SəRBƏst iŞ Mövzu: Biomexanikada aparılan tədqiqatların əsas istiqamətləri Fənn



Yüklə 100,72 Kb.
tarix11.06.2023
ölçüsü100,72 Kb.
#128522
aytac


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi
Azərbaycan Dövlət və Bədən Tərbiyəsi və İdman Akademiyası

SƏRBƏST İŞ


Mövzu: Biomexanikada aparılan tədqiqatların əsas istiqamətləri
Fənn: Biomexanika
Qrup: 111A6
Fakültə: Məşqçilik
Müəllim: Məmmədova Könül
Tələbə: Ağayeva Aytac
Bakı-2023
Biomexanikada aparılan tədqiqatların əsas istiqamətləri
PLAN:

  1. Biomexanika haqqında

  2. Biomexanikanın ümumi və xüsusi məsələləri

  3. Biomexanikanın məzmunu, nəzəriyyə və metodları.

  4. Biomexanikada aparılan tədqiqatlar

Biomexanika canlı sistemlərdə mexaniki hərəkətin qanunları haqqında elmdir. Idman biomexanikası idman texnikasının nəzəri əsasını təşkil edir, idmançıların fiziki, texniki hazırlığını əsaslandırır. İdman biomexanikasında insan hərəkətlərinin Öyrənilməsi nəticə etibarilə hərəkət əməliyyatlarının təkmilləşmiş üsullarının axtarışına yönəlir.


