Sərbəst İş: №6 Fakultə: İnformatika və idarəetmə İxtisas



Yüklə 22,86 Kb.
tarix19.10.2022
ölçüsü22,86 Kb.
#65533
referat 4919




Azərbaycan Dövlət İqtisad Universiteti
Sərbəst İş: №6


Fakultə: İnformatika və idarəetmə


İxtisas: Menecment


Qrup: 526


Tələbə: Kərimov Mahir

Milli Statistika


Hər bir ölkə və ya iqtisadi-inzibati rayonları haqqında müfəssəl informasiyanın əldə edilməsi sahəsində onun icra-inzibati və digər orqanları mühüm rol oynayır. Qeyd olunan sahədə ölkəmizin statistika orqanlarının payına böyük vəzifələr düşür. Ölkədaxili və beynəlxalq kəmiyyət informasiyasının təqdim edəni və qəbuledicisi hesab olunan bu təşkilat geniş və mərkəzləşdirilmiş fəaliyyət mexanizminə, çoxşaxəli məlumat toplama istiqamətl ərinə, əldə olunmuş materialların müxtəlif emal, ümumiləşdirmə və yekunlaşdırma alətl ərinə malikdir. Ölkəmizdə statistik f əaliyyətin təşkili ilk növbədə onun prinsipləri ilə əlaqələndirilməlidir ki, bunlardan da mühüm olanlarını aşağıdakı kimi sadalamaq olar:
• respublikamızda bütün təsərrüfat uçotu sisteminin, o cümlədən statistika işlərinə rəhbərliyin ciddi şəkildə mərkəzləşdirilməsi və vahid şəkildə idarə olunması;
• işlərin vahid metodologiyaya əsaslanan metodologiya ilə aparılmasını təmin edəcək mərkəzi statistika orqanının yaradılması;
• mərkəzi və yerli statistika orqanlarının biri-birilə və digər dövlət orqanları ilə qarşılıqlı əlaqələrinin təmin edilməsi;
• əldə olunan və istifadə edilən məlumatların həqiqiliyinə, düzgünlüyünə, obyektivliyinə tamlığına və digər şərtlərinə nəzarətin təmin edilməsi və s.
Öz fəaliyyətində Azərbaycan Respublikasının qanunvericilik bazasını əsas tutaraq f əaliyyət göstərən statistika orqanları cəmiyyətdə baş verən bütün ictimai-kütləvi hadisə və proseslər haqqında informasiyaya malik olmalı və onun məqsədyönlü mübadiləsində iştirak etməlidirlər.
Beynəlxalq təcrübədə statistikanın təşkilinin iki forması istifadə olunmaqdadır: mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş. Ölkəmizdə mərkəzləşdirilmiş formanın tətbiqi hələ keçmiş Sovetlər dovründən baş vermiş, müstəqilik əldə etdikdən sonra isə müvafiq forma saxlanılmaqla onun quruluşunda zamanın tələbini qarşılayacaq, beynəlxalq statistik standart v ə qaydalarla uyğunlaşacaq dəyişikliklər edilmiş, təkmilləşdirmələr aparılmışdır. Bu sahədə hazırlanan və ölkə statistikasını tənzimləyən ilk sistemli hüquqinormativ akt Azərbaycan Respublikasının “Statistika haqqında” 18 fevral 1994-cü il 789№-lı Qanunudur (sonradan həmin qanunun adına dəyişiklik edilmiş və o, Azərbaycan Respublikasının “Rəsmi statistika haqqında” Qanunu adlandırılmışdır). Qanunvericilik bazasının gücləndirilməsi və müvafiq sahədə fəaliyyəti nizamlamaq, onun kompleksliliyini təmin etmək məqsədilə müxtəlif illərdə adı çəkilən Qanuna əlavə və dəyişikliklər edilmiş, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə işlənilmiş, bu sahənin ayrı-ayrı istiqamətl ərinin fəaliyyətini özündə əks etdirən qanunlar və digər qanunvericilik aktları (Dövlət Proqramları, Azərbaycan Respublikası Prezidentinin Fərmanları, sərəncamlar) hazırlanmışdır. Azərbaycanda statistik f əaliyyəti həyata keçirən mərkəzi orqan – Azərbaycan Respublikası Dövlət Statistika Komitəsidir. O, çoxşaxəli daxili və ərazi strukturlarına malikdir.
Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi ölkəmizdə statistika və uçot işlərinə mərkəzləşdirilmiş rəhbərliyi həyata keçirir, onun vahid elmi metodologiya-sını işləyib hazırlayır, iqtisadi sahədə fəaliyyət göstərən hökümət orqanları ilə birlikdə (İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və s.) statistik hesabatların və mühasibat uçotu formalarının təkmilləşdirilməsi sahəsində işlər aparır, sosial-mədəni, iqtisadi inkişafı əks etdirən kəmiyyət göstəricilərinin toplanması və emalı ilə məşğul olur.
Ümumiləşdirdiyimiz məsələlər statistik f əaliyyətl ə bağlı qarşımızda iki mühüm məsələnin zəruriliyini göstərir. Bunlardan birincisini öyrənilən, statistikanın öbyekti hesab ol unan, sonradan işlənilməli, ümumiləşdirilməli və müvafiq səviyyəli yerli və beynəlxalq orqanlara təqdim edilməli, onlarla mübadilə də istifadə edilməli informasiyanın əldə olunması üçün müvafiq orqanlar nə kimi vəzifələri icra etm əkdədir
Hər bir orqanın fəaliyyətinin görünən üzü onun fəaliyyətidir ki, bu da hüquq və səlahiyyətl ərlə yanaşı, onların üzərinə qoyulmuş vəzifələrlə müəyyənləşir. Bu vəzifələr özü ilə biri-biri ilə əlaqələndirilmiş, vahid fəaliyyət üzrə ardıcıl qurulan icra istiqamətlərindən ibarətdir. Onlardan mühüm olanlarını aşağıdakı ardıcıllıqla nəzərdən keçirək: ölkə ərazisində vahid statistika siyasəti yeridir; statistik məlumatların düzgünlüyünü və obyektivliyini, öl-kədə bazar münasibətlərinin formalaşdırğı şəraitdə onların baş verən sosial-iqtisadi hadisə və proseslərə tam uyğunluğunu, vaxtında toplanmasını təmin edir; ölkə iqtisadiyyatının vəziyyətini səciyyələndirən, elmi cəhətdən əsaslandırılmış statistik m əlumatları toplayır, işləyir, təhlil edir və hökümətə təqdim edir; beynəlxalq statistik tədqiqatlarda iştirak edir və s.
Yüklə 22,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin