Ölçmə çeviriciləri – ölçmə informasiyasını almaq, ötürmək, çevirmək, emal etmək və ya yadda saxlamaq üçün münasib formada siqnal yaradan ölçmə vasitələridir. Lakin ölçmə çeviricilərinin yaratdığı siqnalları müşahidəçi bilavasitə qəbul edə bilmir.
Ölçülən kəniyyətin növündən asılı olaraq ölçmə çeviricilərini əsas iki qrupa ayırmaq olar:
1)elektrik kəmiyyətini elektrik kəmiyyətinə çevirənlər;
2)qeyri-elektrik kəmiyyətini elektrik kəmiyyətlərinə çevirənlər.
Birinci qrupa şuntlar, gərginlik bölücüləri, ölçmə transformatorları və s. aid ola bilər.
Qeyri-elektrik kəmiyyətlərini elektrik kəmiyyətlərinə çevirən ölçmə çeviricilərinə qeyri-elektrik kəmiyyətlərinin elektrik ölçmələrində istifadə olunan böyük çeviricilər qrupu aiddir. Bunlara termorezistorlar, induktiv çeviricilər, pyezoelektrik çeviricilər və s. daxildir.1
Ədəbiyyat
H.Ə.Məmmədov, R.M.Əhmədov. Ölçmə texnikasının əsasları. Ali məktəblər üçün dərslik. Bakı, “Elm”, 2011, 292 səh., şəkilli.
Dostları ilə paylaş: |