Biomexanika elmi bir tədris fənni kimi toplanmış biliklərlə xarakterizə olunur. Bu biliklər müəyyən sistemdə - biomexanika nəzəriyyəsində formalaşır. Bununla bərabər, yeni biliklərin alınma üsulları işlənib hazırlanır, bu isə biomexanika metodunu təşkil edir. Nəzəriyyə və metod müvafiq anlayış və qanunlarla ifadə olunur və biomexanikanın məzmununu aşkara çıxarır. İnsan hərəkətlərini tədqiq edərkən onun bədəninin kəmiyyət və keyfiyyət göstəricilərini müəyyən edirlər. Başqa sözlə, bədənin biomexaniki xüsusiyyətlərinin ölçüləri nisbətini, kütlə bölgüsünü, oynaqların mühərrikliyini və bütün bədənin, onun hissələrinin ağırlıq mərkəzini qeyd edir.
Kinematik (məkan, vaxt, məkan-vaxt) və dinamik (ǝtalǝt, qüvvə, enerji) xüsusiyyətləri mexaniki qanunları tətbiq etməklə öyrənilir.
Biomexanikanın ümumi və xüsusi məsələləri
Idman biomexanikasında insan hərəkətlərinin öyrənilməsinin ümumi məsələsi qarşıya qoyulan məqsədə çatmaq üçün təsir edən qüvvələrin effektliyini, onların icra olunma üsulunu qiymətləndirmək və nəticədə hərəkət əməliyyatlarının təkmilləşmiş üsullarını tapmaq və onlardan səmərəli istifaǝ etməyi bacarmaqdan ibarətdir. Bundan ötrü, hərəkət zamanı təsir edən qüvvələrdən hansıların xeyirli iş gördüyü, onların mənşəyi və təsir etdiyi sahə təyin olunur. Bu, eyni zamanda mənfəətsiz iş görən və mənfəətli qüvvələrin effektliyinin necə artırılması haqqında düzgün nəticə çıxarmağa imkan verir.
Idman biomexanikasının xüsusi məsələləri əsasən aşağıdakılardan ibarətdir:
1. İdmançı bədənin quruluşu, xüsusiyyətləri və öyrənilməsi.
2. İdman texnikasının təhlili, onun düzgün qurulmasının öyrənilməsi.
3. İdmançının texniki cəhətdən təkmilləşməsinin öyrənilməsi.
Məlumdur ki, hərəkətlərin bir çox variantları vardır. Odur ki, fiziki hərəkətləri öyrənərkən onları icra olunma xüsusiyyətlərini, hərəkətlərin xarici görünüşünü, onların forma və xarakterini aydınlaşdırmaq, hərəkətlərin mexanizminə təsir edən qüvvələri və bu qüvvələrin insanın hərəkətlərində və fiziki obyektlərdə əmələ gətirdiyi dəyişiklikləri müəyyən etmək lazımdır. Bütün bunların öyrənilməsi, hərəkətlərin müxtəlif yollarla icra olunmasının qanunauyğunluqlarını başa düşməyə imkan verir. Qeyd etmək lazımdır ki, dayaq-hərəkət aparatının quruluşunu, onun mexaniki xüsusiyyətlərini və funksiyalarını öyrənərkən idmançının yaş və cinsi xüsusiyyətlərini, məşqin təsir dərəcəsini də nəzərə almaq lazımdır.
Yarışlarda çıxışların effektliyini əldə etmək üçün idmançı yararlı, səmərəli olan texnikadan istifadə etməlidir. Ona görə də o, yeni daha səmərəli idman texnikasını öyrənməlidir.
Məşqlər zamanı idman texnikasında aşkara çıxan dəyişiklikləri öyrənmək idmançının texniki cəhətdən təkmilləşməsi üsulunun əsasını təyin etməyə imkan verir. Idmançının hərəkətlərini öyrənərkən bu hərəkətlərin şəraitdən asılılığı, hansı şəraitin yaxşı nəticə, hansı şəraitin isə pis nəticə verəcəyi müəyyən edilir. Bununla bərabər hərəkətin icra olunduğu şəraitdə hansı hərəkət üsullarının daha müvafiq olması təyin olunur.
Biomexanikanın məzmunu, nəzəriyyə və metodları.
Biomexanikanın məzmunu, müəyyən anlayışlar və qanunları ifadə edən nəzəriyyə və metodlar ibarətdir.
Biomexanika nəzəriyyəsinin əsasını hərəkətlərin reflektor təbiəti və bir-biri ilə mexaniki əlaqələri təşkil edir. Bütün hərəkətlər mexanika qanunlarına əsasən müxtəlif mənşəli qüvvələrin təsiri altında nervizm prinsip əsasında reflektor olaraq icra olunur.
Idman biomexanikasının metodu tədqiqat üsulu və qanunauyğunluqların dərk edilməsi yoludur. Metod nəzəriyyə ilə, onun əsas ideyaları ilə təyin olunur və eyni zamanda metodun özü elmdə yəni biliklərin alınma üsulunu təyin edir.
Biomexanika nəzəriyyəsində hərəkət əməliyyatları mürəkkəb bir sistem kimi təsvir olunur. Ona görə, onların öyrənilməsinə sistemli analis və sistemli sintezin tətbiq olunması vacibdir.
Sistemli analizin mahiyyəti ondan ibarətdir ki, cihazlar vasitəsilə hərəkətlərin kəmiyyət xüsusiyyeteri, meselen, sürət, sürətləndirmə və s. qeyd edilir ve bu xüsusiyyətlərə görə hərəkətləri fərqləndirmək, bir-biri ilə müqayisə etmək və hərəkət sistemini tərkib hissələrinə ayırmaq mümkün olar. Kamiyyat xüsusiyyətlərini öyrənərkən, harakat sisteminin bütövlüyünü səbəbini və onun hissələrinin bir-birinə necə təsir etdiyi də aydın olur, bu isə hərəkətin strukturası və ya sistemili sintez bir-biri ilə sıx rabitədə olub bir-birini tamamlayırlar.
Müasir biomexaniki tədqiqatlarda funksional metoddan daha çox istifadə edilir. Bu üsulun köməyi ilə hadisələrin vəziyyət və xüsusiyyətləri arasındakı funksional asılılıq öyrənilir.
Idman biomexanikası ümumi biomexanikanın sahəsi olub, son illərdə sürətlə inkişaf etməyə başlamışdır. Biomexanika elminin sərbəst bir elm kimi yaranması və inkişafına fizika və biologiya elmləri sahəsində toplanmış elmi materialların və həmçinin elmi-texniki tərəqqinin böyük təsiri olmuşdur.
Biomexanikanın yaranmasında mexanika elmi həlledici rol oynamışdır. XVI-XVII Əsrlərdə Q. Qaliley və İ. Nyuton mexanikanın bir şöbəsi olan dinamikasını öz əsrlərini əks etdirərək, mexanikanın əsas qanunlarını bərk cismin hərəkət qanunlarını izah etmişlər. Bununla əlaqədar olaraq, biomexanikada ümumi mexanika əsasında qurulma hidro və ayerodinamika, materialların müqaviməti, elastiklik, çeviklik və sürüşkənlik nəzəriyyələrin və həmçinin maşın və mexanizmlərin nəzəriyyəsi kimi sərbəst elmlərin məlumatlarından da istifadə olunmağa başlamışdır.
Daha sonralar biomexanikada riyaziyyat elmi də geniş yer tutdu. 1679-cu ildə Ç. Boreli (həkim, riyaziyyatçı, fizik) "Canlıların hərəkəti" adlı əsərində biomexanikanın bir elmi kimi əsasını qoydu.
XVI-XVII əsrlərdə biomexanikada mexanika, fiziologiya və funksional anatomiya elmlərin məlumatlarından istifadə olunurdu.
Beləliklə, biomexanika əsasən, mexanika, funksional anatomiya və fiziologiya elmlərinin inkişafı ilə əlaqədar olaraq, sərbəst bir elm kimi meydana çıxmışdır.
Ç. Borelinin əsərləri ilə yaranmış mexaniki istiqamət V. Braune vǝ O. Fişer tərəfindən inkişaf etdirilmişdir. İnsan hərəkətlərinin öyrənilməsinə mexaniki cəhətdən yaranan hər şeydən əvvəl hərəkət proseslərinin miqdar ölçüsünü təyin etməyə imkan verir. Hərəkət funksiyalarının göstəricilərinin mexaniki ölçüsü mexaniki hadisələrin fiziki mahiyyətini aydınlaşdırmaq üçün çox vacibdir.
Bu biomexanikanın əsaslarından biridir. Fizika nöqteyi-nəzərindən insanın dayaq hərəkət aparatının quruluş və xüsusiyyətlərini, həmçinin hərəkətləri aydınlaşdırılır.
Funksional anatomiyanın istiqaməti keçmiş Sovetlər Birliyində P.F.Lestqa, I.M.Seçenov, M.F.İvanitski və başqaları tərəfindən yaranmışdır. Onlar öz Əsərlərində oynaqlarda hərəkətlərin təhlilini təsvir etməklə bədən vəziyyətlərinin sıxlanılmasında və hərəkətlərində əzələlərin iştirakını müəyyən etməklə və digər zəngin materiallarda biomexanikanın əsasını qoymuşlar.
Hal-hazırda elektromioqrafik üsul, yəni əzələlərin idman növündən asılı olaraq, ardıcıllıqla işə qoşulması fəallığının qeyd olunması geniş tətbiq edilir. Bu üsul vasitəsilə ayrı-ayrı əzələlər və əzələ qrupları arasındakı qarşılıqlı əlaqə hərəkətlər iştirak edən əzələlərin təsir etmə vaxtı və dərəcəsi müəyyən edilir
XIX əsrdə fiziologiya və təbabətin inkişafı nervizm ideyası ilə sıx rabitədə fiziologiya elminin banisi olan I.P.Pavlovun nervizm ideyası, ali sinir fəaliyyəti haqqında təlimi və neyrofiziologiyaya aid son məlumatlar biomexanikanın əsasını təşkil edirdi. Rus alimlərindən İ.M.Seçenov, İ.P.Pavlov, A.A.Ixtomski, P. Anoxin, N.A. Bernşteyn və başqaları öz əsərlərində hərəkət aparatının reflektor təbiətini və orqanizmlə mühitin qarşılıqlı əlaqəsində sinir sisteminin tənzimedici rolu aşkara çıxararaq göstərmişlər ki, bunlar insan hərəkətlərinin öyrənilməsini fizioloji əsasını təşkil edirlər.
Bernşteyn öz tədqiqatlarına əsaslanaraq, hərəkətlərin idarə edilmə prinsipini irəli sürmüşdür. Bu prinsip sinir sistemindən verilən əmrlərin hərəkətin icra olunduğu şəraitə uyğunlaşması vasitəsilə və hərəkət məsələlərindən uzaqlaşmanın qarşısını almaq vasitəsil həyata keçirilir. Bernşteynin neyrofizioloji dəlilləri insan hərəkətləri biomexanikasının müasir nəzəriyyəsinin formalaşması üçün bir əsas olmuşdur.
Beləliklə, biomexanikanın inkişafında mühüm rol oynayan mexanika, funksional anatomiya və fiziologiya istiqamətlərinin birliyi hərəkətlərinin öyrənilməsinin metodoloji əsasını təşkil edir.

İdman biomexanikası XIX əsrin ikinci yarısında rus anatomu P. F. Lestqaft tərəfindən inkişaf etdirilmişdir. O, 1877-ci ildə fiziki tərbiyə kurslarında biomexanika fənnindən ilk dəfə mühazirə oxumuşdur. Oktyabr inqlabından sonra P. F. Lestqaft adına fiziki təhsil institutu yaradılmış və biomexanika kursu "Fiziki təhsil fənninin tərkibində tədris edilmiş", 1927-ci ildə isə "Hərəkətin nəzəriyyəsi" adı ilə sərbəst bir fenn kimi və 1931-ci ildə "Fiziki məşğələlərin biomexanikası" adı ilə tedris planina daxil edilmişdir. 30-cu illərdən başlayaraq Moskva, Leningrad, Tbilisi, Xarkov və başqa şəhərlərdə bədən terbiyesi institutlarında idman biomexanikası sahəsində tədris və elmi işlər aparılmağa başladı.


Növbəti böyük biomexanik Leonardo da Vinçinin doğulması ilə 1452-ci ilə qədər olmayacaqdı . Da Vinci rəssam, mexanik və mühəndis idi. Mexanika və hərbi və mülki mühəndislik layihələrinə töhfə verdi. Elm və mexanikadan böyük anlayışa sahib idi və anatomiyanı mexanika kontekstində öyrəndi. O, əzələ qüvvələrini və hərəkətlərini təhlil etdi və birgə funksiyaları öyrəndi. Bu tədqiqatlar biomexanika sahəsində tədqiqatlar hesab edilə bilər. Leonardo da Vincimexanika kontekstində anatomiyanı öyrənmişdir. O, əzələ qüvvələrinin mənşəyi və daxiletmələri birləşdirən xətlər boyunca hərəkət etdiyini təhlil etdi və oynaq funksiyasını öyrəndi. Da Vinçi öz maşınlarında bəzi heyvan xüsusiyyətlərini təqlid etməyə meyllidir. Məsələn, insanların uça biləcəyi vasitələr tapmaq üçün quşların uçuşunu tədqiq etdi; və o dövrdə atlar mexaniki gücün əsas mənbəyi olduğu üçün, bu heyvanın tətbiq etdiyi qüvvələrdən daha yaxşı faydalanacaq maşınlar hazırlamaq üçün onların əzələ sistemlərini tədqiq etdi.
1543-cü ildə Qalenin "Hissələrin funksiyası haqqında" əsəri 29 yaşında Andreas Vesalius tərəfindən etiraz edildi. Vesalius "İnsan bədəninin quruluşu haqqında" adlı öz əsərini nəşr etdi. Bu əsərdə Vezalius Qalenin buraxdığı, əsrlər boyu dünya səviyyəsində qəbul edilməyəcək bir çox səhvləri düzəltdi. Kopernikin ölümü ilə ətrafdakı dünyanı və onun necə işlədiyini başa düşmək və öyrənmək istəyi yarandı. Ölüm yatağında o, "Səma sferalarının inqilabları haqqında" əsərini nəşr etdirdi. Bu iş təkcə elm və fizikada inqilab etmədi, həm də mexanikanın və sonrakı biomexanikanın inkişafında da inqilab etdi
Mexanikanın atası və yarım ştatlı biomexanik Qalileo Qaliley Kopernikin ölümündən 21 il sonra anadan olub. Qalileo tibb məktəbində oxuduğu uzun illər ərzində professorların öyrətdiklərini sübut edə bilmədiklərini gördü və o, hər şeyin isbatı ilə məşğul olan riyaziyyata keçdi. Sonra 25 yaşında Pizaya getdi və riyaziyyatdan dərs dedi. O, çox yaxşı mühazirəçi idi və tələbələr onun danışdığını eşitmək üçün digər təlimatçılarını tərk edirdilər, buna görə də istefa vermək məcburiyyətində qaldı. Daha sonra Paduadakı daha da nüfuzlu bir məktəbdə professor oldu. Onun ruhu və təlimi dünyanı bir daha elm istiqamətinə aparacaqdı. Elm illəri ərzində Qaliley bir çox biomexaniki aspektləri aşkara çıxardı. Məsələn, o, "heyvanların kütlələrinin onların ölçülərinə görə qeyri-mütənasib şəkildə artdığını və nəticədə sümüklərin perimetrboyu qeyri-mütənasib şəkildə artması nəticəsində, ölçülərdən əlavə yükdaşımaya da uyğunlaşmalı olduğunu kəşf etdi. Sümük kimi boruvari strukturun əyilmə müqaviməti ağırlığa görə içi boş hala gələrək, diametrə nəzərən artır. Dəniz heyvanları qurudakı heyvanlardan daha böyük ola bilər, çünki suyun qaldırma qüvvəsi onların toxumalarını yüngülləşdirir."
Qalileo Qaliley sümüklərin müqaviməti ilə maraqlandı və sümüklərin boş olduğunu söylədi, çünki bu, minimum çəki ilə maksimum güc verir. O qeyd edib ki, heyvanların sümük kütlələri ölçülərinə görə qeyri-mütənasib şəkildə artıb. Nəticə etibarilə, sümüklər həm də ölçüdə deyil, ölçüdə qeyri-mütənasib şəkildə artmalıdır. Bunun səbəbi boruvari strukturun (məsələn, sümük) əyilmə gücünün onun çəkisinə nisbətən daha səmərəli olmasıdır. Mason bu fikirin bioloji optimallaşdırma prinsiplərinin ilk qavrayışlarından biri olduğunu irəli sürür.
17-ci əsrdə Dekart bütün canlı sistemlərin, o cümlədən insan bədəni (amma ruh yox) sadəcə eyni mexaniki qanunlarla idarə olunan maşınlar olduğu fəlsəfi sistem təklif etdi ki, bu da biyomekanik tədqiqatı təşviq etmək və saxlamaq üçün çox şey etdi.
Növbəti böyük biomexanik, Covanni Alfonso Borelli , Dekartın mexaniki fəlsəfəsini qəbul etdi və yerimə, qaçış, tullanma, quşların uçuşu, balıqların üzməsi və hətta ürəyin yığılıb-açılmasını mexaniki çərçivədə öyrəndi. O, insanın ağırlıq mərkəzinin mövqeyini təyin edə, udulan və buraxılan havanın həcmini hesablaya və ölçə bildi və tənəffüsün əzələlər tərəfindən idarə olunduğunu və ekspirasiyanın toxuma elastikliyindən qaynaqlandığını göstərdi.
Borelli ilk dəfə başa düşdü ki, "əzələ sisteminin rıçaqları gücü deyil, hərəkəti böyüdür, beləliklə əzələlər hərəkətə müqavimət göstərənlərdən daha böyük qüvvələr yaratmalıdır". Şəxsən tanıdığı Qalileyin işindən təsirlənərək Nyuton hərəkət qanunlarını nəşr etməmişdən xeyli əvvəl insan bədəninin müxtəlif oynaqlarında statik tarazlıq haqqında intuitiv anlayışa malik idi. Onun işi çox vaxt biomexanika tarixində ən mühüm hesab olunur, çünki o, gələcək nəsillərin işini və tədqiqatlarını davam etdirməsinə yol açan çoxlu yeni kəşflər etdi.
Biomexanika sahəsində hər hansı bir böyük sıçrayış etmədən əvvəl Borellidən çox illər keçdi. Bundan sonra getdikcə daha çox alim insan bədəni və onun funksiyaları haqqında öyrənməyə başladı. Biomexanikada 19-cu və ya 20-ci əsrin görkəmli alimləri çox deyil, çünki bu sahə indi bir şeyi bir insana aid etmək üçün çox genişdir. Bununla belə, bu sahə hər il böyüməyə davam edir və insan bədəni haqqındakı kəşflərin çoxalması sayəsində irəliləməyə davam edir. Sahə çox populyarlaşdığı üçün ötən əsrdə bir çox institut və laboratoriyalar açılıb və insanlar araşdırmalarını davam etdirirlər. 1977-ci ildə Amerika Biomexanika Cəmiyyətinin yaradılması ilə bu sahə böyüməyə davam edir və bir çox yeni kəşflər edir
19-cu əsrdə Etyen-Culs Marey hərəkəti elmi cəhətdən araşdırmaq üçün kinematoqrafiyadan istifadə etdi. O, yer reaksiya qüvvələrini hərəkətlə əlaqələndirən ilk şəxs olmaqla müasir "hərəkət analizi" sahəsini açdı. Almaniyada Ernst Henrix Veber və Vilhelm Eduard Veber qardaşları insan yerişi haqqında çoxlu fərziyyə irəli sürdülər, lakin mühəndislik mexanikasında son nailiyyətlərdən istifadə edərək elmi əhəmiyyətli dərəcədə inkişaf etdirən Kristian Vilhelm Braune idi. Eyni dövrdə sənaye inqilabının tələbləri ilə Fransa və Almaniyada materialların mühəndis mexanikası inkişaf etməyə başladı.. Bu, dəmir yolu mühəndisi Karl Kulman və anatomist Hermann von Meyerin insan bud sümüyündəki gərginlik nümunələrini oxşar formalı kranda olanlarla müqayisə etdikdə sümük biomexanikasının yenidən doğulmasına səbəb oldu. Bu tapıntıdan ilhamlanan Culius Volff özünün məşhur sümüklərin yenidən qurulması qanununu təklif etdi.
Biomexanikanın tədqiqi hüceyrənin daxili işindən tutmuş əzaların hərəkətinə və inkişafına, yumşaq toxumaların, və sümüklərin mexaniki xüsusiyyətlərinə qədər dəyişir . Biyomekanika tədqiqatının bəzi sadə nümunələrinə əzalara təsir edən qüvvələrin tədqiqi, quşların və həşəratların uçuşunun aerodinamikası, balıqlarda üzmənin hidrodinamikası və bütövlükdə ayrı-ayrı hüceyrələrdən bütöv orqanizmlərə qədər həyatın bütün formalarında hərəkətin tədqiqi daxildir. Canlı toxumaların fizioloji davranışı haqqında artan anlayışla tədqiqatçılar toxuma mühəndisliyi sahəsini inkişaf etdirə, həmçinin xərçəng də daxil olmaqla geniş spektrli patologiyalar üçün təkmilləşdirilmiş müalicə üsullarını inkişaf etdirə bilirlər.
Biomexanika insanın dayaq-hərəkət sistemini öyrənmək üçün də tətbiq olunur. Belə tədqiqat insan 3D hərəkətini öyrənmək üçün insan bədəninə əlavə edilmiş markerlərin trayektoriyalarını çəkmək üçün insanın yer reaksiya qüvvələrini öyrənmək üçün güc platformalarından və infraqırmızı videoqrafiyadan istifadə edir.
Biomexanika ortopediya sənayesində insan oynaqları, diş hissələri, xarici fiksasiyalar və digər tibbi məqsədlər üçün ortopedik implantların dizaynı üçün geniş istifadə olunur. Biotribologiya bunun çox vacib hissəsidir. Ortopedik implantlar üçün istifadə olunan biomaterialların performansı və funksiyasının öyrənilməsidir. Dizaynı təkmilləşdirmək və tibbi və klinik məqsədlər üçün uğurlu biomateriallar istehsal etmək üçün mühüm rol oynayır. Belə bir nümunə toxuma mühəndisliyi ilə hazırlanmış qığırdaqdadır. Zərbə kimi qəbul edilən oynaqların dinamik yüklənməsi Emanuel Villert tərəfindən ətraflı müzakirə edilir.
O, həm də mühəndislik sahəsi ilə bağlıdır, çünki bioloji sistemləri təhlil etmək üçün çox vaxt ənənəvi mühəndislik elmlərindən istifadə edir. Nyuton mexanikasının və/yaxud material elmlərinin bəzi sadə tətbiqləri bir çox bioloji sistemlərin mexanikasına düzgün yaxınlaşma təmin edə bilər. Tətbiqi mexanika, xüsusən də davamlı mexanika , mexanizm təhlili, struktur analizi, kinematika və dinamika kimi maşınqayırma fənləri biomexanikanın öyrənilməsində mühüm rol oynayır.
Adətən, bioloji sistemlər insan tərəfindən qurulmuş sistemlərdən qat-qat mürəkkəbdir. Demək olar ki, hər bir biomexaniki tədqiqatda ədədi üsullar tətbiq olunur. Tədqiqat bir neçə modelləşdirmə, kompüter simulyasiyası və eksperimental ölçmələr daxil olmaqla, təkrarlanan hipotez və yoxlama prosesində aparılır.


ƏDƏBİYYAT

https://az.wikipedia.org/wiki/Biomexanika
https://axtar.len.az/?q=Biomexanika&action=edit&redlink=1



Yüklə 100,72 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin