5654 hədis rəvayət olunmuşdur. Bunun cəmi; 11419 hədis edir.
Deməli, Kutubul-ərba`ada olan 44 min hədisdən 11419-u məlun
və kəzzab ravilərin uydurmasıdır.
İkincisi
– Vaqifi olan şiə raviləri: Bunlar, Musa əl-Kazımın
imaməti üzərində duran və sonrakı imamların imamətini qəbul
etməyənlərdir. Kutubul-ərba`ada Vaqifi şiələrindən rəvayət
olunmuş hədislərin sayı 2198-dir. Şiə alimlərinin əksəriyyəti
Vaqifi ravilərə etimad göstərmiş və onların rəvayətlərini qəbul
etmişlər. Çox qəribədir!!! Axı şiələrin “məsum”lardan nəql
etdikləri hədislərə əsasən və onların bir çox alimlərinin etirafına
görə on iki imamdan birini inkar edən kafir sayılır. (Bax! Ricalul-
Kəşşi səh.456)
Şiələrin dahi alimi Məməqani demişdir: “Hədislərdən belə
nəticə çıxır ki, on iki imamçı olmayan hər bir kəs axirətdə kafir və
müşrik hökmündədir.” (“Tənqihul-məqal” 1/207).
Dostları ilə paylaş: |