AZƏRBAYCAN RESPULİKASININ ELM və TƏHSİL NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT PEDAQOJİ UNİVERSİTETİ
SƏRBƏST İŞ
Fakültə: Filologiya
İxtisas: İngilis dili müəllimliyi
Qrup: 2311B
Fənn: Mülki müdafiə və ilk tibbi yardım
Müəllim: Aliyə Şahverdiyeva
Tələbə: Bilge Kaya
Mövzu: Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması
BAKI-2023
Mülki müdafiə kəşfiyyatının təşkili və aparılması
Kəşfiyyatı təşkil etmək bütün mülki müdafiə rəhbərlərinin, qərargahlarının və
komandirlərinin vacib vəzifələrindəndir.
Kəşfiyyatın konkret məqsədlərini, ilk növbədə hansı məlumatların
toplanmasını və müddətlərini, bunun üçün istifadə ediləcək qüvvələri mülki
müdafiə rəhbəri müəyyənləşdirir.
Kəşfiyyatın dəqiq təşkil edilməsi üçün mülki müdafiə qərargahının rəisi tam
məsuliyyət daşıyır, bu işin bilavasitə təşkilatçısı isə MM qərargahı rəisinin
müavinidir. O, MM rəhbərinin qərarına və qərargah rəisinin konkret göstərişlərinə
uyğun olaraq kəşfiyyat tədbirlərini planlaşdırır, qrupları və manqaları fəaliyyətə
hazırlayır, kəşfiyyata göndərir, onlardan alınan kəşfiyyat məlumatlarını toplayır,
təhlil edir və ümumiləşdirir. Fəlakət rayonlarında və ya zədələnmə ocaqlarında
vəziyyət barədəki bu məlumatlar dərhal MM rəhbərlərinə və yuxarı qərargaha
təqdim edilir, həmçinin tabelikdəki qərargahlara, dəstə komandirlərinə çatdırılır.
Kəşfiyyatı təşkil etmək üçün əsas sənəd – kəşfiyyat planıdır. Plan müvafiq
mülki müdafiə qərargahında əvvəlcədən tərtib edilir, yuxarı qərargahla
razılaşdırılır və mülki müdafiə rəhbəri tərəfindən təsdiqlənir.
Plana obyektin sxemi (rayonun xəritəsi) əlavə edilir, burada idarəetmə
məntəqələrinin, mühafizə qurğularının, kəşfiyyat bölmələrinin yerləri, bu
bölmələrin konkret fəaliyyət marşrutları, vəzifələrini yerinə yetirdikdən sonra
toplanış məntəqələri şərti işarələrlə göstərilir. Mülki müdafiə qərargahının rəisi
bölmə komandirlərinə kəşfiyyat aparmaq barədə şifahi sərəncamı məhz bu sxem
əsasında verir. Sərəncamda yaranmış vəziyyət barədə qısa məlumat verilir,
kəşfiyyatın nə münasibətlə aparıldığı, onun konkret vəzifələri və icra müddəti,
marşrutlarda fəaliyyət vaxtı rabitə yaratmaq və kəşfiyyatın nəticələri barədə
məlumat vermək qaydaları dəqiq göstərilir. Kəşfiyyat bölmələri radioaktiv
zəhərlənmə ocaqlarına göndərilən hallarda isə, həmçinin şəxsi heyətin yolverilən
şüalanma dozası da müəyyən edilir.
Şəhərdə, rayonda və obyektlərdə kəşfiyyat işlərinə radiasiya və kimya
müşahidəsi postları, MM kəşfiyyat qrupları, xidmətlərin və dəstələrin kəşfiyyat
manqaları (MLNŞ) müəssisələri cəlb edilirlər.
Radiasiya və kimya müşahidəsi postları (RKMP)
– bütün obyektlərdə
yaradılır və təhlükə yaranarkən bilavasitə fəaliyyətə başlayırlar. Onların əsas
vəzifələri radioaktiv və kimyəvi zəhərlənmələri vaxtında aşkar etmək müşahidə
sahəsində vəziyyətin dəyişməsinə fasiləsiz göz qoymaq və qərargaha müntəzəm
surətdə məlumat verməkdir. Təbii fəlakət və istehsalat qəzaları vaxtı ona digər
vəzifələr də tapşırıla bilər. Post elə bir yerdə qoyulmalıdır ki, oradan hər tərəfi
müşahidə etmək mümkün olsun və postun özü MM idarəetmə məntəqəsinin
yaxınlığında yerləşsin. Müşahidəçilərin daldalanması və növbədən sonra
dincəlməsi üçün burada hökmən üstüörtülü səngər düzəldilir, müşahidəçi duran
yerdə cəhətləri göstərən nişan qoyulur. Postun heyəti onun rəisindən və iki
müşahidəçidən ibarətdir. Onlar müşahidəni vizual üsulla, habelə radiasiya və
kimya kəşfiyyatı cihazları vasitəsilə aparırlar. Bu məqsədlə onlar cihazlardan
əlavə, həmçinin fərdi mühafizə vasitələri, rabitə və xəbərdarlıq vasitələri, kompas,
saat, səmt göstərən və bucaq ölçən xüsusi limb, müşahidə jurnalı, habelə öz
vəzifələrini yerinə yetirmək üçün lazım olan digər avadanlıqla təchiz olunurlar.
Kəşfiyyat qrupu manqası isə təbii fəlakət, qəza nəticəsində bilavasitə
obyektdə, digər fəaliyyət rayonunda, habelə düşmən basqınından sonra zədələnmə
ocağında, hərəkət marşrutlarında yaranmış vəziyyəti öyrənmək məqsədilə
göndərilir. Kəşfiyyat qrupu, onun komandirindən və hərəsi 3 nəfərlik bir rabitə və
bir neçə kəşfiyyat manqalarından ibarət olur. Hər manqa bir-birindən 500 m aralı
üç mühafizə qurğusunda, yaxud 800 m-dək zolaqda (şəhərin 2-3 məhəlləsindən
ibarət sahədə) kəşfiyyat aparmaq üçün nəzərdə tutulur. Qrup fərdi mühafizə
vasitələri, radiasiya və kimya kəşfiyyatı cihazları hədd nişanları dəsti, fərdi
dozimetrlər ilə təchiz edilir, fəaliyyətə başlayarkən ona nəqliyyat və rabitə
vasitələri, habelə hərəkət marşrutunun sxemi, obyektdə kəşfiyyat apardıqda isə
kəşfiyyat sxemi verilir.
Zəhərlənmə rayonlarında kəşfiyyat aparılarkən, radiasiya səviyyələri 0,5
rentgen-saat olan, yaxud kimyəvi zəhərlənmə aşkar edilən zonanın hüdudları hədd
nişanları vasitəsilə nişanlanır.
Zəhərlənməni ölçdükdən sonra kəşfiyyatçı hədd nişanı qoyur və nişanda
zəhərlənmənin növünü, səviyyəsini və ölçülmə vaxtını qeyd edir. Hədd nişanı
yolun kənarında yaxşı görünən yerdə qoyulmalıdır. Nişanı elə qoyurlar ki, onun üz
tərəfi yerdə zəhərlənmə olmayan və ya az olan sahəyə tərəf dursun. Qrupun
komandiri hərəkəti davam etdirərək marşrutun sxemində hər dəfə zəhərlənmə
ölçülən yeri, zəhərlənmənin növünü və ölçülmə vaxtını kəşfiyyat jurnalında qeyd
edir və bu barədə radio vasitəsilə obyektin MM qərargahına məlumat verir.
Obyektin ərazisində kəşfiyyatçılar müxtəlif sexlərdə, qurğularda, xüsusən də
xilasetmə işləri aparılacaq sahələrdə zəhərlənmənin növünü, səviyyəsini
(dərəcəsini) təyin edir, vəziyyətin dəyişməsinə nəzarət edirlər.
Kəşfiyyata başlamaq üçün çıxış məntəqəsinin yeri obyektin yaxınlığında
müəyyən edilir. Burada qrupun komandiri vəziyyətlə tanış olub obyektdə kəşfiyyat
aparmaq üçün manqalara tapşırıq verir. Kəşfiyyatçılar obyektin sexlərində,
sığınacaqlarında, xilasetmə aparılacaq yerlərdə yaranmış vəziyyəti (dağıntıların,
yanğınların xarakterini, adamlar qalmış yerləri və s.) öyrənir, zəhərlənmənin
səviyyələrini ölçürlər. Belə yerlər, adətən əvvəlcədən müəyyən edilir və yuxarıda
deyildiyi kimi, obyektin kəşfiyyat sxemində (planında) göstərilir.
Kəşfiyyat qurtarandan sonra kəşfiyyat qrupu (manqası) toplanış məntəqəsinə
gəlir, komandir qərargaha vəzifələrin yerinə yetirilməsi haqqında məlumat verir və
kəşfiyyat sxemini təqdim edir. Bundan sonra o, lazımi hallarda avtomobilin, şəxsi
heyətin zəhərlənmə dərəcəsini yoxlayır, buna ehtiyac varsa, xüsusi təmizləmə
işlərini təşkil edir, dozimetrlərin göstəriciləri əsasında şəxsi heyətin məruz qaldığı
şüalanma dozalarını hesablayır və qrupu yeni vəzifələrin icrası üçün işə hazırlayır.
Müxtəlif təbii fəlakətlər və qəzalar zamanı aparılan kəşfiyyatın xüsusiyyətləri
əsasən onun konkret vəzifələrində təzahür edir.
ƏDƏBİYYAT SİYAHISI
1.
H.O.Ocaqov Fövqəladə hallarda həyat fəaliyyətinin təhlükəsizliyi (dərs
vəsaiti). Bakı – 2010.
2.
H.O.Ocaqov Fövqəladə hallarda iqtisadiyyat obyektlərinin dayanıqlığı
(dərs vəsaiti). Bakı – 2005.
3.
H.O.Ocaqov Zəhərli maddələr və onlardan mühafizə (dərs vəsaiti) Bakı –
1998.
4.
Polis Akademiyası kursantları üçün hazırlanmış “Mülki Müdafiə”
fənnindən Mühazirələr Toplusu Bakı - 2015
Dostları ilə paylaş: |