Azərbaycan Respublikasının Təhsil Nazirliyi
Qərbi Kaspi Universiteti
Sərbəst iş
Mövzu: Beynəlxalq turizmdə təhlükəsizlik problemləri
Tələbə : Cəlilov Orxan
Qrup : 803/1SA
İxtisas : Səyahət və turoperator
Bakı – 2022
Turizmdə təhlükəsizlik turistlərin şəxsi təhlükəsizliyinin təmin olunması və onların əmlakının qorunması, onların ləyaqətinə, hüquq və azadlıqlarına hörmət, turizm obyektlərinin inamlı və ətraf mühitin əlverişli olmasıdır. Sığorta hər bir insanın sağlamlığının və rahatlığının təminatıdır. Ələxsus da yad ölkəyə gəzməyə, turist səfərinə gedən şəxs üçün sağlamlıq sığortası olduqca vacibdir. Təsadüfi deyil ki, turizm şirkətləri tərəfindən təqdim edilən turpaketlərın əsas bəndlərindən biri sığorta ilə bağlıdır. Bəs bu sığorta hansı prosedurlarla həyata keçirilir və ümumiyyətlə, turistə şirkət tərəfindən təklif edilən sığorta hansı üstünlükləri verir?
Onu qeyd edək ki, xarici ölkələrdə insanlar turist səfərinə çıxdıqları zaman bu məsələyə ciddi önəm verirlər. Hətta hansı sığorta şirkəti tərəfindən və hansı məbləğdə sığorta olunmaları onlar üçün əhəmiyyət daşıyır. Turistlər səfər zamanı onların səhhətinə, əşyalarına vurulan hər hansı ziyanla və yaxud digər şəxslərə eytiyyatsızlıqdan vura bildiyləri zərərlə üzləşdiyi zaman həm özlərinə, həm də turizm agentliyinə, nəqliyyat şirkətinə, yerləşdiyi otelə problemlər yarada bilər. Bu risklərin minimuma endirilməsinin üsullarından biri də sığortadır.
Hər bir insanın xaricə səfəri zamanı müxtəlif problemlərlə üz-üzə qalmaması üçün sığorta olunması vacib şərtlərdən biridir. Turizm şirkətləri tərəfindən müştəriyə təqdim edilən turpaketdə mütləq sığorta da yer almalıdır. Amma bəzi hallarda bizim vətəndaşlar 10-15 manata qənaət etmək üçün sığorta olunmaqdan imtina edirlər. Bu da nəticədə onların səfər zamanı xəstələndikdə və yaxud səhhətləri ilə bağlı digər problemlə üzləşdikdə qat-qat daha böyük məbləğdə xərcə düşməsinə səbəb olur. «Sığorta polisi»ndə vətəndaşın səfər zamanı aldığı xəsarətin ağırlığından və yüngüllüyündən asılı olaraq, turistə 30 min avroya qədər pul ödənilməsi nəzərdə tutulur. Turistlərin sığortalanması sığorta və turizm şirkətləri arasında müqavilə əsasında həyata keçirilir.
Mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərin, o cümlədən ictimai iaşə obyektləri, mehmanxana və mehmanxana tipli müəssisələrdə və s. yanğından, qəfil yaranacaq digər hadisələrə qarşı vasitə və ilkin avadanlıqlar quraşdırılmalıdır. İstehsalatda yaranacaq hər hansı bir yanğından qorunmaq üçün yanğından mühafizə sistemləri, yanğına qarşı vasitə və yanğın xəbərverici qurğuları ilə təchiz olunmalıdır.
İstehsalatda iş proesesi zamanı, mətbəx və digər bölmələrdə elektrik qurğularının, kondisionerlərin, isitmə və qaz sobalarının istismarı zamanı təhlükəsizlik qaydalarına riayət olunmasına gündəlik nəzarət olunmalıdır. Bunun üçün hər bir obyektin özünün texniki kommisiya rəhbərliyi olmalı və ildə iki dəfədən az olmayaraq texniki baxış keçirilməli, yaranmış problemi yerindəcə həll etməlidir.
Təhlükəsizliyin təminatı ölkə ərazisində səyahətçilərin, turistlərin və ekskursantların gəlişi, mehmanxada yerləşdirilməsi, onların sağlamlığı, həyat və mülklərinin toxunulmazlığına təminat verən milli qanunvericilik çərçivəsində tam tədbirlər kompleksini əhatə edir.
1989-cu ildə Haaqada (Niderland) keçirilən dünya turizm konfrançılarının tövsiyyələrində eyd edildiyi kimi , turizmin normal fəaliyyət göstərməsi və inkişafı üçün səyahətçilərin təhlükəsizliyi, onların sağlamlığının və əmlakının qorunmasına ehtiyac duyulur. Bunu aşağıdakı yollarla nail olmaq lazımdır:
- Səyahətlərin və turistlərin qaldığı yerlərdə təhlükəsizlik normalarının işlənin hazırlanması və həyata keçirilməsi;
- İctimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi;
- Turistlərin təhlükəsizliyi, xüsusilə ekstermal vəziyyətlərlə bağlı problemlərin həlli çərçivəsinin yaradılması;
- İkitərəfli regional və ümumdünya səviyyəsində beynəlxalq əməkdaşlıq. Turizm təhlükəsizliyinin təminatı ilə bağlı bir neçə təsəvvür mövcuddur:
Birincisi, turizmin milli inkişafının və beynəlxalq əməkdaşlığın ən mühüm vəzifəsi turistlərin şəxsi təhlkəsizliyi və onların qorunmasının təmin olunmasıdır.
İkincisi, turistlərin kütləvi yaşadığı yerlərdə ətraf mhitin, onların obyetklərinin təhlükəsizliyidir.
Üçüncüsü, turistləri qəbul edən ölkənin milli maraqlarının təhlükəsuzliyidir.
Səyahət zamanı bəzən gözlənilməz qəfil xəstəlik və bədbəxt hadisələr baş verir. əvvəlki mövzularımızda turistlərin sığortalanma növlərini öyrənmişdik. Sığortanın ən əsas növlərindən biri məhz tibbi sığortadır. Sığorta haqqı növündən asılı olaraq 6-50 dollar arasında dəyişir. Tibbi xidmətin yksək olması ilə əlaqədar olaraq, bir çox ölkələr turistlərin tibbi sığortalanmasını tələb edir. Məsələn, Şengen zonası ölkələrinə daxil olamq istəyən turistlərin mütləq tibbi sığortası vacibdir.
Minimal tibbi sığorta xidmətləri aşağıdakıları əhatə edir:
- Sığorta məbləği daxilində təcili yardım;
- Qəfil xəstəlik və ya bədbəxt hadisə zamanı bədən xəsərati almış şəxsin yaxınlıqdakı xəstəxanaya çatdırılması;
- Sığortaçının daimi yaşadığı ölkədə yaxın hava limanına çatdırılması;
- Sığortalının yanında olan yeniyetmənin bir tərəfə ekonom-klassla çatdırılması;
- Sığortalının ölüm zamanı cənazənin vətəninə qaytarılması;
- Servis mərkəzi ilə telefon danışıqlarının ödənilməsi;
Beynəlxalq sığorta polisləri bütün ölkələrdə qəbul olunur. əgər turistin sığortalanması turizm yollayıçının tərkibində yoxdursa, səyahət zamanı bu xərclərin hamısını şəxsin özü ödəməlidir.
Lakin son zamanlarda xaricə gedən turistlərin tibbi sığortalanması səfəri təşkil edən turizm firması tərəfindən zəruri qaydada aparılır. Sığorta məbləği bibaşa yollayışın qiymətinə əlavə olunur.
Turistlərin həyatına hər hansı bir ölkədə yaranmış təhlükə haqqında məlumatı milli turizm təşkilatı dövlət televiziya kanalları ilə əhaliyə çatdırmalıdır. Beynəlxalq turizm təcrbəsində tez-tez rast gəlmək olar ki, ABŞ-ın dövlət departamenti mütamadi olaraq, Amerika vətəndaşlarına təhlkəli olan ölkələrin siyahısını çap etdirir və həmin ölkələrə getməməyi tövsiyə edir.
Sığorta hadisəsi baş verdikdə sığortalının hərəkətləri.Sığorta hadisəsi baş verdikdə sığortalının təcili sığortaedənin servis mərkəzinə telefonla zəng etməlidir. Sığortaçının servis mərkəzi sığortalının tələb olunan tibbi , tibbi-nəqliyyat və digər xidmətlərin təqdim olunmasını təşkil edir. Servis mərkəzi ilə əlaqə saxlamaq mümükn olmadıqda, sığortalı müstəqil olaraq sığorta maviləsini təqdim edərək yaxındakı tibb idarəsinə müraciət edə bilər. Sığortalı özü bütün xərcləri ödədiyi halda, geri qayıdarkən yazılı surətdə servis mərkəzinə müraciət etməli və aşağıdakı sənədləri təqdim etməlidir:
- Şəxsiyyəti təsdiq edən sənədləri;
- Xərclərin əvəzinin ödənilməsi üçün ərizə;
- Sığorta müqaviləsi
- Tibbi mərkəzdən aldığı hesab –arayışın əsli, diaqnozun göstərilməsi, müraciətin tarixi, müalicə müddəti, yekun məbləğ;
- Xəstəliklə bağlı həkimin yazdığı reseptlərin əsli;
- Laboratoriya analizlərinin keçirilməsi üçün həkimin göndəriş sənədi;
Səyahətdən qayıtdıqdan sonra 30 gün ərzində ərizə və bütün sənədlər sığortaçıya təqdim olunamalıdır. Sığorta ödənişi sığortaedən tərəfindən 13 iş günü müddətində həyata keçirilir.
Xərclərin bir hissəsi sığortalıya ödənilmir. Bu ödənilməmiş hissə Şərtsiz franşiza adlanır. Şərtsiz franşiza sığorta hadisəsi baş verdiyi halda sığortaçı tərəfindən ödənilməyən sığortalının xərclərinin bir hissəsidir. Hazırkı sığorta qaydaları ilə tibbi xərclərə dair bir sığorta hadisəsi üzrə 50 avro və ya 50 dollar məbləğində şərtsiz franşiza tətbiq edilir.
Dostları ilə paylaş: |