SəRBƏst iŞ Müəllim: Həsrətova Leyla Fakültə: Nəqliyyat və logistika Kurs: 1 Qrup: M151a5


İdarəetmə əməyinin keyfiyyət xarakteristikaları



Yüklə 217,47 Kb.
səhifə2/6
tarix07.10.2022
ölçüsü217,47 Kb.
#64666
1   2   3   4   5   6
Kənan İslamov (4)

İdarəetmə əməyinin keyfiyyət xarakteristikaları

İdarəetmə əməyinin keyfiyyət xarakteristikaları kimi aşağıdakılar çıxış edir:
Cədvəl 1.

İdarəetmə əməyinin keyfiyyət xarakteristikaları

yaradıcılıq zehni əməyin forması kimi

risk səviyyəsi

təşəbbüsçülük

məsuliyyətlilik (hüquqi, sosial, mənəvi)

innovasiyaçılıq

qənaətlilik

optimallıq (hər şeyin vaxtında edilməsi)

məhsuldarlıq

kollektiv xarakter (tərəfdaşlıq, korporativlik)

Nəticə

Qarşılıqlı təsir prosesi kimi menecmentin keyfiyyəti onun aktivləşdirən, təşkiledici, istiqamətləndirici, motivasiya qüvvəsində təzahür edir ki, bu da qarçılıqlı təsirin vasitə və metodlarının, onların həyata keçirilməsi prosedurlarının düzgün seçilməsi ilə müəyyən edilir. Təsirin keyfiyyəti haqqında yalnız onun həyata keçirilməsindən sonra mühakimə yürütmək olar. Qərarlar həyata keçirilənə qədər isə yalnız əsaslandırmaların metodologiyasından, təsirin formalaşması prinsip və metodlarından və nəzərdə tutulan keyfiyyətdən danışmaq mümkündür. Təsirin keyfiyyəti onun həyata keçirilmə imkanlarında, vaxtında yerinə yetirilməsində, istehsal-təsərrüfat probleminin həlli yollarının və vasitələrinin düzgün seçilməsində öz əksini tapır.


Matrisin birinci sütunundakı məsələlərin həlli nəticəsində alınan biliklər bazar strategiyasının konkret icraçıları olan kontakt mərkəzlərinin agentlərinə, Veb-sayt inzibatçılarına, pərakəndə ticarət məntəqələrinə və s. Çatdırılmırsa, heç bir əhəmiyyət kəsb etmir. İcra zamanı tez-tez rast gələn səhv ondan ibarətdir ki, müştərilər barədə lazımi informasiyaya malik olan şirkət ya texniki səbəblər üzündən, ya da biznes-proseslərin işlənib hazırlanmasındakı nöqsanlara görə həmin informasiyadan səmərəli istifadə edə bilmir.
Analitik idarəetmə səviyyəsində qərar qəbuluna kömək sistemi və malgöndərmələrinin və logistikanın idarə edilməsi sxemləri yaradılır. Bu səviyyənin sistem əmələ gətirici məsələsi münasibətlərin fərdiləşdirilməsi sisteminin yaradılmasından və onun real vaxt rejimində fəaliyyətinin təmin edilməsindən ibarətdir.
İdarəetmə fəaliyyətinin başlıca əlaməti onun mühüm xüsusiyyətlərini və məhsuldar qüvvələrini əks etdirən əməyin keyfiyyətidir. əməyin keyfiyyəti əməyin məhsulu kimi təzahür edir. Məhz əməyin keyfiyyəti idarəetmə fəaliyyətinin funksional təyinatı kimi çıxış edir.
Biznes-proseslərin idarə edilməsi səviyyəsində ayrı-ayrı kontakt kanalları üzrə reallaşdırılan marketinq-menecment funksiyaları işlənib hazırlanır və avtomatlaşdırılır. Məsələn, bütün online fəaliyyəti internet kanalları və korporativ şəbəkələr üzrə “eChannel Management”, bütün telefon kontaktları isə “Contact Center Management” sistemi idarə edir. Hər bir kontakt kanalı üzrə yaradıcılıq kapitalı formalaşdırılır ki, buraya da marketinq materialları, məhsulların təsviri, reklam, audio- videodisklər, kompüter faylları daxildir. Bu yaradıcılıq kapitalının saxlanması və ümumiləşdirilməsi və icraçıların ixtiyarına verilməsi bu səviyyənin sistem əmələ gətirici məsələsidir. Korporativ səviyyədə müştərilər barədəki biliklərə, müştərilərlə kontaktlardakı qarşılıqlı fəaliyyətə dair əldə edilmiş informasiyaya əsaslanan marketinq proqramları işlənib hazırlanır və həyata keçirilir. Korporativ idarəetmə səviyyəsində aşağı səviyyələrin məlumatları emal edilərək sərrast seqmentləşdirmə vasitəsilə bazarın dar seqmentlərinə və yarımseqmentlərinə,həmçinin müştərilərlə qarşılıqlı münasibətlərin idarə edilməsi sisteminin topoloji sxemlərinə çatdırılır. Seqmentləşdirmə nəticələri əsasında marketin-menecmentin ümumi strategiyasının qurulması məsələsi həll edilir ki, bu da korporativ idarəetmə səviyyəsinin sistem əmələ gətirici məsələsi kimi çıxış edir.



  1. Yüklə 217,47 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin