıxmaz.  

Rizə balıq soruşdu: 

–Sən kimsən? Məgər görmürsən get-gedə məhv olaram? Ana... Ay ana, hardasan, 

imdadıma çat! Daha mən səni görə bilmiyəcəyəm, ana! 

Balaca Qara Balıq: 

–Daha bəsdir, canım,–dedi,–sən bütün balıqları rüsvay elədin. 

Rizə balıq ağlamağına ara verən kimi Balaca Qara Balıq dedi: 

–Mən balıqudanı öldürüb bütün balıqları azad etmək fikrindəyəm. Səni onun 

qarnından xilas edəndən sonra bunu həyata keçirmək istəyirəm. 

–Sən özün ölümlə əlbəyaxasan. Balıqudanı necə öldürə bilərsən?  

Balaca Qara Balıq xəncərini göstərib dedi: 

– Bunla onun qarnını cıracağm. Hələlik mənə qulaq as, gör nə deyirəm. Mən 

balıqudanın qarnında o tərəf-bu tərəfə gedib onun əsəbləri ilə oynayacağam. Bu 

zaman o məni məsxəriyə qoyub başlayacaq qəhqəhə çəkib gülməyə, elə ki, 

dimdiklərini açıb gülməyə başladı, cəls özünü bayıra at. 

–Bəs sən? 

–Mənim fikrimi çəkmə. Bu bədcinsi öldürməmiş bayıra çıxası deyiləm. 

Balaca qara Balıq bu sözləri deyib Balıqudanın qarnında o tərəf-bu tərəfə var-gəl 

etməyə başladı. Rizə balıq isə onun ağzından bayıra atıldı və suya düşdü. Çox 

gözlədi, xilaskarından xəbər çıxmadı. Birdən gördü ki, Balıqudan havada mayallaq 

vurub fəryad qoparır...Nəhayət, o müvazinətini itirib şappıltı ilə suya düşdü, yenə 

bir qədər çapalayandan sonra taqətdən düşdü. Lakin Balaca Qara Balıqdan yenə də 

xəbər çıxmadı və indiyə qədər də bir səs-soraq yoxdu. 

Burada Qoca Balıq nağılını bitirdi. üzünü on bir min doqquz yüz doxsan doqquz 

nəvə və nəticəsinə tutub dedi: 

 

24



–Daha yatmaq vaxtıdır, balalarım, gedin yatın! 

Nəvə-nəticələri ondan soruşdular: 

–Nənəcan, axı sən Balaca Qara Balığın başına sonra nələr gəldiyinı demədin? 

Qoca Balıq dedi: 

–O da sabahkı gecəyə qalsın, balalarım. Artıq yatmaq vaxtıdır. Gecəniz xeyrə 

qalsın! 


On bir min doqquz yüz doxsan doqquz bala Balıq bir ağızdan: –Gecəniz xeyrə 

qalsın!–dedi və yatmağa getdi. Nənəni də yuxu apardı. Balaca Qızıl Balıq isə nə 

qədər çalışdısa yata bilmədi. Sübhədək dəniz barədə fikirləşdi...  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

25


1   2   3   4   5


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə